Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə11/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   7   8   9   10   11   12   13   14   ...   91

39
İnsan xeyir və şər arasında
-
 
“İnsan oğluna vadidolusu qızıl versələr, ikincisini, ikincisi-
ni versələr üçüncüsünü istəyər. Adəm oğlunun gözünü torpaq 
doydurar. Allah tövbə edənlərin tövbələrini qəbul buyurar”
1

Quranda bu cür mənfi  xüsusiyyətlər haqda deyilir:
“Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, 
mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladı- 
ğı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) 
bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş 
yeri isə Allah yanındadır”.
 (Ali-İmran, 14)
İslam nəzərə çatdırır ki, nəfsin istəklərinə uyub vəsvəsəsinə ca-
vab vermək nə nəfsi doydurar, nə də Rəbbi razı salar.
Nəfs bir istəyini təmin edən kimi, digərini arzulayar; insan dai- 
mi şəhvət bataqlığına düşdüyü üçün zülm və günahlara əhəmiy- 
yət verməz, hey günah işləyər.
Quranda bu cür haram nəfsi istəklərə uymamaq haqda xəbər-
darlıq edilir:
“... nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah 
yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapan-
ları haqq-hesab gününü unutduqları üçün şiddətli bir 
əzab gözləyir!”. 
(Sad, 26)
Bu müqəddəs kitabda kafirlərin getdikləri yollar və onlarla 
mübarizə etməyin zəruriliyi haqda oxuyuruq: 
“Əgər haqq (Quran) onların nəfslərinin istəklərinə tabe 
olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət et-
səydi), göylər, yer və onlarda olanlar (bütün məxluqat) 
korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamı pozu-
1
 Hədisi İmam Buxari rəvayət edib. 


40
Üçüncü bölüm
lardı). Xeyr, Biz (müşriklərə) onlar üçün öyüd-nəsihət 
(və Peyğəmbər öz qövmlərindən olduğu üçün şərəf olan 
Quranı) gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsi-
hətdən (və şərəfl ərindən) üz döndərirlər”.
 (əl-Muminun, 71)
Haram istəkləri təbii tələbatlardan (ehtiyaclardan) fərqləndir-
mək lazımdır. Çünki əksər dindarlar bunları bir-biri ilə səhv salır-
lar.
Dünyanın qadağan edilməmiş ləzzətləri və nemətlərindən isti-
fadədə bir qəbahət yoxdur. Səhvən elə başa düşülür ki, təbii eh-
tiyaclar alçaq istəklərdir. Odur ki, bu tələbatları təmin edən insanı 
səhvən günahkarlıq hissi bürüyür. Halbuki o, biabırçı bir səhvin 
qurbanına çevrilib. 
“Günah” etdiyini düşünən, rəzalətin həyatının bir parçasına 
çevrildiyini güman edən insan daha böyük günahlar işləməyə gi-
rişir. Özü də bu dəfə həqiqi günahları işləyir!
Qurani-Kərimdə bu cəhətə diqqət yetirilib. Allah təala bildirir   
ki, nəfsin xoş istəkləri təmin edilməlidir. Bu xoş istəklər meyda-
nında nəfsə sərbəstlik verilməlidir. Nəfsə bu istəkləri qadağan et-
məklə xoş nemətlərdən faydalanmağı məhdudlaşdırmaq pis və 
iyrənc davranışdır. Uca Rəbb buyurur:
“Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olan-
larını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o 
(Şeytan) sizinlə açıq-açığına düşməndir.
O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və 
Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər”. 
(əl-Bəqərə, 168-169)
Bəli, halal və xoş nemətləri qadağan etmək Allaha böhtan at- 
maqdır. Böhtan isə şeytanı sevindirən pis və iyrənc davranışdır.


41
İnsan xeyir və şər arasında
İslam təbii istəkləri (instinktləri) boğmağın əleyhinə olduğu 
kimi, ifrat əyləncəyə də yox deyir. O, bu məsələdə mötədillik nü-
mayiş etdirir, nə ifrata varır, nə də laqeydlik göstərir. 
İman və islahda doğru fitrəti allahsızlıq qane etmədiyi kimi, 
nihilizm də (ifrat sərbəstlik; ultra-liberallıq) onu razı sala bilməz. 
Bioloji instinktlər də belədir; onları nə “boğmaq”, nə də “açıb bu-
raxmaq” lazımdır.
Hər iki halda fitrəti yalnız və yalnız möhkəm əxlaqla qorumaq 
mümkündür. 
Quranda insan zəifl iklə, tərəddüd və xudpəsəndliklə xarakteri-
zə edilir. Bildirilir ki, bu rəzilliklərdən dinin sayəsində qurtulmaq 
olar:
“Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və 
kəmhövsələ) yaradılmışdır!
Ona bir pislik üz verdikdə fəryad qoparar.
Ona bir xeyir nəsib olduqda isə xəsis olar.
Namaz qılanlar istisnadır!
O kəslər ki, daim namaz qılarlar; o kəslər ki, onların 
mallarında müəyyən bir haqq (pay) vardır - dilənən və 
(hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilən- 
məyən) kimsə üçün; o kəslər ki, haqq-hesab gününü 
təsdiq edərlər; o kəslər ki, Rəbbinin əzabından qorxub 
tir-tir əsərlər; çünki onların Rəbbinin əzabından (bu 
əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın ol-
maq olmaz; o kəslər ki, ayıb yerlərini qoruyub saxlayar-
lar (zina etməzlər)”.
 (əl-Məaric, 19-29)
Məlumdur ki, əxlaq birdən-birə yaranmır, əksinə, tədricən, 
mərhələ-mərhələ formalaşır.
Əxlaqın formalaşması davamlı əməllərlə şərtləşir. Namaz, zəkat, 


42
Üçüncü bölüm
axirət inancı, Allahın əzabından çəkinmə – bütün bunlar əxlaqın 
formalaşmasında mühüm rol oynayır. 
Madam ki, şər xasiyyət insanı daima pis işlərə sürükləyib, vaxt- 
aşırı səhv yola salır, onda onun qarşısını müvəqqəti (ötəri) vasi-
tələrlə almaq qeyri-mümkündür.
Nəfsin inqilabiliyini ondan güc cəhətdən heç də geri qalmayan 
amillər “yatıra” bilər. 
Xülasə, islam doğru fitrətə ehtiramla yanaşır. İlahi təlimlər 
 
sağlam fitrətə uyğundur. Bu din harın və azğın nəfslə barışmır, 
onunla mübarizə aparır. İslamın əmr etdiyi ibadətlər fitrəti möh-
kəmlədir, nəfsi istəkləri tənzimləyir. Bütün bu ibadətlərin əsas qa-
yəsi əxlaqı gözəlləşdirib (insana) düzgün yolu göstərməkdir. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə