Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə6/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
1   2   3   4   5   6   7   8   9   ...   91

21
İKİNCİ BÖLÜM
DAHA GÖZƏL DÜNYAYA DOĞRU
İndiyə qədər deyilənlərdən aydın olur ki, islam, bəşəriyyəti iri 
addımlarla fəzilət və ədəb-ərkanla nurlanmış bir həyata aparır, in-
sanı bu məqsədə çatdıracaq vasitələrə risalətin

 tərkib hissəsi kimi 
baxır; bu vasitələri korlaya biləcək halları risalətdən yayınma və 
uzaqlaşma hesab edir. 
Əxlaq vaz keçilməsi mümkün dəyər deyildir. Əksinə, o, dinin 
məqbul bilib hörmətlə yanaşdığı başlıca həyat məsələlərindəndir. 
İslam bütün fəzilətli əməlləri göstərmiş və müsəlmanlardan 
tələb etmişdir ki, onlara bir-bir əməl etsinlər. 
Peyğəmbərin 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
safl aşdırıcı əxlaqi əməl- 
lərə dair kəlamlarını bir yerə toplasaq, heç bir islahatçı liderin qə- 
ləmə ala bilməyəcəyi nəhəng əsər ortaya çıxar. 
Bu fəzilətli əməllərin təfsilatına və onlar haqda deyilmiş hə-
dislərə keçməzdən qabaq Peyğəmbərin 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
yaxşı əxlaq və gözəl davranışa qızğın və mənalı çağırışı haqda bəzi 
misallar gətirmək istəyirik.
Üsamə ibn Şüreyk 
(Allah ondan razı qalsın!)
 deyib: “Peyğəmbərin 
(Ona 
Allahın xeyir-duası və salamı olsun!)
 yanında sanki başımıza quş qonubmuş kimi 
hərəkətsiz oturmuşduq. Heç kim dinib-danışmırdı. Elə bu zaman 
bir dəstə adam gəlib soruşdu: “Allah təalanın ən sevimli bəndələri 
kimlərdir?” Peyğəmbər dedi: “Ən gözəl əxlaqa sahib olanlar”
1
.
Hədisin başqa versiyasında deyilir ki, onlar bu sualı vermişdi-

  Risalət: peyğəmbərlik; ilahi missiya; haqqı yayıb ədaləti bərqərar etmək 
vəzifəsi – tərcüməçinin qeydi.
1
 Hədisi Təbərani rəvayət edib. 


22
İkinci bölüm
lər: “İnsana verilən ən xeyirli şey nədir?” Peyğəmbər də buyur-
muşdu: “Gözəl əxlaq!”
1
Digər bir hədisdə deyilib: 
“Əxlaqsızlıq və tərbiyəsizlik heç bir vəchlə islamdan deyildir. 
Ən yaxşı müsəlman – əxlaqı ən gözəl olan müsəlmandır”
2
.
Hədisin digər versiyası: “(Bir dəfə) Peyğəmbər 
(Ona Allahın xeyir-duası 
və salamı olsun!) 
deyir: “Əxlaqsızlıq və tərbiyəsizlik heç bir vəchlə islam-
dan deyildir. Ən yaxşı müsəlman əxlaqı ən gözəl olan müsəlman-
dır.” Soruşurlar: “Bəs ən kamil iman sahibi kimdir?” Belə cavab ve-
rir: “Əxlaqı ən gözəl olanın imanı da kamildir”
3

Abdullah ibn Əmr rəvayət edir ki, bir dəfə Peyğəmbər səha-
bələrinə: 
- Bilirsinizmi, aranızda kim mənə daha sevimlidir? Kimdə Qi- 
yamət günü mənə daha yaxın olacaqdır? – deyə səsləndi və söylə-
diklərini iki-üç dəfə təkrarladı. 
Səhabələr:
- Bəli, ey Allahın rəsulu! – deyə cavab verdilər. 
Peyğəmbər: 
- Ən gözəl əxlaqa sahib olanınız, – dedi və sözünə davam etdi. 
– Qiyamət günü möminin əməl tərəzisində ən ağır gələn şey gözəl 
əxlaqdır. Şübhə yoxdur ki, pozğun və əxlaqsızdan Allahın xoşu gəl-
məz. Gözəl əxlaqı sayəsində insan oruc və namaz əhlinin məqamı-
na yüksələr”
4
.
Bu sözləri cəmiyyətin etik islahı ilə məşğul olan bir filosofdan 
eşitsəydik, təəccüblənməzdik. Heyrətamizdir ki, bu sözlər böyük 
bir dinin banisi sayılan şəxsin ağzından çıxıb. Çünki dinlər adətən 
özlərinin başlıca məsələsinə – ibadətə əhəmiyyət verirlər. 
1
 Hədisi İbn Hibban rəvayət edib. 
2
 Hədisi Tirmizi rəvayət etmişdir. 
3
 Hədisi Təbərani rəvayət etmişdir. 
4
 Hədisi İmam Əhməd ibn Hənbəl rəvayət etmişdir. 


23
Daha gözəl dünyaya doğru
İslam peyğəmbəri 
(Ona Allahın xeyir-duası və salamı olsun!)
, bir tərəfdən, in-
sanları ibadətə çağırır, çoxsaylı düşmənlərlə uzun-uzadı mübarizə 
aparan dövlət qurur, digər tərəfdən də, bildirirdi ki, savab əməlləri 
çox olsa da, qiyamət günü bəndənin əməl tərəzisində ən ağır gələn 
şey gözəl əxlaq olacaqdır. Təbii ki, bu, islamda gözəl əxlaqa veril-
miş açıq-aşkar məqamın göstəricisidir. 
Din əxlaq cəhətdən insanlar arasındakı gözəl münasibətləri əks 
etdirir. Səmavi mahiyyəti baxımından isə o, bəndə ilə Rəbbin bit-
kin əlaqəsidir. Əslində, hər iki hal eyni həqiqətin fərqli təzahürləri-
dir. 
Müəyyən bir inancı (əqidəni) qəbul etməklə, itaətkarlıq göstər-
məklə bir insanın günahlarının “yuyulacağını” iddia edən dinlər 
vardır. 
Ancaq islam belə demir. İslamda əqidə yaxşı işlərə təşviq edən, 
öhdəlikləri yerinə yetirməyə çağıran anlayışdır. İtaətkarlıq isə 
şər əməlləri “silən”, kamilliyə imkan yaradan haldır. Yəni, islama 
görə, yaxşılıqlar pislikləri silir, insanı kamilləşdirib üstün məqama 
yüksəldir. 
Peyğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
bu cür ədalətli əxlaq 
prinsiplərini ümmətinə səylə öyrədirdi. İstəmirdi ki, müsəlmanlar 
əxlaqa bivec yanaşıb, bütün diqqətlərini dini ayinlərə yönəltsinlər. 
Ənəs ibn Malik 
(Allah ondan razı qalsın!)
 rəvayət edir ki, Peyğəmbər 
(Ona 
Allahın xeyir-duası və salamı olsun!) 
deyib: 
“Bəndə gözəl əxlaqı sayəsində Axirətdə yüksək məqama ucalar. 
Halbuki (dünyada ikən) ibadəti az idi. Pis əxlaq isə bəndəni cəhən-
nəmin ən aşağı qatına salar”
1

Həzrəti Aişə 
(Allah ondan razı qalsın!)
 belə rəvayət edir: 
“Peyğəmbərin 
(Ona Allahın xeyir-duası və salamı olsun!) 
belə dediyini eşit-
mişəm: “Bir mömin gözəl əxlaqı sayəsində oruc və namaz əhlinin 
məqamına yüksələr (Və ya: “Bir mömin gözəl əxlaqı sayəsində 
1
 Hədisi Təbərani rəvayət etmişdir. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə