Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə12/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   8   9   10   11   12   13   14   15   ...   91

43
DÖRDÜNCÜ BÖLÜM
ƏXLAQ CİNAYƏTLƏRİNƏ GÖRƏ 
VERİLƏN CƏZALAR
Bir insanı zorla fəzilət sahibinə çevirmək mümkün olmadığı 
kimi, onu məcburən mömin etmək də mümkün deyildir. Nəfs və 
azad düşüncə məsuliyyətin əsasıdır. 
Gözəl əxlaq təlimi yaradan islam bu məsələyə ehtiramla yanaşır. 
İnsan fitrətinə hüsn-zən bəsləyən islam axı nə üçün xeyri ona 
zorla öyrətməli, onu yaxşı işlərə məcburən istiqamətləndirməli-
dir?! Bu din yaxşı başa düşür ki, fitrətin safl aşmasına mane olan 
əngəllərin ləğvi nəticəsində sağlam nəsillər yetişə bilər.
İnsanın fitrətində xeyir vardır. Bu o demək deyil ki, insan hey 
xeyir işləyən mələkdir. Əksinə, bu o mənaya gəlir ki, xeyir insan 
oğlunun fitrətinə uyğundur. Qəfəsdən qurtulan quşcuğazın uçma-
ğı kimi, fitrət də eybəcərliklərdən təmizlənincə xeyrə can atır. 
İslama görə, hər şeydən qabaq buxovları qırıb ağır yükdən qur-
tulmaq lazımdır. Əgər bu zaman insan yerə çöküb hərəkətdən qa-
larsa, “xəstələnmişdir”. Odur ki, onun sağalması üçün lazımi işlər 
görülməlidir. 
İslam bu cür “xəstə”ləri heç vaxt cəmiyyətdən təcrid etməmiş-
dir. Amma onların cəmiyyətdəki mövcudluğu başqalarına zərər 
verərsə, təcridetmə hökmü çıxarılar. 
Bu məqamda islam əxlaq cinayətləri ilə mübarizə aparır. Bu din 
hesab edir ki, insan oğlu şərəf-izzətlə yaşamalı, öz zəhməti hesa-
bına dolanmalıdır. O, öz həyatını oğurluq əsasında qurmamalıdır.


44
Dördüncü bölüm
Bəs insanı oğurluğa sövq edən nədir? Belini əyib ikiqat edən 
ehtiyaclarmı? Elə isə ehtiyac içərisində olanların lazımi tələbatları 
ödənilməlidir ki, onlar bu işə əl atmasınlar. 
Bunu etmək cəmiyyətin öhdəsindədir. Cəmiyyət bu işin öh-
dəsindən lazımınca gələ bilmədiyi zaman ayrı-ayrı insanların 
oğurluq etmələrinə bais olur. Belə olan halda məsuliyyət həmin 
şəxslərin deyil, vəzifəsinin öhdəsindən gələ bilməyən cəmiyyətin 
boynuna düşür. 
Zəruri ehtiyacları təmin edilmiş birisi oğurluq edərsə, ona cəza 
kəsmədən qabaq vəziyyəti yaxşıca araşdırmaq lazımdır. Lazımdır 
ona görə ki, bəlkə, vəziyyətini yüngülləşdirəcək, onu bu haldan 
xilas edəcək xeyirli bir yol tapıla. Ümumiyyətlə, islam, cəza kəsər- 
kən tələsməməyi tələb edir. Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib: 
“Səhvən əfv edən imam (lider, qazı, hakim...) yanlış cəza kəsən 
imamdan daha üstündür”. 
Bir insanın fitrətinin korlandığı yəqinliklə məlum olarsa və o, 
ona qayğı göstərib əllərini açmış cəmiyyətdə dağıdıcı fəaliyyətlə 
məşğuldursa, sosial təhlükəsizliyə xələl gətirirsə, cəmiyyət ona 
cəza verməli, kəsib-doğrayan qılıncını qırmalıdır. Buna kimsə tə- 
əccüblənməsin!
Qurani-Kərimdə, əl kəsmə ilə cəzalandırılan oğurluq (quldur-
luq) zülm və pozuculuq kimi xarakterizə edilir. Cəzalandırılan 
oğru haqqında isə deyilir:
“Lakin hər kəs gördüyühaqsız işdən (oğurluqdan) son-
ra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qə-
bul edər. Həqiqətən, Allah bağışlayan və rəhm edəndir!”
(əl-Maidə, 39)
İslamın qoyduğu cəzalar ədalətli və islahatçı insanları daxili 
zərərli ünsürlərdən qorumaq məqsədi güdür. Bu zərərli ünsürlər 


45
Əxlaq cinayətlərinə görə verilən cəzalar
həmin kəslərin ədalətinə zülmlə, islah işinə də pozuculuqla qarşı- 
lıq verirlər. 
Bu misalı ona görə gətiririk ki, islamda əxlaqi cinayətlərə görə 
verilən cəzalar, heç də bəzilərinin zənn etdiyi kimi, cinayətkar-
ları xeyir işləməyə, davranışlarını yaxşılaşdırmağa məcbur etmək 
məqsədi güdmür.
İslama görə, ideal üsul qəlbə müraciətdir, kamilləşib Allaha yö-
nəlsin deyə gizli istəkləri üzə çıxartmaqdır. Odur ki, islam qənaət-
bəxş inandırma və sevgidən istifadə edir, təqdirəlayiq davranışla- 
rın gözəl əxlaqın səmərəsi olduğunu bildirir.
Müəyyən şəraitlərdə nəzarəti gücləndirmək lazımdır ki, cəmiy-
yət insanlara arxa dursun, onlardakı yaxşı xüsusiyyətləri, qabiliy- 
yət və bacarıqları üzə çıxarsın. 
Faydasız, bivec adətləri, tüfeyli xüsusiyyətləri yox etmək lazım-
dır. Tarlada bol məhsul əldə etmək istəyiriksə, əsas məhsulun qay-
ğısına qalmalıyıq, alaq otlarını, yabanı bitkiləri təmizləməliyik.
Bu belədirsə, onda insanlığın mənafeyini qorumaq daha vacib, 
daha aktualdır. Elə isə islamın qoyduğu, Tövratın da təsdiqlədiyi, 
digər səmavi şəriətlərin mötəbər saydığı cəzaları inkar etməyin 
mənası yoxdur. 
İslam xeyir və ya şərin təbliği, fəzilət və ya rəzilliklərin aşılan-
ması məsələsində cəmiyyətə böyük məsuliyyət yükləyir.
İslam idarəçilik qurumlarını həm də ona görə yaradır ki, saf və 
düzgün cəmiyyət formalaşdırsın. 
Peyğəmbərin tövbəyə can atan qatil haqqında dediklərini xatır-
layaq. Hədisdə deyilir: “Keçmişdə doxsan doqquz adamı öldürən 


46
Dördüncü bölüm
bir nəfər vardı. Bu şəxs yer üzünün ən bilikli adamının kim oldu-
ğunu soruşdu. Ona bir rahibi göstərdilər. Rahibin yanına gələrək 
dedi ki, doxsan doqquz nəfər öldürüb, tövbəsi qəbul edilərmi? Ra-
hib: “Xeyr”, – dedi. Qatil onu da öldürdü və öldürdüklərinin sayı 
yüz oldu. Sonra bir daha yer üzünün ən bilikli adamının kim oldu-
ğunu soruşdu. Ona bir alim adamı göstərdilər. Qatil bu adamdan 
soruşdu ki, yüz nəfər öldürüb, tövbəsi qəbul olunarmı? Alim cavab 
verdi: “Əlbətt ə, qəbul olunar. İnsanla tövbəsi arasına kim girə bilər 
axı?! Filan yerə get, orada Allaha ibadət edən insanlar var. Onlarla 
birlikdə Allah ibadət et. Öz obana qayıtma. Çünki ora pis bir yer-
dir”
1
.
Hədisin başqa bir versiyasında deyilir: 
“Qatil bir rahibin yanına gələrək dedi: “Mənə tövbə düşürmü? 
Tövbə etmək üçün yer göstərə bilərsənmi?” Rahib cavab verdi: 
“Çox günah işləmişsən, deyə bilmərəm. Amma yaxınlıqda iki kənd 
var. Biri “Nüsrə”, digəri “Küfrə” adlanır. Nüsrə camaatı xeyir işlər 
görür, cənnətlik əməllər işləyir. Orada yalnız xeyir əməl sahibləri 
yaşayır. Küfrə əhalisinin isə işi-peşəsi cəhənnəmlik işlər görmək- 
dir. Orada yalnız şər insanlar yaşayır. Nüsrəlilərin yanına get. On-
ların yanında qərar tapıb, xeyir işlər görsən, şübhəsiz, tövbə etmiş 
sayılarsan...”
2
.
Bu misallar da göstərir ki, islam əxlaqın formalaşmasında həm 
insan fitrətinə, həm də cəmiyyətə eyni şəkildə diqqət yetirir, cə-
miyyətin əxlaqı tənzimləyən qurum olduğunu bildirir. 
Düşünürük ki, bütün bu məsələlərə qayğı göstərmək saf və sağ- 
lam cəmiyyətin formalaşmasına zəmanət verir. 
1
 Hədisi İmam Buxari rəvayət edib. 
2
 Hədisi Təbərani rəvayət edib. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə