Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə7/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   2   3   4   5   6   7   8   9   10   ...   91

24
İkinci bölüm
gecələri ibadətlə, gündüzləri də orucla keçirənlərin məqamına 
yüksələr”)
1

İbn Ömər 
(Allah ondan razı qalsın!)
 Peyğəmbərin 
(Ona Allahın xeyir-duası və salamı 
olsun!) 
belə dediyini rəvayət edir: 
“(İbadətdə) orta səviyyəli bir müsəlman gözəl əxlaqı və comərd 
xasiyyəti sayəsində, gecələrini hey ibadətlə keçirən, gündüzləri 
də müntəzəm oruc tutan, Allahın ayələrinə riayət edən şəxslərin 
məqamına yetişər”
2
.
Əbu Hüreyrədən 
(Allah ondan razı qalsın!)
 rəvayət edilir ki, Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
deyib: 
“Möminin şərəfi dini ilə, mürüvvəti ağlı ilə, qədir-qiyməti də 
əxlaqı ilə ölçülür”
3
.
Əbu Zər 
(Allah ondan razı qalsın!)
 isə bu hədisi rəvayət edib: 
“Səmimiyyətlə iman gətirən, qəlbini təmiz, dilini doğru, könlü-
nü xatircəm saxlayan, əxlaqını da düzəldən şəxs nicat tapar”
4

Yalnız nəzəri biliklərlə, mücərrəd əmr və qadağalarla (hətt a dini 
olsa belə) cəmiyyətdə gözəl əxlaqı bərqərar etmək mümkün de-
yil. Qəlblərə fəzilətləri aşılamaq üçün quru şəkildə “bunu et”, “onu 
etmə” demək kifayət etmir. Səmərəli ədəb-ərkan illərlə aparılan 
tərbiyə və davamlı aşılama (təlqin) tələb edir. 
Gözəl bir nümunəyə əsaslanmayan tərbiyə özünü doğrultmaz. 
Pis insanlar ətrafındakılarda xoş təəssürat yaratmazlar.
O kəs ətrafındakılarda xoş təəssürat oyadar ki, gözlər onun şəx-
siyyətinə dikilib və onun ədəb-ərkanı qarşısında insan xəcalət çə-
kir, hamı onun gözəl əxlaqına valeh qalıb ona oxşamağa çalışır. 
Nümunəvi şəxs nə qədər ədəbli olarsa, insanlar da ona o qədər 
oxşamaq istəyərlər. 
1
 Hədisi Əbu Davud rəvayət etmişdir. 
2
 Hədisi İmam Əhməd ibn Hənbəl rəvayət etmişdir.
3
 Hədisi Hakim rəvayət etmişdir. 
4
 Hədisi İbn Hibban rəvayət etmişdir. 


25
Daha gözəl dünyaya doğru
Səhabələri üçün Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
ideal 
əxlaq nümunəsi idi. O, hər bir davranışı, hərəkəti və sözü ilə bu 
ülvi əxlaqı səhabələrinə aşılayırdı. Ancaq səhabələr əxlaqı, əsasən 
onun davranışlarından öyrənirdilər. 
Məsələn, Abdullah ibn Əmr deyirdi: 
“Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
əxlaqsız deyildi. Əx-
laqsızlıqdan xoşlanmazdı. Daima deyərdi: “Sizin ən xeyirliniz əxla-
qı ən gözəl olandır”
1
.
Ənəs ibn Malik deyirdi: 
“Peyğəmbərə 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
on il xidmət etdim. Bu 
müddət ərzində, Allah and olsun ki, mənə bir dəfə də olsun “of ” 
demədi. Nə də “nə üçün belə etdin; niyə belə etmədin” söylədi”
2
.
Habelə, Ənəs ibn Malik belə rəvayət edir: 
“Mədinəli cariyələrdən biri istəsəydi, Peyğəmbərin 
(Ona Allahın xeyir- 
duası və salamı olsun!) 
əlindən tutar, onu istədiyi yerə aparardı. Bir insanla 
rastlaşdığında Peyğəmbər ona əllə salam verərdi. Həmin şəxs əlini 
çəkmədikcə Peyğəmbər də çəkməzdi. O, üzünü çevirmədən Pey-
ğəmbər də çevirməzdi. Oturduğu zaman yoldaşlarının yanında 
ayaqlarını uzatdığını heç kəs görməmişdi”
3

Yəni, yoldaşlarının yanında təvazökarlıq göstərər, təkəbbürlük 
etməzdi.
Həzrəti Aişə 
(Allah ondan razı qalsın!)
 deyirdi: 
“Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
iki şeyi seçmək qarşı- 
sında qalsaydı, ən asanını seçərdi. Təbii ki, həmin şey günah əməl 
deyildisə. Yox, əgər günah əməl olsaydı, dərhal ondan kənar durar-
dı. Peyğəmbər nəfsi üçün intiqam almazdı. Amma Allahın qada-
1
 Hədisi İmam Buxari rəvayət etmişdir. 
2
 Hədisi İmam Müslim rəvayət etmişdir. 
3
 Hədisi Tirmizi rəvayət etmişdir. 


26
İkinci bölüm
ğaları pozulardısa, alardı. Peyğəmbər heç kəsə: nə bir qadına, nə 
bir xidmətçiyə... əl qaldırmamışdı. Onun əli Allah üçün cihadda 
qalxardı”
1
.
Ənəs ibn Malik belə rəvayət edir:
“Peyğəmbərlə 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
yol gedirdim. Əynində 
kənarları qalın əba (rəda, uzunətəkli paltar) vardı. Qəfildən bir bə-
dəvi arxadan ona yetişib əbanı dartdı. Özü də elə bərk dartdı ki, 
Peyğəmbərin çiyinləri açıldı və dartmanın izi göründü. Bədəvi 
dedi: “Ey Məhəmməd, əyninə geydiyin Allahın malıdır. Ondan 
mənə də ver!” Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
onunla meh-
riban davrandı, gülərək dedi ki, ona geyim versinlər”
2

Həzrəti Aişə rəvayət edir ki, Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı 
olsun!) 
deyib: 
“Allah nəzakətlidir, nəzakətliliyi də sevər. Nəzakətliliyə görə ver-
diyini qabalığa və oxşar şeylərə görə verməz”
3
.
Başqa bir hədisdə oxuyuruq:
“Mülayimlik nəyə qonarsa, ona zinət vurar, ayrıldığı şeyi də lə-
kələyər”. 
Səhabələrdən Cərir ibn Abdullah 
(Allah ondan razı qalsın!)
 Peyğəmbərin 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
belə dediyini rəvayət edir:
“Doğrudan da, Böyük və Qüdrətli Allah mülayimliyə görə ver-
diyini axmaqlığa görə verməz. Allah bir bəndəni sevdiyi zaman 
ona mülayimlik bəxş edər. Mülayimlikdən məhrum qalan elə ailə 
üzvləri yoxdur ki, bütövlükdə xeyri əldən çıxarmasınlar”
4
.
Bir dəfə Həzrəti Aişədən soruşurlar ki, Peyğəmbər 
(Ona Allahın xeyir- 
duası və salamı olsun!) 
evdə olarkən nə edərdi? Belə cavab verir: “Ailəsinin 
1
 Hədisi İmam Müslim rəvayət etmişdir. 
2
 Hədisi İmam Buxari rəvayət etmişdir. 
3
 Hədisi İmam Müslim rəvayət etmişdir. 
4
 Hədisi Təbərani rəvayət etmişdir. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə