Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə13/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   9   10   11   12   13   14   15   16   ...   91

47
BEŞİNCİ BÖLÜM
ƏXLAQ HƏR ŞEYDİR
 Hər bir dinin özünəməxsus ayinləri vardır. Bu ayinlər onun sə-
ciyyəvi xüsusiyyətini əks etdirir. 
Şübhəsiz, islam da ibadət dinidir. Ondakı ibadətlərin icrası 
müsəlmanlara vacibdir və yalnız islamı qəbul edənlər üçün nəzər-
də tutulub. 
Ancaq əxlaq təlimləri bu cür deyil. Müsəlman bütün bəşəriy- 
yətə heç bir şübhənin sirayət etmədiyi üstün davranışlar bəxş 
etməlidir. O, həm öz dindaşlarına, həm də başqalarına sadiq olma-
lıdır. Mülayimlik, vəfakarlıq, mərdlik, köməkləşmə, comərdlik... 
də belə davranışlardandır.
Quran əmr edir ki, yəhudi və xristianlarla ədavət toxumu sə- 
pən, heç bir fayda gətirməyən mübahisələrə girişməyək:
“Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla 
ən gözəl tərzdə mübahisə edin! Və belə deyin: Biz həm 
özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. 
Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız 
Ona itaət edirik!” 
(əl-Ənkəbut, 46)
Habelə, yəhudi və xristianların müsəlmanlarla bu cür müba-
hisələrə girişmələri Quranda xoş qarşılanmır:
“(Ya Məhəmməd!) Kitab əhlinə de: “Siz Allah barəsin-
də bizimlə mübahisəmi edirsiniz? Halbuki, O həm sizin, 


48
Beşinci bölüm
həm də bizim rəbbimizdir. Sizin əməlləriniz sizə, bizim 
əməllərimiz isə bizə aiddir. Ona sadiq olan bizik!” 
(əl-Bəqərə, 139)
Peyğəmbərin 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
bir yəhudiyə borcu 
varmış. İbn Kəsir belə rəvayət edir: “Zeyd ibn Sə`nə adlı bir 
yəhudi Peyğəmbərin 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
yanına gəlib 
ondan borcunu qaytarmağını tələb edir. Peyğəmbərin 
(Ona Allahın 
xeyir-duası və salamı olsun!) 
köynəyi və rədasından yapışıb dartır, ona sərt 
nəzər salaraq deyir: “Ey Məhəmməd! Haqqımı ödəmirsənmi? Ey 
Əbdülmütt əliboğulları, həqiqətən də, siz borcu ləngidən qövm-
sünüz (qəbiləsiniz)!” Sonra daha sərt dillə danışır. Ömər ibn əl-
Xətt ab 
(Allah ondan razı qalsın!)
 yəhudiyə baxırmış. Gözləri qaynayırdı. 
Dilləndi: “Ey Allahın düşməni! Sən Allahın rəsuluna 
(Ona Allahın xeyir-
duası və salamı olsun!) 
bunlarımı deyirsən, gördüklərimimi edirsən? Onu 
haqq olaraq göndərənə and olsun ki, (Peyğəmbərin) tənəsindən 
çəkinməsəydim, qılıncımla boynunu vurardım.” Bu zaman Pey-
ğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
sakit şəkildə Həzrəti Ömərə 
nəzər saldı. Gülümsəyərək dedi: “Mən və o, ey Ömər, səndən 
başqa şey gözləyirdik. Gözləyirdim ki, mənə ona borcumu gözəl 
şəkildə qaytarmağı, ona da borcunu gözəl şəkildə istəməyi tövsiyə 
edəcəksən. Get onunla, ey Ömər. Haqqını ödə və ona əlavə 20 
sa`

 xurma ver.” Bu sözlər yəhudinin müsəlman olmağına səbəb 
olmuş və demişdi: “Təsdiq edirəm ki, Allahdan başqa ilah yoxdur, 
Məhəmməd də onun qulu və rəsuludur!”
1
İslam əmr edir ki, hətt a əxlaqsız və kafir insanlarla belə, ədalətli 
davranmaq lazımdır. 

  Sa`: dənli məhsulların ölçülməsi vahidi. Bir sa` təxminən dörd ovuca 
bərabərdir – tərcüməçinin qeydi.
1
 Əbülfida İsmayıl ibn Ömər ibn Kəsir əl-Qərəşi. Başlanğıc və son (əl-Bidayə 
vən-nihayə), cild III. Qahirə: “əs-Səadət” mətbəəsi, hicri 1351, səh. 507; Pey-
ğəmbərliyin dəlilləri, səh. 48.


49
Əxlaq hər şeydir
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib: 
- “Günahkar olsa da, məzlumun duası qəbul edilər. Çünki güna-
hı onun özünə aid məsələdir”
1

- “Kafir olsa da, məzlumun duası məqbul buyurular. Şübhələri 
bir kənar qoy ki, yəqinə qovuşasan”
2
.
Bütün bunlar göstərir ki, islam öz mənsublarına başqa dinlərin 
davamçılarına pis münasibət bəsləməyi qadağan edib. 
Başqa dinlərin nümayəndələrinə gözəl münasibət bəsləmək 
haqda belə bir hədis də vardır. Rəvayət edilir ki, İbn Ömərin 
evində qoyun kəsilmişdi. Evə gəlincə: “Qonşumuz yəhudiyə də 
vermişsinizmi?” – deyə soruşdu və sualını bir neçə dəfə təkrarladı. 
Daha sonra dedi: “Peyğəmbərin 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
belə 
söylədiyini eşitmişəm: “Cəbrayıl qonşularla yaxşı davranmağı 
mənə o qədər tövsiyə etdi ki, onları mənə varis qılacağı gümanına 
qapıldım”
3
.
İslam bildirir ki, kafir olsalar da, qohumlarla qohum kimi dav- 
ranmaq lazımdır. Haqqa itaət o demək deyil ki, ailəyə, qohumlara 
əziyyət verəsən: 
“Əgər ata-anan bilmədiyi bir şeyi Mənə şərik qoşmağa 
cəhd göstərsələr, onlara itaət etmə. Dünya işlərində on-
larla gözəl rəft ar et. Tövbə edib Mənə tərəf dönənlərin 
yolunu tut. Sonra Mənim hüzuruma qayıdacaqsınız. 
Mən də nə etdiklərinizi sizə xəbər verəcəyəm!” 
(Loğman, 15)
Bu, fərdi müstəvidə belədir. Daha geniş müstəvidə isə islam 
millətlərin əbədiliyini, mədəniyyət baxımından çiçəklənib qüv-
1
 Hədisi İmam Əhməd rəvayət edib. 
2
 Hədisi İmam Əhməd rəvayət edib. 
3
 Hədisi İmam Buxari rəvayət edib. 


50
Beşinci bölüm
vətlənməsini əxlaqla əlaqələndirir. Yəni, əxlaq yüksələrsə, dövlət 
də möhkəmlənər; əxlaqi çöküş isə tənəzzül gətirər. 
Şair də belə deyib: 
Millətlər əxlaqdır, o durduqca onlar da durar,
Əxlaqları yox olarsa, onlar da yox olarlar.
Bu məqamda Peyğəmbərin 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
öz xal- 
qı, tayfası ilə söhbətini xatırlayırıq. Peyğəmbər onları Ərəbistan 
yarımadasının liderləri kimi təqdim etsə də, bu liderliyin əxlaq-
la şərtləndiyini, əxlaq olmazsa, liderliyin də olmayacağını onlara 
xatırlatmışdı. 
Ənəs ibn Malik 
(Allah ondan razı qalsın!)
 belə rəvayət edir: 
“Mühacirlər və Ənsardan ibarət bəzi şəxslərin də olduğu bir   
evdə idik. Bu zaman Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
ya-
nımıza gəldi. Hər kəs ona öz yanında yer etsə də, qapıya söykə-
nərək dedi: “İmamlar (liderlik) Qüreyşdəndir. Mənim sizin üzəri-
nizdə böyük haqqım var. Qüreyş də üç şeyi gözləyərsə, bu haqqa 
sahib çıxar: a) rəhm göstərmək tələb olunduğu zamanrəhm edər; 
b) idarə etdiyi, hökm sürdüyü zaman ədalətli olar; v) söz verdi- 
yində sözünü tutar. Kim bunlara əməl etməzsə, Allahın, mələklər 
və bütün insanların lənətinə gəlsin!”
1
Bu hədis qəti şəkildə göstərir ki, üstün keyfiyyətlərə malik ol- 
mayan, böyük məqsədlər güdməyən millət, dövlət və ailə əbədi 
qala bilməz. 
İslamın və Quranın adından idarə edilən hakimiyyət ədalətli 
deyilsə, yerli-yerində rəhmli davranmırsa, əhdə vəfakarlıq göstər-
mirsə, həqiqi mahiyyətini itirmişdir, yerdə və göydəkilərin lənə-
tinə gəlmişdir. 
1
 Hədisi Təbərani rəvayət edib. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə