Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə2/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   2   3   4   5   6   7   8   9   ...   91

6
ümməti milli-dini identikliyini möhkəmlədə bilər. Bununla da
qloballaşan dünyada böyük güclərin təlqin etdiyi mədəniyyət mo-
dellərinin fonunda cılızlaşıb yox olmaqdan qurtular. Bu, məsələ-
nin bir tərəfidir. Bir daha deyirik: “Mədəni” qloballaşmanın əxlaqi 
tənəzzül qoxusu verən abı-havasından, dağıdıcı təsirlərindən qoru-
nub, cəmiyyətdə əxlaqsızlığın, məsuliyyətsizliyin, başıpozuqluq və 
digər mənfi təmayüllərin yayılmasının qarşısını almaq istəyiriksə, 
dini-əxlaqi dəyərlərə sahib çıxmalıyıq. 
Məsələnin digər tərəfi müsəlmanların dini əxlaqa münasibəti ilə 
əlaqəlidir. Unutmayaq ki, Allah təala Quranda Həzrəti Məhəmmə-
di əxlaq mücəssəməsi adlandırır və onun hər şeydən qabaq bir 
əxlaq peyğəmbəri olduğuna diqqəti çəkir. Peyğəmbərimiz əxlaqda 
nümunə sayıldığı üçün qəlblərə təsir etmiş, küfr “buz”larını ərit-
miş, açılmayan qıfıllara açar olmuşdu. Çünki Allahın elçisi insanlar 
arasında uğurlu ünsiyyət və təmasın qurulmasında əxlaqın ən tə- 
sirli vasitə olduğunu yaxşı bilirdi. Əxlaq yadı yaxın edir, düşməni 
də – dost. Sufilər demişkən: əhli-hal əhli-qaldan çox iş görər... 
İbadət etməklə iş bitmir. Gərək gözəl əxlaqa da sahib olasan. 
Bəzən elə olur ki, rəbbimizlə əlaqələrimizi möhkəmlətsək də, eyni 
diqqəti bəndə ilə münasibətlərimizə ayırmırıq, qüsurlara yol veri-
rik. Namaz qılır, oruc tutur, həccə gedir, zikr edir və Quran oxu-
yuruq, amma insanlarla xoş davranmırıq, kobudluq göstəririk. 
Çox təəssüf ki, ölkəmizdəki dindarlar da bu sarıdan bərk korluq 
çəkirlər. Bəli, bu, danılmaz bir həqiqətdir. Ən azından, cümə və 
camaat namazlarında biz bunun əyani şahidi oluruq. Dini müza-
kirələrdə özünü göstərən mənfi hallar da dediklərimizi təsdiqlə- 
yir. “Məzhəbçi” və “camaatçı” zehniyyət müsəlmanların bir-birinə 
olan münasibətlərinin konturlarını şeytanın lehinə cızır, Quran və 
Sünnədə göstərilmiş əxlaqi davranış normalarını bizə unutdurur. 
Qeyd edək ki, biz məzhəb və ya camaat anlayışlarına qarşı deyilik. 
Bizi narahat edən cəhət məzhəb və camaat mənsubluğunda özünü 


7
göstərən təəssübkeşlikdir. Əxlaqımızı cılızlaşdıran, bizi bir-birimi-
zə düşmən edən təəssübkeşlik! 
İbadət etməyən insanlara, ələlxüsus valideynlərə, yerli adət-ənə-
nəyə münasibətdə təzahür edən sərtlik, radikallıq heç bir vəchlə is-
lam əxlaqı ilə üst-üstə düşmür. Əgər biz insanları haqqa çağırmaq, 
eybəcər halları aradan qaldırmaq istəyiriksə, bunu, Quranın ifadə-
si ilə desək, “ən gözəl şəkildə” həyata keçirməliyik.
Onu da deyək ki, biz, müsəlmanların davranışlarında özünü 
göstərən bəzi qeyri-məqbul halların kökündə islam əxlaqından bi-
xəbərliyimiz yatır. Bu səbəbdən əxlaqı öyrənməliyik. İbadət əxlaq-
la tamamlanarsa, arzu etdiyimiz müsəlman şəxsiyyəti ortaya çıxar. 
İbadət etsələr də, əxlaqdan binəsib qalan kəslər Quranın müsəlman 
şəxsiyyəti modelinə çevrilə bilməzlər. Onlardan Rəhmanın qulları 
da çıxmaz. Habelə, ibadəti bir kənara qoyub, “qəlbim təmizdir” fəl-
səfəsi ilə yaşayanlar da elə zənn etməsinlər ki, bu minvalla Allahı 
razı salmaq olar. Çünki islamda əxlaqdan kənar ibadət, ibadətsiz 
də əxlaq yoxdur. Bəli, Misirli böyük alim Şeyx Yusif əl-Qərdavinin 
dediyi kimi, islama görə, əxlaq imanın əsas göstəricilərindən biri 
kimi nəzərdən keçirilir, Allahın vacib qıldığı ibadətlərin səmərəsi 
olaraq ortaya çıxır. 
Deməli, həm qloballaşmanın “populyar” həyat tərzində əri-
məmək, həm də ibadət etməklə yanaşı, mənən kamilləşmək üçün 
əxlaqı öyrənməli və onu dinin dəyərləri çərçivəsində mənimsəmə-
liyik. Odur ki, maarifl ənməliyik. Bu işdə bizə əxlaqla bağlı san-
ballı və mötəbər ədəbiyyat kömək edə bilər. Belə ədəbiyyat imkan 
verəcəkdir ki, əxlaqi dəyərləri həm nəzəri cəhətdən mənimsəyək, 
həm də praktik baxımdan həyatımıza tətbiq edək. Düşünürük 
ki, böyük mütəfəkkir, islam ümmətinin cəfakeşi,
 
görkəmli
 
şəxsiy- 
yət Məhəmməd Qəzalinin (1917-1996) “Müsəlman əxlaqı” kita-
bı belə ədəbiyyat qəbilindəndir. Biz cəsarətlə deyə bilərik ki, XX 
əsrdə buna bənzər ikinci bir kitab yazılmamışdır. Bu, həm onun 


8
müəllifinin qüdrətli qələm sahibi olmağından, həm də kitabın 
məzmunundakı özünəməxsusluqdan irəli gələn cəsarətdir. Sözün 
həqiqi mənasında “Müsəlman əxlaqı” kitabı islam əxlaqına dair ya-
zılmış şah əsərdir. Həm üslub, həm də məzmun kitaba möhtəşəm-
lik qazandırır. Müəllifin üslubuna “quruluq” və nəzərilik yaddır. 
O, yazdıqlarına real və obyektiv məzmun verməklə, hər cümləsi 
üzərində düşünmək lazım gələn əsər yaratmışdır. Hədis və ayələr-
dən bol-bol iqtibas gətirən Şeyx Qəzali Peyğəmbərin əxlaq dün- 
yasına tez-tez səyahət edir. Odur ki, sevimli oxucumuz təsirli 
məzmunu olan hədislərlə tanış olacaq, özünü əxlaq mücəssəməsi 
sayılan Peyğəmbərin mənəvi dünyasında hiss edəcəkdir. Oxucu-
muz onu da görəcəkdir ki, müəllif islamı sırf ibadət dini adlan-
dırmamaqla yanaşı, əxlaqı da ibadətdən ayrı təsəvvür etmir. Yəni, 
Ustad Qəzali əxlaqı ibadətə müncər etsə də, onları müəyyən məqa-
mlarda müstəqil sahələr kimi nəzərdən keçirir. 
Kitabın əhəmiyyəti, həm də ondadır ki, islam əxlaqı eyniadlı di-
nin dəyərləri çərçivəsində təqdim olunur. Əxlaqın həmişəyaşarlığı 
üçün səmavi təlimlərin zəruriliyi təlqin edilir. Bizə görə, kitabın 
əhəmiyyətini vurğulamaq üçün təkcə elə bu cəhəti göstərmək ki-
fayət edir. Kitab haqqında çox danışmaq olar. Amma yaxşı olardı 
ki, oxucumuz kitabla bizim müqəddiməmizdə deyil, birbaşa – onu 
mütaliə etməklə tanış olsun. 
Yeri gəlmişkən, mühüm bir məsələni qeyd etməyimizdə fayda 
vardır. Söhbət bu kitabın türk və Azərbaycan dillərinə edilmiş tər-
cümələrindən gedir. Kitabın həm türk
1

, həm də Azərbaycan dilinə 
edilmiş tərcümələri bərbad vəziyyətdədir. Qısacası, hər iki tərcümə 
məzmun etibarı ilə orijinal mətnlə səsləşmir. Kitabın türk dilinə 
edilmiş tərcüməsindəki qüsurları aşağıdakı kimi sadalaya bilərik:

 Bax: Muhammed Gazali. Müslümanın ahlakı / çevirmen: Abdurrahman 
Candan. Batman: “Bilge” Kitabevi, 2004, 272 səh. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə