Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə10/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   6   7   8   9   10   11   12   13   ...   91

35
İnsan xeyir və şər arasında
ni qəzəbə, etdiyi yaxşılığı pisliyə çevirib hamısını əzaba 
düçar etdi)”.
(əl-Ənfal, 52-53)
İslah və müalicə etsin deyə, islam nəfsə iki cəhətdən toxunur:
a) İnsanın nəfsində xeyrə can atan, onu əldə etdiyində “sevi- 
nən” dürüst fitrət vardır. Bu fitrət şərlə barışmır, günah işlədiyində 
“hüzn”ə qərq olur, haqqı həyatın rəhni sayır.
b) Nəfsdə dürüst fitrətlə yanaşı, haqq yoldan azdıran, zərərli 
əməli gözəl göstərən, mənəviyyatsızlığa sürükləyən “ağılsız” meyl- 
lər də (xüsusiyyətlər) vardır. 
Bizi burada sözügedən mənfi meyllərin “tarix”i maraqlandır- 
mır. Yəni, onlar sonradanmı qazanılıb, yoxsa insanla birlikdə ya-
radılıb, – bu problemi müzakirə etmək fikrimiz yoxdur. Biz sadə- 
cə onu demək istəyirik ki, həm yaxşı, həm də pis xüsusiyyətlər 
insanda mövcuddur və onlar insanı idarə etmək üçün bir-biri ilə 
“mübarizə” aparırlar. İnsanın taleyi hansı “tərəf ”in qalib gəlməyin-
dən asılıdır. 
Uca Allah buyurur:
“And olsun nəfsə və onu yaradana (ona biçim verənə);
Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsi-
ni (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) tə-
mizləyən mütləq nicat tapacaqdır!
Onu (günaha) batıran isə, əlbətt ə, ziyana uğrayacaqdır”. 
(əş-Şəms, 7-10)
İslamın işi insana kömək etməkdir. Bu din ona görə kömək edir 
ki, fitrət möhkəmlənsin, işıq saçsın, yoldan kənara çıxmasın.
Habelə, sonuncu səmavi din çalışır ki, insan onu çulğayıb, zəla-
lət girdabına çəkməyə cəhd göstərən günahkarlıq vəsvəsəsindən 
xilas olsun. 


36
Üçüncü bölüm
Qurani-Kərimdə islam eybəcərliklərdən uzaq həqiqi fitrət dini 
kimi təsvir edilir:
“(Ya rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa ta-
pınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü 
Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf 
tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan is-
lamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, 
lakin insanların əksəriyyəti (haqq dininin islam olduğu-
nu) bilməz”.
 (ər-Rum, 30)
Gözün funksiyası korluq baş vermədikcə görmək, qulağınkı  
kar deyilsə, eşitmək, fitrətinki də “zədələnmədiyi” müddətcə haq- 
la birlikdə yürüməkdir. Qab su ilə necə dolursa, fitrət də haqla o 
cür “dolmalıdır”. Haqqa əsaslanan fitrət “qalxan”ını möhkəmlədər, 
kamilliyə, xeyir və fəzilətə yetişər. 
Fitrəti korlayan bu mənfi xüsusiyyətlər ya ötən əsrlərin tör-tö- 
küntülərindən, ya çökmüş “mədəniyyət”lərdən qalma adətlər-
dən, ya da bunların qarışığından ibarət olur. Bunlar nəfsin korlan-
masında böyük təhlükə sayılır. İslahatçı insanların həqiqi “cihad”ı 
məhz bu cür mənfi xüsusiyyətlərlə mübarizə aparmaq, “güc”ünü 
azaltmaq, fitrəti onlardan təmizləyib həqiqi safl ığına qaytarmaq- 
dır. İslam bunun yolunu da açıqlayıb. 
Allahın kitabında dinin fitrətlə eyniləşdirilməsi ayəsindən son- 
ra oxuyuruq: 
“(Ya rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf 
dönün. Ondan (Allahın əzabından) qorxun, namaz qılın 
və müşriklərdən olmayın!
O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular 
(bəzisi bütlərə, bəzisi günəşə və aya, bəzisi ulduzlara 


37
İnsan xeyir və şər arasında
səcdə etməyə başladılar). Hər bir firqə öz dininə (öz di-
ninin haqq olduğuna) sevinər”. 
(ər-Rum, 31-32)
Allahsızlığa “xeyr”, imana “hə”! ... Günahkarlıq deyil, təqva... 
Allaha imanda birlik parçalanmalara son qoyur... Bütün bu nəsi-
hətlər insanı həqiqi fitrətinə qaytarır. Qurani-Kərim bununla əla-
qədar olaraq, tez-tez insan oğluna müraciət edir:
“Biz insanı ən gözəl biçimdə yaratdıq!
Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!
Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! On-
ları minnətsiz (saysız-hesabsız) mükafat gözləyir”.
(ət-Tin, 4-6)
Gözəl biçim haqqı tanımaqdır, ona sarılmaqdır, onun diktəsi 
ilə hərəkət etməkdir. Gözəl biçim yaxşılığa, gözəlliyə alışmaqdır, 
həm nəfslə, həm də insanlarla gözəl davranmaqdır. Gözəl biçim 
kamillikdir, özü də hər bir şeydə kamillikdir.
Buna baxmayaraq, bir çox insanlar nəfslərinə aldanır, kamillik- 
dən aşağıya enir, iyrənc istəklərə uyurlar. Bununla da, uçuruma 
yuvarlanırlar. Rəzilliyin rəzilliyi elə budur. Bu səbəbdən Allah on-
ları rəzilliyə düçar edir. 
Bu ilahi təqdir (düçaretmə) hidayət və zəlalət qanunauyğun-
luqlarına tabedir. Bu qanunauyğunluqlar ədalətli və dəqiqdir. 
Quranda bu haqda deyilir:
“Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub 
çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları 
(haqq yolundan) sapdırmaz! Həqiqətən, Allah hər şeyi 
(olduğu kimi, layiqincə) biləndir!” 
(ət-Tövbə, 115)
Digər bir ayədə də oxuyuruq:


38
Üçüncü bölüm
“Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) tə-
kəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıraca-
ğam (mane olacağam). Onlar nə möcüzə görsələr, ona 
inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, 
azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu-
nun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri 
və ondan qafil olmalarıdır”.
(əl-Əraf, 146)
Görəsən, kimlər öz gözəl biçimlərini qoruyub saxlayacaq, bu 
alçaldıcı dünyada “alt-üst” olmaqdan qurtulacaqlar? Cavab Qu-
randa mövcuddur:
“Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa!”. 
(ət-Tin, 6)
Aydın olur ki, gözəl əxlaq açıq-aşkar imanın və yaxşı işlərin 
bəhrəsidir. 
Bəli, doğru-dürüst fitrətə islamın münasibəti bu cürdür. İslam 
onun möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir. 
İnsan təbiətindəki şər xüsusiyyətlərə gəlincə, islam bu haqda 
xəbərdarlıq edir, onları cilovlamaqda insan oğluna kömək göstərir. 
İnsana başa salır ki, sağlam ağlın, dürüst fitrətin səsinə hay ver-
məklə bu mənfi xüsusiyyətlərdən qurtulmaq lazımdır. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
belə şər xüsusiyyətlər 
haqda hədislər söyləmişdir. Məsələn:
- “Adəm oğlunu iki xüsusiyyət daima müşayiət edər: hərislik və 
tükənməz ümid”
1
.
- “Qorxaqlıq və simiclik insandakı ən şər hallardır”
2
.
1
 Hədisi İmam Müslim rəvayət etmişdir. 
2
 Hədisi Əbu Davud rəvayət edib.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə