Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
1   2   3   4   5   6   7   8   9   10   ...   19

26  Cənnət  müəllim

İslamda idman

kətləri daxil edilib.  Bundan sonra,  Azərbaycan  akrobatları 

ümumittifaq  yarışlarında  iştirak etməyə  başlayıblar.  1960- 

1990-cı  illərdə  akrobatlarımız  ümumittifaq  və  beynəlxalq 

yarışlarda mühüm nailiyyətlər əldə ediblər.

Azərbaycan İdman Akrobatik Federasiyası  1993-cü ildə 

Beynəlxalq  İdman  Akrobatika  Federasiyasına  üzv  qəbul 

edilib  və  həmin  ildən  idmançılarımız  Avropa  və  dünya 

çempionatlarında iştirak etmək imkanı əldə ediblər.

1993-cü  ildə  Moskva  şəhərində  keçirilən  gənclər  ara­

sında çıxış edən Azərbaycan akrobatları  Elşən Seyfullayev, 

Elxan  Şahbazzadə,  Valeriy və Aleksandr  Liçkin  qardaşları 

kişilərin  qurup  hərəkətlərində  mütləq  çempion  adını  qaza­

nıblar.  Digər  akrobatlar  A.Mustafayev  və  S.Cəbrayılov 

kişilərin  Qoşa hərəkətlərində Avropa və  dünya çempionat­

larında mükafata layiq görülüblər.

Ümumiyyətlə,  1993-2003-cü illərdə akrobatlarımız avro- 

pa  və  dünya  çempionatlarında  5  qızıl,  4  gümüş,  4  bünürc 

medal qazanıblar.

QACİS

Ən  qədim  və  geniş  yayılmış  idman  növlərindən  biri 

qaçışdır.  Qaçış  növlərindən  olan  Marafon  qaçışının  isə 

maraqlı tarixi vardır.  E.ə. 490-cı ildə Marafon kəndi yaxın­

lığındakı döyüşdə yunanlar farslar üzərində qələbə çalırlar. 

Yunan  sərkədəsi  Miltiad  bu  şad  xəbəri  afinaya  çatdırmaq 

üçün  bir qasid  göndərir.  Bu qasid  onun  ən  yaxşı  döyüşçü­

lərindən  biri  olan  Fedinsk  idi.  Miltiad  ona  əmr  edir  ki,  o 

bütün  yolu  dayanmadan  qaçsın.  Qasid  Afinaya  çatır, 

«Sevinin,  qələbə  çaldıq»  deyə  qışqırır  və  elə  oradaca  yıxı­

laraq  ölür.  Onun  ürəyi  bu cür  fiziki  gərginliyə  hazır  deyil­

miş.  Xüsusi  məşq  keçmiş  idmançı  isə bundan da  artıq mə­

safəyə qaça bilər.

Ruhi  Seyfullayev

İslamda idman

 

27

1896-cı ildə Olimpiya Oyunları yenidən keçirilməyə baş­

layanda bu oyunların proqramına marafon qaçışını da da­

xil  edirlər.  Afınadakı  bu  I  oyunlar  zamanı  marafonçular 

əfsanəvi  qasidin  marafondan  Afinaya  qədər  qət  etdiyi  yol 

uzunluğunda  (40,2  km)  məsafəyə  qaçırlar.  Lakin  zaman 

keçdikcə marafon  qaçışının məsafəsi  42  km  195  m-ə qədər 

artırılır.

Azərbaycan  idmançıları  3  dəfə  Olimpiya  Oyunlarının 

mükafatçıları  olublar.  1956  və  1960-cı  illərdə  Yuri  Kono­

valov,  1972-ci  ildə isə Aleksandr Kornelyuk  100  metrə qa­

çışın daha bir növü olan estafet qaçışında gümüş mükafata 

layiq görülüblər.

FUTBOL

23  oktyabr  1963-cü  ildə  Londonda  qeyri-adi  bir  futbol 

matçı  keçirildi.  Dünyanın  yığma  kosmandası  oynayırdı. 

«Əsrin  matçı»  adını  almış  bu  oyunu  televiziyaya  bütün 

dünya  dünya  göstərirdi.  Futbolun  yüzillik  yubileyi  bu  cür 

qeyd edilirdi.  Oyunun Londonda keçirilməsinin və koman­

dalardan  birinin  İngiltərənin  yığma  komandası  (yeri 

gəlmişkən,  o  da  qələbə  çaldı  -2:1)  olmasının  izahı  sadədir: 

futbolun  vətəni  İngiltərə  sayılır.  Lakin  futbolun  vətəni 

İngiltərə  sayılsada,  tarixdən  bilir  ki,  hələ  2  min  bundan 

əvvəl bir çox ölkələr «öz» futbollarını oynarmışlar.

Eramızdan  əvvəl  55-ci  ildə  Britanyanı  fəth  edən  Yuli 

Sezarın  Roma  legionrləri  özləri  ilə  futbolun  «xarpastum» 

aldı növünü gətirmişlər.  Lakin, Coffri  Qrinin yazdığı «Fut­

bolun  tarixi»nə  əsasən  çində  futbol  hələ  eramızdan  əvvəl 

IV və  III  əsrdə  oynayarmışlar və futbol  Çində  hərbi  hazır­

lığın  bir  hissəsi  hesab  edilirmiş.  Xan  sülaləsinin  tarixində 

eramızdan  əvvəl  206-cı  ildən  eramızın  25-ci  ilinə  qədər 

(«çju-ke-çju-ayaqla  vurmaq,  ke-isə  üfürülmüş  dəri  top  de­

məkdir»)  oyunundan  bəhs  edən  salnamələr  var.  İnpera-




28  Cənnət  müəllim

İslamda idman

torun  ad  günündə  iki  ən  yaxşı  komanda  saray  qarşısında 

«görüş» keçirirdi.

Çin,  qədim  zamanlarda  futbola  bənzər  oyunun  oyna­

nıldığı  yeganə  ölkə  deyildir.  Məsələn,  Yaponiyada  ardıcıl 

olaraq  14 əsr «kemari» və orta əsrlərdən indiyə qədər İtali­

yada  oynanılan  «kalçio»  adil  oyular  buna  əyani  bir misal­

dır.


Bu  gün  bütün  dünyada  ən  sevimli  idman  növü  sayılan 

idman  olan  futbol  oyunu  biz  gördyümuz  qaydalarına 

(qanunlarına)  çatana  kimi  on  illər  lazım  olub.  8  dekabr 

1863-cü  il  futbolun  rəsmi  «doğulan»  günüdür.  Buna kimi, 

futbolu  1580-ci  ildə  Florensiyada  qəbul  olunmuş  qay­

dalarla  oynayırdılar.  Onda  komanda  27  nəfərdən;  15  hü­

cum,  5  yarımmüdafiəçi,  4  müdaifəçi  və  3  qapıçıdan  ibarət 

olurdu.  Bu oyunda məqsəd hər yolla topu rəqib qapısından 

keçirmək idi.  Nəhayət,  ötən əsrin 40-cı  illərində İngiltərədə 

«Kembirc  qaydalı»  elan  olundu.  Burada  ofsayd,  qapı  xət­

tindən  topun  çıxması,  əllə  itələmək  və  kobud  oynamaq 

qeydə  alınırdı.  Qapı  dirsəkləri  də  peyda  oldu.  Ancaq  əsas 

şey müəyyən olunmamışdı:  nə ilə-ayaqla.,  yoxsa,  əllə oyna­

maq.  Bu  məqsədlə  Xarou  və  Reqbi  şəhərlərinin  nümayən­

dələri  xüsusi  inadkarlıq  göstərirdilər.  Axır  ki,  1863-cü  ilin 

26  oktyabrında  Londonda  reqbi  və  futbolu  sevənlərin 

mübahisəsi  İngiltərə  Futbol  Asosiasiyasınm  yaranması  ilə 

nəticələndi.  Belə  ki,  yeni  qaydaya  əsasən,  heç  bir  oyunçu 

topu  əlində  tutub  qaça  bilməz,  rəqibin  oyunçularım  vur­

maq,  tutub  saxlamaq  olmaz,  topu  əllə  saxlamaq  və  əllə 

qapıdan  keçirmək  qadağan  olunur.  Yeni  idman  növünə 

üstünlük  verənlər,  hətta  qapıçıya  əllə  oynamağa  icazə 

vermirdilər.  Yarandığı  bu  günə  kimi,  yəni  137  il  ərzində 

sevimili oyunumuz çoxdu dəyişdiklərə məruz qalıb.

1866-cı ildə qapının hündürlüyünü qeydə almaq üçün iki 

dirək arasında ip çəkilib.



Ruhi  Seyfullayev

İslamda idman

1871-ci  ildə  oyunun  vaxtı  bir  saat  yarım  müəyyən  olu­

nub, qapıçı meydaçasında qapıçılara topu əllə tutmağa ica­

zə verilib.

1873- 

cü ildə topu yan xəttdən atmaq və künc zərbəsi tət­



biq olunub.

1874- 


cü  ildə  sərbəst  zərbə  təyin  etmək  üçün  qaydaların 

pozulması müəyyən olunub.

1875-  ci ildə hündürlüyü müəyyən edən ipi tir əvəz edib.

1878-ci ildə hakim meydana fit ilə çıxmışdır. Həmin vax­

ta  qədər  hakim  meydandan  kənarda  otururdu  və  oyun­

çular  ona  müraciət  etdikdə,  onların  mübahisələrini  həll 

edirdi.

1883-cü ildə oyunun vaxtını iki hissəyə böldülər, hər his­



sədə isə qapıları dəyişmək qərarına gəldilər.

1887-ci  ildəoyundan  kənar  vəziyət  dəqiqləşdirildi;  rəqib 

qapısı  ağzından  meydançaya  vurulmuş  zərbə  zamanı  və 

əgər ötürmə son anda rəqibin ayağına dəyərsə oyundan kə­

nar vəziyyət qeydə alınmır.

1891-ci  ildə  qapılandan top asıldı  və  qolu  qeydə  almaq 

hakimlər üçün asnlaşdı.  Həm də ən  ağır cəza olan  11-metr­

lik cərimə zərbəsi (penalti) təyin olundu.

1902-ci  ildə  qapıçılara,  nəinki,  qapıçı  meydançasında, 

həm də cərimə meydançasında əllə oynamağa icazə verildi.

1904-cü  ildə  Fransanın  təşəbiisü  ilə  Beynəlxalq  Futbol 

Asosasyası (FİFA) yarandı.

1913-cü  ildə  qərara  alındı  ki,  cərimə  və  sərbəst  zərbələr 

zamanı oyunçular topdan 9 m,  15 sm aralıda dayansınlar.

1924-cü  ildə  künc  zərbələrindən  sonra  birbaşa  qapıya 

girmiş top  hesablanmağa başladı.

1926-cı  ildəi  isə  bir  başa  küncdən  zərbə  ilə vurulan  qol­

ları da hesaba almağa başlamışlar.

1930-cu  ilin  iyulunda  Montevideoda  keçirilmiş  dün­

yanın  birinci  kuboku  və  ya  o  vaxt  rəsim  olaraq  adlan­

dırıldığı  kimi.  «Jül  Rime  mükafatı»  (FİFA-nm  prizdenti



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə