Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə88/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   83   84   85   86   87   88   89   90   91

328
İyirmi dördüncü bölüm
qırmızı, tünd qara yollar (yaxud tünd qara qayalar) pey-
da etdik.
İnsanların, (yer üzündə gəzən) heyvanların və davarla-
rın da bu cür müxtəlif rəngləri vardır. Allahdan Öz 
bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm 
sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət 
və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox 
qorxurlar). Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, 
(möminləri) bağışlayandır!”
(Fatir, 27-28)
- “Göylərin və yerin yaradılışı, dillərinizin və rəngləri-
nizin müxtəlifl iyi də Onun qüdrət əlamətlərindəndir. 
Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün 
(Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına 
dəlalət edən) nişanələr vardır!” 
(ər-Rum, 22)
Dinə xidmətdə, həqiqətlərinin üzə çıxarılmasında dünyəvi 
elmlər axirətlə bağlı elmlər qədər çəkiyə sahibdir. Təbiət elmləri 
uzun-uzadı araşdırma tələb edir. Dini öyrənmək isə səmimi in-
sanların vaxtını o qədər də çox aparmır. Hətt a şəriət məsələləri-
nin dərindən öyrənilməsi uzun müddət tələb edərsə, bu, ictimai 
vəzifədir. Özü də digər ictimai vəzifələrdə olduğu kimi! O ictimai 
vəzifələr ki, dövlət ümumi mənafedən asılı olaraq onların sayını 
ya çoxaldır, ya da məhdudlaşdırır. Məsələn, hüquqşünaslıq və ya 
məhkəmə prosedurasını öyrənmək heç də təbabəti öyrənməkdən 
şərəfl i deyil. Hətt a hüququ öyrənən şəxs Əbu Hənifənin səviyyə-
sinə çatsa belə vəziyyət dəyişmir. Bir alim öz həmkarından o za-
man üstün hesab edilir ki, elmi insanlara fayda vermək, Allahın 
razılığını qazanmaq, Onun savabını ummaq üçün öyrənir.


329
Bilik və ağıl
Sırf dini məsələlərlə maddi məsələlərin arasındakı sərhəd “na-
zik” və möhkəmdir. Dediyimiz kimi, məsələ saf niyyət və xoş 
məram məsələsidir. Elə şeylər vardır ki, nəfsi istəyin fonunda əx-
laqsızlıq kimi göründüyü halda, səmimiyyətin fonunda cihad tə-
səvvürü bağışlayır.
İnsanlar Uca Allahın “Mal-dövlət, oğul-uşaq (oğullar) bu dün- 
yanın bərbəzəyidir...” kəlamını
1
 oxuduqdan sonra, ola bilsin ki, 
mal-dövlət və oğul-uşağa qazanc mənbəyi kimi baxsınlar. Onlar 
dərk etmirlər ki, mal-dövlət və oğul-uşaq cihad üçün çox zəruri- 
dir. Var-dövləti çoxaldıb, nəsli artırmaq imkan verir ki, məğlub ol-
muş xalqlar itirilmiş qüdrətlərini geri qaytarsınlar. Nə ilə və necə?
“(Bundan) sonra sizə onların üzərində təkrar zəfər çal-
dırdıq, (yenidən) var-dövlət, oğul-uşaq verməklə kö- 
mək göstərdik və sayca sizi (əvvəl olduğunuzdan və ya 
düşmənlərinizdən) daha çox etdik”. 
(əl-İsra, 6)
Var-dövlət və oğul-uşağın çoxluğu sayəsində bu ümmət sıxış- 
dırıldığı yerdən çıxıb qərar tapmış, yıxıldıqdan sonra ayağa qalx- 
mış, Allahın razılığını yenidən qazanmışdır.
Eyni şeyi elmi sahələr üçün də söyləyə bilərik. Tutaq ki, biri-
si gübrələri öyrənir, Allahın torpağını daha çox münbitləşdirmək 
istəyir. Onun savabı zərrə qədər əskilməyəcəkdir. Bəlkə də, qaza-
nacağı savab mehrabda bardaş qurub gecəni ibadətlə keçirənin 
savabından çox olacaqdır!
İslam alimlərin məqamını uca tutmuş, zəhmətlərini yüksək 
qiymətləndirmiş, nailiyyətlərinə ehtiramla yanaşmışdır. 
1
 “əl-Kəhf ” surəsi, 46-cı ayə. 


330
İyirmi dördüncü bölüm
Müaz ibn Cəbəl 
(Allah ondan razı qalsın!) 
belə rəvayət edir:
“Elm öyrənin. Onu Allah naminə öyrənmək qorxudur (xof- 
dur), ona can atmaq ibadətdir, onu təkrarlamaq (Allahın şanına) 
tərif söyləyib (Onu) təqdis etməkdir (təsbih), onu axtarmaq ci-
haddır, bilməyənə onu öyrətmək sədəqədir, onu əhli olanlara 
sərf etmək (Allaha) yaxınlaşmaqdır. Çünki o (elm), halal və ha-
ramı məlum edər, cənnət əhlinin yoluna işıq saçar. Elm yalqızlıq-
da həmdəm,qürbətdə yoldaş, təklikdə həmsöhbət, xeyirdə-şərdə 
bələdçidir. O, düşmənlərə qarşı silah, dostlar arasında zinətdir. 
Allah onunla xalqları ucaldır, onları xeyirdə başçı və rəhbər qılır: 
insanlar onların izi ilə gedir, işlərini özlərinə nümunə bilir, rəylə- 
rini əsas tuturlar; mələklər onlarla dostluq etmək istəyərlər, onları 
qanadları altına alarlar; quru və yaş olan hər şey, dənizdə balıqlar 
və digər canlılar, quruda yırtıcılar və mal-qara onlar üçün (Allah-
dan) bağışlanma diləyərlər. Çünki elm nadan qəlblərə həyat verər, 
zülmətdə gözlərə çıraq olar. Qul elm sayəsində yaxşılar məqamı-
na ucalar, dünya və axirətdə yüksək dərəcələr qazanar. Elm haq-
da düşünmək oruca, onu öyrənmək də gecə ibadətinə bərabərdir. 
Onun sayəsində qohumluq əlaqələri möhkəmlənər, halal haram-
dan seçilər. O rəhbərdir, əməl ona tabedir. Elm xoşbəxtlərə verilər, 
bədbəxtlər isə məhrum qalar”
1

Dil öyrənməyə islamda təşviq vardır. Peyğəmbər 
(Ona Allahın xeyir- 
duası və salamı olsun!) 
bu məsələyə xüsusi diqqət yetirmiş, “mirzə”si (vəhyi 
yazan nəzərdə tutulur) Zeyd ibn Sabitə 
(Allah ondan razı qalsın!)
 siryani 
dilini dərindən öyrənməyi tapşırmışdı. Sonralar Zeyd bu haqda 
deyirdi: “Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
mənə tapşırmışdı 
ki, yəhudilərin siryanicə yazılarını öyrənim. O (Peyğəmbər – mü-
1
 Hədisi İbn Əbdülbər rəvayət etmişdir. 


331
Bilik və ağıl
tərcim) demişdi: “Allaha and olsun ki, yazımda yəhudilərə etibar 
etmirəm”. (Zeyd sözünə davam edir:) “Allaha and olsun ki, yarım 
ay keçmədi onu öyrəndim, özü də yaxşı öyrəndim. Peyğəmbər 
imla edir, mən də yəhudilərə (məktub) yazır, onların yazdıqlarını 
da ona oxuyurdum”
1

Dünya xalqlarının dillərini öyrənmək islamın vacib göstəriş- 
lərindən biridir. Peyğəmbərin 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
gətirdiyi 
təlimlər bütün insanlar üçündür. Amma onları bir dilə təhkim et- 
mək qeyri-mümkündür. Bəli, qeyri-mümkündür! Nə üçün? Çünki 
Allah müxtəlif dillər yaradıb. İslamın təlimlərini dünya xalqla- 
rına onların öz dilində çatdırmaq müxtəlif xalqları ərəb dilinə 
təhkim etməkdən daha məntiqlidir, daha realdır. 
Təfsir alimləri Allah təalanın “Biz hər bir peyğəmbəri yalnız öz 
millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona 
izah edə bilsin. Allah istədiyi kimsəni zəlalətə salar (haqq yoldan 
sapdırar), istədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət 
sahibi, hikmət sahibidir!” kəlamını
2
 aşağıdakı şəkildə izah et-
mişlər:
“Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
ərəblərin arasından on-
ların dilində göndərilmişdi. Ancaq o, öz qasidlərini (elçilərini) 
müxtəlif yerlərə göndərirdi və qasidlər (islamın təlimlərini) yerli 
əhalinin dilinə tərcümə etməklə çatdırır, onları öz ana dillərində 
Allaha çağırırdılar! Bəzən deyirlər: “Bu Quran ya bütün xalqların 
dilində, ya da yalnız bir dildə endirilməli idi”. Quranın bütün dillər-
də nazil edilməsinə ehtiyac yoxdur. Çünki tərcümə bunu əvəz edir, 
süründürməçilikdən qoruyur. Bir dildə nazil edilməsinə gəlincə, 
öz qövmünün dilində endirilməsi daha münasibdir. Çünki onlar 
öz dillərini daha yaxşı bilirlər və bu dildə onun təhrif edilməsi uzaq 
ehtimaldır...”.
1
 Hədisi Buxari rəvayət edib. 
2
 “İbrahim” surəsi, 4-cü ayə. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə