Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə89/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   83   84   85   86   87   88   89   90   91

332
İyirmi dördüncü bölüm
Bu izah göstərir ki, müsəlmanlar digər dilləri öyrənməlidirlər. 
Əks halda, daşıdıqları missiyaya xəyanət edər, insanları bilə-bilə 
ondan xəbərsiz saxlayarlar. Dedik ki, elmin vətəni olmaz və heç bir 
xalqın,ümumbəşəri elmi öz mülkiyyəti hesab etməyə haqqı çat- 
mır. Keçmiş və indiki dövrün ümumbəşəri elminin mənbələrinə 
nəzər salsaq görərik ki, onlar səmadakı səyyar buludlara oxşayır- 
lar. Bu buludlar eyni üfüqdə ilişib-qalmır, müxtəlif ölkələrə yağ-
mur endirirlər. Elə mədəni (savadlı) xalqlar olmuşdur ki, özlərin-
dən sonra nadanlar qoyub getmişlər. Babaları savadsız (nadan) 
olanların da nəvələri savadları ilə dünyanı sarsıtmışlar. Əsrlər qa-
baq Avropa cəhalət və şüursuzluq içində boğulurdu. Ancaq indi 
qədim sivilizasiyaların vərəsəliyində dünyaya hökmranlıq edir! 
Bağlı əllərdən, uzaq ellərdən elm öyrənmək müsəlmanın bor-
cudur.
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
- “Yeri cənnət olmayanadək mömin eşitdiyi xeyirdən doymaz”
1
;
- “Mömin daima müdriklik dalınca qaçmalıdır. Onu harada 
tapsa, sahib çıxmağa daha layiqdir”
2

- “Kim elm öyrənmək üçün yola çıxarsa, qayıdanadək Allahın 
yolundadır”
3

Öyrənmək və öyrətmək islamın ruhunda mövcuddur: islam 
bu üzdən ayaqda dayanır; öyrənmə və öyrətmə olmadan bu dinin 
gələcəyi şübhə altındadır.
İslam nöqteyi-nəzərinə görə, cəmiyyət kamilliyə çatmaq üçün 
öyrənənlərlə yanaşı, həm də daha çox savadlanmağa can atan bi-
1
 Hədisi Tirmizi rəvayət etmişdir. 
2
 Hədisi Tirmizi rəvayət edib. 
3
 Hədisi Tirmizi rəvayət edib. 


333
Bilik və ağıl
likli şəxslərdən ibarətdir. Yerdə qalanlar onlardan üstün deyillər. 
Peyğəmbər deyib: 
“Bilənlər və öyrənənlər xeyirdə ortaqdırlar. Onlardan qeyriləri 
isə faydasız kimsələrdir”
1
.
1
 Hədisi İbn Macə rəvayət edib. 


334
İYİRMİ BEŞİNCİ BÖLÜM
VAXT   ONDAN NECƏ SƏMƏRƏLİ 
İSTİFADƏ ETMƏK OLAR? 
Zamandan savayı hər şeyi geri qaytarmaq mümkündür. Za- 
man fövtə verilərsə, geri qaytarılmasına ümid qalmaz. Bu səbəb-
dən vaxt insanın sahib olduğu ən qiymətli dəyərdir. Odur ki, ağıllı 
insanlar hər yeni günü qənimət bilərlər; onlar xəzinə toplayıb 
ondan bir quruşun belə itməsini istəməyən, itərsə yerini nə olsa 
onunla doldurmağa çalışan xəsis insanlar kimidirlər. 
Bu dünyada mövcudluğunu hiss edənlər keçmişlərinə nəzər 
salarlar. Onlar həyatlarının neçə ilinin arxada qaldığını öyrənmək 
istəyərlər. Qeyri-müəyyən başlanğıc gördüklərindən bu haqda o 
qədər də çox fikirləşməzlər. Sonra yenidən günlər ötər, illər keçər. 
Ancaq bu da insana bir gün kimi görünər. 
Həqiqət bundan ibarətdir ki, insan bütün bunları həyatda ikən 
hiss edir. Və ola bilsin ki, Qiyamət günü haqq-hesaba çəkilmək 
üçün Allahın qarşısında dayandığı gün də bunu hiss edəcəkdir:
- “(Allah onları) gündüz bir saat belə (dünyada) olma-
mışlar kimi, bir yerə toplayacağı gün (qiyamət günü) on-
lar bir-birini tanıyacaqlar...” 
(Yunis, 45)
- “Onlar öz aralarında pıçıldaşıb bir-birinə: “(Dünyada) 
cəmi on gün qaldınız!” – deyəcəklər.
Biz onların nə danışacaqlarını da yaxşı bilirik. Onların 


335
Vaxt – ondan necə səmərəli istifadə etmək olar?
ən ağıllısı: “(Dünyada) cəmisi bir gün qaldınız!” – deyə- 
cək”. 
(Taha, 103-104)
- “Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir 
evində) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sa-
nacaqlar!”
 (ən-Naziat, 46)
Belə bir hiss dünya həyatını əbədi sayıb talelərini ona bağla- 
yanları məyus edir. Dünyadakı günləri axirətdəki günlərlə müqa-
yisə etsək, bu hissi haqlı saya bilərik. Amma bu hiss bəziləri üçün 
aldadıcıdır. Söhbət günləri, ayları, illəri geridə buraxan, səhər işə 
gedib, axşam qayıdan, yorulan, istirahətini edən, amma bugünü 
və sabahından xəbərsiz olanlardan gedir. Belələri hey əylənər, kef 
sürər, günlərini keçirərlər. Birdən ölüm gələr və onlar qaranlıq qə-
birə girərlər. Və girməkləri ilə ayılmaqlarıbir olar. Ancaq nə fayda! 
Çox gecdir...
İnsanların dünyadakı halı necə də qəribədir: günlərini əyləncə 
ilə keçirər, taleyin ciddiliyinə əhəmiyyət verməzlər. Unudarlar ki, 
etdikləri ən xırda iş belə hesaba çəkiləcəkdir.
Allah təala buyurur:
“Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri 
onlara xəbər verəcəkdir. Allah (onların əməllərini bir- 
bir) sayıb yazmış, onlar isə (etdiklərini) unutmuşlar. 
Allah hər bir şeyə şahiddir!” 
(əl-Mücadələ, 6)
Həqiqi müsəlman üçün vaxt çox qiymətlidir. Çünki vaxt ömür 
deməkdir. Əgər o, vaxtını zay edib boş şeylərə qapdırarsa, axmaq-
casına intihar etmiş sayılar. 
İnsan Allaha doğru yeyin addımlarla irəliləyir. Yer kürəsinin hər 


336
İyirmi beşinci bölüm
dövrəsi, deməli, hər yeni gün qaçılmaz sona doğru bir addımdır. 
Ağlı başında olanlar bu həqiqəti anlayır, olub keçənləri və olacaq- 
ları yaxşı dərk edirlər. Zamanın keçdiyini, özünün isə dayanıb dur-
duğunu güman edən şəxs necə də aldanmışdır. Bu, hərəkət edən 
qatardakı sərnişinin halına bənzəyir: o, hər şeyin hərəkətdə, özü-
nün isə sükunətdə olduğunu düşünür. Əslində, zaman insanla bir-
likdə onun qabaqcadan müəyyənləşdirilmiş taleyinə sarı irəliləyir. 
İslam vaxtın qiymətini bilən dindir. O, vaxtın əhəmiyyətini 
yaxşı başa düşür, aşağıdakı müdrik kəlamı təsdiqləyir: “Vaxt qı- 
lıncdır: kəsməzsən, səni kəsər”. İslama görə, bu məsələnin fərqinə 
varmaq imandan xəbər verir, təqvaya dəlalət edir: 
“Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Alla-
hın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan 
bir tayfa üçün (Onun birliyini və qüdrətini sübut edən) 
dəlillər vardır”. 
(Yunis, 6)
Sabahına laqeyd qalıb dünyanın parıltısı qarşısında gözləri qa-
maşanları Quran axmaq və uduzanlar adlandırır:
“Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzu-
rumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid 
etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib 
ona bel bağlayanların və ayələrimizdən qafil olanların, 
məhz onların qazandıqları günahlara görə düşəcəkləri 
yer Cəhənnəmdir!” 
(Yunis, 7-8)
İslamın böyük ibadətləri sutkanın müəyyən saatları və illərin 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə