Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 290,22 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix14.09.2018
ölçüsü290,22 Kb.
#68247
1   2   3   4   5   6   7

2. Müqavilədə  və ya icbari sığorta haqqında qanunda başqa hal nəzərdə tutulmamışdırsa, 

sığorta müqaviləsi sığorta hadisəsinin baş verdiyinə görə  sığorta məbləğinin tam verildiyi andan 

qüvvədən düşür.  

 

Maddə 28. Sığorta müqaviləsinə xitam verilməsi  

 

1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:  



1.1.  əmlak sığortası obyekti sığortaçının razılığı olmadan özgəninkiləşdirildikdə. Bu halda 

sığortaçı ilə  sığortalı  və ya əmlak sığortası obyekti xeyrinə özgəninkiləşdirilən  şəxs arasında yeni 

sığorta müqaviləsi bağlanıla bilər;  

1.2. müqavilənin qüvvədə olduğu müddət bitdikdə;  

1.3. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;  

1.4. sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə;  

1.5. bu Qanunun 36-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxs ləğv 

edildikdə və ya fiziki şəxs vəfat etdikdə;  

1.6. məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;  

1.7. sığorta obyektinin mövcudluğu bitdikdə (yox olduqda);  

1.8. qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığortaçı ləğv edildikdə;  

1.9. qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.  

2. Sığorta müqaviləsində  nəzərdə tutulmuş hallarda, habelə  tərəflərin razılaşmasına  əsasən 

müqaviləyə  sığortalının və ya sığortaçının tələbi ilə vaxtından  əvvəl xitam verilə bilər. Bu barədə 

tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 gün əvvəl yazılı  şəkildə 

xəbərdar etməlidirlər.  

3. Sığorta müqaviləsinə  sığortalının tələbi ilə vaxtından  əvvəl xitam verildikdə, sığortaçı 

çəkilmiş  xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; 

əgər bu tələb sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını sığortalıya 

bütünlüklə qaytarır.  

Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığortalının 

sığorta haqlarını bütünlüklə qaytarır;  əgər bu tələb sığortalının sığorta qaydalarını yerinə 

yetirməməsi ilə bağlıdırsa, sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti 

üçün sığorta haqlarını qaytarır.  

Bu bəndin birinci və ikinci abzaslarında nəzərdə tutulmuş hallarda sığorta haqlarının 

qaytarılması qaydası sığorta qaydalarında göstərilir.  

4. Sığortalının ölümü ilə əlaqədar sığorta müqaviləsinə xitam verildikdə, sığortaçı müqavilə 

müddətinin qalmış hissəsi üçün əvvəlcədən ödənilmiş  sığorta haqlarını  vəfat etmiş  sığortalının 

qanuni vərəsəsinə qaytarır.  

 

Maddə 29. Sığorta müqaviləsinin etibarsız sayılması  

 

1. Mülki Məcəllə ilə  nəzərdə tutulmuş  əqdlərin etibarsızlığının ümumi əsasları ilə yanaşı, 



sığorta müqaviləsi bağlandığı andan aşağıdakı hallarda etibarsız sayılır:  

1.1. sığorta obyekti məhkəmənin qüvvəyə minmiş hökmünə əsasən müsadirə edilməli əmlak 

olduqda;  

1.2. sığorta hadisəsindən sonra bağlandıqda;  

1.3. sığortaçının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda;  

1.4. sığorta müqaviləsi bağlandığı anda sığorta obyekti mövcud olmadıqda;  




1.5. sığorta obyekti sığortalının qeyri-qanuni mənafeləri ilə bağlı olduqda;  

1.6. sığorta müqaviləsi və ya bir neçə sığorta müqaviləsi ilə əmlak onun həqiqi dəyərindən 

artıq sığortalandıqda (sığorta məbləğinin artıq hissəsində);  

1.7. xüsusi razılığı olmayan sığortaçı ilə sığorta müqaviləsi bağlandıqda (bu halda ödənilmiş 

sığorta haqları tam həcmdə sığortalıya qaytarılır).  

 

Maddə 30. Sığorta haqları və tarifləri  

 

1.  İcbari sığorta növləri üzrə  sığorta haqları  və tarifləri qanunlara uyğun olaraq müəyyən 



edilir, digər sığorta növləri üzrə isə onları sığortaçı müəyyən edir.  

2. Zəruri hallarda haqsız rəqabətin qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti 

orqanı minimum sığorta tariflərini müəyyən edə bilər.  

3. Sığortalının ödədiyi sığorta haqları  məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə aid 

edilir.  

 

Maddə 31. Sığorta ödənişinin verilməsi  

 

1. Sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə 



və sığorta hadisəsi haqqında akta əsasən verir. Sığorta aktını sığortaçı və ya onun vəkil etdiyi şəxs 

(ekspert) tərtib edir. Sığortaçı sığorta hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq hüququna 

malikdir.  

2. Müəssisələr, idarələr, təşkilatlar və hüquq-mühafizə orqanları, sığorta hadisəsi ilə əlaqədar 

sığortaçının sorğusuna əsasən tələb olunan məlumatı verməlidirlər.  

3. Sığorta ödənişlərdən rüsumlar tutulmur.  

 

Maddə 32. Sığorta ödənişini verməkdən imtina  

 

1. Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi üçün əsaslar aşağıdakılardır:  



1.1. sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta 

hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi;  

1.2. müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmamışdırsa, normativ 

hüquqi aktlarla müəyyən edilmiş qaydada sayılan hərbi  əməliyyatları  və ya əlaqədar olan hərbi 

xarakterli tədbirlər;  

1.3. sığortalının sığortalanmış əmlaka dəymiş zərərin qarşısını almaq və ya həcmini azaltmaq 

üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda həmin tədbirləri qəsdən 

görməməsi;  

1.4. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən 

maneçilik törədilməsi;  

1.5. sığorta obyekti və hadisəsi barəsində  sığortalının sığortaçıya qəsdən yanlış  məlumat 

verməsi;  

1.6. sığortalının  əmlak sığortası üzrə  zərərin  əvəzini zərər dəyməsində  təqsiri olan şəxsdən 

alması.  

1.7. sığorta hadisəsinin olmaması.  

2. Sığorta məbləği əmlakın sığorta dəyərindən az olduqda, müqavilədə başqa qayda nəzərdə 

tutulmamışdırsa, sığorta ödənişi sığorta məbləğinin  əmlakın sığorta dəyərinə mütənasib surətdə 

azaldılır.  




Yüklə 290,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə