Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə9/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   5   6   7   8   9   10   11   12   ...   91

31
Daha gözəl dünyaya doğru
dərdiyi adamlar gəlmişdilər. Peyğəmbər özü 
(Ona Allahın xeyir-duası və sala-
mı olsun!) 
onlara qulluq etməyə başladı. Səhabələri ona etiraz etdilər: 
“Bəsdir sən etdin, indi də biz edək.” Peyğəmbər dedi: “Onlar səha-
bələrimizə böyük ehtiram göstəriblər. Mən də onlara eyni ehtiramı 
göstərmək istəyirəm”.
Əbu Ümamə 
(Allah ondan razı qalsın!)
 deyib: “Peyğəmbər 
(Ona Allahın xeyir- 
duası və salamı olsun!) 
əsasına söykənə-söykənə yanımıza gəlmişdi. Onu 
görüncə ayağa qalxdıq. Dərhal dilləndi: “Bir-birlərinə baş əyərək 
ayağa qalxan yadellilər (əcəmlər) kimi etməyin”.
Başqa bir yerdə demişdi: “Mən də adi bəndəyəm, adi bəndələr 
kimi yeyir və otururam”. 
Qatırına mindiyi zaman tərkinə başqalarını da alardı. Yoxsullara 
baş çəkir, kasıb-kusubla oturub-dururdu. Səhabələri ilə yanbayan 
əyləşərdi. Məclislərdə başa keçməz, harada boş yer görsə, orada 
oturardı. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
dəvə belində, əynində 
də dörd dirhəmlik nimdaş əba ilə həcc etmiş və belə dua etmişdi: 
“Allahım, riyadan uzaq həccimi qəbul et”. 
Məkkəni fəth edib, ordusu ilə oraya daxil olduğu zaman dəvəsi-
nin belində idi. Ancaq təvazökarlığından başını o qədər əymişdi ki, 
az qala, dəvənin belinə toxunsun. 
Susmağa üstünlük verər, yersiz danışmağı xoşlamazdı. Ağzını 
şərə açan, hərzə-hədyan danışanlardan üzünü çevirərdi. 
Gülməyi təbəssüm şəklində idi. Konkret və aydın danışar, nə 
uzunçuluq edər, nə də söz deməkdə xəsislik göstərərdi. 
Səhabələri də onun yanında təbəssümlə gülərdilər. Çünki onu 
özlərinə nümunə götürmüşdülər. 
Onun əyləşdiyi yerdə mülayimlik, xeyir və əmin-amanlıq olar-
dı. Nə ucadan bir səs eşidilər, nə də kiminsə xətrinə toxunulardı. 
Danışmağa başlayan kimi, səhabələri başlarında quş varmış təki 
sakitcə onu dinləyərdilər. 


32
İkinci bölüm
Aramla yeriyər, nə tələsər, nə də ləngiyərdi. 
İbn əbu Halə 
(Allah ondan razı qalsın!)
 belə xatırlayır: “Peyğəmbər 
(Ona 
Allahın xeyir-duası və salamı olsun!) 
dörd məqamda: tədbirli davrandığı, ehtiyat 
etdiyi, düşünüb-daşındığı və fikirləşdiyi zaman danışmazdı (susar-
dı)”. 
Həzrəti Aişəyə 
(Allah ondan razı qalsın!)
 görə, Peyğəmbər 
(Ona Allahın xeyir-du-
ası və salamı olsun!) 
elə aydın və rəvan danışırdı ki, dediyi sözləri saymaq 
olardı.
Xoş şeyləri, gözəl qoxuları sevir, ətirdən tez-tez istifadə edirdi.
Ardı-arda qələbələr qazansa da, dünyanın “tez solan gülü”nə al-
danmadı. Ailəsini dolandırmaq üçün vəfatından qabaq bir yəhu-
diyə zirehini girov qoymuşdu. Dünyadan köçdü, zirehini də geri 
almağa macal tapmadı.


33
ÜÇÜNCÜ BÖLÜM
İNSAN XEYİR VƏ ŞƏR ARASINDA 
Digər səmavi dinlər kimi, islam da cəmiyyətin islahında hər şey-
dən qabaq insan nəfsinin tərbiyəsini əsas götürür. İslam əlindən 
gələni edir ki, insan nəfsinin dərinliyinə varsın, oraya öz təlimlərini 
aşılasın.
İnsan nəfsinə verilən əhəmiyyətin nəticəsidir ki, peyğəmbər-
lərin gətirdiyi təlimlər əbədiləşmiş, kütlələri arxasınca apara bil-
mişdir. 
İlahi təlimlər həyat mürəkkəbləşdiyi zaman oraya-buraya sə-
pələnəcək lələklərə bənzəmir. İlahi təlimlər zaman keçdikcə solan
parlaqlığını itirən əlvanlıq da deyildir. Peyğəmbərlər öz təlimləri-
ni nəfsin “qırışlar”ına əkmişlər. Odur ki, bu təlimlər nəfsi istəklərə 
boyun əyməyən, məcraya istiqamət verən gücə çevrilmişdilər. 
Səmavi təlimlərdə cəmiyyət və hakimiyyətdən söz edilib, prob- 
lemlərdən çıxış yolları göstərilə bilər. Ancaq dinlər mənəviyyat 
məsələsini optimal və prioritet islahda başlıca “proqram” hesab et-
mişlər. Gözəl əxlaq hər bir mədəniyyətin əbədi qarantıdır.
Bizim cəmiyyət və dövlət quruculuğu ilə məşğul olanların 
zəhmətini heçə saymaq niyyətimiz yoxdur. Demək istəyirik ki, 
nəfsi islah həyatı qoruyub insanları xoşbəxt etmədə əhəmiyyətli 
yerə malikdir. 
“Zədələnmiş” nəfs xaos yaratmaqla alçaq istəklərini həyata ke- 
çirər. Tərbiyələnmiş nəfs isə “çatlaqlar”ı doldurar, fərqli qəlbləri 
işıqlandırmaq üçün nur saçar. Bununla da, davranışlar düzələr, 
“fırtına və qasırğalar”da yolu tapmaq asanlaşar.
Yaxşı hakim qanunlardakı əskikliyi düzəldə bilər. Zalım hakim 


34
Üçüncü bölüm
isə ədalətli qanunlar ola-ola əyriliyindən qalmaz. Nəfs də belədir: 
müxtəlif fikirlərlə, istəklərlə, mənafe və təmayüllərlə qarşılaşarkən 
kefinə görə hərəkət edər. 
Deməli, nəfsin islahı xeyrin qələbə çalması üçün ilk qədəmədir 
(pillədir).
Nəfslər islah edilməzsə, üfüqlərə zülmət çökər, bəşəriyyətin in-
disi və gələcəyinə hərc-mərclik hakim kəsilər. Bunun üçün Allah 
təala buyurur:
“...Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) də-
yişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda 
olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı 
bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür 
alına bilməz və Ondan başqa onların heç bir hamisi də 
olmaz”.
(ər-Rəd, 11)
Quranda ziyankarvə pozucu xalqların məhvi səbəbi haqda de-
yilir:
“Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərə-
kətləri kimi. Onlar Allahın ayələrini yalan hesab etdilər, 
Allah da onları günahlarına görə yox etdi. Həqiqətən, 
Allah yenilməz qüvvət sahibidir, cəzası da çox şiddətli-
dir!
(Kafirlərə verilən) bu əzab ona görədir ki, bir tayfa 
özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) 
dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən 
(pisliyə çevirən) deyildir. Həqiqətən, Allah (hər şeyi) eşi-
dəndir, biləndir! (Həmin tayfalar Allahın nemətlərinə 
şükür etmək əvəzinə Ona asi olduqlarına, itaəti küfrlə 
əvəz etdiklərinə, peyğəmbərlərə qarşı düşmən münasi-
bət bəslədiklərinə görə Allah da onlara verdiyi neməti-


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə