Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə5/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   2   3   4   5   6   7   8   9   ...   91

17
BİRİNCİ BÖLÜM
ZƏİF ƏXLAQ ZƏİF İMAN DEMƏKDİR
İman insanı xeyirxahlığa yönəldən, dünyaya aldanmaqdan qo-
ruyan bir qüvvədir. Buna görədir ki, qullarını yaxşı əməllərə ça-
ğırıb pis əməllərdən çəkindirən Allah bunu onların qəlblərində 
qərar tapmış imanın zəruri şərti qılıb: 
“Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sö-
zündə, işində) doğru olanlarla olun!”
 (ət-Tövbə, 119)
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
bildirmişdir ki, güclü 
iman gözəl əxlaq doğurur. Əxlaqi tənəzzül imanın zəifl iyindən, ya-
xud yoxluğundan irəli gəlir. 
Allahın rəsulu 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
yolunu azmış, açıq-aş-
kar alçaqlıq edən arsız şəxslərin vəziyyəti haqda deyib: 
“İman və həya bir-birinə bağlıdır. Biri gedərsə, digəri də gedər”
1

Qonşularını incidib, onlara pislik edənlərə islamın münasibəti 
çox sərtdir. Bu haqda peyğəmbərimiz 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib: 
“Allaha and olsun ki, iman etməmişdir, Allaha and olsun ki, 
iman etməmişdir, Allaha and olsun ki, iman etməmişdir.” Soruşdu-
lar: “Kim iman etməyib, ey Allahın rəsulu?” Cavab verdi: “Əlindən 
qonşularının zar ağladığı şəxs iman etməmişdir”
2
.
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
ümmətinə boş sözlərdən 
uzaq durub gəvəzəlikdən çəkinməyi öyrədər və deyərdi:
1
 Hədisi Hakim və Təbərani rəvayət etmişdir. 
2
 Hədisi İmam Buxari rəvayət etmişdir. 


18
Birinci bölüm
“Allaha və Axirətə inanan şəxs ya xeyir söyləsin, ya da sussun!”
1
 
Bununla da, Allahın rəsulu 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
iman 
kamilliyi və səmimiliyini əsas götürməklə qəlblərə əxlaq aşılayır, 
bəhrəsini görsünlər deyə müsəlmanları əxlaqlı olmağa çağırırdı. 
Bəzi müsəlmanlar ibadətləri asan hesab edib, dini ayinlərin ic- 
rasına hərislik göstərsələr də, həqiqi iman və gözəl əxlaq baxımın-
dan məqbul sayılmayan hərəkətlərə yol verirlər. 
İslam peyğəmbəri belə insanlar barədə ümmətini xəbərdar edib.
Əslində, onlar ibadətlərin ruhuna yiyələnib səviyyəsini anlaya 
bilməyən, dini ayinləri formal icra edən təqlidçi insanlardır. On-
lar namaz hərəkətlərini necə görüblərsə elə də təkrarlayan uşaqları 
xatırladırlar! Bəlkə də, onlar hərəkətləri təqlid edən aktyorlara ox- 
şayırlar. Ancaq bütün bunlar imanın yəqinliyinə xələl gətirmir. 
Əlbətt ə, üstün davranış və fəzilətli xarakter üçün sarsılmaz bü-
növrə lazımdır ki, bu da gözəl əxlaqdır!
Rəvayət olunur ki, bir dəfə bir kişi Peyğəmbərə deyir: “Ey Alla-
hın rəsulu, filan qadın çoxlu namaz qılır, oruc tutur, sədəqə verir. 
Ancaq dili ilə qonşularına əziyyət edir.” Peyğəmbər: “O cəhənnəm-
likdir”, – deyə buyurdu. Kişi sözünə davam etdi: “Ey Allahın rəsu-
lu, filan qadın isə az namaz qılıb, oruc tutsa da, pendir parçalarını 
sədəqə verir, qonşularına da zülm etmir.” Peyğəmbər buyurdu: “O 
cənnətlikdir”
2

Bu cavabda gözəl əxlaqın qiymətləndirilməsi vardır. Həmçi-
nin, bizə aydın olur ki, sədəqə başqalarına fayda toxunduran sosial 
ibadətdir. Bu səbəbdən onun azlığı namaz və orucun azlığı kimi 
deyildir. Çünki namaz və oruc görünüşcə fərdi ibadətlərdir. 
İslam peyğəmbəri əxlaqın həqiqi iman və ibadətlə əlaqəsinə dair 
1
 Hədisi İmam Buxari rəvayət etmişdir. 
2
  Hədisi İmam Əhməd rəvayət edib. 


19
Zəif əxlaq zəif iman deməkdir
sualı cavablandırmaqla kifayətlənməmiş, əksinə, onu dünya və axi-
rət səadəti üçün əsas şərt saymışdır. 
Əxlaq çox mühüm məsələdir. Könüllərdə və düşüncələrdə 
möhkəmlənməsi üçün davamlı mənəvi təlimatlara və mütəmadi 
nəsihətlərə ehtiyac vardır. İman, xeyirxahlıq və əxlaq bir-biri ilə sıx 
bağlıdır. Onları bir-birindən heç kəs ayıra bilməz. 
Bir gün Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
səhabələrindən 
soruşdu: 
– Müfl is kimdir, bilirsinizmi? 
Səhabələr:
– Bizcə, müfl is pulu və malı olmayandır, – deyə cavab verdilər. 
Peyğəmbər dedi:
– Ümmətimdən müfl is o kəsdir ki, Qiyamət günü namazla, zə-
kat və orucla gələr. Gəlməyinə gələr, amma ona-buna söymüş, if-
tira atmış, başqasının malını qəsb etmiş, kiminsə qanını tökmüş, 
kiməsə də əl qaldırmışdır. Odur ki, yaxşı əməllərindən ona-bu-
na verilər. Mühakiməsi başa çatmadan yaxşı əməlləri qurtararsa, 
haqq sahiblərinin günahları ilə yüklənər, sonra da cəhənnəmə vasil 
edilər
1
.
Bəli, həqiqi müfl is budur. O, dükanında min manatlıq malı, iki 
min manat da borcu olan tacirə oxşayır. Belə insanı varlı adlandır-
maq olarmı?! 
Bəzi ibadətləri yerinə yetirsə də, şər işləyən, sifət sallayan, ədavət 
bəsləyən “dindar”ları təqva sahibi hesab etmək mümkündürmü? 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
bu haqda deyib: 
“Buz suyu əritdiyi kimi, gözəl əxlaq da günahları “əridər”. Sirkə 
balı necə korlayırsa, pis əxlaq da yaxşı əməlləri elə korlayır”
2
.
1
 Hədisi İmam Müslim rəvayət edib. 
2
 Hədisi Beyhəqi rəvayət edib. 


20
Birinci bölüm
Nəfsi eybəcərliklərin zərər və təhlükəsi artarsa, paltarını so- 
yunan şəxs lüt-üryan qaldığı kimi, insan da dinsiz qalar. Belə insan 
mömin olduğunu söyləsə də, yalan deyir. Əxlaq yoxdursa, dinin nə 
dəyəri? Allaha bağlılıq adı altında bu cür çürüklüyün bir mənası 
varmı?! 
İmanın əxlaqla vəhdətinə dair açıq-aşkar prinsipləri təsdiqlə- 
yən Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyirdi: 
“Namaz qılan, oruc tutan, həccə və ümrəyə gedən, “mən müsəl-
manam” – deyən kəsdə bu üç xasiyyət varsa, deməli, münafiqdir: 
a) ağzını açdımı, yalan danışar; b) verdiyi sözü tutmaz; v) əmanətə 
xəyanət edər”
1
.
Hədisin başqa versiyasında deyilir: 
“Münafiqin üç əlaməti vardır: a) yalan danışar; b) vədinə xilaf 
çıxar; v) əhdə vəfa göstərməz. (Belə insan) namaz qılsa da, oruc 
tutsa da, “mən müsəlmanam” – desə də, (münafiqdir ki münafiq!)
Başqa bir hədisdə deyilir: 
“Bu dörd xislət kimdə varsa, deməli, münafiqdir. Bu xislətlər-
dən birinə sahib olan kəs də həmin xisləti tərgitənədək münafiq 
sayılar. (Həmin dörd xislət budur:) a) əmanətə xəyanət edər; b) 
yalan danışar; v) əhdə vəfa göstərməz; q) mübahisə edərsə, kin qu-
sar (ürəyində nə varsa, qarşı tərəfə söyləyər)”
2
.
1
 Hədisi İmam Müslim rəvayət edib.
2
 Hədisi İmam Buxari rəvayət edib.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə