Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə4/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   2   3   4   5   6   7   8   9   ...   91

13
GİRİŞ
İSLAMIN RÜKNLƏRİ 
VƏ ƏXLAQ PRİNSİPLƏRİ
Həzrəti Məhəmməd 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
özünün dəvət 
metodunu və peyğəmbərliyinin əsas qayəsini bu şəkildə ifadə et-
mişdi:
“Şübhəsiz ki, mən gözəl əxlaqı tamamlamaq üçün göndəril-  
dim”
1
Bununla da, peyğəmbərliyin məqamı və qayəsi aydın olur. Pey-
ğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
nübüvvət

 nurlarını ətrafa yay- 
dı. Fəzilətləri üzə çıxarmağa, kamillik üfüqlərini işıqlandırmağa 
çalışdı ki, insanlar həqiqətə aydınlıqlar içində üz tutsunlar.
İslamda aşılanan və iman edilməsi lazım gələn rüknlər kor-ko-
ranə inanılacaq ayinlər deyil. İslam insanı məchul mücərrədliklərə 
və mənasız əməllərə təhkim etmir.
İslamın fərz (vacib) sayılan ibadətləri bizə doğru və gözəl əxlaq 
aşılayır. İbadət etməklə biz dünyanın mənfi təsirləri qarşısında əx- 
laqımızı qoruyub saxlamış oluruq. 
Quran və Sünnə bu həqiqəti açıq şəkildə izah edir. Namazın 
hikmətini açıqlayarkən Quran buyurur: 
“(Ya rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı- 
vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin 
və pis əməllərdən çəkindirər...”
(əl-Ənkəbut, 45)
1
 Hədisi İmam Malik rəvayət edib. 

 Peyğəmbərlik.


14
Giriş
Bəli... Rəzilliklərdən uzaqlaşmaq, pis əməl və sözlərdən təmiz- 
lənmək – budur namazın hikməti! Bir hədisdə Allah təalanın di-
lindən deyilir: 
“Namazı yalnız qarşımda baş əyən, qullarıma pislik etməyən, 
gecəni asiliklə keçirməyən, gündüzləri də Məni xatırlayan, miskin-
lərə, yolçulara, dul və kimsəsizlərə mərhəmət göstərən kəslərdən 
qəbul edirəm”. 
Zəkat adi vergi növü deyil, əksinə, şəfqət və mərhəmət duyğu-
larını oyadan, müxtəlif sinifl ər arasında ülfət və məhəbbət yaradan 
vasitədir.
Quran zəkatın verilməsi haqda buyurur: 
“(Ya rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. 
Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş 
(mallarına bərəkət vermiş, əməllərinin savabını artır-
mış) olarsan...” 
(ət-Tövbə, 103)
Zəkatda başlıca hikmət nəfsi xəsislikdən təmizləyib, cəmiyyəti 
daha yüksək səviyyəyə çatdırmaqdan ibarətdir. Bu səbəbdən Pey-
ğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
“sədəqə” sözünə geniş məna 
verərək demişdir: 
“Müsəlman qardaşının üzünə gülümsəməyin, yaxşılığa çağı- 
rıb pislikdən çəkindirməyin, yolunu azana yol göstərməyin, yol 
üzərindən maneəni, əziyyət verən əngəli, tikanı uzaqlaşdırmağın, 
öz qabından qardaşının qabına su tökməyin, sənə pis nəzərlə baxa-
na xoş gözlə baxmağın – bütün bunlar sədəqədir”
1

Əsrlər boyu kin və düşmənçilik içərisində yaşamış səhra xalqına 
göndərilən bu təlimlər islamın məqsədlərini əks etdirir. Məhz bu 
təlimlərin sayəsində ərəblər Cahiliyyət qaranlıqlarını yarıb işığa 
çıxmışdılar.
1
 Hədisi İmam Buxari rəvayət edib.


15
İslamın rüknləri və əxlaq prinsipləri
Oruc da belədir. İslama görə, oruc yemək və içməkdən müvəq- 
qəti imtina deyildir. Oruc nəfsi xəbis istək və şəhvətdən məhrum 
etməkdir. Aşağıdakı hədislər də bu deyilənləri təsdiqləyir: 
- “Yalan söz və davranışları tərgitməyənin ac-susuz qalmağına 
Allahın ehtiyacı yoxdur”
1
;
- “Oruc yemək-içməyi tərgitmək deyildir, əksinə, pis söz danış-
maqdan və buna bənzər şeylərdən çəkinməkdir. Birisi sənə sataşar 
və ya sənə qarşı nadanlıq edərsə, “Mən orucluyam” – de”
2

Quranda orucun səmərəsi haqda deyilir:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki üm- 
mətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə 
(bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz” .
(əl-Bəqərə, 183)
Bəzən insan müqəddəs ərazilərə ziyarətin (həccin) – islamda 
bu, imkanı çatanlara aiddir – əxlaqi tərəfl ərini başa düşə bilmir. 
Odur ki, onu, başqa dini təlimlərdə olduğu kimi, mücərrəd və sırf 
dini ayin hesab edir. Təbii ki, bu yanlışdır. Quranda Allah təala 
həcc barədə buyurur: 
“Həccin vaxtı məlum olan aylardır (şəvval, zülqədə ay-
ları və zülhiccənin birinci on günü). Həmin aylarda həcc 
ziyarəti vacib olan (həcci özünə vacib bilən) şəxsə həcdə 
olarkən qadınla yaxınlıq, söyüş söyüb pis sözlər danış-
maq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər 
bir yaxşı işi bilir. (Həcc və ya axirət üçün) tədarük görün. 
Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çə-
kinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!” 
(əl-Bəqərə, 198)
1
 Hədisi İmam Buxari rəvayət edib. 
2
 Hədisi İbn Xüzeymə rəvayət edib. 


16
Giriş
İslamın başlıca ibadətləri haqda yuxarıda dediklərimiz dinlə 
əxlaqın qırılmaz vəhdətini göstərir.
Mahiyyət və formaca müxtəlif olan bu ibadətlər, Peyğəmbərin 
də 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
dediyi kimi, birməqsədə xidmət edir:
“Şübhəsiz ki, mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim”.
Namaz, oruc, həcc və başqa ibadətlər insanı arzu olunan ka-
milliyə yetişdirəcək, həyatını safl aşdırıb, dəyərini yüksəldən ruhi 
təmizliyə aparıb çıxaracaq pillələrdir. Bütün bu səciyyəvi keyfiy- 
yətlərə islamda geniş yer verilib. İnsan bu keyfiyyətlərlə qəlbini və 
ağlını safl aşdırmazsa, Allah və bəndənin qarşısında alnıaçıq olmaz-
sa, uçuruma yuvarlanar. 
Böyük və Qüdrətli Allah buyurur:
“Biz, həqiqətən, rəbbimizə iman gətirdik ki, O bizi gü-
nahlarımıza və sənin bizi məcbur etdiyin sehrə (sehrlə 
məşğul olmağımıza) görə bağışlasın. Allah daha xeyirli 
və (Onun günahkarlara verəcəyi əzab) daha baqidir!”
Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu 
Cəhənnəm (cəhənnəm əzabı) gözləyir. O, orada nə ölər, 
nə də yaşayar (Cəhənnəm əhli nə ölü kimi ölü, nə də diri 
kimi diridir, əbədi əzaba düçar olub bir gün görməz).
Kim (Rəbbinin hüzuruna) yaxşı əməllər etmiş bir mö-
min kimi olaraq gələrsə, belələrini ən yüksək dərəcələr 
gözləyir: əbədi qalacaqları, (ağacları) altından çaylar 
axan Ədn cənnətləri. Bu, (günahlardan) pak olanların 
(təmizlənənlərin) mükafatıdır!” 
(Taha, 73-76)


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə