Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə22/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   18   19   20   21   22   23   24   25   ...   91

82
Səkkizinci bölüm
Davamlı xatırlatma vəfakarlıq üçün zəruridir. Əhdini unudan 
ona vəfa göstərərmi? Odur ki, əhdlə bağlı ayə xatırlatma ilə başa 
çatır: 
“Allah qarşısındakı əhdi yerinə yetirin. (Allah) bunları 
sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət 
qəbul edəsiniz”.
 (əl-Ənam, 152)
İnsan əhdini xatırlayan kimi, onun icrası üçün əzmkarlıq gös- 
tərməlidir. Əzmkarlıq nəfsi istəkləri öldürür, çətinlikləri aradan 
qaldırır. Əzmkarlıq insana hər nə qədər çətin olsa da, əhdə vəfa 
duyğusu aşılayır. Əzmkarlıq, həm də fədakarlıqdır.
Vəfakarlığın bədəli ağır ola bilir. O, bəzən var-dövlətin əldən 
çıxması ilə, bəzən ölümlə, bəzən də əzizlərin itirilməsi ilə nəticə- 
lənir. Ancaq bu, dünya və axirətdə qiymətli dəyər sayılan şərəfin 
qorunmasına xidmət edir.
Şair də yaxşı deyib:
Çətinlik olmasaydı, bütün insanlar ağa olardılar,
Comərdlik kasıblaşar, qoçaqlıq da öldürülərdi. 
Quran ucalığa rifahla (rahatlıqla) yetişmək və az əməklə çox qa-
zanmaq zehniyyətini rədd edir:
“(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin 
başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman 
edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürü-
müş, elə sarsılmışdılar ki, hətt a Peyğəmbər və iman 
gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” 
– demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır!” 
(əl-Bəqərə, 214)


83
Vəfakarlıq
İnsan oğlu dərrakəli zehniyyətə, böyük qəlbə sahibdirsə, demə-
li, vəfakardır. 
Əhdlərin də dərəcəsi vardır. Ən möhtəşəm, ən müqəddəs əhd 
Rəbb və bəndənin arasındakı əhddir.
Allah insanı qüdrəti ilə yaratmış, neməti ilə tərbiyə etmişdir. 
Allah istəyir ki, insan bu həqiqətdən xəbər tutsun, onu təsdiqlə- 
sin. Əks təqdirdə, aldadıcı şeylər onu yolundan sapdırıb cahilləş- 
dirəcəkdir. Ayədə buyurulur:
“Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı 
ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməni-
nizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol 
budur?!” 
(Yasin, 60-61)
Peyğəmbərlərə qulaq verməyib onların göstərdiyi yolu tutma-
yan insanların da fitrətində – cəmiyyət fitnə-fəsadla nə qədər dolu 
olursa-olsun, – Allaha aparan, Yaradanı tanıdan “sövqi-təbii” (in-
stinkt) vardır. Allahın bütün insanlardan aldığı əhdin mahiyyəti 
məhz budur. 
Quranda deyilir: 
“(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm 
oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb 
onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən si-
zin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, 
Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahid-
liyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik”;
Və ya: “Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdu-


84
Səkkizinci bölüm
lar, bis də onlardan sonra gələn bir nəsil idik (onların izi 
ilə getdik). Məgər biz batilə uyanların (haqq yoldan sa-
panların) törətdikləri əməllərə görə məhv edəcəksən?” 
– deməməyiniz üçündür. 
Biz ayələrimizi belə ətrafl ı izah edirik ki, onlar, bəlkə, 
(batildən haqqa, küfrdən imana) dönələr!” 
(əl-Əraf, 172-174)
Ayələrdən heç kəs bu mənanı çıxarmasın ki, yuxarıdakı dialoq 
həqiqətdə baş verib. Xeyr, əksinə, bu, sağlam fitrətin Rəbbə yönə-
lib Onu tanımağının, kainatda Allahın təkliyinə və böyüklüyünə 
dəlalət edən nişanələrdən faydalanmağının, insanı Allahdan uzaq- 
laşdıran, ya da Ona şərik qoşduran düşüncə formalarından kə-
nar durmağının obrazlı (məcazi) ifadəsidir.  Belə bir üslub ərəblər-
də geniş yayılıb. Məsələn:
“Divar mismara sual etdi: “Nə üçün mənə əziyyət verirsən?” 
Mismar cavab verdi: “Bunu məndən deyil, məni sənə çalandan  
soruş! O da mənim başımı dəng edib”. 
Dünyada şərəf-izzət, axirətdə də xoşbəxtlik qazanmaq üçün 
insan oğlu bu əhdə vəfa göstərmə lidir. Allah qarşısında götürdü- 
yümüz əhdə vəfa göstərdikdən sonra Ondan bir pisliyin (şərin) 
gələcəyini gözləmək – rəbbimiz barədə bədgümanlıqdır:
“Sizə bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axır-
zaman peyğəmbər barəsindəki) buyurduğumu yerinə 
yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək ba-
rəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!” 
(əl-Bəqərə, 40)
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
onun yanına gələn nü-
mayəndə heyətlərinin sadiqlik andını qəbul edir, onlara islamın 
çoxsaylı təlimlərindən vəziyyətlərinə, mədəni-əqli səviyyələrinə 
uyğun gələnini seçmək imkanı verirdi. 


85
Vəfakarlıq
Övf ibn Malik 
(Allah ondan razı qalsın!) 
deyib: “Peyğəmbərin 
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!) 
yanında dayanmışdıq. 7-9 nəfər idik. Soruş-
du: “Allahın rəsuluna sadiqlik andı içmirsinizmi (bey`ət etmir-
sinizmi)?” Əllərimizi uzadaraq: “İçirik, ey Allahın rəsulu!” 
– dedik. Dedi: “Bey`ət edin ki, Allaha ibadət edəcək, Ona heç 
nəyi ortaq tutmayacaqsınız. Beş vaxt namaz qılacaq, qulaq asıb  
itaət edəcəksiniz. (Səsini alçaldaraq:) Və kimsədən bir şey istə- 
məyəcəksiniz.” 
Övf ibn Malik 
(Allah ondan razı qalsın!)
 sözünə davam edir: “Sonralar 
həmin insanların bir neçəsini gördüm. Əllərindən qamçıları belə 
düşsəydi, kimsədən qamçını onlara vermələrini istəməzdi-
lər”
1

Bu, bey`ətə sadiqlikdir, ona riayətdə diqqətli olmaqdır. Bu, hər 
kəsə ediləcək tövsiyədir. Tövsiyə etmək lazımdır ki, hakim zülm 
etməsin, tacir aldatmasın, hökumət işçisi də rüşvət almasın. 
Hər bir müsəlman dinindən büsbütün məsuldur. Müsəlman-
lar arasında söz verib sözünü tutmayanlar peyda olub. Onlar sax-
ta dərman yazaraq xəstənin halını bərbad edən yalançı həkimlərə 
oxşayırlar.
İslamın təlimləri bir bütündür. Hər zaman və hər yerdə is-
lama əməl etmək vacibdir. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
Mədinəli müsəlmanlar-
dan (ənsar) bey`ət almışdı ki, canları və mallarını dəvəti davam 
etdirib risaləti qorumaq üçün fəda edəcək, bununla da, islamı 
ərəblərə və qeyrilərinə çatdıracaqlar. 
Mədinəli müsəlmanların bey`ətini tarixin ən parlaq əhdnamə-
si adlandırmaq olar. Bu bey`ət sırf Allah üçün edilmişdi. 
1
 Hədisi İmam Müslim rəvayət edib. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə