Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə80/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   76   77   78   79   80   81   82   83   ...   91

298
İyirmi ikinci bölüm
Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. 
Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) 
barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, za-
lımları sevməz!” 
(əş-Şura, 39-40)
Əxlaqdandır ki, bir müsəlman səviyyəsiz insanların ona etdiyi 
pislikləri bağışlasın. Şəxsiyyətinə qarşı diliuzunluq edənlərə tər-
biyə vermək, onlara həddini bildirib qabalıqlarını yumşaltmaq da 
müsəlmana yaraşan hərəkətdir. Müsəlman gücünü göstərməlidir 
ki, cinayətkarlar qorxub geri çəkilsinlər. Hətt a o bu ali məqamda, 
(ona qarşı haqsızlığa yol vermişləri) bağışlamaq haqqına sahibdir. 
Güc sahibinin bağışlamağı – özü də əlində imkan ola-ola – cina- 
yətkarları tərbiyə etməyin bir növüdür, böyüklüyün göstəricisidir. 
Sonuncu ayələrdə göstərilmiş əxlaqi davranışlar ilk ayələrdəki 
əxlaqi davranışlardan fərqlənir. 
İlk ayələrdə bildirilir ki, “büdrəyənlər”in günahından keçmək 
lazımdır: 
“...(birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayar-
lar.”
Digər ayələrə gəlincə, onların ifadə etdiyi məzmunu qısaca belə 
izah edə bilərik: Cinayətkarı məhkəməyə çıxarırlar. Məhkəmə 
onun cəzalandırılması haqda qərar çıxarır. Haqq bıçağı onun boğa-
zına dirənir. İradəsi qırılıb köpü alındığında, gec də olsa ədalət öz 
yerini tutduqdan sonra ona rəhm etmək olar. Mərhəmət göstər-
mək yelbeyin insanlara vicdan ağrısı çəkdirər, müsəlmanın da 
böyüklüyünə böyüklük qatar.
İradəsizlik bizi problemlərimizi həll edib tələbatlarımızı tə-
min edə biləcək şəxslərin qarşısında bəzən alçaldır, bəzən də qey- 


299
Böyüklük (şərəf-izzət, şərəf-şan)
ri-münasib hallara sürükləyir. Bu səbəbdən Peyğəmbər 
(Ona Allahın 
xeyir-duası və salamı olsun!) 
bizə öyrədir ki, belə hallara düşməyək, istəkləri-
mizi alnıaçıq və üzüağ əldə etməyə cəhd göstərək. Hədislərin bi-
rində deyilir:
“Ehtiyaclarınızı ləyaqətlə təmin edin. Çünki hər şey qabaqca-
dan ölçülüb-biçilib (hərfən: işlər müəyyən ölçüdə (qədərə uyğun 
olaraq) cərəyan edər)”.
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
bununla demək istəyir 
ki, insanlar bir yerə toplaşsalar belə nə Allahın verdiyinə mane ola, 
nə də vermədiyini ala bilərlər. Elə isə biz işlərin “tale”yinin onları 
təqdir edənin – Əzəmətli Allahın əlində olduğunun fərqinə var-
malı, buna inanmalı, rəbbimizəgüvənməliyik. Odur ki, dinimizi 
alçaltmamalı, əksinə, ucaltmalıyıq. Özümüzə sahib çıxıb axmaqla-
ra ucalmaq fürsəti verməməliyik. Doğrudan da, bütün işlər Alla-
hın izni ilə baş verir. 
Uca Allah buyurur:
“Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemə- 
tə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir 
şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, 
yenilməz qüvvət sahibi, hikmət sahibidir!” 
(Fatir, 2)
Allahın bəzi şəxslərə verdiyi səltənət Onun məxluqat üzərin-
dəki iradəsini bir tük qədər dəyişdirə bilməz. Bəzən görürük ki, 
hadisələrə nəzarəti itirmişik. Ancaq eyni şeyi Allah haqqında söy-
ləmək olmaz:
“...Allah Öz işində (əmrində) qalibdir (istədiyini edən-
dir), lakin insanların əksəriyyəti (bunu) bilməz!” 
(Yusif, 21)
Haqqa daha yaxın olub fayda qazanmaq, problemləri ən doğ-


300
İyirmi ikinci bölüm
ru yolla həll etmək üçün müsəlman belini dik tutmalı, alnıaçıq ol-
malıdır. İmkan verməməlidir ki, ehtiyac onu alçaltsın. O, dua ilə 
rəbbinə yönəlməli, acizliyini yalnız Ona bildirməlidir. Aşağıdakı 
ayə öyrədir ki, halımızı yalnız Allaha ərz etməliyik:
“Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), 
onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. 
Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini 
(lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən 
istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir”. 
(Yunis, 107)
Bundan qabaq dedik ki, Peyğəmbər səhabələrə köməksiz 
keçinməyi, özü-özünə kifayətlənməyi öyrədirdi. Bu səbəbdən on-
lar adi məsələlərdə belə kimdənsə kömək istəməzdilər. Övf ibn 
Malik 
(Allah ondan razı qalsın!)
 belə rəvayət edib: 
“Peyğəmbərin 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
yanına getmişdik. 
7-9 nəfər olardıq. Soruşdu: “Allahın rəsuluna sadiqlik andı iç-
mirsinizmi (bey`ət etmirsinizmi)?” Əllərimizi uzadaraq: “İçirik, 
ey Allahın rəsulu!” – dedik. Dedi: “Bey`ət edin ki, Allaha ibadət 
edəcək, Ona heç nəyi ortaq tutmayacaqsınız. Beş vaxt namaz qıla-
caq, qulaq asıb itaət edəcəksiniz. (Səsini alçaldaraq): Və kimsədən 
bir şey istəməyəcəksiniz.” 
Övf ibn Malik 
(Allah ondan razı qalsın!) 
sözünə davam edir: “Sonralar 
həmin insanların bir neçəsini gördüm. Əllərindən qamçıları belə 
düşsəydi, kimsədən qamçını onlara vermələrini istəməzdilər”
1
.
İnsan bu iki şeydən biri üçün özünü alçaldar: ya maddi prob- 
lemlərlə qarşılaşdıqda, ya da ölüm təhlükəsi başının üstünü alan-
1
 Hədisi İmam Müslim rəvayət edib. 


301
Böyüklük (şərəf-izzət, şərəf-şan)
da. Qəribədir ki, ruzi və əcəl məsələsində Allah insana heç bir səla-
hiyyət verməyib. Kimsə bu işdə səlahiyyət sahibi deyildir. Həyata 
hərislik göstərib, bir tikə çörək üçün qorxuya düşən xəstə nəfsin 
doğurduğu illüziya insanların ləyaqətini alçaldır. İnsanlar zəlillik- 
dən qorxduqları üçün zəlildirlər, kasıblıqdan qorxduqları üçün 
kasıbdırlar. Halbuki tövhid inancı tələb edir ki, yalnız Pak və Uca 
Allahdan qorxmaq və yalnız Ona yalvarmaq lazımdır. Allahın 
qarşısında heç bir səlahiyyətə sahib olmayan, nə xeyir, nə də zərər 
verməyə gücləri çatmayan insanlara bel bağlamaq doğru deyildir.
Quranda deyilir:
“Yaxud bu əsgərləriniz (köməkçiləriniz) kimdir ki, onlar 
sizi Rəhmanın əzabından qurtara bilsinlər?! (Bəndələri 
Allahın əzabından Onun Özündən başqa heç kəs xilas 
edə bilməz!) Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar!
Əgər (Allah) Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?! 
Xeyr onlar (cahillikləri üzündən) dikbaşlıqdan və (haq- 
qa) nifrət etməkdən (boyun qoymamaqdan) əl çəkmir-
lər”. 
(əl-Mülk, 20-21)
Allaha duasında İbn əl-Qəyyim 
(Allah rəhmət etsin!)
 deyirdi:
Ey arzu və ümidlərimdə üz tutduğum Kəs!
Ey çəkindiklərimdən sığındığım Kəs!
Sənin sındırdığın sümüyü insanlar yerinə sala bilməzlər
Yerinə saldığını da kimsə sındırmağa qadir deyil!
Budur həqiqi tövhid inancı! Aciz-biçarələrin üz tutacağı qapı 
budur! Ancaq onlar qapılarda sürünür, ətəklərə sürtünür, ayağa 
düşüb yaltaqlanırlar ki, ruzi əldə etsinlər.
İslam narahatlıq doğuran amillərin kökünü kəsməklə, sıxıntıları 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə