Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə86/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   83   84   85   86   87   88   89   90   91

320
İYİRMİ DÖRDÜNCÜ BÖLÜM
BİLİK VƏ AĞIL
İslam tələb edir ki, müsəlmanlar savad alsınlar; ziyalıları çox, 
nadanları (savadsızları) az olsun. 
Çünki bu dinin fundamental və digər təlimləri (əsasları) irsən 
ötürülən ayinlər, hipnozla (təlqinlə) beyinlərə yeridilən tilsimlər 
deyildir. Bəli, bu belədir! Bu təlimlər Müdrik Kitab və Hikmətli 
Sünnədən götürülmüşdür ki, bu da adi oxu ilə baş vermir. Bunun 
üçün müsəlmanlar qanan fəhmə, üstün metodlara, nəcib ədəb-ər-
kana sahib olmalıdırlar. Şübhə yoxdur ki, islam metodologiyasının 
dərindən araşdırılması bu metodologiya ilə maraqlanan istənilən 
xalqda həm əmr və qadağalara (hüquq və vəzifələrə) əsaslanan 
fiqh qanunvericiliyi abı-havası, həm “əmr bil-məruf və nəhy anil- 
münkər” qaydasının tətbiq olunduğu dəqiq ictimai əxlaq və ədəb- 
ərkan atmosferi, həm də sağlam tədqiqat və səmimi ictihad mühi- 
ti yaradır. Yaradır ki, mövcud və gələcək problemləri həll etmək 
üçün islamın bütün imkanları səfərbər olunsun.
Əgər bu “element”lər hər hansı bir mühitdə azalarsa, islamın 
vəziyyəti yaxşı olmaz, “budaq”ları qurumağa üz tutar. Suyu çə-
kilib rütubətsizləşən torpaqlarda quruyan ağaclar kimi!
Başqa bir aspektə nəzər salaq. Söhbət kainat haqda düşün-
məkdən gedir. Quranda hey əmr olunur ki, kainat haqda düşünək. 
Bu, möhkəm və sarsılmaz imanın formalaşmasında ilk əsas rolu-
nu oynayır. Kainat barədə düşünmək müasir mədəni nailiyyətlərə 
qapı açmış, bəşəriyyətə kosmosun sirlərini öyrənmək imkanı ver-
miş, dünən xəyal olan şeyləri bugün reallaşdırmışdır. 
İslamda tövsiyə olunur ki, yalnız haqqın ardınca gedək, ortada 


321
Bilik və ağıl
yoxdursa, axtaraq, qaranlıq təxminlərə “yox” deyək, zənnin arxa- 
sınca qaçmayaq, qulağımıza, göz və qəlbimizə möhkəm nəzarət 
edək. Bu da öz növbəsində imkan verəcəkdir ki, xurafatdan, möv- 
humat və illüziyalardan uzaq sağlam cəmiyyət qurulsun. Şarlatan-
lığın, cəfəngiyat və yalan-palanın meydan suladığı, ilahi təlimlərlə 
əlaqəsi olmayan puç (əcaib) adətlərin hakim kəsildiyi cəmiyyət 
deyil!
İnsan üçün həyat nədirsə, islam üçün də elm odur. Bu din bit- 
kin bilik və sağlam zehniyyət sahiblərinin arasında özünə daha 
yaxşı yer edir. 
Allah təala bunu nəzərdə tutaraq buyurur:
“Bu (Quran) insanlar üçün elə bir bildirişdir ki, onun-
la həm xəbərdar edilsinlər, həm də Allahın tək bir tanrı 
olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət 
alsınlar!” 
(İbrahim, 52)
Cəhənnəm əhlinin danışığı Quranda bu cür təsvir olunub:
“Onlar: “Əgər biz qulaq asıb düşünsəydik (ağlımızı ba-
şımıza yığsaydıq), cəhənnəm əhli içində olmazdıq!” – 
deyəcəklər”.
 (əl-Mülk, 10)
Heysiyyətsizləşən, bacarıqsızlaşıb kütbeyinləşən şəxslər haqda 
Quranda deyilir:
“Kafirlər səda və nidadan (çığırtı və bağırtıdan) başqa 
bir şey anlamayanlara bənzərlər. Onlar kar, lal və kordur- 
lar. Buna görə də düşünmürlər (haqqı dərk etmirlər)”. 
(əl-Bəqərə, 171)
Bəşəriyyət inkişaf edib daha ali ilahi təlimləri qəbul etməyə ha-


322
İyirmi dördüncü bölüm
zır olduqdan sonra Allah islamı göndərdi. İslamın bütün təlimləri 
bəşəriyyəti kamilləşməyə aparacaq gücə sahibdir. Maddi-mədəni 
tərəqqi yolunda islamın imkanları genişdir.
Əgər namaza – islamda ilk ibadət sayılır – nəzər salsaq görərik 
ki, həm qılınması, həm də ona çağırış – azan sırf rasional (əqli) 
məsələlərdir. Azanın sözləri beyinə hakim kəsilir, qəlbi oyadır; 
Allahın ən böyük olduğunu bildirmək, təkliyini təsdiqləmək, xeyir 
əmələ təşviq – bütün bunlar şüurlu surətdə insana təsir edir. Azan, 
səsi ətrafa yayılan, dumanlı hisslərə xitab edən adi zəng deyildir. 
Namaz da (əslində ondakı dualar nəzərdə tutulur – mütərcim
həmçinin! O, Qurandan götürülmüş ayələrdən ibarətdir. O Qu-
randan ki, xeyir işləməyin əzmkarlığını, ağıllı-kamallı olmağın 
göstəricilərini bizə başa salır. Namazın qəbul olunmağı onu qıl-
dığımızda ağlımızın oyanıqlığından, ondakı mənalar haqda necə 
düşünməyimizdən asılıdır. 
Əslində bir insanın islama bağlılığı onun əqli bacarıqları, geniş 
dünyagörüşü və sağlam fitrəti ilə şərtləşir. Vay o gündən ki, islamın 
başında kəmağıl, vicdanı düşük insanlar dayansın!
Quranın nazil olmuş ilk ayələrinə nəzər salaq:
“(Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan 
rəbbinin adı ilə (bismillah deyərək) oxu! 
O, insanı laxtalanmış qandan yaratdı. 
(Ya Peyğəmbər!) Oxu! Sənin rəbbin ən böyük kərəm sa-
hibidir! 
O rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. 
(O rəbbin ki) insana bilmədiklərini öyrətdi”.
(əl-Ələq, 1-5)
Bu, qələmin qədir-qiymətini ucaldan, elmə yüksək dəyər ve- 
rən, cəhalət və savadsızlığa savaş açan ilk hayqırışdır. Bu hayqırış 
car çəkir ki, şəxsiyyət “bina”sının ilk daşı oxuyub-öyrənməkdir. 


323
Bilik və ağıl
Qüdrətli və Böyük Allah alimlərin məqamını uca tutmuşdur. 
O, təkliyi və adilliyi haqda şəhadət verərkən onları Özü və mələk- 
lərindən sonra xatırlamışdır:
“Allah Özündən başqa heç bir tanrı olmadığına şahid- 
dir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun 
qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən 
başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət 
verdilər”.
 (Ali-İmran, 18)
Təəccüblənməmək lazımdır. Axı boş başla, az biliklə Uca və 
Böyük Allahın əzəmətini dərk etmək mümkün deyil! Dünyadan 
bixəbər qalanlar – cahil və bisavadlar bu dünyanın sahibini doğru- 
dürüst tanımazlar, Onun qüdrətli əlamətlərini, kamil təzahürlərini 
görə bilməzlər. 
Bu səbəbdən Allah alimlərin məqamını yüksəltmiş, Öz lütfü və 
səxavəti ilə onlara üstünlük qazandırmışdır. Peyğəmbər 
(Ona Allahın 
xeyir-duası və salamı olsun!) 
deyib:
“Qüdrətli və Böyük Allah Qiyamət günü, qulları arasında son 
hökmü vermək üçün Ərşində oturduğu zaman alimlərə buyura-
caq: “Həqiqətən, Mən elmimi və mülayimliyimi sizə əta etdim. 
İstədim ki, etdiklərinizə rəğmən, sizi bağışlayım, (pis əməllərinizə) 
əhəmiyyət verməyim”
1
.
Hafiz əl-Münziri deyib:
“Pak və Uca Allahın “elmimi və mülayimliyimi” sözlərinə diqqət 
verin. Onlara diqqətlə nəzər yetirin. Aydın olacaqdır ki, əksər 
müasirlərimizin Allahı tanımaqdan və ixlasdan uzaq əməllərinin 
Ona aid elm və mülayimliklə heç bir əlaqəsi yoxdur”.
1
 Hədisi Təbərani rəvayət edib. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə