Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə17/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   13   14   15   16   17   18   19   20   ...   91

62
Altıncı bölüm
Bu səbəbdən Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
yalanın 
adını çəkərkən durub oturmuş, onu dəfələrlə təkrarlamışdır. 
İş adamları və peşə sahibləri verdikləri sözü tutmalı, haqqı 
əllərində bayraq etməlidirlər. Bəzi müsəlmanların vədlərini pozub 
həddi aşmaları təəssüf doğurur. Halbuki onların dini – islam ya-
lançı vədləri münafiqliyə (ikiüzlüyə) aparan amillərdən hesab edir. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
ağzından çıxan hər kəl-
məyə diqqət yetirər, qarşı tərəfi ehtiramla dinləyərdi. O, Peyğəm-
bərlik verilmədən qabaq bu xüsusiyyəti sayəsində insanlar arasın-
da mərdlik simvoluna çevrilmişdi.
Abdullah ibn əbu əl-Həmsa belə rəvayət edir: 
“Hələ peyğəmbərlik verilmədən qabaq Həzrəti Məhəmmədlə 
bir alış-verişim olmuşdu. Ona verəcəyim vardı. Söz verdim ki, fi- 
lan yerdə filan vaxt gətirib malını verəcəyəm. Ancaq unutdum. Üç 
gün sonra yadıma düşdü, həmin yerə getdim və onu orada gör-
düm. Dedi: “Ay bala, mənə yaman əziyyət etdin axı! Üç gündür, 
səni gözləyirəm”
1

Göründüyü kimi, Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
razı- 
laşdığı üzrə həmin yerə gəlibmiş. 
Allahın rəsulu 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
Cabir ibn Abdulla-
ha 
(Allah ondan razı qalsın!) 
söz verir ki, Bəhreyn qənimətlərindən ona da 
pay ayıracaq. Ancaq ömür əta etmir, Peyğəmbər haqqa qovuşur. 
Bəhreyn qənimətləri Peyğəmbərin xəlifəsi Həzrəti Əbubəkrə 
(Allah 
ondan razı qalsın!)
 göndərilir. O da meydanlarda bu cür car çəkilməsi 
göstərişini verir: “Peyğəmbərin kimə vədi və ya borcu var idisə, 
yanımıza gəlsin!”
2
 
Vədə əməldə və sözü tutmadakı möhtəşəmliyə diqqət yetirin. 
1
 Hədisi Əbu Davud rəvayət edib. 
2
 İmam Buxari rəvayət edib. 


63
Düzgünlük
Vədin yelə verilməsi necə də pisdir! Yalançı vədlər təkcə boşa 
gedən sözlər olmayıb, həm də mənafelərin tapdalanmasıdır, in-
sanlara zərər vurmaqdır, vaxtı hədər etməkdir. Sözü bütöv olmaq 
(vədə əməl etmək) isə adi davranış olmayıb, Uca və Böyük Allahın 
buyurduğu kimi, peyğəmbərlik xüsusiyyətidir: 
“(Ya rəsulum!) Kitabda (Quranda) İsmayılı da yada sal! 
O öz vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə 
göndərilmiş) bir elçi, bir peyğəmbər idi.
O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edir-
di. O, rəbbinin rizasını qazanmışdı. (İsmayılın əməli Al-
lah dərgahında bəyənilmişdi)”.
 (Məryəm, 54-55)
Üstün keyfiyyətlərin ayədəki ardıcıllıqla sadalanması göstərir 
ki, vəfakarlıq (doğruluq) uca məqamdır, mühüm davranışdır. 
İsmayıl peyğəmbər atasına aşağıdakı sözləri söyləməklə vəfa- 
kar olduğunu bir daha təsdiqləmişdi: 
“O yüyürüb-qaçmaq və atasına kömək edə bilmək çağı-
na çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, 
səni qurban kəsirəm. Bax gör nə fikirləşirsən!”
O dedi: “Atacan! Sənə nə əmr olunubsa, onu da et. 
İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” 
(əs-Saff at, 102)
Bəzən insan səhvinə bəraət qazandırmaq üçün yalan danış-
maqla töhmətdən qurtulmağa çalışır. Bu axmaqlıq və nadanlıq-
dır. Çünki belə davranış bir şərdən daha pis şərə qaçmaqdır. İnsan 
səhvini etiraf etməlidir. Bəlkə də, doğru danışmaq, xəcalət çəkmək 
qüsurun üstündən xətt  çəkəcək, xətanın bağışlanmasına səbəb 
olacaqdır. 
Haqqı söyləmək hər nə qədər nəfsə ağır gəlsə də, qorxu və 


64
Altıncı bölüm
həyəcan insanı bürüsə də, müsəlmana cəsarətli olub yalanın ey-
bəcərliklərindən sıxılmaq yaraşır. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib: 
– “Həlaka aparsa da, haqqa sarılın. Çünki qurtuluş ondadır”
1
;
– “Bəndə yalan danışdığında yaranan pis qoxuya görə mələklər 
ondan yan qaçar, uzaqlaşarlar”
2

Sözü doğru olanın əməli də doğrudur. İnsan haqqa riayət et-
məyə hərislik göstərdikcə doğruluq onun qəlbini və düşüncəsini 
nur saçıb aydınladar. Böyük və Uca Allah buyurur: 
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söy-
ləyin!
(Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və gü- 
nahlarınızı bağışlayar. Hər kəs Allahına və Peyğəmbəri- 
nə itaət etsə, böyük bir səadətə nail olar”.
 (əl-Əhzab, 70-71)
Doğru əməl yəqinlik ifadə etdiyi üçün heç bir şübhə doğurmur. 
Doğru əməldə ixlas (səmimiyyət) vardır: bu üzdən ona nəfsi istək 
qarışmır; haqqa əsaslandığı üçün onda əyrilik yoxdur.
Missiyalarının icrasında millətlərin uğuru əməlləri və nailiy- 
yətlərindəki düzgünlükdən asılıdır. Əgər düzgün əməlləri çoxdur-
sa, uğur qazanıb inkişaf edərlər. Əks halda, uzun yolun yarısında 
qalar, yıxılarlar. Yalançılıq, kor-koranəlik, iddialılıq insana bir şey 
qazandırmaz. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
“Doğru-dürüst olun! Doğruluq (insana) xeyirxahlıq, xeyir-
xahlıq da cənnət qazandırar. İnsan doğru danışıb doğru davran-
dıqca Allah qatında “siddiq” (sözü və əməli düzgün olan) adını 
qazanır. Nəbadə yalan danışasınız. Yalan (insanı) həyasızlaşdırar. 
1
 Hədisi İbn əbu əd-Dünya rəvayət edib. 
2
 Hədisi Tirmizi rəvayət edib. 


65
Düzgünlük
Həyasızlıq isə (onu) cəhənnəmə salar. Bəndə yalan danışıb, ya-
lançılıq etdikcə Allah qatında “kəzzab” (ağ yalançı) adını alar”
1

Yalana aludəçiliyin doğurduğu həyasızlıq nəfsin azğınlaşıb 
imanın itirilməsində son həddir. 
İmam Malik 
(Allah rəhmət etsin!)
 rəvayət edir ki, İbn Məsud 
(Allah ondan 
razı qalsın!)
 deyib: 
“Bəndə yalan danışıb yalançılıq etdikcə qəlbinə qara ləkə dü- 
şər. Bu o vaxtadək davam edər ki, qəlbi tamamilə qaralanar və o
Allahın dərgahında yalançı adını qazanar”.
Belələri haqda Quranda deyilir:
“Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydurur-
lar. Onlar əsl yalançıdırlar!” 
(ən-Nəhl, 105)
Düzgünlüyün səbəb olduğu xeyirxahlığa (yaxşılığa) gəlincə,  
bu, xeyirdə zirvədir və oraya yalnız əzmkarlar ucala bilərlər. Aşa- 
ğıdakı ayəyə nəzər salaq:
“Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxana və 
günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl 
sahibi əslində, Allaha, axirət gününə, mələklərə, kitaba 
və peyğəmbərlərə inanan, Allaha məhəbbəti yolunda 
malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafir-
lərə, dilənçilərə və qulların azad olunmasına sərf edən, 
namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə 
əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad za-
manı səbir edənlərdir. Doğru olanlar onlardır. Mütt əqi 
olanlar da onlardır!” 
(əl-Bəqərə, 177)
1
 Hədisi İmam Buxari rəvayət edib. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə