Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə85/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   81   82   83   84   85   86   87   88   ...   91

316
İyirmi üçüncü bölüm
“Bir dəfə bir nəfər daşürəkliliyindən Peyğəmbərə 
(Ona Allahın xeyir- 
duası və salamı olsun!) 
giley-güzar etdi. Peyğəmbər ona dedi: “İstəyirsən-
mi, qəlbin yumşalsın, ehtiyacların ödənsin? Elə isə yetimə şəfqət 
göstər, başına sığal çək, yeməyindən ona da ver. (Belə etsən,) ürə- 
yin riqqətə gələr, ehtiyacların rəf olunar”
1
.
Məsələ burasındadır ki, daimi şadyanalıq səs-küyündə boğu-
lan, səhər-axşam hamının əyləndiyi cəmiyyətlərdə qəlblər hey-
siyyətsizləşir. Cah-calal içərisində yaşayanlar xalqın ağrı-acısını 
duymurlar. Çünki əyləncə və həzz onların mənəviyyatına qalın 
pərdə çəkir, gözlərini “kor” edir. Belə insanlar başqalarının eh-
tiyaclarını, qəm-qüssə və ağrı-acılarını hiss etməzlər. İnsanlar ağır 
həyat şəraiti ilə qarşılaşmadıqca, başlarına müsibət gəlmədikcə 
xeyirxah qəlb, nəcib hiss nədir bilməzlər. Amma müsibətlə qarşı-
qarşıya gəldikləri zaman anlayırlar ki, yetimlərin yalnızlığı, övladı-
nı itirmiş ananın məhrumiyyəti, bədbəxt fəqirin yorğunluğu nə 
olan şey imiş!
Xəstələr və əlillərə də rəhm etmək lazımdır. Çünki bu insan-
lar həyatda normal yaşamaqdan, məqsədlərinə çatmaqdan məh- 
rumdurlar. Böyük və Qüdrətli Allah onların halını üzrlü hesab 
etmişdir. Odur ki, biz onlardan Allahın tələb etmədiyi şeyi istəyə 
bilmərik. Quranda deyilir:
“(Cihada getməməyə görə) kora günah gəlməz, topa-
laşilə günah gəlməz, bir də xəstəyə günah gəlməz. Kim 
Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu (ağacları) 
altından çaylar axan cənnətlərə daxil edər. Kim (onlar-
1
 Hədisi Təbərani rəvayət edib. 


317
Rəhmdillik (mərhəmət)
dan) üz döndərsə, (Allah) onu şiddətli bir əzaba düçar 
edər!” 
(əl-Fəth, 17)
Xəstə xəstəliyin əsir-yesir etdiyi kəsdir. O, xəstəliyin ağırlığı və 
dava-dərmanın acılığı üzündən “qurumuşdur”. Xəstəliyin ağrı- 
acısına səbir göstərdiyi üçün Allaha yaxındır, mərhəmətinə də 
layiqdir. Əgər adi tikanın batmağı günahların bağışlanmağına 
səbəb olursa, onda ağrı-acılara, şiddətli əzab içində qıvrılmağa nə 
deyəsən?! Nəticədə, insan Allahın himayəsi altına keçir. Elə isə 
xəstələrə yamanlıq etməkdən çəkinməli, rahatlıqlarını pozmama-
lıyıq. Onlarla sərt davranmaq ağır cinayətdir.
Xidmətçilərlə xoş keçinmək də rəhmdilliyin əlamətidir. İş tap- 
şırarkən onlarla mehriban davranmalıyıq. Diqqətsizlik edərlərsə, 
təqsirlərindən keçməyi bacarmalıyıq. Onlara kefi miz istədiyi kimi 
göstərişlər verməkdən çəkinməliyik. Əgər insan Allahın ona ver-
diyi şeylərdə azğınlıq edib şər davranarsa, Allah həmin şeyləri on-
dan geri alar və ona ağır aqibət yazar. 
Əbu Məsud əl-Bədri 
(Allah ondan razı qalsın!) 
belə rəvayət edir: “Bir 
dəfə qulamımı qamçı ilə vururdum. Arxadan bir səs eşitdim: “Bil 
ki, ey Əbu Məsud...” Qəzəbli olduğumdan səsin nə dediyini 
yaxşı eşidə bilmədim. Səs yaxınlaşdıqca gördüm ki, Peyğəmbərdir 
(Ona Allahın xeyir-duası və salamı olsun!)
. Deyirdi: “Bil ki, ey Əbu Məsud
Allah sənə sənin bu qulama etdiyindən daha çox şeyi etməyə 
qadirdir.” Dedim: “Ey Allahın rəsulu, onu Allah naminə azad 
edirəm.” Buyurdu: “Əgər bunu etməsəydin, cəhənnəm səni məhv 
edəcəkdi!”
1
 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
1
 Hədisi İmam Müslim rəvayət edib. 


318
İyirmi üçüncü bölüm
“Yaxşı keyfiyyət – rifah (xoşbəxtlik), pis əxlaq da bədbəxtlik gə-
tirər”
1
.
Bir dəfə bir nəfər gəlib Peyğəmbərdən soruşdu: “Xidmətçimin 
neçə dəfə təqsirindən keçim?” Peyğəmbər buyurdu: “Hər gün 
yetmiş dəfə”.
Elə kişi və qadınlar var ki, əllərinə fürsət düşən kimi, xidmət- 
çilərinə qan uddururlar. İslam bu eybəcər davranışı qadağan edib, 
cəzasını da müəyyənləşdirib. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
“Kim qamçı ilə zalımcasına vurarsa, Qiyamət günü ondan bu-
nun qisası alınacaqdır”
2
.
Heyvanlarla mehriban davranmaq da rəhmdillik sayılır. Həzrə- 
ti Ömər 
(Allah ondan razı qalsın!)
 görür ki, bir kişi qoyunun ayağından tu-
tub sürüyə-sürüyə kəsməyə aparır. Deyir: “Vay halına, onu ölümə 
gözəl şəkildə apar”.
Bir kişi Peyğəmbərə deyir: “Ey Allahın rəsulu, qoyunu kəsdi- 
yim zaman onunla mehriban davranıram.” Peyğəmbər 
(Ona Allahın xe- 
yir-duası və salamı olsun!) 
gülümsəyir: “Əgər ona şəfqət göstərsən, Allah da 
sənə rəhm edər”
3
.
Heyvanlara qarşı amansız olanlara, onlara əziyyət verənlərə 
islamın münasibəti sərtdir. İslam xəbərdarlıq edir ki, insan oğlu 
dilsiz-ağılsız heyvanlarla pis davranarsa, – qədir-qiyməti hər nə 
qədər uca olsa da, – cəhənnəmə girər. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib: 
“Bir pişiyi ölənədək bağlı yerdə saxlayan qadın əzab yiyəsi ol- 
du; etdiyi əməl üzündən cəhənnəmə atıldı. Allah ona buyurdu: 
1
 Hədisi Əbu Davud rəvayət edib. 
2
 Hədisi Bəzzar rəvayət edib. 
3
 Hədisi Hakim rəvayət edib. 


319
Rəhmdillik (mərhəmət)
“Pişiyi bağlı saxladığın zaman ona nə yemək, nə də su verdin. Barı 
buraxsaydın həşəratlardan yeyər, (beləliklə, ölməzdi)”
1
.
Hədisin digər versiyasında deyilir: 
“Ölənədək bağlı saxladığı pişik üzündən bir qadın əzab yiyəsi 
oldu. Həşəratlardan yesin deyə onu heç açıb buraxmadı da”
2
.
Həmçinin, aydın olur ki, itlərə rəhm göstərmək böyük günah- 
ları silib-təmizləyir. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib: 
“Bir kişi yolla gedirdi. Bərk susamışdı. Bir quyuya rast gəldi. 
Quyuya düşdü, su içdikdən sonra çıxdı. Bir it gördü. Susuzluq-
dan ləhləyir, nəm torpaq yeyirdi. Kişi öz-özünə dedi: “İt də su-
suzluqdan mənim günümə düşüb.” Quyuya endi, ayaqqabısını 
su ilə doldurdu. Onu dişləri ilə tutaraq yuxarıya qalxdı, itə su 
verdi. Allah ona minnətdar olub günahlarını bağışladı.” (İnsanlar 
soruşdular:) “Ey Allahın rəsulu, heyvanlarla mehriban davrandı-
ğımıza görə savabmı qazanırıq?” Buyurdu: “Bütün canlılarla meh-
riban davransanız, savab qazanarsınız”
3

Digər hədisdə deyilir:
“Pozğun bir qadın qızmar günəş altında quyunun başında 
dövrə vuran köpək gördü. Susuzluqdan ləhləyirdi. Qadın ayaq- 
qabısı ilə quyudan su çıxarıb itə içirdi. Allah da (bu əməli müqa- 
bilində) onu bağışladı”
4
.
Əgər itlərə şəfqət göstərmək pozğun qadının günahlarını si- 
lib-təmizləyirsə, onda insanlara rəhm göstərmək möcüzələr yara-
dar! 
 
1
 Hədisi İmam Buxari rəvayət edib. 
2
 Hədisi İmam Əhməd rəvayət edib.
3
 Hədisi İmam Buxari rəvayət edib. 
4
 Hədisi İmam Müslim rəvayət edir. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə