Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə20/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   16   17   18   19   20   21   22   23   ...   91

73
Sadiqlik
susdur. Yox, əgər Allah onları saxlamaqla bizi imtahana çəkərsə
buna aldanaraq Onun yolunda çalışmaqda xəsislik etməməliyik, 
itaətdən üz döndərməməli, asi də olmamalıyıq. 
Qüdrətli və Böyük Allah buyurur:
“Ey iman gətirənlər! Bilə-bilə Allaha, Onun peyğəmbə- 
rinə və aranızdakı əmanətlərə xəyanət etməyin! 
Bilin ki, mal-dövlətiniz və övladlarınız sizin üçün ancaq 
bir imtahandır. Ən böyük mükafat isə məhz Allah ya-
nındadır!” 
(əl-Ənfal, 27-28)
Sədaqətdəndir ki, iştirak etdiyimiz məclislərin (toplantıların) 
hüquqlarını gözləyək: orada danışılan gizli şeyləri başqalarına 
söyləməməliyik.
Bəzi insanların məclislərə (toplantılara) xəyanət edib orada 
danışılanları üzə çıxarması ilə neçə-neçə iplər “qırılıb”, münasi-
bətlər korlanıb, mənafelər tapdanıb.
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
“Biri digərinə bir şey danışıb getdikdən sonra danışdığı söz 
əmanət sayılır (ikinci şəxs onu başqalarına danışmamalı, sədaqə-
tini göstərməlidir)”
1
.
Ədəb-ərkan normalarına, şəriətin göstərişlərinə uyğun aparılan 
məclislərin (iclasların) qaydalarına ehtiramla yanaşmaq lazımdır. 
Hər bir müsəlman başqalarına zərər vurmaq üçün tədbirin 
töküldüyü cinayətkarlar məclisinə rast gəldiyində imkanı daxi-
lində onların işinə mane olmalıdır. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
“Üç məclis istisna olmaqla qalan məclislər sizə əmanətdir (ora-
1
 Hədisi Əbu Davud rəvayət edib. 


74
Yeddinci bölüm
da deyilənləri başqalarına söyləməməlisiniz): a) nahaq yerə qan 
axıdılan məclislər; b) zina edilən məclislər; v) başqasının malının 
qəsb edildiyi məclislər”
1
.
İslama görə, ər-arvad (cinsi, intim) münasibətləri də toxunul-
mazdır. 
Ailədaxili ər-arvad münasibətləri, hətt a ən yaxın qohumlara 
belə danışılmamalıdır. 
Bəzi axmaqlar ailəsi ilə münasibətlərini hamıya danışırlar. Bu, 
Allahın haram qıdığı iyrənc əməldir.
Əsma bint Yezid 
(Allah ondan razı qalsın!) 
belə deyib: “Bir dəfə Pey- 
ğəmbərin 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
yanında idim. Başqa kişilər 
və qadınlar da vardı. Peyğəmbər dedi: “Bəzən ər zövcəsi ilə, qadın 
da əri ilə nə etdiyini başqalarına danışır.” Bu zaman orada olanların 
arasına dərin bir sükut çökdü. (Əsma sözünə davam edir:) “Alla-
ha and olsun ki, ey Allahın rəsulu, bu doğrudur. Həm kişilər, həm 
qadınlar bunu edirlər.” Peyğəmbər də buyurdu: “Bunu etməyin. 
Bunu edən şəxs insanların gözü qabağında dişisi ilə cinsi əlaqəyə 
girən erkək şeytan kimidir”
2
.
Hədislərin birində deyilir: 
“Qiyamət günü Allahın nəzərində ən böyük xəyanət zövcəsi ilə 
cinsi əlaqəyə girdikdən sonra ərin baş verənləri insanlara danış- 
mağıdır”
3
.
Göz-qulaq olmaq (qoruyub saxlamaq) üçün bizə verilmiş əma-
nətləri tələb edildiyi vaxt yiyəsinə olduğu kimi çatdırmaq da sə- 
daqətdəndir. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
hicrət edərkən əmisi 
1
 Hədisi Əbu Davud rəvayət edib. 
2
 Hədisi İmam Əhməd rəvayət edib. 
3
 Hədisi İmam Əhməd rəvayət edib.


75
Sadiqlik
oğlu Əli ibn əbu Talibə tapşırmışdı ki, vaxtı ilə Məkkə müşriklə-
rinin ona verdiyi əmanətləri sahiblərinə çatdırsın. Halbuki hə- 
min müşriklər ona olmazın əziyyəti etmiş, yurdundan didərgin 
salmışdılar. Böyük insanlara balacaların səviyyəsinə enmək ya-
raşmaz!
Meymun ibn Mehrandan belə rəvayət olunur: “Üç şey vardır   
ki, həm yaxşı, həm də pis insanlara münasibətdə gözlənilməlidir: 
a) sadiqlik (əmanətə xəyanət etməmə); b) əhdə vəfa; v) qohumluq 
əlaqələrini qoruyub-saxlama”.
Əmanəti hazıra-nazir qənimət bilmək iyrənc oğurluqdur. 
Abdullah ibn Məsuddan 
(Allah ondan razı qalsın!)
 belə rəvayət olu-
nur: 
“Allah yolunda öldürülmək (şəhidlik) əmanətə xəyanətdən 
savayı bütün günahları silib təmizləyir. Allah yolunda öldürülsə 
belə, bəndəyə Qiyamət günü deyilər: “Əmanəti geri qaytar.” 
Deyər: “Ey rəbbim, axı mən ölmüşəm, əmanəti necə qaytara 
bilərəm?” Deyilər: “Onu cəhənnəmə atın.” Daha sonra həmin 
əmanəti necə alıbsa eləcə ona göstərərlər. O da əmanəti görər və 
tanıyar. Dalınca düşər, yetişər və belinə yükləyər. Güman edər ki, 
əmanəti ilə birlikdə (cəhənnəmdən) çıxacaq. Ancaq əmanət onun 
çiyinləri arasından yerə düşər. O da onun arxasınca düşər və bu 
hal sonsuzadək davam edər.” (Abdullah ibn Məsud sözünə davam 
edir:) “Namaz əmanətdir, dəstəmaz əmanətdir, çəki əmanətdir, 
ölçü əmanətdir – və bir sıra şeyləri sadalayır, – ən mühümü isə –
əmanət qoyulan əşyalardır”.
Hədisin ravisi deyib: “əl-Bəra ibn Azibin yanına gedib soruş-
dum: “İbn Məsudun dediklərinə münasibətin nədir?” Belə cavab 
verdi: “(İbn Məsud) doğru deyir. Məgər Allahın belə dediyini eşit-
məmişsən: 
“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və 
insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm 


76
Yeddinci bölüm
etmənizi əmr edir. Həqiqətən, Allahın bununla sizə ver-
diyi öyüd necə gözəldir! Əlbətt ə, Allah eşidən və görən-
dir!” 
(ən-Nisa, 58)
1
Sadiqlik vicdana hakim kəsilib hissləri cilovlayarsa, başqaları-
nın hüquqlarını gözləyər, dünyanın şərindən bizi qoruyar. 
Hüzeyfə ibn Yəman 
(Allah ondan razı qalsın!) 
rəvayət edir ki, Peyğəm-
bər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib: 
“Əvvəl-əvvəl sadiqlik insanların qəlbinə nazil oldu. Sonra Qu-
ran endirildi. İnsanlar bunu Quran və Sünnədən öyrəndilər”
2
.
Dini öyrənməklə iş bitmir, gərək onu tətbiq edəsən. Sadiqlik 
Quran və Sünnəni doğru-dürüst başa düşmək üçün canlı vicdan 
rolunu oynayır. 
Vicdan ölərsə, sadiqlik sarsılar. Vicdanı olmayanlar ayə və hə-
disləri öyrənsələr də, heç nə dəyişmir. Özlərini müsəlman adlan-
dıranlar sadiq olduqlarını insanlara car çəkirlər. Heyhat! Haqqı 
inkar edən qəlbdə sədaqət olarmı?!
Yəqin imanın olmadığı qəlblərdən sədaqət duyğusunun necə 
uzaqlaşması haqda Hüzeyfə ibn Yəman 
(Allah ondan razı qalsın!) 
deyib: 
“Sonra Peyğəmbər bizə sədaqətin (insanı) necə tərk etməsi haq-
da danışaraq dedi: “İnsan yuxuya gedir, sadiqlik onun qəlbindən 
götürülür və yerində kağız üzərindəki nöqtəyə oxşar iz qalır. Sonra 
insan yuxuya gedir, sadiqlik onun qəlbindən götürülür və yerin-
də suluq izinə bənzər iz qalır. İnsanlar alış-veriş edir, əmanəti 
saxlayacaq adam tapa bilmirlər. Onlara deyilir ki, filan yerdə sa-
diq bir insan var. O çox ağıllı, nəzakətli və bərk adamdır. Halbu-
ki onun qəlbində xardal dənəsi qədər iman yoxdur”.
Bu hədis xainlərin qəlbindən sadiqliyin necə çıxmasını ma-
raqlı şəkildə bizə təsvir edir. Bu, pis insanlara edilən xeyirxah nə-
1
 Hədisi İmam Əhməd rəvayət edib. 
2
 Hədisi İmam Müslim rəvayət edib. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə