Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə91/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   83   84   85   86   87   88   89   90   91

341
Vaxt – ondan necə səmərəli istifadə etmək olar?
Vaxta qənaəti tövsiyə edən islam müsəlmanları səhər tezdən 
oyanmağa səsləyir. Bu din arzulayır ki, onlar gündəlik işlərinə fəal 
və əzmkarlıqla başlasınlar. Axı günə səmərəli başlamaq imkan ve-
rir ki, onun qalan hissəsi əldən çıxmasın, faydalı keçsin. 
İslamda həyat (iş, fəaliyyət) sübh tezdən başlanır, günəş doğma-
dan qabaq oyanıq qalmaq arzu olunur, sübh namazının gec qılın-
masına səbəb olan gecə oyaqlığı xoş qarşılanmır. Hədisdə deyilir:
“Allahım, ümmətimin sübh çağını (erkən saatlarını) bərəkətli 
qıl!”
1
 
Qəfl ət və məhrumiyyətdəndir ki, bəziləri günəş adamboyu qal-
xanadək yatırlar, üstlərinə günəşin şüaları düşsə də, yorğana bərk- 
bərk sarılırlar. Başqaları isə həmin vaxt, həm bu dünyanı, həm də o 
dünyanı qazanmaq üçün iş görür.
Həzrəti Fatimə 
(Allah ondan razı qalsın!) 
belə rəvayət etmişdir: 
“(Bir dəfə) Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
yanımdan 
keçirdi. Sabah idi və mən hələ də yatırdım. Ayağı ilə məni sirkələdi: 
“Qızım, qalx – dedi. – Qalx, rəbinin ruzisinə şahid ol. Qafillərdən 
olma. Allah insanların ruzisini dan yeri ağarandan günəş çıxana- 
dək verir”
2

Məhz bu zaman kəsiyində kimin çalışqan, kimin də tənbəl ol-
mağı üzə çıxır. Dünya və axirət nemətlərihər kəsə hazırlığına görə 
verilir.
Zaman həm vəzifələri, həm də taleləri özündə birləşdirir. Bu ta-
lelərdə düşünənlər üçün ibrətlər vardır. Allah buyurur:
“Allah gecəni gündüzə (gündüzü də gecəyə) çevirər. Hə- 
qiqətən, bunda (gecə və gündüzün bir-birinin ardınca 
1
 Hədisi Əbu Davud rəvayət edib. 
2
 Hədisi Beyhəqi rəvayət edib. 


342
İyirmi beşinci bölüm
gedib-gəlməsində) bəsirət sahibləri üçün bir ibrət var-
dır”. 
(ən-Nur, 44)
İnsanlar baş verənləri görür, amma Səbəbkarı unudurlar; xeyir 
və şər günlər yaşayır, lakin bu günlərin yaradıcısı haqda dü-
şünmürlər. Çətin anlarda heydən düşdükləri zaman zəmanəyə 
və baş verənlərə lənət oxuyurlar, – bu, Allaha qarşı cahilliyin bir 
formasıdır, ilahi təqdirdən xəbərsizlikdir.
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
“Qüdrətli və Böyük Allah buyurur: “İnsan oğlu zamana söy-
məklə Məni incidir. Mən zamanam, hər şey mənim əlimdədir. 
Gecəni gündüzə, gündüzü də gecəyə çevirirəm”
1
.
Bu o deməkdir ki, insanın başına gələn xeyir və şərin baiskarı 
zaman deyildir. Bütün bunlar zamanın sahibi – Allahın təqdiridir:
“Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dö-
züb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor 
olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyir-
lə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət 
və cah-calalla) imtahana çəkərik. Və siz (qiyamət günü 
əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzuru-
muza qaytarılacaqsınız!” 
(əl-Ənbiya, 35)
Pak və Uca Allahın təqdir etdiyi müxtəlif vəziyyətlərdə bir 
hikmət vardır. Və bu hikməti yalnız ağıllı kəslər anlayırlar. Bu-
nunla da, imanları artıb-çoxalır:
“...bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən 
məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbiniz- 
1
 Hədisi Əbu Davud rəvayət edib. 


343
Vaxt – ondan necə səmərəli istifadə etmək olar?
lə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab 
üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!”
(ər-Rəd, 2)
Axmaq insanlar düşdükləri yaxşı və pis vəziyyətlərdən ibrət 
götürməz, bir-birini əvəzləyən müsibətlər haqda düşünməzlər. 
Hədisdə deyilir: 
“Xəstələnib, sonra da sağalan münafiq dəvəyə oxşayır. O dəvəyə 
ki, (insanlar) onu tutar, əhliləşdirdikdən sonra buraxarlar. Amma 
o dərk etməz ki, niyə tutulmuşdu, niyə də buraxıldı!”
1
Bəli! Sınaqların tərbiyə edə, günlərin də yonub-düzəldə bil-
mədiyi kəs mömin deyildir. Ağrı-acı ona görə vardır ki, cahil ağ-
lını başına yığsın, unutqan da silkələnib özünə gəlsin, Allahdan 
uzaqlaşdığı üçün tövbə etsin. 
Uca Allah buyurur:
“Səndən əvvəl də ümmətləri (peyğəmbərləri yalançı he-
sab etdikləri üçün) müsibət və fəlakətə düçar etdik ki, 
(Allaha) yalvarsınlar.
Barı, əzabımız onların başlarının üstünü alanda yalva-
raydılar...” 
(əl-Ənam, 42-43)
İnsanın təbiətində Allahı çətin anlarda axtarmaq, dara düşdü- 
yündə Ondan kömək istəmək vardır. Ağıllı o kəsdir ki, başına bir 
bəla gələrsə, rəbbinə üz tutar, bəladan qurtulduğunda onunla əla-
qəni kəsməz, əksinə, daha da sadiq olar. Allaha möhtac olmayacağı 
gümanına qapılaraq Onun yaxşılıqlarını nankorcasına unutmaq 
alçaqlıqdır!
Dəyər nədir bilməyən, başlarına gələnlərə o qədər də əhəmiy-
yət verməyib, müxtəlif vəziyyətlərdən nadir hallarda dərs çıxaran 
1
 Hədisi Əbu Davud rəvayət edib.


344
İyirmi beşinci bölüm
insanlara gəlincə, onlar təhlükələr zamanı böyürüb Allaha üz tutur, 
rifah və əmin-amanlıqda isə Ondan qaçırlar! 
Allah belələri haqda buyurur:
“İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən 
zaman uzananda da, oturanda da, ayaq üstə duranda da 
Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan 
ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. 
(Allaha şükür etməyi də unudub yaramaz işlərində da-
vam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı 
göstərildi”.
 (Yunis, 12)
Bu cür yüngülbeyinlik alicənab insanlara yaraşmaz; onlar Yax-
şılıq Sahibinə – Allaha bu cür münasibət bəsləməzlər. 
Zamandan ibrət götürmək üçün həm ümumi tarixi öyrənmək, 
həm Allahın hər yerə “səpələnmiş” nişanələrinə diqqət yetirmək, 
həm də xalqların başına gələnlərdən dərs çıxarmaq lazımdır. 
Çıxarmaq lazımdır ki, mədəniyyətlərin (xalqlar) necə tərəqqi 
tapmağı, necə tənəzzülə uğramağı bizə məlum olsun. Bilməliyik 
ki, tənəzzül və intibahlar bir-birini necə əvəz edir? Qüdrətli və 
Böyük Allah tələb edir ki, insanlar bu cür əvəzləmələrə diqqət 
yetirsinlər. Yetirsinlər ki, bütün bunlardan bəhrələnəcək dərin tə-
fəkkürə sahib olsunlar. 
Quranda deyilir:
“Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafir-
lər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlb-
ləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqə-
tən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb 


345
Vaxt – ondan necə səmərəli istifadə etmək olar?
gözü) kor olar. (Kafirlər keçmiş ümmətlərin başına gə-
lən müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü 
ilə görüb onlardan heç bir ibrət almazlar)”.
 (əl-Həcc, 46)
İnsan iki vəziyyətə düşə bilir: ya başına gələnlərdən ibrət 
götürüb düşüncələrini düzəldir, imanını artırır, ya da başqalarının 
düçar olduğu hallardan dərs çıxarır. Deməli, birinci halda insan – 
şəxsi, ikinci halda isə başqalarının təcrübəsinə əsaslanaraq həyatı-
na nizam verir. 
Bu təlatümlü, enişli-yoxuşlu dünyaya düşünmədən, ibrət götür-
mədən nəzər salmaq korluqdur, qaranlıqdır, bir möminə yaraşma-
yan hərəkətdir. 
Ömür qısadır, insanın hal-hazırı məhduddur. Qapalılıq və məh-
dudluq şəraitində ağıl nə müntəzəm, nə əzəmətli, nə də fərasətli-
dir. Elə isə o, daha geniş meydanlar – Allahın hökmranlıq aləmi və 
tarixin çoxəsrlik zaman kəsimləri haqda düşünməlidir.
 Müxtəlif sahələrdə “dolaşmaq” insana böyük “sərvət” qazan- 
dırır. Düşüncələrdən, hadisələrdən, baxışlardan, faktlardan ibarət 
bu sərvət insanın dünya haqqındakı biliyini artırır, ona aləmlərin 
rəbbi olan Allahı daha yaxından tanıdır. İslam düşünmə, müşahi-
də, idrak, öyrənmə (tədqiq) yolu ilə imanı möhkəmlədir. 
Bu məqsədlə o, müsəlmanları uzun səfərlərə, uzaq səyahətlərə 
çağırır. İslam onları Şərqə və Qərbə getməyə, özü də əyləncə üçün 
deyil, savadlanmaq üçün, araşdırmaq üçün, öyrənmək üçün, diri 
və ölülərin həyatından dərs çıxarmaq üçün getməyə həvəsləndirir. 
Quranda oxuyuruq:
- “(Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrət- 
li əhvalatlar) olub keçmişdir. İndi yer üzünü dolaşıb 
haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!
Bu, (belə əhvalatlar) insanlardan (xalqdan) ötrü (olub 


346
İyirmi beşinci bölüm
keçənlərə dair) bir xəbər, mütt əqilərdən ötrü isə hidayət 
(doğru yola göstəriş) və nəsihətdir”. 
(Ali-İmran, 137-138)
- “Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərin-
dən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? 
Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox 
iz qoyub getmiş kəslər idi. Allah onları günahlarından 
dolayı yox etdi. Onları Allahdan (Allahın əzabından) qo-
ruyan bir kimsə tapılmadı”.
 (əl-Mumin, 21)
Qurani-Kərimdə, məhv olmuş mədəniyyətləri araşdırmağa, on-
ların tənəzzül səbəblərini öyrənməyə çağırış vardır. Quran istəyir 
ki, “nəvələr” “babalar”ın başına gələnləri öyrənib, eyni xətaları 
təkrarlamasınlar. Tarixi “oxumaq” neçə-neçə qəribəlikləri üzə 
çıxarır:
 
Gecənin keçməsi insanı sevindirir,
Ancaq ömür gecənin keçməsi ilə qısalır.
Gecələr zamandan boylu qalıb – 
Hər cür qəribəliklərə hamilədirlər.
Zaman ağılları heyrətdə buraxan mahiyyətdir. Zaman haqda 
bildiklərimiz ətraf aləmdəki təzahürlərlə məhdudlaşır. Bəlkə də, 
fanilik və əbədiliyin sirri zamandadır. Bu, ancaq və ancaq Allaha 
məlumdur. Quranda oxuyuruq:
“Sizləri yer üzündə yaradıb törədən (yer üzünə yayıb sə-
pələyən) Odur. Siz (qiyamət günü) Onun hüzuruna cəm 
ediləcəksiniz.


347
Vaxt – ondan necə səmərəli istifadə etmək olar?
Dirildən də, öldürən də Odur. Gecə və gündüzü bir-bi-
rinin ardınca gedib-gəlməsi də Onun əmri ilədir. Məgər 
(Allahın qüdrətini, ibadətə bütlərin deyil, məhz Onun 
layiq olduğunu) dərk etmirsiniz?” 
(əl-Muminun, 79-80)
Bilməliyik ki, bu həyat boşu-boşuna deyil! Allah bizə bu həya-
tı koru-koruna verməkdən uzaqdır! 
Əgər zamanın axıb-getməyindən səmərəli istifadə edə bilsək, 
Uca Dostun nəzərində ölməzlik qazanarıq. Qocalsaq da, çürüyüb 
torpaq olsaq da! 
 


348
SON SÖZ
Mən bu kitabda qarşıma nəcib əxlaqın elementlərindən, ədəbli 
davranışın xarakterik keyfiyyətlərindən gen-bol danışmağı məq- 
səd qoymamışam. Bəli, bütün bu element və keyfiyyətlər hər bir 
müsəlmanda olmalıdır. 
Mən islamın başlıca mənbələrini tədqiq etdikdən sonra bəzi 
məsələlərdən danışmaqla kifayətlənmişəm. Məndən qabaq başqa-
larının söz etdiyi əxlaq məsələləri və etik normalar haqda danışma-
mağa üstünlük vermişəm. 
Maddi yaşayışı təmin etmək, məişət ehtiyaclarını ödəmək üçün 
işləmək etik normadır. Və mən var-dövlət və mülkiyyət məsələlə- 
rini araşdırarkən bu haqda danışmışam
1
.
Yaxşılığı əmr edib pislikdən çəkindirmək naminə iş aparmaq, 
Allahın kəlamını yer üzündə ucaltmaq üçün müxtəlif vasitələrdən 
istifadə etmək – bütün bu əxlaq formalarına islamda xarici və da-
xili siyasət anlayışlarını araşdırarkən ətrafl ı şəkildə toxunmuşam
2

Həmçinin, əməkdaşlığın (müsəlman həmrəyliyinin – mütər-
cim) üstünlükləri, yaxşı qonşuluq, qonaqpərvərlik, xeyirxah dav- 
ranışlar, zikr və tövbə, günahlardan uzaqlaşma, yaxşılıq edib, xəta-
ları düzəltmə – bütün bu üstün keyfiyyətləri əqidə mövzusunda 
qələmə aldığım ayrıca kitabda toplamışam
3
.
İslama aid bu və ya digər problemi tədqiq etdiyimizdə əxlaq 
məsələsini tədricən öyrənmək uzunçuluq və ya mətləbdən uzaq-
1
 Bax: Məhəmməd Qəzali. İslam və iqtisadi vəziyyət; M. Qəzali. İslam və 
sosializm; M. Qəzali. Ləkələnmiş islam.
2
 Bax: M. Qəzali. İslam və siyasi despotizm (istibdad); M. Qəzali. Dini mü-
dafiə etmək.
3
 Bax: M. Qəzali. Müsəlman əqidəsi


349
Son söz
laşmaq deyildir. Çünki əxlaq islamın ətidir, canıdır, əsas “to-
xuma”sıdır, “dəri”si deyildir!
 Arzu edirəm ki, kitabımız xeyrə və yaxşılığa çağıran kitablar- 
dan olsun. 
Uğur və kömək Allahdandır. 


350
MÜNDƏRİCAT
Tərcüməçinin ön sözü . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .  3
Müəllifin ön sözü  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 10
  Giriş. İslamın rüknləri və əxlaq prinsipləri . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 13
Birinci bölüm. Zəif əxlaq zəif iman deməkdir . . . . . . . . . . . . . . . . . . . . . . . . 17
İkinci bölüm. Daha gözəl dünyaya doğru   . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 21
Üçüncü bölüm. İnsan xeyir və şər arasında  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 33
Dördüncü bölüm. Əxlaq cinayətlərinə görə verilən cəzalar   . . . . . . . . . . . 43
Beşinci bölüm. Əxlaq hər şeydir  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 47
Altıncı bölüm. Düzgünlük  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 52
Yeddinci bölüm. Sadiqlik  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 66
Səkkizinci bölüm. Vəfakarlıq. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 79
Doqquzuncu  bölüm. Səmimiyyət (ixlas)  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 98
Onuncu bölüm. Danışıq ədəb-ərkanı  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 111
On birinci bölüm. Qəlbin kindən uzaq tutulması  . . . . . . . . . . . . . . . . . . . 125
On ikinci bölüm. Güc-qüvvət  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 143
On üçüncü bölüm. Mülayimlik və rəhmdillik (bağışlama)  . . . . . . . . . . . 155
On dördüncü bölüm. Comərdlik və əliaçıqlıq  . . . . . . . . . . . . . . . . . . . . . . 169
On beşinci bölüm. Səbir  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 190
On altıncı bölüm. İffət (ləyaqət) və məqsədyönlülük   . . . . . . . . . . . . . . . 207
On yeddinci bölüm. Təmizlik, bəzənmə və sağlamlıq . . . . . . . . . . . . . . . . 222
On səkkizinci bölüm. Həya  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 237
On doqquzuncu bölüm. Qardaşlıq  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 247
İyirminci bölüm. Birlik  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 261
İyirmi birinci bölüm. Dostu necə seçməli?  . . . . . . . . . . . . . . . . . . . . . . . . . 275
İyirmi ikinci bölüm. Böyüklük (şərəf-izzət, şərəf-şan) . . . . . . . . . . . . . . . 290
İyirmi üçüncü bölüm. Rəhmdillik (mərhəmət) . . . . . . . . . . . . . . . . . . . . . 305
İyirmi dördüncü bölüm. Bilik və ağıl   . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 320
İyirmi beşinci bölüm. Vaxt – ondan necə səmərəli istifadə
etmək olar?  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 334
Son söz. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 348


QEYDLƏR:


MƏHƏMMƏD ƏL-QƏZALİ
MÜSƏLMAN ƏXLAQI
Bədii və texniki tərtibat:
Həsən Həsənov
«İDRAK» İctimai Birliyi
Bakı ş., 
Vidadi küç. 53
İnternet ünvanı: www.idrak.org.az
Format: 60x90 
1
/
16
 Çap vərəqi: 22
Sifariş №: 041. Тiraj: 1000 nüsxə.
mətbəəsində çap olunub
 
)
 
(

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə