Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 290,22 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix14.09.2018
ölçüsü290,22 Kb.
#68247
1   2   3   4   5   6   7

 

1. Təkrar sığorta sığortaçının sığortalı qarşısında öz öhdəliklərinin bir hissəsinin yerinə 

yetirilməsi riskini başqa sığortaçıda (təkrar sığortaçıda) sığortalamasıdır.  

2. Təkrar sığorta müqaviləsini bağlamış sığortaçı sığorta müqaviləsinə uyğun olaraq sığortalı 

qarşısında götürdüyü öhdəliklərə görə tam həcmdə məsuliyyət daşıyır.  

 

Maddə 15. Şərikli sığorta  

 

1. Sığorta obyekti bir müqavilə  əsasında bir neçə  sığortaçı  tərəfindən sığortalana bilər. Bu 



müqavilədə  hər sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və  vəzifələrini müəyyən edən 

şərtlər olmalıdır.  

2. Yüksək risklərin birgə  sığortalanması üçün sığortaçılar öz aralarında bağlanan saziş 

əsasında sığorta daxılı yarada bilirlər.  

3. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri 

sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.  

 

Maddə 16. Ümumi sığorta daxılı  

 

1. Sığorta daxılı  həm könüllü, həm də qanunvericiliyə uyğun olaraq sığortaçıların arasında 



bağlanan saziş əsasında yaradılır.  

2. Saziş müəyyən bir iri sığorta obyekti və ya sığorta növü üzrə yüksək risklərin 

sığortalanması məqsədi ilə müəyyən müddətdə bağlana və ya müddətsiz ola bilər.  

3. Daxıla qəbul edilən risklərin və komissiyon mükafatının daxılın üzvlərinin arasında 

bölüşdürülməsi nisbətləri sazişdə müəyyən edilir.  

4. Daxıla qəbul edilmiş risklər onun adından üzvü olan sığortaçı  tərəfindən yenidən təkrar 

sığortaya verildikdə, bu işdə bütün üzvlərin iştirakı, öhdəliklərinin və komissiyon mükafatının 

bölüşdürülməsi qaydası daxılın üzvləri tərəfindən müəyyən edilir.  

5. Daxılın üzvü olan sığortaçıların rəhbərlərindən (nümayəndələrindən) ibarət şura tərəfindən 

idarə olunur və onun təsdiq etdiyi əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.  

 

Maddə 17. Sığortaçılar birliyi  

 

1. Ölkədə  sığorta işinin inkişafı, sığortaçılar arasında  əməkdaşlığın təmin edilməsi, onların 



hüquq və mənafelərinin qorunması məqsədi ilə sığortaçıların birliyi (Birlik) yaradılır.  

2. Birlik hüquqi şəxs statusuna malik olan qeyri-kommersiya təşkilatıdır.  

3. Birliyin orqanlarına seçkilərin keçirilməsi, idarə edilməsi, qərarların qəbul edilməsi və 

üzvlük haqlarının verilməsi qaydası, üzvlərinin hüquq və  vəzifələri qanunvericiliyə uyğun olaraq 

üzvlərin ümumi yığıncağında qəbul etdikləri nizamnamə ilə müəyyən edilir.  

4. Birlik, sığorta fəaliyyətinin inkişaf etdirilməsi üçün sığorta sahəsində  tədqiqat və ixtisas 

təşkilatları yarada, kurslar aça, seminar, konfrans və digər elmi tədbirləri təşkil edə, hüquqi şəxs olan 

sığorta büroları yarada bilər. Birlik sığortaçıların beynəlxalq və Azərbaycan Respublikası 

assosiasiyalarının və təşkilatlarının üzvü ola bilər.  

 

Maddə 18. Sığorta agenti  

 



1. Sığorta agenti (agent) təşkilati hüquqi formasından asılı olmayaraq hər hansı hüquqi şəxs 

və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ola bilər.  

2. Sığorta müqaviləsini bağlamaq və  sığorta haqlarını  qəbul etmək səlahiyyəti sığortaçıya 

məxsusdur. Bu səlahiyyət agentlik müqaviləsində göstərmək şərtilə agentlərə də verilə bilər.  

3. Agent müqavilə ilə  sığortaçının adından və onun verdiyi səlahiyyət daxilində vasitəçilik 

fəaliyyəti göstərir, o cümlədən sığortaçını təmsil edərək onun adından sığorta müqaviləsini bağlaya 

bilər.  

4. İkinci dərəcəli agent sığortaçı ilə müqavilə əsasında agentlik fəaliyyəti göstərən fiziki və 

ya hüquqi şəxsdir.  İkinci dərəcəli agentlərə  sığorta müqaviləsi bağlamaq və  sığorta haqları  qəbul 

etmək səlahiyyəti verilmir.  

5. Sığortaçının idarəetmə orqanının rəhbəri və üzvləri, müdiriyyət üzvləri və digər məsul 

işçiləri işlədikləri sığortaçının agenti ola bilməzlər. Bu tələb sığorta agentinin funksiyasını  həyata 

keçirən banklara aid edilmir.  

6. Sığorta agentləri aşağıdakı tələblərə cavab verməlidirlər:  

6.1. minimum orta məktəb təhsili; 

6.2. fiziki şəxs olan agentlərin mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində, habelə 

dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi və ya yerli özünüidarəetmə orqanlarında qulluq 

mənafeyi əleyhinə olan cinayətlərin törədilməsinə görə məhkumluğun olmaması; 

6.3. fiziki şəxs olan agentlərin Azərbaycan Respublikasında daimi yaşaması, hüquqi şəxs 

olan agentlərin idarəetmə orqanlarının Azərbaycan Respublikasında yerləşdirilməsi. 

7. Sığorta agentlərinin fəaliyyəti qaydasının müəyyən edilməsini və onların uçota alınmasını 

müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.  

 

Maddə 19. Agentin topladığı sığorta haqları  

 

1. Agentlər bir həftə  ərzində  qəbul etdikləri sığorta haqlarından öz komissiyon mükafatları 



məbləğini çıxdıqdan sonra qalan hissəni  ən geci növbəti həftənin son iş gününə  qədər sığortaçıya 

verməlidirlər. Hər gecikdirilmiş gün üçün sığortaçıya komissiyon mükafatının 2 faizi miqdarında 

dəbbə pulu ödənilir.  

2. Bu maddənin 1-ci bəndinin tələbini pozmuş agentə sığortaçı tərəfindən rəsmi xəbərdarlıq 

edilir. Xəbərdarlıq edildiyi gündən bir il ərzində belə pozuntuya yol verilərsə, sığortaçının onunla 

bağladığı müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vardır. Bu bənddə  nəzərdə tutulmuş 

əsaslarla müqaviləsi ləğv edilmiş agentlər agentlik fəaliyyəti ilə məşğul ola bilməzlər.  

3. Agentlər sığorta ödənişlərini verə bilməzlər.  

4. Sığortaçıya verilmiş sığorta haqları məbləğindən əlavə dəyər vergisi tutulmur.  

 

Maddə 20. Sığorta brokeri  

 

1. Sığorta brokeri (broker) sığorta müqaviləsində  sığortalını  təmsil edən, sığortaçının 



seçilməsi zamanı bitərəf və müstəqil mövqe tutaraq sığorta müqaviləsinin imzalanması üçün hazırlıq 

işlərini həyata keçirən və lazım olarsa, bu müqavilənin həyata keçirilməsinə köməklik göstərən 

hüquqi şəxs (broker təşkilatı) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 

fiziki  şəxsdir. Təkrar sığorta brokeri təkrar sığorta üzrə  sığortaçı ilə  təkrar sığortaçı arasında 

vasitəçilik fəaliyyəti həyata keçirən brokerdir.  



Yüklə 290,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə