Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə90/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   83   84   85   86   87   88   89   90   91

337
Vaxt – ondan necə səmərəli istifadə etmək olar?
fəsilləri üzrə “paylaşdırılıb”. Belə ki, beşvaxt namaz eyni aralıqlı 
zaman kəsimlərində qılınır. Şəriət təsdiqləyir ki, Mələk Cəbrayıl 
namazların başlanğıc və son vaxtlarını müəyyənləşdirmək, bunun-
la da, gün doğandan batanadək müsəlmanın həyatını nizamla-
maq üçün göndərilibmiş:
“Elə isə axşam-səhər (axşama yetişəndə, səhərə çıxanda) 
Allahı təqdis edib şəninə tərifl ər deyin! (Axşam, gecə və 
sübh namazlarını qılın!)
Göylərdə və yerdə həmd (şükür və tərif) yalnız Ona məx-
susdur. Gün batanda da (günün sonuna yetişəndə də), 
gündüz də Onu təqdis edib şəninə tərifl ər deyin! (İkindi 
və günorta namazlarını qılın!)” 
(ər-Rum, 17-18)
Gözü kor şair də ömrün qısalığından, tez keçməyindən xəbər-
dar olmuşdur:
Bir an içində balacalar böyüyüb cavan olur, 
Böyüklər də axşam düşməmiş torpağa çevrilir.
Gecənin keçib-getməsi insanı sevindirir,
Amma onun getməsi insanın da getməsidir.
Zaman alınlara qırış salır, canları alır, mədəniyyətləri məhv edir, 
insanlar isə heyrət içərisində onun qəribəliklərinə tamaşa edirlər. 
Halbuki zaman xeyir işləyib yaxşılıq etmək, faydalı olanı tədarük 
görmək baxımından yatmış zehinləri oyatmaq üçün bir fürsətdir.
Allah təala buyurur:
“Səmada bürclər yaradan, orada bir çıraq (günəş) və 
nurlu ay vücuda gətirən (Allah) nə qədər (uca, nə qədər) 
uludur!


338
İyirmi beşinci bölüm
(Allahın qüdrətini həmişə) yada salmaq və (nemətlərinə) 
şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-biri-
nin ardınca gətirən də Odur!” 
(əl-Fürqan, 61-62)
Yer dövrə vurduqca gecə və gündüz bir-birini əvəz edir. Aləm- 
lərin rəbbi Allah bunu əbəs yerə yaratmayıb. Şər insanlar elə 
güman edirlər ki, boşu-boşuna yaşayırlar. Halbuki həyat uzun- 
uzadı yarışlar üçün hazırlanmış meydançaya bənzəyir. Rəbbini 
tanımayanlar, haqqı dananlar, naşükürlər bu yarışlarda qalib gələ 
bilməzlər. Uzun illər ərzində Ən Böyük Rahatlığı əldə etmək 
üçün fasiləsiz çalışanlar – məhz onlar yarışlarda qələbə qazanırlar. 
Bütün bunlardan xəbərsiz qalıb, müvəqqəti mənafe ardınca qa-
çanlar axmaqdırlar; nə nəsihət dinləyər, nə də ibrət alarlar:
“Münafiqlər ildə bir-iki dəfə bəlaya girift ar olduqlarını 
görmürlərmi? Bununla belə, yenə tövbə edib ibrət almır-
lar!” 
(ət-Tövbə, 126)
Ömrümüz ən böyük sərmayəmizdir. Onu necə xərcləməyimiz, 
haraya “yatırmağımız” barədə sorğu-sual olunacağıq. Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
“Qul Qiyamət günü dörd şey barəsində sorğu-sual edilmədik-
cə yerindən tərpənməyəcəkdir: a) ömrünü nəyə həsr edib; b) ca-
vanlığını necə keçirib; v) var-dövlətini haradan qazanıb, haraya 
xərcləyib; v) biliyini nəyə tətbiq edib”
1
.
İslam bir çox buyruq və qadağalarında vaxtın əhəmiyyətinə 
diqqət çəkib. Boşboğazlığı, naqqallığı (gəvəzəliyi) kənar burax-
maq imanın göstəricilərindən sayılır. Bununla da, islam avaralarla 
müdrikcəsinə mübarizə aparmağın yolunu bizə öyrədir. O avara-
larla ki, bir-birinə deyirlər: “Gəl əylənək, vaxtımızı öldürək!” Ax-
1
 Hədisi Tirmizi rəvayət edib. 


339
Vaxt – ondan necə səmərəli istifadə etmək olar?
maqlar başa düşmürlər ki, bu – ömürlə oyun oynamaqdır; vaxtın 
bu formada “öldürülməsi” həm fərdin, həm də cəmiyyətin məhvi-
dir.
Bir çoxumuzun yaddaşından silinmiş müdrik kəlamlar vardır: 
- İş çoxdur, vaxt az.
- Vaxt bitərəfl iyi sevmir: ya qəddar düşməndir, ya da ki – sevimli 
dost. 
Həsən əl-Bəsri 
(Allah rəhmət etsin!)
 deyib:
“Elə bir gün yoxdur ki, dan yeri ağardığında Haqqın dərgahın-
dan bu səs eşidilməsin: “Ey adəm oğlu, mən yeni yaradılışam (yeni 
doğan günəm) və sənin əməllərinə şahidəm. Məndən özünə yaxşı 
işləri götür. Çünki Qiyamət günü bir daha geri qayıtmayacağam”.
Bu inci kəlamlar islamın ruhundan törəyib, dünya həyatından 
Böyük Həyat naminə faydalanmağı öyrədən əzəmətli ilahi tə-
limlərdən süzülüb çıxıb. Allahın lütfk arlığındandır ki, bəndəsinə 
ömrünün hər saatını xeyir əməllə keçirməyi nəsib qılır, daha ye-
nisini etmək imkanı verir. Quranda deyilir:
“(Allah) öz mərhəmətindən dolayı sizi üçün gecəni (qa-
ranlıq) və gündüzü (işıq) yaratdı ki, (gecəni) dincələsi-
niz, (gündüzü isə) Onun lütfündən ruzi diləyib axtarası-
nız. Bəlkə, (bu nemətə görə Allaha) şükür edəsiniz”. 
(əl-Qəsəs, 73)
Təəssüf ki, insanlar vaxtlarını havaya sovurduqlarının fərqində 
deyillər. Onlar bu azmış kimi başqalarının da vaxtını hədər etməyə 
çalışırlar. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib: 


340
İyirmi beşinci bölüm
“Bir çox insanın aldandığı iki nemət vardır: can sağlığı və boş 
vaxt”
1
.
İslam vaxtdan sərfəli istifadə etmələri üçün müsəlmanları da-
vamlı iş görməyə həvəsləndirir; davamlı az iş “kəsik-kəsik” görülən 
çox işdən daha faydalıdır. Az əməlin davamlılığı – “dənə-dənə 
dağ, dama-dama göl, gedə-gedə yol olar” deməkdir. Və bunu in-
san hiss etməz.
Müvəqqəti coşqunluğun təsiri altında insanın “aşıb-daşması”, 
daha sonra süst düşüb hər şeydən soyuması – bax buna islam “yox” 
deyir. 
Hədisdə deyilir:
“Ey insanlar, bacardığınız işi görün. Siz bezmədikcə Allah təala 
da bezməz. Allaha ən xoş gedən şey – az da olsa davamlı görülən 
işdir”
2
.
Başqa hədisdə oxuyuruq:
“Həqiqətən, din asanlıq üzərində qurulub. Dinində (əməlləri 
kamil olsun deyə) özünə əziyyət verən elə kəs yoxdur ki, axırda 
din ona üstün gəlməsin (özünə etdiyi əziyyət səbəbi ilə ibadət-
dən soyumasın). Elə isə orta yolu tutun, (bununla da, doğru yo-
la) yaxınlaşın. (Az da olsa, davamlı ibadətə görə) sevinin. Səhər, 
axşam və gecənin bir çağında (ibadətinizi mübarək qılsın deyə 
Allahdan) kömək istəyin, məqsəd dalınca məqsədə çatın”
3
.
Həzrəti Aişə 
(Allah ondan razı qalsın!) 
belə rəvayət etmişdir:
“Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
yanıma gəldiyində Bə-
ni-Əsəd qəbiləsindən olan bir qadınla idim. Soruşdu: “Kimdir bu 
qadın?” Dedim: “Filan qadındır. Gecələri yatmır (ibadət edir).” 
Dedi: “Bəsdir. Bacardığınız işi görün. Allaha ən xoş gedən din 
(ibadət) – davamlı şəkildə yerinə yetirilən dindir (ibadətdir)”
4

1
 Hədisi İmam Buxari rəvayət edib. 
2
 Hədisi İmam Buxari rəvayət edib. 
3
 Hədisi İmam Buxari rəvayət edib. 
4
 Hədisi İmam Müslim rəvayət edib. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə