Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

50  Cənnət  müəllim

İslamda idman

larından  biri  Tu  An  Dimin  «Dzü-do  hamı  üçün,  karate 

xüsusi  adamlar,  ayki-do  isə  ancaq  intelektuallar  üçündür» 

sözləri  idman  tarixinə  qızıl  hərflərlə  yazılmışdır.  Morixey 

Uesibamn  illərlə  Öyrəndiyi  təlimin  əsası  daxili  qüvvə  və 

xüsusi  texnikadan  ibarətdir.  Bu  təlimin  əsasında  sənə  hü­

cum  edənin  qüvəsini  ona  qarşı  yönəltmək  durur.  Qeyd 

edək  ki,  ayki-donun  texnikası  çox  çətindir  və  düzgün 

yerinə yetirilməyən zaman rəqibi zədələyə bilər.  Xatırladaq 

ki,  məşhur  kinoaktyor  Stiven  Siqal  ayki-do  üzrə yeddinici 

dana malikdir.

Azərbaycanda  ayki-do  1990-cı  ildən  öyrənilir.  O  vaxt­

dan  respuplika  ayki-do  Federasiyasına  Fərhad  Ələsgərov 

başçılıq  edir.  1995-ci  ildən  bu  Milli  qurum  Beynəlxalq 

Ayki-do Federasiyasına daxil olub.

MU-TAY

Honkonq  kinostudyalarının  buraxdığı  fılimlərdən  tanış 

olan  mu-tay  və  ya  Tailand  boksu  çox  çətin  döyüş  növ­

lərindən biri sayılır.  Boks  rinqinə çıxan  idmançılar əvvəlcə, 

musiqi  sədaları  altında rəqs edir,  sonra isə döyüşməyə baş­

layırlar.  Burada  əl-zərbələrindən çox,  ayaq  zərbələri yadda 

qalır.  Özü də onların bir çoxu qarm nahiyyəsinə yönəldilir. 

Bu  döyüşün  ən  gözəl  nümunəsini  Jan  Klod  Van-Damm 

«Boksçu» Alimində nümayiş etdirir.

TAEKVONDO

Taekvon-donun vətəni Koreya sayılır.  Başqa Şərq döyüş 

növlərindən  fərqli  olaraq  burada  ayaqla  endirilən  zərbələr 

həddindən artıq yer tutur.  Faizlə götürsək, taekvon-dodakı 

zərbələrin  80  faizi  ayaqla  endirilir.  Azərbaycan  Taek- 

vondçuları  beynəlxalq  təşkilata  daxil  olublar.  İdmanın  bu 

növündəən böyük uğurumuz  1998-ci  ildə olmuşdur.  Fəqan 

Umudov Avropa çempionatında ikinci yeri tutmuşdur.



Ruhi  Seyfullayev

islamda idman

 

51

SUMO  GÜLƏSİ

Bu idmanın qədim  tarixi  var.  Amma yaponiyada  sumo 

təkcə  idman  növü  kimi  qəbul edilmir,  bu,  həm də  millətin 

tarixindən  və  ənənələrindən  doğan  bir yarışdır.  Yarış  baş­

lamazdan əvvəl özünəməxsus musiqi (Azərbaycanda «Cən­

gi» kimi) çalınır.

Deyilənə  görə,  sumo  yapon  millətinin  döyüş  ruhunu 

qaldırmaq  üçün  tətbiq  edilən  döyüş  növüdür.  Çox  kiçik 

yaşlarından  başlayaraq  (məsələn,  5-yaş)  uşaqları  sumoya 

cəlb  edirlər.  Maraqlıdır  ki,  bununla  uşaqların  təkcə  Aziki 

hazırlığına deyil,  həm də qidalanmasına Akr verirlir.  Uşaq­

lar  çoxlu  yeməlidir.  Çünki  sumo  ilə  əsasən  100  kiloqram 

çəkidən yuxarı olan insanlar məşğul olurlar.

Döyüşdə  məqsəd  rəqibi  güc  tətbiq etməklə  dairəvi  tala- 

midən  kənara  çıxarmaqdır.  Əgər  tatami  daxilində  idman­

çılardan biri  yerə  yıxılarsa,  onun  əli  yerə dəyməməlidir.  Əl 

yerə dəydikdə idmançı oyundan kənarlaşdırlır.

Diqqətə  layiqdir  ki,  sumo  ilə  məşğul  olanların  mütləq 

əksəriyyəti  yapon  millətinə mənsub  olur.  Digər millotilərin 

nümayəndələri  sumo  ilə  məşğul  olmaq  üçün  damarlarında 

Yapon  qanı  axdığını  sübut  etməli  və  ya  Yaponiya  vətən­

daşlığım qəbul etməlidir.




о

Ruhi  Seyfullayev

İslamda idman

 

53

IV  FƏSİL

OURAN-İ KƏRİMƏ GÖRƏ İDMAN

«Qah  innəllahəstəfahu  ələykum  vəzadəhu  bəstətən Jililmi 

vəl cism»

Yəni:  «Peyğənbər  onlara  dedi:  «Allah  sizdən  ötrü  onu 

(bəyənib)  seçmiş,  elm  və  bədəncə  (qüvvəcə)  ona  üstünlük 

vermişdir»  («əl-Bəqərə» 2,247)

Bu ayəyi-şərifdə iki nöqtəyə toxunulub:  Biri Allahın seç­

məsi məsələsi,  idəri isə qövmünün etirazlarına cavab olaraq 

Talutun  elm  və  bədəncə  qüvvətliyi  məsələsidir.  Mərhum 

Əllamə  Təbatəbai  «Əl  Mizan»  əsərində  bu  ayə  barədə  bu­

yurur:


«Bu  iki  cümlə  onların  etirazlarına  cavabdır.  Onların 

birincisi  etirazı  qarşısında:  dedilər:  -  biz  ailə  nəcibliyi  eti­

barilə  rəhbərliyə  daha  layiqik-onun  cavabı  budur  ki,  bu 

xüsusiyyət  Allah  tərəfindən  adı  çəkilmiş  ailə  haqqında 

deyilib.  Və  o  surətdə  ki,  Allah-Təala onu digərlərinə  üstün 

seçsə,  deməli,  onun  daha  layiq  və  nəcib  ailədən  olmasını 

bildirəcək.  Çünki,  üstün  olmaq Allahın  üstün seçməsindən 

aşlıdır.  Amma  Talutun  yoxsul  olduğuna  gələn  etirazlara 

gəldidə cavabı  budur ki,  təkcə rəhbərlikdən  məqsəd cəmiy­

yətin  pərakəndə  istəklərini  biriradənin  nüfuzu  altında  cəm 

etmək deyil,  eyni  zamanda vahidbir cəmiyyət yaratmaqdır. 

Başqa  sözlə  desək,  rəhbərliyi  iddia  edən  şəxs  tədbiri  elə 

tökməlidir  ki,  hər  fərd  öz  layiqli  inkişafına  çata  bilsin  və 

onun tərəqqisinə Mane olan hər bir şey aradan götürülsün. 

Bu  işi  yerinə  yetirmək  üçün  iki  şey  lazımdır:  Biri  həyatın 

yaxşı-yamanına,  başqa  sbzlə  desək  bütün  xeyr  və  şərinə 

agah  olmaq,  digəri  isə  islahatı  bərpa  etmək  üçün  cismani 

qüvvənin  olması.  Talut  bu iki  sifətin  hər  ikisinə  malik  idi.




54  Cənnət  müəllim

İslamda idman

«Dövlətli  olmağı,  rəhbərliyin  müqəddəməsi  hesab  etmək 

nadanlıqdan başqa bir şey deyil».

Bu  şərif ayədə  cismani  qüvvə  rəhbərlik  üçün  elmi  qüd­

rətlə yan-yana,  fəzilət  və üstünlük hesab olunmuşdur.  Ayə­

dən  anladığıma  görə,  qüvvətlilik  əsasən  rəhbərlik  vəzi­

fəsinin  daşıyıcıları  üçün  qazanılması  vacib  olan  keyfiyyət- 

lərdəndir.

Məşhur alim Şeyx Təbərsi  özünün çox cildili  «Cəvamiul 

came» adlı təfsirində bu ayə haqda yazır:  İşmuil peyğənbər 

elm və bədən qüvvəsini mal-dövlət və öz nəsli ilə fəxr etmək 

fəzilətindən  üstün  tutmuşudur.  İşmuil  peyğənbər  buyur­

muşdur:  «hər  kəs  də elm  və  bədən  qüvvəsinin  xüsusiyyət­

ləri olarsa, belə şəxs rəhbərlik və hökümdar olmağa başqa­

larından daha çox layiqdir».

Amma  Seyid  Rza  Paknejad  çox  cildili  olan  «Əvvəlin 

daneşqah  və  axərin  pəyanbər»  adlı  kitabında  yazır:  bu 

ayəyi  şərifdə  olan  «bəstələn  fil  cism»  ayəsini  İslam  pey- 

ğənbəri  «Quvahu  şidədən»  yəni  bədən  üzvlərinin  qüvvəsi 

kimi ifadə etmişdir.

Bu  ayənin  şərhi  və  təfsiri  haqda  yazırlar:  Bəni-İsrail 

xalqı fironlar dövründə Misrdə çox zəifləmişdi.  Sonra Həz­

rəti  Musanın  vasitəsiylə  firondan  nicat  tapıb  öz  qüdrət  və 

əzəmətinə çatdılar.  Lakin bir müddət sonra Bəni israil xalqı 

təkəbbürlük  edib  Musa  peyğənbərin  şəriətini  pozdular. 

Daha  doğrusu  onlar  Allah  qarşısında  fərmansızlıq  etdilər. 

Düşmənlər  bu  fürsəti  qənimət  bilib  bəzi  şəhərləri  və  tor­

paqları  Bəni-İsrailin  əlindən  aldılar.  Bəni-İsrailin  mühari­

bəsində çoxlu əsgərəli tələf oldu.

Bəni-İsrailin fitnə-fəsad,  zülm,  tüğyan və günahlar,  şərəf 

və  qüdrətlərinin  əldən  çıxması  ilə  bərabər  oldu.  Düşmənin 

istismarına  məruz  qaldılar.  İş  o  yerə  çatdı  ki,  Bəni-israilin 

düşmənləri və padşahlarından biri olan Calut onlardan bac 

aldı. Bununla da Bəni-İsrail xar və zəlil oldu.



Ruhi  Seyfullayev

İslamda idman

 

55

Lakin  Allah  təala  Lavi  nəslindən  İşmuil  və  ya  Şimuil 

adında bir  peyğənbər  seçdi.  İlahi  peyğənbər  qırx  il  zəhmət 

və  çətinliklərdən  sonra  Bəni-İsrailin  siyasi  vəziyyətini  mü­

əyyən  qədər  səhmana  saldı.  Onlardan  çoxunu  bütpərəst­

likdən və zəlalətdən xilas etdi.

Bəni-İsrail düşmənlərlə müharibə etmək,  öz torpaqlarını 

işğal  altından  çıxartmaq,  əvvəlki  şərəf  və  qüdrətlərini 

qazanmaq  üçün  İşmuil  peyğənbər  Allahın  hökmü  ilə  Ta- 

lutu (tövratda Şaulu) onlar üçün padşah seçdi.

Talut  qoşun  toplayıb  Calutla  müharibəyə  başladı.  İki 

qoşun  üz-üzə  gəldi.  Bir-birinin  qarşısında  sıraya  düzül­

dülər.  Talutun  əsgərləri  arasında  üç  qardaş  gözə  çarpırdı. 

Bu  üç  qardaşın  İşa  adında  qoca  atası  və  davud  adında 

kiçik bir qardaşı var idi.  İşa və ya Eyş (tövratda Yessey) üç 

oğlunu  Talutun  qoşunuyla  müharibəyə  göndərdi.  Amma 

Davudu qoyunları  otarmaq və  özünə  kömək  üçün  saxladı. 

Çünki  Davudun  müharibəyə  hazırlığı  yox  idi.  İşa  fikir­

ləşirdi  ki,  Calutun  qoşunu ilə vuruşmağa  Davudun  kifayət 

qədər  qüdrəti  yoxdur.  Bir  müddətdən  sonra  İşa  gördü  ki, 

müharibə  çətinləşib,  döyüşün  vaxtı  uzanıb  və  Talutun 

qoşununun işi ağırlaşıbdır. O, Davudu çağırıb dedi:

-  «Qardaşların  üçün  yemək  apar.  Həm  də  müharibə 

meydanındakı vəziyyətdən mənim üçün təzə xəbər gətir».

Davud  qoyunları  otarmağa  aparanda  heyvanların 

hücum  etməsini  dəf edib,  qoyunları  ram  etmək  üçün  çox 

vaxt  özü  ilə  gəzdirdiyi  sapandını  özü  ilə  götürdü.  Qar­

daşların  yeməyini  də  götürüb  müharibə  meydanına  tərəf 

yola  düşdü.  O,  yol  gedərkən yerdən  üç daş götürüb  özüylə 

apardı.


Davud  meydana  girən  kimi  gördü  ki,  Talutun  əsgərəlri 

Calutu  (tövratda  Kölyat)  tərifləyir  və  onu  cürətindən  söz 

açırlar. Davud onlara dedi:

-  «Nə  üçün  Calutdan  qorxur və onu tərifləyirsiniz? And 

olsun Allaha, əgər onu görsəm öldürəcəyəm».



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə