Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə83/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   79   80   81   82   83   84   85   86   ...   91

309
Rəhmdillik (mərhəmət)
“İnsanlara mərhəmət etməyənə, Allah rəhm göstərməz”
1
.
Başqa bir hədisə nəzər salaq: 
“Rəhmdil olmayana mərhəmət edilməyəcəkdir. Bağışlamayan 
da bağışlanmayacaqdır”
2
.
Digər hədisdə də deyilir:
“Yerdəkilərə rəhm etməyənə Səmadakı mərhəmət göstərməz”
3
.
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
“Xoşbəxt o kəsdir ki, alçalmamaqla təvazökarlıq göstərir, dilən- 
məməklə özünü ram edir (nəfsini alçaldır), asilik etmir, topladığı 
var-dövləti (Allah yolunda) xərcləyir, həqir və miskin şəxslərə 
rəhm göstərir, bilikli və müdrik insanlarla həmsöhbət olur (qayna-
yıb-qarışır)”
4
.
Acizlikdən uzaq mülayimlik möminlərin keyfiyyətidir. Allah 
təala müsəlmanları bu yüksək davranışa sahib toplum kimi təsvir 
edir:
- “...Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə 
sərtdirlər...” 
(əl-Maidə, 54)
- “Məhəmməd Allahın peyğəmbəridir. Onunla birlikdə 
olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz 
aralarında) isə mərhəmətlidirlər...” 
(əl-Fəth, 29)
Sual verə bilərsiniz ki, mərhəmət olan yerdə sərtlikdən necə 
söhbət gedə bilər? İş burasındadır ki, islam hamıya: insanlara, hey-
vanlara, quşlara... rəhm göstərməyi tövsiyə edir. Yuxarıdakı ayələr 
də bunu təsdiqləyir. Ancaq elə insanlar və heyvanlar var ki, başqa-
1
 Hədisi İmam Buxari rəvayət edib. 
2
 Hədisi İmam Əhməd rəvayət edib. 
3
 Hədisi Təbərani rəvayət edib. 
4
 Hədisi Təbərani rəvayət edib. 


310
İyirmi üçüncü bölüm
ları üçün təhlükə mənbəyidirlər, onlarda qorxu və dəhşət yaradır-
lar. Kollektivin (camaatın) ümumi mənafeyi və təhlükəsizliyi tə- 
ləb edir ki, şər “izolə” olunsun, zərərli də zərərsizləşdirilsin. Bəlkə 
də, kollektivlə sərt davranmaq ona mərhəmət göstərməkdir. Çün- 
ki bu zaman ondakı əyriliklər düzəldilir.
İslam bütün bəşəriyyət üçün xeyir, sülh və mehribanlıq missi- 
yasıdır; Allah təala öz peyğəmbərinə deyib: 
“Səni də (Ya rəsulum!) aləmlərə (bütün insanlara və cin-
lərə) ancaq bir rəhmət olaraq göndərdik” 
(əl-Ənbiya, 107)
Quranın surələri “Mərhəmətli və Rəhimli Allahın adı ilə!” 
başlanır. 
Ancaq “canavar” insanlar göndərilmiş mərhəməti təkzib et-
dilər. Bu rəhmətin mənbəyi ilə insanların əlaqəsini kəsmək üçün 
əllərindən gələni edib əngəllər yaratdılar. Yaratdılar ki, bəşəriyyət 
ilahi mərhəmətdən uzaq cəhalət və şəkk-şübhə səhralarında həlak 
olsun. Buna görə də həmin əngəlləri yıxmaq, onu törədənlərlə sərt 
davranmaq lazım idi. Müqavimətləri qırılan kimi, onları da ilahi 
mərhəmət öz ağuşuna basacaqdı. Bu mərhəmət qüsursuzdur. Qü-
sur o kəsdədir ki, özünü həmin mərhəmətdən məhrum edib. Mə-
gər görmürsən ki, Allahın mərhəməti hər şeyi əhatə edib?! Amma 
buna rəğmən müşriklər və nankorlara (naşükürlərə) ondan pay 
düşmür.
“...Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan 
qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə
ayələrimizə iman gətirənlərə yazacağam!
O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfi-
ni və əlamətlərini) yazılmış gördükləri rəsuli-ümmi (heç 
kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) 
peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yax- 


311
Rəhmdillik (mərhəmət)
şı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz 
(pak) nemətləri halal, murdar (napak) şeyləri haram 
edər, onların ağır yükünü yüngülləşdirər və üstlərində- 
ki buxovları açar (şəriətin çətin hökmlərini götürər)...” 
(əl-Əraf, 156-157)
 Belə də deyə bilərik: təsəvvür edək ki, min nəfərin yerləşə 
biləcəyi geniş bir zal var. Amma yalnız vəsiqəsi olanların girmə-
sinə icazə verilir. Əgər bəzi insanlar müvafiq vəsiqəni gəzdirmək 
istəməzlərsə, zala girməkdən məhrum ediləcək, çöldə qalacaqlar. 
Vəsiqəsizlərin çöldə qalması zalın darısqallığından irəli gəlmir, ge-
nişliyinə də xələl gətirmir. 
Aşağıdakı hədis də deyilənləri təsdiqləyir:
Bir dəfə Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
dedi: “Cəmi 
ümmətim cənnətə girəcəkdir. Amma təkzib edənlər istisnadır”. So-
ruşdular: “Kimlərdir bu təkzib edənlər, ey Allahın rəsulu?” Cavab 
verdi: “Mənə itaət göstərənlər cənnətə girər, asi çıxanlar da təkzib 
edərlər”
1
.
Bəzən mərhəmət sərtlik kimi görünür. Əslində isə belə deyildir. 
Məsələn, biz uşaqları məcbur edirik ki, məktəbə getsinlər, dərsləri-
ni oxusunlar. Uşağı özbaşına buraxsan, nə məktəbə gedər, nə də 
dərslərini oxuyar; oynamaqdan qeyri şey bilməz, böyüyər, boya- 
başa çatar, amma heç nədən başı çıxmaz. Şair də yaxşı deyib:
Ürəkləri aram tapsın deyə o, onlarla sərt davrandı,
Kim rəhmlidirsə, rəhm etdiyi ilə bəzən sərt davransın.
Xəstənin bədənində cərrahiyə əməliyyatı aparan həkim neştər-
dən istifadə etməklə əti yarır, sümükləri parçalayır, bir sözlə, kə- 
sib-doğrayır. Amma bütün bunlar xəstənin sağalması üçündür. 
Rəhmdillik nə ağılsız mehribanlıq, nə də ədalət və nizam-inti-
1
 Hədisi İmam Buxari rəvayət edib.


312
İyirmi üçüncü bölüm
zama zidd canıyananlıqdır. Əksinə, o, ədalət və nizam-intizamı nə-
zərə alan duyğudur. Məsələn, edamdan sonra dar ağacından asılı 
qalan caninin görünüşü: havadan asılı qalmağı, üzündəki kədər 
və qorxu, həyat işartısı getdikcə sönən və imdad diləyən gözlər – 
bütün bunlar insana təsir edir, onda mərhəmət hissi yaradır. An- 
caq biz bu mənzərəyə aldanıb, ani duyğularımızın sözünə baxıb 
canini azad etsək, yer üzünü nizamsızlıq bürüyər. Həqiqi rəhm-
dillik bu cür ani hisslərə qalib gəldiyimizdə təzahür edir.
Quranda deyilir:
“Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün 
həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən 
(qətldən) çəkinəsiniz”. 
(əl-Bəqərə, 179)
İslamın yox dediyi sərtlik (daşürəklik) mənəvi “quruluq”dur. 
Onun məntiqlə, ədalətlə heç bir əlaqəsi yoxdur. O, pislik və ziyan-
karlığın doğurduğu əxlaqsız davranışdır; özünəvurğunluq və kor 
istəklər onu daha da “böyüdür”. 
Rəhmdillik insanların fitrətinə yerləşdirilmiş ilahi gözəlliyin 
bir izidir. Məhz bu “iz” bizi xeyirxahlığa sövq edir, boğucu “is-
ti”də qurumuş qəlblərə sərinlədici meh əsdirir.
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
“Allah mərhəməti yüz “hissə”də yaratdı. Yer üzünə ondan yal-
nız birini endirdi. Həmin “hissə”nin sayəsində məxluqat bir-birinə 
rəhm edir, hətt a zərər toxundurar deyə heyvanlar pəncələrini bala-
larının üstünə qoymur”
1
.
Başqa bir hədisdə oxuyuruq:
“Allah təala səmaları və yeri xəlq edərkən yüz rəhmət də ya-
ratdı. Hər bir rəhmət yerlə göyün arasını dolduracaq qədərdir. Bu 
rəhmətlərdən yerə yalnız biri verilib. Həmin rəhmətin səmərəsidir 
1
 Hədisi İmam Buxari rəvayət edib. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə