Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə8/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   ...   4   5   6   7   8   9   10   11   ...   91

27
Daha gözəl dünyaya doğru
xidmətində dayanar, namaz vaxtı gələndə dəstəmaz alar, namaza 
gedərdi”
1
.
Abdullah ibn Haris 
(Allah ondan razı qalsın!)
 deyirdi: 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
qədər hey təbəssüm 
edən kəsə rast gəlmədim”
2

Ənəs ibn Malik 
(Allah ondan razı qalsın!)
 Peyğəmbəri belə xatırlayır: 
“Allahın rəsulu insanların ən əxlaqlısı idi. Əbu Ümeyr adlı süd 
qardaşımın bir quşcuğazı vardı. Adını “Nüğeyr” qoymuşdu. Bir 
dəfə quşcuğaz xəstələndi. Peyğəmbər bu balaca uşağın başını tu-
marlayır və zarafatla deyirdi: “Ay Əbu Ümeyr, gör başımıza nə iş 
açıb bu “Nüğeyr”!”
3
 
Peyğəmbərin ləyaqəti (şəmail) haqda yazılmış kitablardan öy-
rənirik ki, o, əliaçıq idi, xəsislik etməzdi. Cəsur idi, haqdan heç bir 
vəchlə üz döndərməzdi. Ədalətli idi, haqsız qərar verməzdi. Səda-
qət və etibarlılıq onun sadiq “dostlar”ı idi.
Allah təala müsəlmanlara əmr edir ki, Peyğəmbərin gözəl əxla-
qını, ləyaqətini özlərinə nümunə götürsünlər: 
“Həqiqətən, Allahın rəsulu Allaha, qiyamət gününə ümid 
bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və 
Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” 
(əl-Əhzab, 21)
Qazi İyaz yazır:
“Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
insanların ən yaxşısı, ən 
comərdi və ən cəsuru idi. Bir dəfə gecə vaxtı mədinəlilər dəhşətli 
səs eşidərək qorxuya düşdülər. Adamlar səs gələn tərəfə getdilər. 
Yolda onları Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
qarşıladı. Ay-
dın oldu ki, Peyğəmbər onlardan qabaq həmin yerə gedib və artıq 
1
 Hədisi İmam Müslim rəvayət etmişdir. 
2
 Hədisi Tirmizi rəvayət etmişdir. 
3
 Hədisi Tirmizi rəvayət edib. 


28
İkinci bölüm
nə baş verdiyini öyrənib geri qayıdır. Özü də Əbu Təlhənin atını 
minib, qılıncını da boynundan asıb. İnsanlara ürək-dirək verərək: 
“Qorxmayın!” – deyir”. 
Həzrəti Əli 
(Allah ondan razı qalsın!)
 deyib: 
“Savaş qızışıb, gözləri qan tutanda Peyğəmbər 
(Ona Allahın xeyir-duası 
və salamı olsun!) 
üçün çox qorxurduq. Çünki düşmənin səfl ərinə ondan 
daha çox dalan yox idi”. 
Cabir ibn Abdullah 
(Allah ondan razı qalsın!)
 belə rəvayət edir: “Elə bir 
şey yox idi ki, onu Peyğəmbərdən 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
istə-
diyimizdə “yox” desin”. 
Həzrəti Xədicə 
(Allah ondan razı qalsın!)
 Peyğəmbərə demişdi: “Sən 
yıxılmışa dayaqsan, yoxsula əl tutansan. Bəlaya tuş gəlmişlərə də 
yardım edirsən”. 
Bir gün Peyğəmbərə 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
yetmiş min 
dirhəm gətirmişdilər. Pullar həsirin üzərində idi. Peyğəmbər pul- 
ları paylamağa başladı. Gələni əliboş qaytarmadı. Bu minvalla ha-
mısını paylayıb qurtardı, özünə heç nə saxlamadı. 
Bir dəfə birisi gələrək, Peyğəmbərdən bir şey istədi. Peyğəmbər 
dedi:
- Yanımda heç nə yoxdur. Ancaq sən bizimlə əlaqə saxla. Əlimi-
zə düşəndən verərik.
 Həzrəti Ömər Peyğəmbərə baxdı:
- (Ey Allahın rəsulu), Allah sənə bacarmadığını yükləməyib.
Peyğəmbər onun bu sözündən xoşlanmadı. Bu zaman oradakı 
mədinəlilərdən (ənsar) biri dilləndi:
- Ey Allahın rəsulu, xərclə, Ərş Sahibinin az verəcəyindən ehti- 
yatlanma.
Peyğəmbər gülümsədi, çöhrəsini sevinc bürüdü:
- Bəli, mənə elə bu əmr olunub.


29
Daha gözəl dünyaya doğru
Allahın rəsulu 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
öz səhabələri ilə 
mehriban davranırdı. Hər bir qəbilənin hörmət-izzət sahiblərinə 
ehtiram göstərir, valiləri onlardan seçirdi.
İnsanları qoruyur, onları pis əməllərdən çəkindirirdi. Heç kəsə 
üzünü turşutmaz, kiminsə kefinə dəyməzdi. 
Daima səhabələrinin halını soruşardı. Hər birinə ayrı-ayrılıqda 
qiymət verərdi. Hər kəs düşünürdü ki, Peyğəmbər daha çox onu 
sevir.
Ehtiyacı üçün yanına gələnlərlə baş-başa oturar, onlar dur-
madıqca o da yerindən qalxmazdı.
Ondan bir şey istəyəni əliboş geri qaytarmazdı. Ən azından, xoş 
sözlə yola salardı. 
İnsanlar onun gözəl əxlaqına valeh idilər. O, onlara ata idi. Ayrı- 
seçkiliyi sevmirdi.
Həmişə üzü gülürdü. Xasiyyəti ürəkaçan idi. Yumşaq təbiəti 
vardı. Qaba deyildi. Nə bağırar, nə hay-küy salar, nə də nalayiq 
danışardı. Nə çoxluca məzəmmət edər, nə də həddən artıq tərifl ə- 
yərdi. Tərifçilik və məddahlıqdan xoşu gəlməzdi. Xoşlamadığı bir 
şey gördüyündə özünü görməzliyə vurar, səbəbkara bədbin ya-
naşmazdı. 
Həzrəti Aişə 
(Allah ondan razı qalsın!)
 belə rəvayət edir: 
“Heç kəs Peyğəmbərdən 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
daha əxlaqlı 
deyildi. Səhabələrindən və ya ailə üzvlərindən biri onu çağırdığı 
zaman “buyur” (ərəbcə: ləbbeyk) deyərdi”. 
Cərir ibn Abdullah 
(Allah ondan razı qalsın!)
 deyib: 
“Yadıma gəlmir ki, müsəlman olduqdan sonra Peyğəmbər 
(Ona 
Allahın xeyir-duası və salamı olsun!) 
hər dəfə mənimlə görüşdüyündə üzümə 
gülümsəməsin”. 
Səhabələri ilə zarafat edir, onlara qaynayıb-qarışır, uşaqlarla 
oynayır, onları arxasına götürürdü. 
Azad, kölə, cariyə (kəniz), kasıb, dul – hər kəsin dəvətini qəbul 


30
İkinci bölüm
edər, Mədinənin ən ucqar yerlərinə xəstə ziyarətinə gedərdi. Üzrlü 
şəxslərin üzrxahlığını başa düşərdi. 
Ənəs ibn Malik 
(Allah ondan razı qalsın!)
 rəvayət edir ki, birisi əyilib 
Peyğəmbərin qulağına söz demək istədiyində başını elə tuturdu ki, 
sanki özü həmin şəxsə nə isə demək istəyir. Əllə görüşdüyü zaman 
qarşı tərəf əlini çəkmədikcə o da çəkməzdi. Rastlaşdığı şəxsə əvvəl-
cə salam verər, sonra hal-əhval tutardı. Səhabələri ilə görüşdüyün-
də əllərini sıxardı. 
Peyğəmbəri heç kim bir dəfə də olsun səhabələri arasında 
ayaqlarını uzadan vəziyyətdə, kiminsə yerini dar edən görməmişdi. 
Evinə gələnə ehtiram göstərər, bəzən paltarını yerə sərər, bə-
zən də yastığını qonağına verərdi ki, üzərində əyləşsin. Qonağı is-
təməsə də, israr edərdi ki, yastığının üzərində otursun. 
Səhabələrinə künyələr qoşar, onları ən gözəl adlarla çağırardı. 
Çünki onlara hörmət edirdi. Heç kəsin sözünü ağzında qoymazdı. 
Gözləyərdi ki, qarşı tərəf sözünü tamamlasın, ya da ara versin. 
Ənəs ibn Malik 
(Allah ondan razı qalsın!)
 rəvayət edir ki, bir dəfə Pey-
ğəmbərə 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
bir hədiyyə gətirmişdilər. 
Dərhal belə demişdi: “Bu hədiyyəni filankəsin evinə aparın. O, Xə-
dicənin rəfiqəsidir və onu (sağlığında) çox sevirdi”
1

Həzrəti Aişə 
(Allah ondan razı qalsın!)
 deyirdi:
“Xədicəni qısqandığım qədər heç bir qadını qısqanmadım. Pey-
ğəmbər onun barəsində çox danışırdı. Qoyun kəsdiyi zaman onun 
rəfiqələrinə də pay göndərərdi. İmkan yaratmışdı ki, Xədicənin ba-
cısı tez-tez onun yanına gəlsin. Hər dəfə gəldiyində Peyğəmbərin 
eyni açılardı. Bir gün Peyğəmbərin yanına bir qadın gəlmişdi. Gə-
lişinə çox sevindi, hal-əhval tutdu. Qadın getdikdən sonra dedi: 
“O, bizə Xədicə sağ ikən gəlib-gedərdi. Vəfakarlıq imandandır”.
Aralarında fərq qoymadan qohumlarına tez-tez baş çəkərdi.
Əbu Qətadə 
(Allah ondan razı qalsın!)
 danışır ki, bir dəfə Nəcaşinin gön-
1
 Bu, Həzrəti Xədicə vəfat etdikdən sonra baş verib. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə