Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
1   ...   11   12   13   14   15   16   17   18   19

64  Cənnət  miiəllim

İslamda idman

ki,  hardansa peyda  olan  bir  canavar  qardaşımız  Yusifə  hü­

cum edərək onu parçalayaraq  yedi»  («Yusif»,  12/17).

İSLAM ALİMLƏRİNƏ GÖRƏ 

İDMAN

İslam  işığında  bədən  tərbiyəsinə,  onun  növlərinə,  yarış­

maların  islam  şəriətinə  uyğun  keçirilməsinə,  səhhətin 

qorunmasına  və s.  nəzər saldıqdan  sonra isə  islam  alim və 

mütəfəkkirlərinin  bir  neçəsinin  mövzumuz  barədə  fikir­

lərini öyrənək:

1. Əbu Əli İbn Sina özünün «əl-Qanun fit-Tibb» əsərinin 

birinci cildində belə qeyd edir:

İdman  iradəyə  tabe  olan  bir  hərəkətdir.  İdman  edərkən 

tənəffüs  dərin,  geniş  və  ardıcıl  olur  (bundan  məqsəd  dərin 

tənəffüs  və  şiddətli  nəfəs  yuxarı  çıxdıqca  sərf olunan  oksi­

genin  miqdarıdır).  Hər  kəs  düzgün  formada,  münasib  za­

manda  və  mizacına  (öz  təbiətinə)  uyğun  idman  etsə,  prof- 

laktik  tədbirlərə  riayət  etmiş  olar  və  xəstəliklərin  də  müa­

licəsinə ehtiyac qalmaz.  İdmandan bəhrələnmək üçün digər 

faydalı məsləhətlərə də riyaət etmək lazımdır.

2.  Xacə  Nəsrəddin  Tusi  fikirlərində  idmanın  müsbət 

cəhətlərdən işarə edir:

Təbii  və instiktiv (qərizə)  hərarəti təhrik  etdiyi,  sağlam­

lığı  qorumaq  üçün  tənbəlliyi  və  kütbeyinliyi  dəf etdiyi,  iti 

zəka  bəxş  etdiyi  və  fəaliyyət  meydana  gətirdiyi  üçün  id­

mandan hər fənni mənimsəyib öyrənin.

3.  İbn  Xəldun  öz  fikirlərində  şəhər  və  kənd  çamaatının 

idmana marağını müqayisə edir:

Şəhərlərdə çirkli  buxarlarla havanın qarışması nəticəsin­

də hava çirklənir.  Bildiyimiz kimi, hava ruhumuza cavanlıq 

bəxş  etdiyi  üçün  ruhun  fəaliyyəti  təbii  hərarətin  təsirindən 

güclənir  və  qidanı  həzm  etməyə  kömək  edir.  Buna  əlavə 

olaraq idman insanın halı və ruhi fəaliyyətinə də aiddir.  Bu

Ruhi  Seyfullayev

İslamda idman

 

65

hal  və  fəaliyyət  şəhərdə  yaşayanlarda  daha  azdır.  Çünki 

şəhərdə yaşayanlar idmanla daha az məşğul olub, çox vaxt 

sükunətdə olurlar.  İdmanın səmərələrindən bəhrələnmirlər. 

Buna  görə  də  xəstəliklər  ən  çox  şəhərlərdə  özünü  büruzə 

verir və şəhər camaatının da həkimə ehtiyacları çoxalır.

1. 

İmam Xumeyni  «Səhifəyi Nur» adlı  kitabının  16-ci 



cildində yazır:

İdmançıların  iki  vəzifəsi  var:  biri  bədən  tərbiyəsidir  ki, 

qüvvə  və  qüdrət  meydana  gətirir.  İnsanda  cismi  qüdrət 

meydana  gəlsə  öz  məmləkətini  müdafiə  etməyi  bacarar  və 

ona həmlə edən  müxalifətdən  özünü  müdafiə edər.  Biri  də 

ruhi  təribiyədir.  Əgər  ruhi  tərbiyə  insanda  meydana  gəlsə 

bu onun cismi qüdrətinə əlavə olar.  İdmançılar həmişə sağ­

lam ruha malik olublar.  Buna görə də şəhvətlərə,  ləzzətlərə 

yönəlməyiblər.  Ancaq  cismani  fəaliyyətə  fikr  veriblər  ki, 

sağlam  ağıl,  sağlam  bədəndə  qərar  tutar.  Əgər  siz  diqqət 

etsəniz  görərsiniz  ki,  cəmiyyətin  müəyyən  hisəssi;  cavanlar 

eyş-işrətlə vaxt keçirilər.  Bu həqiqi eyş-işrət deyil. Bədənləri 

saralmış,  ruhları  solmuş  və  tənbəllik  başdan  ayağa  onları 

bürümüşdür.  Əgər iki  saat eyş-işrətlə məşğul olursa,  iyirmi 

iki  saat onun  narahtılığını çəkirlər.  O kəslər ki,  Allah əhli­

dirlər, Allaha yönəlirlər, cismi və ruhi tərbiyə edirlər. Onlar 

elə  adamlardır  ki,  heç  vaxt  bənizlərində  solğunluq  gör­

məzsən.  Bu da  Allahın onlara verdiyi  bir nemətidir.  Allah- 

təala hamıya nəsib etsin.

Fiziki  tərbiyənin  müdafiə  xarakterli  olduğunu  nəzərə 

alaraq  Əmirəlmöminin  «Əli  (ə.s.)  ın  döyüş  qaydalarının 

izahına»na  toxunuruq.  O  həzrət  döyüş  qaydalarım  başa 

salarkən buyurmuşdur:

«Mən  sizin  üstünüzdən  bir  dağınlıq  yeli  əsdiyini  görü­

rəm;  qurtuluş,  özünü  ürəkdən  bəlaya,  dərdə  atan  kişinin­

dir.  Həlak olmaq isə zəif bir ürəklə geriyə dönənindir.

Zirehlərinizi  sinənizə  tutun,  zirehlərinizi  arxa  cərgəyə 

düzün.  Dişlərinizi  qıcayın;  çünki  savaşda  tab  gətirmək




66

  Cənnət  müəllim

İslamda idman

insanın  başından  qılıncı  uzaqlaşdırır.  Mizrağı  vurarkən, 

yaxud sizə mizraq vurularkən lazım gələndə əyilinin, yaxud 

qamətinizi  dikəldin;  bu cür mizraq vurmaq daha  təsirlidir. 

Hər  dəfə  boylanmayın,  boylanmamaq,  yalnız  bir  səmtə 

gözünü  dikmək,  göz  yummamaq  ürəkdəki  gücü,  qüvvəti 

çoxaldar.  Susun,  susmaq,  təmkinli  olmaq  insandan  qor­

xunu  uzaqlaşdırar.  Bayrağınızı  sançdığınız  yerdən  başqa 

bir yerə dəyişməyin, ətrafı da boş qoymayın.  Eyni zamanda 

bayrağı  da  hər  yetənə  tapşırmayın;  onu  ancaq  sıranızdakı 

igidlərin,  ad-san  sahiblərinin  əlinə  verin.  Uğradıqları  çətin 

işlərə  səbr edənlər,  sağa,  sola,  irəliyə,  geriyə  atılıb vuruşan 

ərlər  (igidlər)  bayrağın  yanında  qalıb  onun  düşmən  əlinə 

keçməsinə  mane  olan  şəxslərdir,  yaxud  irəliyə  keçib  bay­

rağın mühafisəz qalmasına imkan verməyən şəxslərdir.

Vuruşda  düşmənlə  üz-üzə gələrkən  ona hücum  çəkmək, 

zəif qardaşına  yardım  etmək  gərəkdir.  Düşməni  nəzarətsiz 

qoyub  öz  qüvvətli  silahdaşlaram  yanma  gəlmək  də  doğru 

deyil.  O  vaxt  düşmən  qarşıda  bir  kimsəni  görməz və  sənin 

silahdaşına  hücum  edər.  And  olsun  Allaha  ki,  dünya 

qılıncından  qaçan  şəxs  axirət  qılıncından  qurtara  biliməz. 

Siz  ərəbin  sayılanlarısımz,  böyüklərisiniz.  Vuruşdan  qaç­

maq,  Allahın qəzəbinə uğramağa,  miskin bir hala düşməyə 

səbəb  olur  və  bu  əbədi  bir  ayıbdır,  daimi  bir  xəcalətdir. 

Qaçan  ömrünü  uzatmaz,  qaçmaq  əcələ  mane  ola  bilməz. 

Allaha doğru gedən  kişi  su  tapmış susuza  bənzər və cənnət 

mizraqlarınm  kölgəsi  altındadır.  Həmin  gün  iş  bəlli  olar, 

xətərlər aydın  eşidilər.  And  olsun  Allaha  ki,  düşmənlər bu 

şəhərlərini  nə  qədər  arzulayırsa,  mən  do  onlarla  qarşılaş­

mağı bir o qədər, hətta ondan çox istəyirəm.

Dişlərinizi  qıcayın,  çünki,  möhkəm  dayanmaq  qılıncları 

başınızdan  dəf  edər.  Zirehlərinizi  geyinin,  heç  bir  yeriniz 

açıq  qalmasın;  qılınclarınızı  sıyırmamış  qınlarında  oyna­

dın.  Gözlərinizin  ucu  ilə diqqətlə baxm;  sağa,  sola,  mizraq 

vurub hücum çəkin; addımlarınızı irəli ataraq qılınc vurun.

Ruhi  Seyfullayev

İslamda idman

Heç  vaxt  bir-birinizdən  ayrılmayın.  Düşərgə  salarkən 

hamınız birlikdə düşün. Qalxarkən hamınız birlikdə qalxın. 

Gecə  düşən  kimi  ətrafınıza  mizraq  düzün.  Dərin  yuxuya 

getməyin,  çox  az  yatın.  Sudan  zərər  çəkən  adam ağzını  su 

ilə necə yaxalayırsa, yuxunuzda o cür olsun».

Qeyd  olunan  xütbədə  ibtidai  hərb  hazırlığının  zəruri­

liyinə  işarə  olunur.  Ümumiyyətlə,  bədən  təlimi  hərb  əsna­

sında,  normal  həyata  belə  əhəmiyyəti  kəsb  edir.  Lakin 

insan  hərb  əsnasında  düşmənlə  qarşılaşdıqda  fiziki  hazır­

lığa, bədən tərbiyəsi və təliminə daha çox ehtiyac duyur.  Bu 

ehtiyacı  duymaması  üçün  insan  məhz  adi  yaşayış  halında 

səhhətini  qorumalı,  möhkəmlətməli,  yetişdirməli,  mütə- 

madi olaraq təmrinlər həyata keçirilməlidir.



İDMAN VƏ QADIN

Qədim  zamanlarda  qadınların  idmanla  məşğul  olması 

tam  qadağan  idi.  Hətta  qadınlar  tamaşaçı  kimi  də  idman 

yarışlarında  iştirak  edə  bilməzdi.  Buna  görə  ona  ən  ağır 

cəzaya  -  ölümə məhkum  olunardı.  Qədim  rəvayətlərə  görə 

qədim  yunanıstanda  hər  dörd  ildən  bir  olimpiya  yarışları 

keçirilərdi.  Hər  dəfə  do  turnirdən  əvvəl  tanrılar  tanrısı 

Zevsin  şərəfinə  qurbanlar  kəsilərdi.  Bir  neçə  əsrdən  sonra 

yarışmanın  proqramı  daha  da  zənginləşdi.  Belə  ki,  disk  və 

ox  atmaq,  güləş,  yumruqdavası,  arabada  ötüşmə,  silahla 

qaçma və sair  idman növləri turnirə salındı.  Ümumiyyətlə, 

o  vaxtlar  olimiyada  indiki  kimi  demokratik  keçirilmirdi. 

Yarışmaya bir neçə vacib şərt qoyulmuşdu. Əvvəla, iştirak­

çı  yunan  olmalı  idi,  ikincisi  qul  və ya  cinayətkar olmamalı 

idi,  üçüncüsü,  kişi  cinsinə  mənsub  olmalı  idi.  Qadınların, 

qulların  və  ya  cinayətkarların  turnirdə  tamaşaçı  kimi  işti­

rak  etmlərinə  də  xüsusi  qadağa  qoyulmuşdu.  Onlar  aşkar 

edilən  zaman  diri-diri  qayadan  aşağı  atılırdılar.  Deyilənə 

görə,  bir  dəfə  Ferenis  (bəzi  mənbələrdə  bu  cəsur  qadının



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə