Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə3/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   2   3   4   5   6   7   8   9   ...   91

9
a) Hədislərin böyük əksəriyyəti düzgün tərcümə edilmədiyin-
dən məzmunca təhrifə məruz qalıb.
b) Müəllifin poetik üslubu, demək olar ki, tərcümədə öz əksini 
tapmayıb. Odur ki, tərcümənin dili çox quru və “cansıxıcı”dır.
v) Orijinal mətndəki ümumi və xüsusi müddəaların əksəriyyəti 
tərcümədə başqa məzmun və məna kəsb edir. 
q) Orijinal mətnin bəzi yerləri tərcümədə buraxılıb (Bu ya tex-
niki xətadır, ya da ki tərcüməçi naşılığının nəticəsidir). 
Azərbaycan dilinə edilmiş tərcüməyə gəlincə, tərcüməçi (kita-
bın üzərində adı göstərilmədiyi üçün kimliyi bizə məlum deyil) 
orijinal mətnə müraciət etməyib. Türkcəyə edilmiş məlum tər-
cüməni əsas götürdüyü üçün səhvləri eynilə təkrarlayıb. Düşü-
nürük ki, bu cür naşı tərcüməçilər üzündən, bəlkə də, “Müsəlman 
əxlaqı” kitabı oxuculara adi görünüb. Amma əsla belə deyildir! 
Qoy əziz oxucumuz kitabı yenidən mütaliə etsin və həqiqəti öz 
gözü ilə görsün. Tərcüməmizin də qüsurlardan uzaq olduğunu id-
dia etmirik. Amma çalışmışıq ki, tərcüməmiz böyük alimin möh-
təşəm kitabına layiq olsun. 
Sonda oxucularımızdan xahiş edirik ki, mərhum müəllifi, Alla-
hın əfvinə möhtac tərcüməçini və kitabın ərsəyə gəlməsində xid-
məti olanları dualarında xatırlasınlar.
                                                    
    Elvüsal Məmmədov
AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq 
İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dinşünas


10
MÜƏLLİFİN ÖN SÖZÜ
Bu kitabda Quran və Sünnədən götürülmüş vacib məlumat top- 
lanmışdır. Bu məlumatın sayəsində müsəlman şəxsiyyət öz əxlaqı-
nı gözəlləşdirə, dinini də bitkinləşdirib, dünya və axirət xoşbəxtli- 
yini qazana bilər. 
Mən ayə və hədislərə yığcam şərhlər vermişəm. Çalışmışam ki, 
əxlaqi tənəzzül nəticəsində müsəlmanları son əsrlərdə çulğamış  
sapqınlıq və geriləmələrə münasibət bildirim...
Mövzunu işləyərkən ayə və hədislərlə kifayətlənmişəm. Ənənə-
vi mədəni irsimizin zənginliyinə baxmayaraq, böyük imamların, 
alimlərin müdrik kəlamlarına, abid və nəsihətçilərin tövsiyələrinə 
kitabımda yer ayırmamışam. Ona görə ki, yalnız Qurana və Sün-
nəyə əsaslanan şəriətə müraciət etməyi, ondakı tərbiyəvi təlimlərə 
üstünlük verməyi münasib hesab edirəm. Axı bu təlimlər ilahi tə-
limlərdir; Quran və Sünnə də tələb edir ki, həmin təlimlərə bağlı 
qalaq. Əks halda, yəni üz döndərsək, günah edər, Allahın haqlarını 
çeynəyərik. Çünki ümumi əxlaq kimi nəzərdən keçirilən ədəb-ər-
kan başqa şeydir, islamın digər ibadətləri qəbilindən sayılan əxlaq 
öhdəliyi – bir başqa şey!
Biz həm ümumdünya mədəniyyəti tarixinin müxtəlif mərhə- 
lələrini, həm əxlaq fəlsəfəsini, həm də insanların davranışlarını 
tənzimləyən fəlsəfi təlim və üsulları araşdırdıq; dərin fikirlərin, 
həqiqət axtarışlarının, ideala çatmaq cəhdlərinin şahidi olduq. İn- 
sanları xeyrə çağıran, onların gələcəyini düşünən kəslərin əməyini 
yüksək qiymətləndiririk. Ancaq biz insafl ı şəxslərin diqqətini Son 
Peyğəmbərin gətirdiyi səmərəli tərbiyə üsullarına və gözəl əxlaqa 
yönəltmək istəyirik. Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
məhz 
bu üsul və əxlaq normaları ilə bəşəriyyəti bataqlıqdan xilas etmiş-


11
Müəlli in ön sözü
dir. İnsanlara məlum olmuşdur ki, islam daş-qaşlarla, ləl-cavahirat-
la dolu xəzinədir. O ləl-cavahiratla ki, bəşəriyyətin Yunan və Roma 
fəlsəfəsindən öyrəndiyi əxlaq qaydaları onun yanında heç nədir. 
Bir müsəlman alimindən soruşurlar: “Sən Aristotelin “Ruh” 
traktatını
1
 oxumuşsanmı?” O da: “Xeyr, Mən Abdullahın oğlu 
Məhəmmədin mənəvi tərbiyə təlimini
2
 oxumuşam”, – deyə cavab 
verir.
Bəli, biz həm Aristotel və digər filosofların, həm də Abdulla-
hın oğlu Məhəmmədin 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
mənəvi tər-
biyəyə dair dediklərini oxuduq. Gördük ki, həmin filosofl arın ar-
zuladıqları, pis-yaxşı hər nədirsə təqdim etdikləri etik normalar 
mükəmməl formada Peyğəmbərin əxlaq təlimində mövcuddur. 
Gördük ki, bu təlim canlı həqiqətləri özündə ehtiva edir; onda 
bir insanın həyat tərzi, bir xalqın əxlaqı və mədəniyyəti, bir dinin 
ana ayinləri öz əksini tapıb. 
Bəli, bu, Abdullahın oğlu Məhəmmədin 
(Ona Allahın xeyir-duası və salamı 
olsun!) 
mənəvi tərbiyə təlimidir! 
Allaha şükür ki, bizə həmin təlimin bəzi səciyyəvi cəhətlərini 
araşdırıb yeni formatda üzə çıxarmaq müyəssər olub. 
Bu kitab “Müsəlmanın əqidəsi” kitabından sonra eyni mövzuda 
yazdığımız ikinci vəsaitdir.
Kitabın “Giriş” hissəsində islamda əxlaq, digər ibadətlərlə əla-
qəsi, nəfsin mahiyyəti, ətraf mühitin təsirləri və digər məsələlərdən 
bəhs edilir. Həmçinin, islamın müsəlmanlardan tələb etdiyi üstün 
keyfiyyətlərdən danışılır. Kitabda göstərilmiş mənəvi keyfiyyətlər 
mündəricatda hər hansı bir qanunauyğunluğa görə sadalanmayıb. 
1
 Traktatda insan psixikası, tərbiyəsi və əxlaq qaydaları haqda danışılır – tər-
cüməçinin qeydi.
2
 Burada söhbət ayrıca elmi təlimdən (kitabdan, nəzəriyyədən) deyil, Pey- 
ğəmbərin əxlaqi keyfiyyətlərindən, əxlaq barəsindəki tövsiyələrindən gedir 
– tərcüməçinin qeydi.


12
Müsəlman əxlaqı
Bu kitabda, əvvəlki kitablarımızın əksinə olaraq, dini mətnlərin 
mənbələrini göstərmişik. 
Kitabımızda, hədis terminologiyası alimlərinin də adlandırdığı 
kimi, “səhih li-zatihi”, “səhih li-qeyrihi”, “həsən li-zatihi” və “həsən 
li-qeyrihi” kateqoriyalı hədisləri dəlil göstərmişik. 
Mənbəyini göstərmədiyimiz hədislər isə ya “səhih”dir, ya da 
“həsən”dir.
Hədisləri “Təysir əl-Vüsul” (Məqsədə çatmanın asanlaşdırıl-
ması) və “ət-Tərğib vət-Tərhib” (Rəğbətləndirmə və çəkindirmə) 
kitablarından götürmüşük. Bir neçə mənbədə göstərilmiş hədis- 
lərin yalnız bir mənbəyini qeyd etməklə kifayətlənmişik.
Onu da deyək ki, bu kitabı yazmaq üçün o qədər də zəhmət 
çəkməmişik. Çünki bu işdə görkəmli alimlərin yazdıqları karımıza 
gəlib və biz onların yazdıqlarını oxucular üçün sadələşdirmişik.
Həm yazıçının, həm də oxucunun məsuliyyəti başqa şeyə görə-
dir, – bu, xeyri sevmək, xeyrin yolu ilə getməkdir. 
Məhəmməd əl-Qəzali


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə