Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə18/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   14   15   16   17   18   19   20   21   ...   91

66
YEDDİNCİ BÖLÜM
SADİQLİK
İslam çalışır ki, möminlər (müsəlmanlar) ayıq vicdana sahib ol-
sunlar. Bununla da, Allahın və bəndənin haqqını yeməsinlər, ifrat 
və laqeydliyin pəncəsinə düşməkdən qurtulsunlar. Bir sözlə, bu 
din istəyir ki, müsəlman sadiq olsun.
Allah və rəsulunun nəzərində sadiqlik geniş məna daşıyır. Sa- 
diqlik özündə müxtəlif məna çalarlıqlarını birləşdirir. Ancaq bü- 
tün bu mənalar yekunda bir şeyi ifadə edir. Bu da bir insanın ona 
tapşırılmış öhdəliklərdə məsuliyyət duymağı, rəbbi qarşısında bu 
üzdən cavabdehlik daşımağını dərk etməyidir. Aşağıdakı hədisə 
nəzər salaq:
“Hamınız çobansınız və sürünüzdən məsulsunuz. İmam da 
(lider, dövlət başçısı, vali, qubernator, bələdiyyə sədri...) çobandır 
və sürüsündən məsuldur. İnsan da ailəsinin çobanıdır və ailəsin-     
dən məsuldur. Qadın ərinin evində çobandır və sürüsündən 
məsuldur. Xidmətçi sahibinin malının çobanıdır və bundan mə-
suldur”
1

Hədisi rəvayət etmiş İbn Ömər 
(Allah ondan razı qalsın!)
 deyib: “Bunları 
Peyğəmbərdən 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
eşitmişəm. O, həmçi-
nin buyurub: “İnsan ata malının çobanıdır və bundan məsuldur”.
Xalq arasında sadiqlik dedikdə dar mənada “əmanətə sahib 
çıxmaq” başa düşülür. Halbuki islama görə, sadiqlik geniş mənalı 
anlayışdır. 
Sadiqlik elə fərz ibadətdir ki, müsəlmanlar onu bir-birinə töv-
siyə edir, ona bağlı qalmaq üçün Allahdan kömək diləyirlər. Hətt a 
1
 Hədisi İmam Buxari rəvayət edib. 


67
Sadiqlik
bir müsəlman səfərə hazırlaşarkən digər müsəlman ona deyir: “Di-
nini, əmanətlərin və işlərini Allaha həvalə et (əmanət qoy)”
1
.
Ənəs ibn Malik 
(Allah ondan razı qalsın!)
 belə rəvayət edir: “Peyğəmbər 
hər dəfə bizə müraciət edəndə deyirdi: “Sadiqliyi olmayanın ima- 
nı yoxdur. Əhdə xilaf çıxanın da dini olmaz”
2
.
Ən böyük xoşbəxtlik dünyada ruzi çətinliyi, axirətdə də aqibə-
tin acılığı nədir bilməməkdir. Bu səbəbdən Peyğəmbər 
(Ona Allahın 
xeyir-duası və salamı olsun!) 
hər iki haldan Allaha sığınaraq belə dua edərdi: 
“Allahım, aclıqdan sənə sığınıram. Həqiqətən də, aclıq ən pis 
yataq yoldaşıdır. Allahım, xəyanətdən də Sənə pənah gətirirəm. 
Doğrudan da, o ən pis astardır”
3
.
Aclıq dünyanı, xəyanət də dini əldən qaparaq qaçar.
Peyğəmbərlik verilmədən qabaq Həzrəti Məhəmmədi xalq 
arasında “sadiq” (“əmin”) deyə çağırırdılar.
Musa peyğəmbər də 
(Ona salam olsun!) 
saleh bir qocanın qızlarının 
qoyunlarına su verdiyi zaman sadiqlik nümayiş etdirmişdi. Həz- 
rəti Musa mehriban davranaraq, onların qadınlığına ehtiram bəs- 
ləmiş, iffətli hərəkət etmişdi:
“Musa onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su 
çəkib qoyunlarını) suladı, sonra da kölgəyə çəkilib dedi: 
“Ey rəbbim: Mən Sənin mənə nazil edəcəyin xeyrə möh-
tacam!”
Sonra o iki qadından biri utana-utana Musanın yanına 
gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını 
verməkdən ötrü səni çağırır!” Musa yanına gəldikdə ba-
şına gələnləri ona söylədi. O kişi dedi: “Qorxma, artıq 
zalım tayfanın əlindən qurtarmısan!” 
1
 Tirmizi rəvayət etmişdir. 
2
 Hədisi İmam Əhməd rəvayət edib. 
3
 Hədisi Əbu Davud rəvayət edib. 


68
Yeddinci bölüm
O iki qızın biri dedi: “Atacan! Onu muzdla çoban tut, 
çünki bu güclü və etibarlı adam (indiyə qədər) tutduq- 
larının ən yaxşısıdır!”
 (əl-Qəsəs, 24-26)
Bu hadisə Həzrəti Musanın 
(Ona salam olsun!)
 Allah tərəfindən nida 
gəlib Fironun yanına göndərilməsindən qabaq baş vermişdi. 
Şübhə yoxdur ki, peyğəmbərlər şərəfl i, saf (təmiz) insanlardan 
seçilirlər. Kasıblıq və qürbətçiliyə rəğmən, əməlisaleh nəfs – sa-
hibinin sadiq və iradəli birisi olmağından xəbər verir. Allahın və 
bəndənin haqqını qoruyub saxlamaq üçün zamanın gərdişi qarşı-
sında korlanmayacaq əxlaq tələb olunur, – bu sadiqlikdir.
Hər bir şeyi layiqli məqama qoymaq da sadiqlikdir. Vəzifə layiq 
olanlara tapşırılmalıdır. Bəli, vəzifəni işin əhlinə vermək lazımdır.
İdarəçilik işləri, sosial vəzifələr bir sıra cəhətdən məsuliyyət       
tələb edir. Əbu Zər 
(Allah ondan razı qalsın!)
 rəvayət edir ki, “Bir dəfə 
Peyğəmbərə 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
dedim: “Ey Allahın 
rəsulu, mənə bir iş tapşırmayacaqsanmı?” O da əlini çiynimə 
vuraraq buyurdu: “Ey Əbu Zər, vəzifə bir əmanətdir, sən isə zəif-
sən. Vəzifə Qiyamət günü peşmanlıq və rüsvayçılıqdır. Amma 
onun öhdəsindən lazımınca gələnlər, onu layiqincə icra edənlər 
istisnadır”
1
.
Nəzəri və əməli cəhətdən bir işin öhdəsindən gəlmək nəfsi tə-
mizliklə şərtləşmir. Bəzən insan dürüst həyat tərzi yaşayıb gözəl 
imana sahib olsa da, ona tapşırılmış vəzifənin öhdəsindən istəni-
lən şəkildə gələ bilmir.
Yusif peyğəmbərin 
(Ona salam olsun!)
 əhvalatına nəzər salaq. O, tək-
cə peyğəmbər və mütt əqi olduğu üçün deyil, həm də qoruyan və 
bilən olduğundan ölkə xəzinələrini idarə vəzifəsini hökmdardan 
istəmişdi:
1
 Hədisi İmam Müslim rəvayət edib. 


69
Sadiqlik
“Yusif belə dedi: “Məni Misirin xəzinələrinə məmur tə- 
yin et, çünki mən qoruyan və bilənəm!” 
(Yusif, 55)
Əbu Zər 
(Allah ondan razı qalsın!)
 valilik istədiyi zaman Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
onu bu işə münasib bilməmiş, istəyini 
qəbul etməmiş, bunu onun özünə də bildirmişdi. 
Əmanət tələb edir ki, iş (vəzifə) ən yaxşı icraçılara tapşırılsın. 
Qohumbazlıq, rüşvət və ya şəxsi istək üzündən bu qaydanı poz- 
saq, bacaranı kənarlaşdırıb qabiliyyətsizə etimad göstərdiyimiz 
üçün dəhşətli xəyanətə imza atmış olarıq. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
“Kim Allahın razı qaldığı kəs ola-ola bir dəstəyə (camaata) baş-
qasını böyük təyin edərsə, Allaha, peyğəmbərinə və möminlərə 
xəyanət etmişdir”
1
.
Yezid ibn əbu Süfyan belə rəvayət edir: “Əbubəkr əs-Siddiq 
(Allah 
ondan razı qalsın!)
 məni Şama göndərərkən dedi: “Yezid, sən qohumbaz 
adamsan. Nəbadə onlara vəzifə verəsən. Sənə görə ən çox da elə 
bundan ehtiyatlanıram. Eşitmişəm ki, Peyğəmbər 
(Ona Allahın xeyir-dua- 
sı və salamı olsun!) 
deyib: “Kim müsəlmanlara vali olduqdan sonra on-
lardan birinə tərəfk eşlik edərək vəzifə verərsə, Allahın lənətinə tuş 
gəlsin! Allah ondan nə bir xərcləmə, nə də bir ədalətli əməl qəbul 
edər. Və onu cəhənnəmə salar”
2
.
Sadiqlikdən uzaq düşmüş xalq mənfəətpərəstliyə qurban gedər
insanın qədir-qiyməti də qalmaz. Layiq olmayan insanlar vəzifə 
sahibi olarlar. Hədislərdə göstərilir ki, bu, dünyanın sonuna yaxın 
baş verəcək fitnə-fəsadın əlamətlərindəndir. 
Bir dəfə bir kişi gələrək Peyğəmbərdən 
(Ona Allahın xeyir-duası və salamı 
olsun!) 
soruşdu: “Qiyamət nə vaxt qopacaq?” Peyğəmbər buyurdu: 
“Sadiqlik yoxa çıxdığı zaman Qiyamətin qopmağını gözlə.” Kişi 
1
 Hədisi Hakim rəvayət edib. 
2
 Hədisi Hakim rəvayət edib. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə