Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə84/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   80   81   82   83   84   85   86   87   ...   91

313
Rəhmdillik (mərhəmət)
ki, ana övladına şəfqət göstərir, heyvanlar və quşlar ülfət içəris-
ində yaşayır. Qiyamət günü Allah öz rəhmətini bu rəhmətlə (bir 
daha yüz olaraq) tamamlayacaqdır. (Digər rəvayətdə isə deyilir: 
“Allah insanları bağışlamaq üçün rəhmətini tamamlayacaqdır”
1
.
Ağıl (dünyagörüşü) müxtəlif biliklərin sayəsində genişləndiyi 
kimi, rəhmdillik də müəyyən üsullarla artıb-çoxalır. Əgər rəhm-
dilliyi bir kənara atıb könlümüzdən çıxarsaq, cəhənnəmə odun 
olarıq. 
Əbu Hüreyrə 
(Allah ondan razı qalsın!)
 belə rəvayət edib: “Eşitmişəm ki, 
bu hücrənin sahibi, doğruların doğrusu Əbülqasim (Peyğəmbərin 
künyələrindən biridir – mütərcim) deyib: 
“Bədbəxt o kəsdir ki, mərhəmətli deyil”
2
.
İslam diqqətə çatdırır ki, şəfqətə və qayğıya ehtiyacı olan in-
sanlar var. Məsələn, qohum-əqrəbamız. Ərəb dilində qohumluq 
mənasında işlədilən “rəhm” sözü “rəhmət” sözündən törəyib. Elə 
isə bu sözlər bir-birini tamamlamalıdır (yəni, qohumlara şəfqət 
göstərmək lazımdır).
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
“Allah təala rəhmdil olanlara mərhəmət göstərər. Yerdəkilə- 
rə rəhm edin ki, Səmadakının da sizə rəhmi gəlsin. Qohumluq 
Mərhəmətli Allahdan gələn yaxın münasibətlərdir. Kim qohum-
luq əlaqələrini qoruyub-saxlayarsa, Allah da onu qoruyar. Yox, kə-
sib-atarsa, Allah da onu kəsib-atar”
3

Müsəlman qohumluqda boynuna düşəni etməli, qohumluq əla-
qələrini sevgi ilə möhkəmləndirməlidir.
Yaxşılığa ən çox valideynlər layiqdir. Uca Allah buyurur:
1
 Hədisi İmam Müslim rəvayət edib. 
2
 Hədisi Əbu Davud rəvayət edib. 
3
 Hədisi Tirmizi rəvayət edib. 


314
İyirmi üçüncü bölüm
“Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altı-
na salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəva-
zişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm 
et!” – de”. 
(əl-İsra, 24)
Sonra övlad-uşaq gəlir. Səhabələrdən Bəra ibn Azib 
(Allah ondan 
razı qalsın!)
 rəvayət edir ki, Aişə qızdırma içində yatırdı. Atası Əbu-
bəkr ona baş çəkdi, “Qızım, necəsən?” – deyə hal-əhval tutdu, 
sonra da yanağından öpdü
1
.
Daşürək insanlara baxsaq görərik ki, şəfqət və mərhəmət duy- 
ğusu onlara yaddır, xarakter və danışıqlarında iyrənc qabalıq 
vardır.
Əbu Hüreyrə 
(Allah ondan razı qalsın!) 
belə rəvayət edir:
“Bir dəfə Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
Əlinin oğulları 
Həsən və Hüseyni öpdü. Yanında Əqrə ibn Habis ət-Təmimi də 
vardı. Əqrə təəccüblə Peyğəmbərə baxdı: “Mənim on övladım var. 
Amma indiyədək heç birini öpməmişəm.” Peyğəmbər buyurdu: 
“Rəhm etməyənə mərhəmət göstərilməz”
2
.
Başqa bir hədisdə deyilir: “(Bir dəfə) Peyğəmbərin 
(Ona Allahın 
xeyir-duası və salamı olsun!) 
yanına bir bədəvi gələrək dedi: “Siz uşaqları-
nızı öpür, biz isə öpmürük.” Peyğəmbər buyurdu: “Allah sənin 
qəlbindən rəhmi çıxarıbsa, mən sənin üçün nə edə bilərəm axı?!”
3
 
Ənəs ibn Malik 
(Allah ondan razı qalsın!) 
belə rəvayət edir:
“Peyğəmbərlə 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
birlikdə Əbu Seyf əl- 
Qeynin yanına getmişdik. Əbu Seyf Peyğəmbərin oğlu İbrahimin 
dayəsi idi. Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
oğlunu quca-
ğına götürdü, öpdü, qoxusunu ciyərlərinə çəkdi. Sonra biz onun 
yanına girdik. İbrahim son nəfəsini verirdi. Peyğəmbərin gözləri 
1
 Hədisi İmam Buxari rəvayət edib. 
2
 Hədisi İmam Buxari rəvayət edib. 
3
 Hədisi İmam Buxari rəvayət edib. 


315
Rəhmdillik (mərhəmət)
yaşarmışdı. İbn Övf (Peyğəmbərin ağlamağından heyrətə 
gələrək) dedi: “Səndəmi, ey Allahın rəsulu?” Peyğəmbər dedi: “Ey 
İbn Övf, bu şəfqətdir! – Sonra sözünə davam etdi: – Göz yaşarır, 
qəlb sızlayır, biz isə yalnız rəbbimizi razı salacaq sözlər söyləyirik. 
Ey İbrahim, doğrudan da, sənin ayrılığın biz qüssələndirmişdir”
1
.
Müsəlman qəlbini və evini qohumlarının üzünə bağlamamalı, 
münasibətləri kəsməməlidir; onlardan yan qaçmamalıdır, acıla- 
rını acısı bilməlidir, ehtiyac anında imdadlarına yetişməlidir. Qo-
humlarla üzülüşmək Allahın qəzəbinə səbəb olur, xeyir-bərəkəti 
qaçırır.
Əbu Hüreyrə 
(Allah ondan razı qalsın!) 
Peyğəmbərin 
(Ona Allahın xeyir-duası və 
salamı olsun!) 
belə dediyini rəvayət edir:
“Qohumluq Mərhəmətli Allahdan gələn yaxın münasibətlər-
dir. (Qohumluq) deyər: “Ey rəbbim, mən kəsilmişəm, ey rəbbim
mənə yamanlıq edilib, Pərvərdigara, mənə zülm olunub, Ay Allah, 
Ay Allah!” Allah buyurar: “Səni qoruyub-saxlayanı qorusam, kə-
sib-atanı da kəssəm, razı qalarsanmı?”
2
Yetimlərə də şəfqət göstərmək lazımdır. Yetimə yaxşılıq etmək, 
qayğısına qalmaq, gələcəyinə zamin durmaq Allaha yaxınlaşdıran 
əməllərdən sayılır. Hətta sapqın duyğular bu vəziyyətdə düzəlir
ciddiyyət kəsb edir. 
Əbu Hüreyrə 
(Allah ondan razı qalsın!) 
belə rəvayət edib: 
“Bir gün bir nəfər daşürəkliliyindən Peyğəmbərə 
(Ona Allahın xeyir-
duası və salamı olsun!) 
giley-güzar etdi. Peyğəmbər buyurdu: “Yetimin ba-
şına sığal çək, fağır-füqəranı da yedirt”
3
.
Hədisin başqa versiyasında deyilir:
1
 Hədisi İmam Müslim rəvayət edib. 
2
 Hədisi İmam Əhməd rəvayət edib. 
3
 Hədisi İmam Əhməd rəvayət edib. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə