Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə15/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   11   12   13   14   15   16   17   18   ...   91

55
Düzgünlük
ti fərz əməllərlə, ya da “evyıxan” vergilərlə qarşılaşdıqları zaman 
“sınırlar”. Ancaq yuxarıdakı cavab nə xəsisliyə haqq qazandırır, nə 
də qorxaqlığı ört-basdır edir. Unutmayaq ki, zəkat verməmək, ci-
haddan qaçmaq küfrə aparıb çıxara bilir. 
Bir böhtançının yaydığı yalanın zərəri nə qədər çox olarsa, Al- 
lah qatında hesabı da o qədər ağır olar. On minlərə yalan xəbər 
çatdıran jurnalistlər, böyük insanlara qarayaxan qərəzli məlumat- 
ları açıqlayan siyasətçilər cəzası ağır olacaq günah işləyirlər.
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib: 
“Dünən gecə iki şəxs gördüm. Yanıma gələrək dedilər: “Gör-
düyün yanağı cırılmış (bu) insan yalançıdır. Yalan söyləyər, səda- 
sı göylərə ucalardı. Məhz bu üzdən yalanı onu qiyamətdə bu günə 
salar...”
1
.
Liderlərin xalqa yalan danışmaları da bu qəbildəndir. Xitabət 
kürsüsündən yalan danışmaq daha geniş yayılıb.
Hədislərin birində deyilir:
“Üç şəxs cənnətə girməz: zinakar qoca, yalançı lider və lovğa 
(qürurlu) kasıb”
2
.
Allahın dininin adından yalan danışmaq çox böyük günahdır. 
Çünki bu, hər şeydən qabaq Allaha və peyğəmbərinə demədikləri 
şeyi aid etməkdir. 
Bu elə bir ift iradır ki, mahiyyətcə iyrənc, nəticə baxımından da 
dəhşətlidir.
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
“Əleyhimə danışılan yalan başqalarının əleyhinə söylənilən 
yalana bənzəməz. Kim mənim adımdan qəsdən yalan danışarsa, 
cəhənnəmdəki yerinə hazırlaşsın!”
3
1
 Hədisi İmam Buxari rəvayət edib. 
2
 Hədisi Bəzzar rəvayət edib. 
3
 Hədisi İmam Buxari rəvayət edib. 


56
Altıncı bölüm
Nadanların uydurduqları, dinin ayağına yazdıqları, avamların 
da din hesab etdikləri bidətlər belə ift ira və yalan qəbilindəndir. 
Yaxşı məlumdur ki, belə bidətlər din deyildir, nəfsin istəyi və boş 
sözlərdir!
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
öz ümmətini bu cür 
bidətlərin haradan gələcəyi haqda, belə mənfi təmayüllərin dalın-
ca düşüb getməmələri barədə xəbərdar etmişdir. Qurtuluş üçün 
Qurandan yapışmağı və saleh nəsillərin yolu ilə getməyi tövsiyə 
etmişdir:
“Ümmətimin son dövrlərində yalançı dəccallar peyda olacaq. 
Onlar sizlərə nə özünüzün, nə də atalarınızın eşitdiyi şeylər danı- 
şacaqlar. Nəbadə onlara aldanasınız. Onlardan uzaq durun. Du- 
run ki, sizi aldadıb fitnə-fəsada sürükləməsinlər”
1
.
İslam tövsiyə edir ki, uşaqlara düzgünlük aşılansın. Aşılansın ki, 
onunla boya-başa çatsınlar, sözləri və əməlləri düz olsun.
Abdullah ibn Amir belə rəvayət edir: “Peyğəmbər 
(Ona Allahın xeyir- 
duası və salamı olsun!) 
bir gün evimizdə ikən anam məni çağıraraq dedi: 
“Gəl, sənə bir şey verəcəyəm.” Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı 
olsun!) 
anamdan soruşdu: “Ona nə vermək istəyirsən?” Anam: “Ona 
xurma vermək istədim”, – deyə cavab verdi. Peyğəmbər dedi: 
“Əgər ona bir şey verməsən, sənə bir yalan yazılar”
2

Əbu Hüreyrə 
(Allah ondan razı qalsın!)
 rəvayət edir ki, Peyğəmbər 
(Ona 
Allahın xeyir-duası və salamı olsun!) 
deyib:
“Kim bir uşağa: “Gəl, sənə bir şey verəcəyəm”, – deyib dediyini 
verməzsə, yalan danışmışdır”
3
.
Bununla da, Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
valideyn-
lərə öz övladlarını dürüst insan kimi tərbiyə etməyi öyrətmişdir. 
Belə bir tərbiyədə doğruluq müqəddəs dəyər, yalançılıq da şər 
1
 Hədisi İmam Müslim rəvayət edib. 
2
 Hədisi Əbu Davud rəvayət edib.
3
 Hədisi İmam Əhməd rəvayət edib.


57
Düzgünlük
xüsusiyyət kimi təsvir olunub. Əgər Peyğəmbər bu cür davranışla-
rı heç sayıb üstündən keçsəydi, nə baş verərdi? Uşaqlar böyüyər-
dilər, ancaq yalançılıq onların yaddaşında adi davranış kimi qa-
lardı. Halbuki adi yalan Allahın dərgahında böyük günahlardan 
sayılır. 
İslama görə, adi məişət məsələlərində belə haqqa sahib çıxıb 
dürüst olmaq lazımdır. 
Bir dəfə Əsma bint Yezid 
(Allah ondan razı qalsın!)
 Peyğəmbərdən 
(Ona 
Allahın xeyir-duası və salamı olsun!) 
soruşdu: “Ey Allahın rəsulu, birimizin iş-
tahası çəkdiyi şey üçün “iştaham yoxdur” deməyi yalan sayılırmı?” 
Peyğəmbər dedi: “Yalan yalan olaraq, kiçik yalan da kiçik yalan 
olaraq yazılır”
1

İslamda hər bir yalan və bunun doğuracağı nəticələr nəzərə 
alınıb. Nəzərə alınıb ki, kimsə haqdan üz döndərməsin, onu ayaq-
lar altına atmasın. 
Bəzən insanlar “yalan sayılmaz” gümanı ilə zarafata söylədikləri 
yalana əhəmiyyət vermirlər. Ancaq islam əyləncəyə, zarafata izn 
versə də, dönə-dönə xatırladır ki, zarafatı doğru etmək, əyləncəni 
yalançılıq vasitəsinə çevirməmək lazımdır. Halalda haram, haqda 
da batil olmaz. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib: 
- “Vay halına o kəsin ki, insanları güldürmək üçün danışığına 
yalan qatır! Vay onun halına, vay onun halına!”
2
;
- “Zarafatda da yalanı tərgitən kəsə Cənnətin ortasında bir ev 
zəmanət verərəm”
3
;
- “Zarafatda yalanı, həmçinin, haqlı olmağına rəğmən müba-
hisəni bir kənara qoymadıqca bəndə bütövlükdə iman etmiş sa- 
yılmaz”
4

1
 Hədisi İmam Müslim rəvayət edib. 
2
 Hədisi Tirmizi rəvayət edib. 
3
 Hədisi Beyhəqi rəvayət edib. 
4
 Hədisi İmam Əhməd rəvayət edib.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə