Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə21/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   17   18   19   20   21   22   23   24   ...   91

77
Sadiqlik
sihətlərə oxşayır. Nəsihət pis insana dəyir və qayıdır. Amma 
onda bərk iz buraxa bilir. Nəsihət ölü vicdanla söhbət etmir. Ölü 
vicdan sahibləri insanların dəyərini pulla, şəhvətlə ölçür, onların 
kafir və ya mömin olmalarına əhəmiyyət vermirlər.
Sadiqlik ülvi keyfiyyətdir. Xırda adamlar ona sahib ola bil- 
məzlər. Allah sadiqliyin böyüklüyü haqda misal çəkmiş və bu- 
yurmuşdur ki, o çox ağır şeydir; insan ona xəyanət edib laqeydlik 
göstərməməlidir. 
Quranda oxuyuruq:
“Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar 
ona yüklənməkdən qorxub çəkindilər. Ona insan yük- 
ləndi. Həqiqətən, o çox zalim və cahildir”.
 (əl-Əhzab, 73)
Zalımlıq və cahillik fitrətə zidd “bəla”lardır. İnsan oğlu zalım-
lıqdan əl çəkmədikcə imanı kamilləşməz. Ayədə deyilir:
“İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin- 
amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” 
(əl-Ənam, 82)
Həmçinin, cəhalətdən yaxa qurtarmadıqca insan oğlu təq-
vaya yiyələnə bilməz:
“Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar” 
(Fatir, 28)
Bu üzdən, əmanətin insana verilməsi haqda danışan ayədən 
sonra görürük ki, zülm və cəhalətin əsirinə çevrilənlər xəyanət, 
ikiüzlülük və şirk girdabına batmış, nəticədə, əzaba layiq görül-
müşlər. Salamatlıq yalnız iman sahiblərinin nəsibidir:
“Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və 
qadınları əzaba uğratsın, mömin kişilərin və qadınların 


78
Yeddinci bölüm
da tövbələrini qəbul buyursun deyə (əmanəti öz razılığı 
ilə Adəm övladına tapşırdı). Allah (möminləri) bağışla-
yandır, rəhm edəndir!” 
(əl-Əhzab, 73)


79
SƏKKİZİNCİ BÖLÜM
VƏFAKARLIQ
Müsəlman əhdə vəfa göstərməli, verdiyi sözü tutmalıdır. Sözü-
nə sadiq qalmaq imandandır. Qab suyu necə saxlayırsa, müsəlman 
da sözünün üstündə elə durmalıdır. O, xalq arasında vəfakarlığı ilə 
ad çıxarmalıdır. O qədər vəfakar olmalıdır ki, kiminsə ağlına “sö-
zündən qaçar ha” təsəvvürü gəlməsin.
Anda sadiq qalmaq vacib olduğu kimi, əhdə də vəfa göstərmək 
lazımdır. Vəfakarlıq və sədaqət həm haqda, həm də xeyirdə olma-
lıdır. Vəfakarlığaasilik, sadiqliyə də günah qarışmamalıdır.
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
“Kim bir şey üçün and içdikdən sonra ondan daha xeyirlisini 
görərsə, xeyirli olandan yapışın, andını pozsun”
1

Daha xeyirli şey qala-qala şəxsin öz andında israr etməyi qeyri- 
məqbuldur. 
Hədislərin birində deyilir: 
“Ailəsi ilə bağlı bir şey üçün and içdikdən sonra şəxsin andın-
da inadkarlıq göstərməyi Allahın ona vacib buyurduğu kəff arəni 
ödəməməyindən daha böyük günahdır”
2

Əhdləşmə xeyir işlərdə olmalıdır. Xeyirli bir işdə əhdləşən şəxs 
onu imzalamalı və yerinə yetirməlidir. Bilməlidir ki, mərdlik və 
möhkəm iman olan yerdə tərəddüd və biganəliyə yer yoxdur. 
Ənəs ibn Malik 
(Allah ondan razı qalsın!)
 belə rəvayət edir: “Əmim 
Ənəs ibn ən-Nəzr Bədr döyüşündə iştirak edə bilməmişdi. Bir gün 
gələrək Peyğəmbərə 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
dedi: “Ey Allahın 
1
 Hədisi İmam Müslim rəvayət edib. 
2
 Hədisi İmam Buxari rəvayət edib. 


80
Səkkizinci bölüm
rəsulu, mən müşriklərlə döyüşdüyünüz ilk savaşda iştirak edə bil-
mədim. Əgər Allah mənə peyğəmbəri ilə birlikdə müşriklərlə sa-
vaşmağı nəsib buyursa, bilirəm nə edəcəyəm.” Uhud döyüşündə 
müsəlmanların məğlub olmaq təhlükəsi yarananda əmim: “Alla-
hım, onların (yoldaşlarının) əməlinə görə səndən üzr diləyirəm. 
O birilərinin (müşriklərin) etdiklərində isə mənim heç bir təqsi-
rim yoxdur”, – deyərək özünü irəliyə atdı. Sə`d ibn Müazla rast- 
laşdı, “Ey Sə`d, Nəzrin rəbbinə and olsun ki, mən Cənnət istəyi-
rəm. Onun qoxusunu Uhud tərəfdə hiss edirəm”, – deyərək özünü 
düşmən qoşununun içərisinə vurdu. (Sə`d deyir:) “Ey Allahın 
rəsulu, onun (Ənəs ibn Nəzrin – mütərcim) etdiyini mən edə bil-
mədim.” (Ənəs ibn Malik sözünə davam edir:) “Biz onun bədənin-
də səksəndən çox qılınc, nizə və ox yarası saydıq. Müşriklər onun 
qulaq və burnunu kəsmişdilər. Yalnız bacısı onu üzüyündən və 
bədənindəki xalından tanıya bildi. Bu ayə də onun və oxşarları-
nın barəsində enib:
“Möminlər içərisində elələri də vardır ki, Allahla et-
dikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) 
şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar 
(verdikləri sözü) əsla dəyişməzlər”.
 (əl-Əhzab, 23)
Vəfakarlıq üçün iki şey lazımdır. Bu iki şey varsa, insan sözünü 
tutar, öhdəsinə düşəni edər. Allah təala bəşəriyyətin atası Adəm-
dən əhd almışdı ki, haram edilmiş ağaca yaxınlaşmasın. Ancaq çox 
keçmədi ki, Adəm unutdu, əzmini itirib əhdini pozdu. Ayədə de- 
yilir:
“Doğrusu, bundan əvvəl Adəmə də (şeytana uymamağı) 


81
Vəfakarlıq
tövsiyə etmişdik. Lakin o, (tövsiyəmizi) unutdu və Biz 
onda (əhdi qorumağa) əzm (səbat) görmədik”.
 (Taha, 115)
Əzmkarsızlıq və iradə zəifl iyi – vəfakarlığa mane olan iki əngəl! 
Müxtəlif hadisələrin, fərqli hobbilərin fonunda insan oğlu zama-
nın təsirindən kənarda qalmır; işıqlı yollar zülmətə qərq olur, ay-
dın məqamlar qaranlıqlaşır. 
Unutqanlığı üzündən insan ona unutqanlığını xatırladan, qa-
ranlıqları aydınladan rəhbərə möhtacdır. Xatırladıcı ayələr çoxdur. 
Məsələn:
- “Rəbbimizdən sizə nazil edilənə (Qurana) tabe olun. 
Allahı qoyub başqa dostlara uymayın. Siz (öyüd-nəsi-
hətlərimizi) olduqca az xatırlayırsınız!”
(əl-Əraf, 3)
- “Bu, rəbbinin doğru yoludur. Biz ayələrimizi (öyüd- 
nəsihətlərimizi) xatırlayan bir camaat üçün artıq mü-
fəssəl izah etmişik”.
(əl-Ənam, 126)
- “Ey Adəm oğulları! Ayıb yerlərinizi örtəcək bir ge- 
yim və bir də bəzəkli libas (və ya var-dövlət) nazil et-
dik. Lakin təqva libası daha yaxşıdır. Bu, Allahın ayə- 
lərindəndir ki, bəlkə (bununla öyüd-nəsihətlərimizi) 
xatırlayasınız”.
(əl-Əraf, 26)
- “...Biz ölüləri də (dirildib qəbirdən) belə çıxaracağıq. 
Bəlkə (öyüd-nəsihətlərimizi) xatırlayasınız”. 
(əl-Əraf, 57)


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə