Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə87/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   83   84   85   86   87   88   89   90   91

324
İyirmi dördüncü bölüm
Elm və həlimlik sözlərinin birlikdə işlədilməsi göstərir ki, elm 
dedikdə həm ağılsızlıqdan uzaq, həm də şəhvətin ram etmədiyi bi-
lik nəzərdə tutulur. 
Yaxşı (möhkəm) bilik Allahın nəzərində pis (mütərəddid) əməl-
dən, cəhalət və qüsurla ləkələnmiş quru ibadətdən daha üstündür. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
- “Elmin üstünlüyü ibadətin üstünlüyündən yaxşıdır”
1
;
- “Az elm çox ibadətdən yaxşıdır”
2

- “Ən üstün ibadət – düşünüb başa düşməkdir”
3

Bir dəfə Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
Əbu Zərə 
(Allah on-
dan razı qalsın!) 
deyir: “Ey Əbu Zər, səhər yola çıxıb Allahın kitabından 
bir ayə öyrənməyin sənin üçün yüz rükət namaz qılmaqdan daha 
yaxşıdır. Səhər yola çıxıb bir fəsil elm öyrənməyin – fərqi yoxdur 
istifadə olunacaq ya olunmayacaq – sənin üçün min rükət namaz 
qılmaqdan daha yaxşıdır”
4
.
Yuxarıdakı hədisləri bu şəkildə başa düşməliyik: nadanların 
ibadətinin də dostluqları kimi faydası azdır. Onlar xeyir arzula- 
dıqları yerdən özlərinə zərər vurarlar. Dostlarına da rahatlıq ver-
mək istədikləri halda əziyyət edərlər. Nadan (cahil) insanlar din-
dən bərk-bərk yapışar, formal təəssübkeşlik göstərərlər. Ancaq 
yelbeyinlik və axmaqlıq anında elə davranarlar ki, dinə ancaq zə- 
rər vurar, adını qara çıxararlar. 
Elm sahiblərinə gəlincə, ağıllı görüşləri davranışlarını nizamla-
yar, onları kamilliyə aparıb-çıxarar. Əməlləri az olsa da, tutarlı və 
uzaqgörən fikirləri çox olar. 
1
 Hədisi Bəzzar rəvayət edib.
2
 Hədisi Təbərani rəvayət edib. 
3
 Hədisi Təbərani rəvayət edib. 
4
 Hədisi İbn Macə rəvayət edib. 


325
Bilik və ağıl
Bu səbəbdən Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
- “Bir “fəqih”

 şeytanla mübarizədə min abiddən daha güclü- 
dür”
1
;
- “Alimin abiddən üstünlüyü mənim sizin ən aşağı olanınızdan 
üstünlüyüm kimidir”
2
.
Rəvayət olunur ki, Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
“Alim abiddən yetmiş pillə üstündür. Bir pillə ilə digərinin arası-
nı atlı yetmiş ilə qət edər. Çünki şeytan insanların arasına bidət 
soxar. Yalnız alimlər onu görüb qadağan edərlər. Abid isə rəbbinə 
ibadətlə yönələr, nə onunla (həmin bidətlə) qarşılaşar, nə də onun 
bidət olduğunun fərqinə varar”
3
.
Hədisin son hissəsi onu rəvayət edənlərin izahına da oxşayır. 
Dünyagörüşünün darlığı imanın artmasına, xeyirxahlığın baş 
tutmasına imkan vermir. Qüdrətli və Böyük Allah buyurur:
“Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız 
(haqqı) bilənlər anlayarlar”. 
(əl-Ənkəbut, 43)
Allah bəyan edir ki, xeyrə təşviq edən, şərdən çəkindirən, nəfsi 
nəzarətdə saxlayan, Allahın razılığına can atan vicdan rəbbini ta-
nıyan alimin vicdanıdır:
“Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmə-
tinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq 
üstə durub gecə saatlarını ibadət içində keçirən (müti 
bəndə kafirlə birdirmi)?! De: “Heç bilənlərlə bilməyən-

 Burada “fəqih” sözü “fəhm sahibi”, “dərindən düşünən”, “dərk edən” məna-
larını ifadə edir. Bu məqamda onu dar mənada – “dini hökm çıxaran şəxs” 
kimi başa düşmək doğru olmazdı – tərcüməçinin qeydi.
1
 Hədisi Tirmizi rəvayət edib. 
2
 Hədisi Tirmizi rəvayət edib. 
3
 Hədisi əl-İsbəhani rəvayət edib. 


326
İyirmi dördüncü bölüm
lər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən
dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” 
(əz-Zumər, 9)
Müsəlmanın öyrənməyə girişdiyi, səylə can atdığı, uğrunda 
uzaq məsafələr qət etdiyi elmin konkret başlanğıcı və sonu yox- 
dur. Dünyagörüşünü genişləndirən, maneələri yıxıb ağıla daha 
çox bilik qazandıran, insanın dünya (kainat) ilə əlaqəsini möh-
kəmlədən, idrak və fəhm üçün geniş imkanlar açan, dünyanın gizli 
xəzinələrindən istifadəyə zəmin yaradan hər bir şeyə bələd olmaq, 
təcrübə toplamaq lazımdır. Müsəlmanlar da bundan özlərinə pay 
götürməlidirlər. Ayə və hədislərdə bu məsələyə işarə edilib. 
Bilik qazanmağın vacibliyi haqda hədislər çoxdur. Məsələn, 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
- “Kim elm öyrənmək üçün yola çıxarsa, Allah onun cənnətə 
yolunu asanlaşdırar”
1
;
- “Qazanan (kəs) elm qədər üstün ikinci şey qazanmamışdır: 
elmi onu haqq yola çıxarar, məhv olmaqdan qurtarar; ağlı dürüst 
deyilsə, dini də düzgün deyil”
2
.
- “Yalnız iki şəxsə həsəd aparmaq lazımdır: (birincisi) Allahın 
var-dövlət verdiyi şəxsdir ki, o da bunu haqqın yolunda xərcləyər. 
(İkincisi isə) Allahın hikmət bəxş etdiyi şəxsdir. O da bu hikmətlə 
(insanları, hadisələri...) mühakimə edər, hikməti (insanlara) öy-
rədər”
3
;
1
 Hədisi İmam Müslim rəvayət edib. 
2
 Hədisi Təbərani rəvayət edib. 
3
 Hədisi İmam Buxari rəvayət edib. 


327
Bilik və ağıl
- “Həqiqətən, Allah da, mələkləri də, yer və göy əhli də, yuvasın-
dakı qarışqa da, dənizdəki balıq da insanlara yaxşı şeylər öyrədənə 
xeyir-dua oxuyarlar”
1
.
Bu hədislərin kontekstindən hansı elmi öyrənməyin zəruriliyi 
məlum olur. Deməli, xeyirli olanı, hikməti, fayda gətirib zərəri 
uzaqlaşdıranı öyrənmək lazımdır. Elmə müəyyən mədəni “kim-
lik” qatmaq (onu yalnız bir xalqın adına yazmaq) doğru deyildir. 
Şübhə yox ki, Allahın insanlar üzərində nə kimi haqlara sahib ol-
duğunu öyrənmək çox zəruridir. Sonra insanların bir-birlərinin 
üzərindəki haqları gəlir. Axı ictimai mənafeyin qərəzsiz təmini so-
sial qrupların idarə edilməsinə, nəzarətin düzgün formada aparıl-
masına əhəmiyyətli təsir göstərir.
Tərifəlayiq elm dedikdə ancaq fiqhin, təfsirin və bu kimi sa-
hələrin öyrənilməsi nəzərdə tutulursa, səhvə yol verilir. Digər 
elmlərin öyrənilməsi tamamlayıcı(!) hərəkətdir: istəyən öyrənər, 
istəyən də öyrənməz, – bu, kökündən yanlış fikirdir. Çünki təbiət 
və sosial elmlər, kosmosda və Yerdə aparılan davamlı tədqiqatla- 
rın nəticələri sırf dini elmlərdən heç də az əhəmiyyət kəsb etmir. 
Bəzən bu tədqiqatlarla bağlı elə məqamlar ortaya çıxır ki, onlara 
bələd olmaq şəriət elmlərini dərindən öyrənməklə müqayisədə 
daha zəruridir. 
Qeyd edək ki, elmin üstünlüyündən, alimlərin böyüklüyündən 
söz açan Quran o alimləri nəzərdə tutub ki, onlar Allahın əzəmə-
tini məxluqatın əzəmətindən öyrənirlər. Habelə o elmdən söhbət 
gedir ki, bitkilər, heyvanlar və təbiətdəki digər hadisələr ətrafında 
aparılmış elmi mühakimələrin nəticəsi kimi yaranıb.
Allah təala buyurur:
- “(Ya Peyğəmbər!) Məgər Allahın göydən bir yağmur 
yağdırdığını görmürsənmi?! Sonra Biz onunla növbənöv 
meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli – ağ, 
1
 Hədisi Tirmizi rəvayət edib. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə