Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə23/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   19   20   21   22   23   24   25   26   ...   91

86
Səkkizinci bölüm
Bey`ət həcc mövsümündə, gözəl bir gecədə baş tutmuşdu. 
Bey`ətdən sonra onun iştirakçıları dağılışıb müxtəlif işlərin ar-
xasınca getdilər. Bey`ətin şərtlərinə əməl edildi, özü də könül 
xoşluğu və həvəslə!
Bu bey`ətin iştirakçıları öz qanlarını Bədr döyüşündə “of ” 
demədən axıtdılar, müsəlmanlarla bütpərəstlərin mübarizəsində 
canlarını verdilər. Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
çətin 
anlarda bu bey`ətin iştirakçılarına arxalanır, onlara etimad gös-
tərirdi. Hüneyn döyüşünün ilk saatlarında məğlub olmaq təhlükə-
si yarananda Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
islamı yenicə 
qəbul etmiş kütləyə deyil, məhz həmin bey`ətin iştirakçılarına 
səslənmiş, onları döyüşə ruhlandırmışdı. Ənəs ibn Malik belə 
rəvayət edir: “Hüneyn” günündə Həvazin və Qətəfan qəbilələri 
ilə yanaşı, başqaları da uşaqları və minikləri ilə gəlmişdilər. Pey-
ğəmbərin 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
yanında həmin gün on min 
nəfər vardı. “Tüləqa” da
1

 onlara qoşulmuşdu. (Döyüş zamanı) 
onlar Peyğəmbəri qoyub qaçdılar. Peyğəmbər dalbadal iki dəfə 
müsəlmanlara səsləndi. Sola dönərək hay çəkdi: “Ey ənsar dəstə-
si!” Cavab gəldi: “Biz buradayıq, ey Allahın rəsulu, fərəhlən, biz 
səninləyik!” Peyğəmbər də ağ qatırın belindən düşərək dedi: 
“Mən Allahın qulu və peyğəmbəriyəm.” Müşriklər məğlub oldu-
lar. Çoxlu qənimət ələ keçirildi. Peyğəmbər qəniməti mühacirlər 
və “tüləqa” arasında böldü, ənsara isə heç nə vermədi. Dedilər: 
“Çətin anlarda çağırılan bizik, qəniməti bölüşdürənlər isə – baş-
qaları.” Bunu eşidən Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
on-
ları toplayaraq dedi: “Ey ənsar dəstəsi! Deyəsən, barənizdə mənə 
nə isə çatıb.” Susdular. Peyğəmbər sözünə davam etdi: “Ey ənsar 
dəstəsi! Razı olmazsınız ki, insanlar dünyaya, siz isə Məhəmmə-
də sahib çıxıb onu evinizə aparasınız (onunla birlikdə olasınız)?” 

 Tüləqa: Məkkənin fəthi zamanı (630) Peyğəmbərin: “Gedin, sizi azad bu-
raxdım!” – deyə səsləndiyi məkkəlilər – tərcüməçinin qeydi. 


87
Vəfakarlıq
“Olarıq, əlbətt ə, olarıq, ey Allahın rəsulu!” – deyə cavab verdilər. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
buyurdu: “İnsanlar vadi 
(düz yolla) ilə, ənsar isə təpəlik ərazi (kol-kosla) ilə getsə, ənsarla 
gedərəm”
1
.
Doğrudan da, böyük missiyaları həyata keçirmək üçün ənsar 
kimi insanlara ehtiyac var. O ənsar ki, canlarını, mallarını fəda et-
miş, amma sözündən dönməmişdir. Onlar adi mənfəət dalınca qa-
çmamış, nəfslərinə aldanmamışdılar. 
Qənimətləri yuxarıda göstərildiyi kimi bölən Peyğəmbər 
(Ona 
Allahın xeyir-duası və salamı olsun!) 
ənsarın iman və ixlasından xəbərdar idi. 
O, bu iman və ixlasa etibar edirdi. Peyğəmbər bədəvi ərəbləri is-
lama yovuşdurmaq üçün onlara qənimət vermişdi. Çünki onlar 
var-dövləti xoşlayırdılar. Ənsar isə möhkəm imanları ilə baş-başa 
buraxılmışdı. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
bu cür vəziyyətlərdə de- 
yərdi: 
“Bəzilərini çox sevsəm də, qeyrilərinə (qənimət) verirəm ki, 
(dinlərinə sarılıb) cəhənnəm alovundan qurtulsunlar”
2
.
Vəfadandır ki, bir insan keçmişindən ibrət alıb indisi və gələ- 
cəyini lazımınca qiymətləndirsin. Məsələn, keçmişdə kasıb yaşa-
yan sonralar var-dövlət sahibinə çevrilmiş, xəstə də sağalmışdır. 
Belə bir insanın keçmişini unutması, heç vaxt kasıb və ya xəstə 
olmadığını iddia etməsi nankorluq və naşükürlükdür.
Bu  həm  də  yalanın  bir  formasıdır.  Belə  bir  davranış  səbəbi               
ilə insan ikiüzlü kəsə çevrilir, Allahın mərhəmətindən məhrum  
qalır.
Danışırlar ki, Sə`ləbə adlı mədinəli bir kişi ənsar müsəlman-
1
 Hədisi İmam Buxari rəvayət edib. 
2
 Hədisi İmam Buxari rəvayət edib. 


88
Səkkizinci bölüm
larının məclisinə gələrək deyir: “Allah mənə öz rəhmindən əta 
edərsə, hər kəsə haqqını verər, sədəqə dağıdar, qohumlarıma da 
qohumluq edərəm.” Bir gün əmisi oğlu vəfat etdi və həmin şəxsə 
var-dövlətini miras buraxdı. Ancaq o, verdiyi vədə əməl etmədi. 
Bununla əlaqədar olaraq aşağıdakı ayə nazil edildi: 
“(Münafiqlərin) bəzisi də Allahla belə əhd etmişdir: 
“Əgər Allah bizə Öz nemətindən (mal-dövlət) bəxş etsə, 
biz mütləq sədəqə (həmin malın zəkatını) verəcək və 
sözsüz ki, əməlisalehlərdən olacağıq”.
(Allah) Öz nemətindən onlara (istədiklərini) ehsan bu- 
yurduqda xəsislik etdilər və (əhdə vəfa etməyib itaətdən 
də) üz döndərdilər. Onlar elə zatən dönükdürlər!
(Allaha) verdikləri vədə xilaf çıxdıqlarına, yalan danış- 
dıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları 
günə (qiyamət gününə) qədər (davam edəcək) nifaq sal-
dı.
Məgər (o münafiqlər) bilmirdilər ki, Allah onların 
(ürəklərindəki) sirlərini də bilir, gizli danışıqlarını da. 
Və Allah qeybləri (gizli şeyləri) çox gözəl biləndir?!”
(ət-Tövbə, 75-78)
Yalanın məşumluğu və nemətin inkarı haqda Əbu Hüreyrə    
(Allah ondan razı qalsın!)
 Peyğəmbərdən 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
aşağı-
dakı hədisi rəvayət edib:
“Allah israiloğullarından üç nəfəri: keçəl, kor və cüzamlını im-
tahan etmək üçün yanlarına bir mələk göndərdi. Mələk əvvəlcə 
cüzamlının yanına gəlib soruşdu: “Sənin üçün nə daha sevimli-
dir?” “Gözəl rəng və gözəl dəri. İstəyirəm ki, məni insanlara çirkin 
göstərən bu şey (cüzam) məni tərk etsin”, – deyə cüzamlı cavab 
verdi. Mələk əlini ona sürtdü, çirkinliyi getdi, dərisi və rəngi gö-
zəlləşdi. Mələk soruşdu: “Sənin üçün hansı var-dövlət daha se- 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə