Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
1   ...   11   12   13   14   15   16   17   18   19

60  Cənnət  müəllim

İslamda idman

gaha  sancıldı.  Beləliklə,  doqquz ox  atdı  və  oxların  hər  biri 

özündən  qabaqkı  oxları  sındırıb  düz  nişangahın  ortasına 

sancıldı.  Bu  heyranedici  hadisə  hamını  mat-məəttəl  qoyub 

hamını  o  Həzrətə  alqışlamağa məcbur etdi.  Gümanı  yanlış 

çıxan  və  planının  puç  olan  hişam  bərk  narahat  olub 

özündən  ixtiyarsız  olaraq  dedi:  «afərin  sənə,  ey  Cəfərin 

atası!  Sən  ərəb  və  əcəmin  (qeyri  ərəbin)  ox  atanlarının  ən 

üstünüsən.  Bəs  deyirdin  qocalmışam?»  Bu vaxt  Hişam  ba­

şını  aşağı salıb bir  qədər fikrə getdi.  Sonra İmam Baqir (ə) 

və oğlu İmam Sadiq aleyhissəlamı  öz yanında xüsusi  yerdə 

otuzdurub  onlarla  çox  hörmətlə  davrandı.  Daha  sonra 

üzünü  İmam.  Baqir  aleyhissəlama  tutub  soruşdu:  «qüreyş 

sənin  sayəndə  bütün  ərəb  və  əcəmə  ağalıq  itaət  etməyə 

layiqdir.  Belə  ox  ağmağı  kim  sənə  öyrətmiş  və  bunu  nə 

öyrənmisən?»  İmam  Baqir  əleyhissəlam  buyurdu:  «Özün 

bilirsən ki, mədinə camaatı bu işə adət edib, mən də cavan­

lıqda  bir  müddət  bu  işlə  məşğul  olmuş,  sonra  isə  tərk  et­

mişəm.  Bu gün sən israr etdiyin  üçün  qəbul  etdim».  Hişam 

dedi:  «Cəfər  (İmam  Sadiq  əleyhissəlam)  də  ox  atmaqda 

sənin  kim  məharətlidir?»  İmam  Baqir  əleyhissəlam  buyur­

du:  «Bu gün dininizi sizin üçün kamil eldim,  sizə olan nemə­



timi  (məkkənin  fəthi,  islamın  mövqeyni  möhkəmlənməsi, 

cahiliyyət  dövrünün  bir  sıra  zərərli  adətlərin  aradan  qal­

dırılması  və  i.a)  tamamladım»1  ayəsində  buyrulmuş  kamil 

din  və  tamamlanmış  nemət  bizik.  Biz  Peyğənbər  ailəsi 

(imam və rəhbərliyi)  bir-birimizdən  irs aparırıq və əsla Yer 

üzü bu cür bir şəxsiyyətdən (İlahi hüccətdən) boş olmaz.



GÜLƏŞ

İslam  mənbələrində göstərilir  ki,  güləş sənəti  ilə bir çox 

peyğənbərələr və imamlar məşğul olmuşlar. Tarixi rəvayətə 

görə görə peyğənbərin əmisi  Əbu Talib güləşi çox sevdiyin­



1 «Maldə» su;əsi,  5/'.

Ruhi  Seyfullayev

İslamda idman

 

61

dən  Həzrət  Əlini  (ə)  ərəb  cavanları  ilə  güləşdirərdi.  Yaşca 

öz rəqiblərindən kiçik olan həzrət Əli (ə)  onları bir göz qır­

pımında  yerə  vurardı.  Odur  ki,  atası  onun  bu  şücaətinə 

görə həmişə «Zahara Əliyy» yəni «Əli qalib gəldi»  deyərək 

alqışlayardı.  Buna  görə  də  imam  Əlinin  digər  bir  adı  da 

«Zəhir» yəni «Qalib» olmuşudr.

Hətta  islam  peyğənbəri  də  əmisi  Əbu  Talib  kimi  güləşi 

çox  sevərdi.  Bu  barədə  yazırlar:  bir  gün  İslam  peyğənbəri 

öz  nəvələri  Həsən  s.s.  və  Hüseyn  ə.s.  ilə  qızı  Fatimə  ə.s.-ın 

evinə  daxil  oldular.  Peyğənbər  onlara  buyurdu  ki,  durun 

ayağa,  bir-birinizlə  güləşin.  Onlar  güləşməyə  məşğul  ol­

dular. Hz. Fatimə ə.s.  bu vaxt evdə yox idi. Bir zaman gəldi 

gördü ki, peyğənbər İmam Həsən ə.s.-ı qələbə çalmağa  təş­

viq edir.  Hz.  Fatimə ə.s.  sual etdi ki,  atacan,  niyə bunların 

birini  qələbə çalmağa  təşviq edirsən:  Peyğənbər cavab  ver­

di.  «Fatimə,  sən,  istəmirsən  ki,  mən  balam  Həsəni  təşviq 

edib,  həvəsləndirəm,  halbuki  Cənabi  Cəbrayıl  ə.s.  o  birisi 

balamı, Hüseyni qələbə çalmağa həvəsləndirir».

Bundan  başqa tarixi mənəbələrə də yazılır ki,  islam pcy- 

ğənbərinin əmisi seyidiş şühəda Həmzə də kafirlərlə adətən 

güləş fənni  üzrə döyüşərək qalib gələrmiş.



NİZƏ TULLAMA

Nizə  tullama  İslamda  ən  geniş  yayılmış  idman  növ­

lərindən  biri  idi.  Tarixi  mənbələrə görə Həzrət Əli  və onun 

övladları  bu  sənətdə  çox  mahir  idilər.  Xüsusən  Əbülfəzi 

Abbas nizə sənətində çox tanınmış şəxslərindən biri idi.  Bu 

barədə  Aşura  tarixi  haqqında  yazılır:  Düşmən  tərəfi  fərat 

çayının  qarşısını  kəsib  İmam  Hüseyn  tərəfdarlarına  icazə 

vermirdilər  ki,  onlar  bu  çayından  su  götürsünlər.  Həzrət 

Əbülfəzi  Abbasın  qardaşı  İmam  Hüseyndən  izazə  alıb  su 

gətirmək  üçün  nizəsini  götürüb  ata  süvar  olaraq  çaya  tərf 

getdi.  Halbuki  4  min  düşmən  əsgəri  onun  keşiyini  çəkir­



62

  Cənnət  müəllim

İslamda idman

dilər.  Həzrət  özünü  o  qoşuna  vurub  həşdad nəfərin  öz ni­

zəsi ilə məğlub edib qətlə yetirdi.

QILINC OYNATMA

İslamda  qılınc  oynatma  ilə məşğul  olan  şəxs  böyük  mə­

qama  malik  idi.  Müharibə  əsnasında  əsasən  qılmcoyna- 

danlar öndə gedərdilər.  Buna görə də xəlifələr yanında bö­

yük  məqama  malik  olardılar.  Bu  sahədə  mahir  ustadlar 

sayılan seyid şühəda Həmzə və həzrət Əli (ə)  ın qılıclarmm 

sayəsində idi  ki,  böyük şücaətlər göstərək,  düşmənlərə  qa­

lib  gələrdilər.  Elə  buna  görədir  ki,  islam  peyğənbəri  onun 

xəndək  müharibəsində  vurduğu  bir  qılınc  zərbəsin  bütün 

insan  və  cinlərin  ibadətindən  daha  üstün  saymış  və  ona 

mükafat  olaraq  «Əsədullahilğalib»  yəni  Allahın  həmişə 

qalib  gələn  şiri  ləqəbini  vermişdir.  Həzrət  Əli  (ə)  hətta  bu 

şücaətindən  başqa  islam  aləmində  nizamlı  ordu  qurucusu, 

ilk  ordu  təlimi  və  əsgəri  qüvvələri  yaradan  ilk şəxs olmuş­

dur.

Qılınc  oynatma  haqqında  Peyğənbəri-Əkrəm  buyurub: 



«Xeyrin hamısı qılıncdadır və qılıncın kölgəsindədir, insan­

lar  yalnız  qılıcla  ucalarlar,  qılıclar  cənnət  və  cəhənnətin 

açarlarıdır.

ÜZGÜÇÜLÜK

İslamla üzgüçülük sənəti böyük önəm verilmiş və müsəl­

manlara  idmanın  bu  növünə  çox  təşviq  edilirdi.  Tarixi 

mənbələrə  görə  müsəlmanlar  arasında  ən  mahir  üzgüçü 

peyğənbərin ən  yaxın  dostlarından  biri  olan  Salman  Farsi 

idi.  Salman  (r)  həm  də  Həzrəti  Əlinin  ən  yaxın  və  vəfalı 

dostlarından  biri  idi.  Bu  böyük  şəxsiyyət  bir  neçə  mühari­

bədə iştirak edib, böyük şücaətlər göstərmişdi.  Onun mahir 

üzgüçü olması haqqında yazırlar:  ikinci xəlifənin dövründə 

Sasanilərin  paytaxtı  Tisfun  (indiki  Mədain)  dünyanın  bir

neçə böyük  şəhərlərindən biri  sayılırdı.  Müsəlmanlar  tərə­

findən  Tisfunun  fəthi  zamanı  O  cənab  qan  töküləməsin 

deyə  dəclə  çayını  üzə-üzə  keçərək  iranlılarlılarm  mühari- 

bəsiz  təslim  olması  haqqında  danışıqlar  aparmışdı.  Tisfun 

xalqı  da  onun  bu  fikirlərini  bəyənərək  təslim  olmuşdular. 

Buna  görə  də  İkinci  xəlifə  onun  bu  cür  şücaətinə  görə  o 

cənabı Tisfuna vali təyin etmişdi.

Bundan  başqa  Salman  Fars  islam  dünyasında  bir  çox 

xeyirli  işlərin  yaradıcısı  hesab  edilir.  Belə  ki,  əhzab  mü­

haribəsində düşmənlərdən müdafiə olunmaq  üçün,  ilk dəfə 

xəndək  qazılması  onun  təşəbbüsü  ilə  həyata  keçmişdir. 

Bundan  başqa  islmada  ilk  bərbərlik  sənətidə  ona  mənsub 

olmuşdur.

Üzgüçülük  barəsində  islam  peyğənbəri  necə  də  gözəl 

buyurmuşdur:  «Övladlarınıza  üzgücülüyü  və  ox  atmağı 

öyrədin».  Qeyd  olunan  hədisdə  böyük  peyğənbərimiz  iki 

mühüm  fiziki  tərbiyə  növünə  işarə  edir.  Ox  atmağı  və 

üzgüçülüyü  bədnin  mühüm  tərbiyə  vasitəsi  hesab  edərək 

hələ  kiçik  yaşlardan  yeniyetmələrə  aşılanmasını  zəruri  sa­

yır.


Ruhi  Seyfullayev 

İslamda idman

 

63

QAÇIŞ

Qaçış sənəti ən qədim idman növlərindən biri hesab olu­

nur.  Bu barədə islam tarixçiləri yazırlar ki, həzrəti Musa (ə) 

fironun  əlindən  qadığı  üçün  səkkiz  gün  yalnız  gecələr  giz­

lənmək və istirahət  etmək şərti  ilə  Misirdən  Mədyən  şəhə­

rinə  yolu  qət  etmiş  idi.  Mənbələrdə  göstərilir  ki,  yol  əsna­

sında  Musa  (ə)  bəzən  yerimiş,  bəzən  isə  yol  boyu  qaç­

mışdır.  Bundan əlavə tarixçilər qeyd edirlər ki,  həzrəti  Yu­

sifin  qardaları  da  qaçış  idmanına  böyük  önəm  verirdilər. 

Bu  barədə  Quran-kərimdə  yazılır  ki,  qardaşlar  həzrət  Yu­

sifi  quyuya  atdıqdan  sonra atasının yanma gələrək dedilər: 

«Atacan! biz  qaçış yarışında  iştirak  edəndə  qəflətən gördük



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə