Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   ...   25   26   27   28   29   30   31   32   33

92 
 
soğan da atıb od üzərində qoyurlar. Kəfi alınandan sonra yarımbiĢmiĢ olanda üzəri-
nə  sarıkök,  kartof,  qaysı,  duz,  Ģabalıd  və  quru  alça  əlavə  edib,  xırda  odda 
qaynamağa qoyurlar. Pitini sumaq, soğan, istiot və Ģor badımcanla yeyirlər. 
MƏRCĠ-BOZBAġ. Qaba ət, su, soğan töküb ocağa qoyur, kəfini alaraq ət 
yarımbiĢmiĢ olana qədər qaynadılır və ayrıca olaraq mərcini də yarımbiĢmiĢ olana 
qədər  qaynadıb,  suyunu  süzərək  biĢməkdə  olan  ətin  üzərinə  əlavə  edirlər.  Ona 
kartof, quru alça, duz və sarıkök töküb xırda od üzərində biĢməyə qoyurlar. Mərci-
bozbaĢı soğan, sumaq və Ģoraba ilə yeyirlər. 
TĠKƏ-KABAB.  Tikə-kabab  əsasən  qoyun  ətindən  biĢirilir.  Əvvəlcə  əti 
tikə-tikə  doğrayıb,  üzərinə  duz,  istiot,  sumaq,  turĢ  nar  və  xırda  doğranmıĢ  soğan 
töküb  qarıĢdıraraq  bir  saata  kimi  gözləyirlər  ki,  bunların  dadı  ətə  çıxsın.  Sonra 
ĢiĢlərə  çəkərək  köz  üzərində  biĢirilir.  Tikə-kababın  yanında  sumaq,  sirkə-
badımcan, soğan və duz olmalıdır. 
LÜLƏ-KABAB. Ətin yumĢaq yerini ayırıb soğanla birlikdə ət taxtasında 
döyüb  və  ya  ət  maĢınında  çəkib  duz  və  istiot  qarıĢdıraraq  istənilən  böyüklükdə 
lülələrlə ĢiĢlərə çəkərək köz üzərində biĢirilir. Lülə-kabab soğan, sumaq,  istiot  və 
Hər cür Ģoraba ilə yeyilir. 
TAVA-KABAB.  Ətin  yumĢaq  yerini  kəsib  soğanla  birlikda  döyür  və  ya 
çəkirlər. Ona duz və istiot vurub qarıĢdıraraq istənilən böyüklükdə yastılayıb və ya 
lülə  kababı  kimi  edib  tavada  qızardırlar.  Tava-kababı  soğan,  istiot,    və  hər      cür   
Ģoraba ilə yeyilir. 
TURġU-KABAB.  Əti,  cəfərini və  soğanı birlikdə  döyüb, üzərinə  duz  və 
istiot  töküb  qarıĢdırırlar.  Sonra  fındıq  böyüklükdə  küftələr  düzəldib  yastı  qaba 
düzürlər. Bir qədər cəfərini ayrılıqda narın döyüb suyunu sıxıb saxlayır, özünü isə 
yağ  tökülmüĢ  qabda  qovura-qovura  üzərinə  abqora  əlavə  edirlər.  QovrulmuĢ 
cəfərinin  üzərinə  su  tökür,  qaynamağa  baĢlarkən  küftələri  bir-bir  qazana  ataraq 
xırda  odda  ocağa  qoyurlar.  Hərgah  küftə  biĢib,  suyu  azalıb  və  yağa  düĢübsə, 
cəfərinin  suyunu  onun  üzərinə  töküb  bir  neçə  dəqiqə  qaynadıb  götürürlər.  TurĢu-
kabab plov ilə yeyilir. 
TAS-KABABI. Yağlı qoyun ətini tikə-tikə doğrayıb qaba tökərək üzərinə 
çoxlu  soğan,  turĢ  nar,  döyülmüĢ  sarımsaq,  istiot,  duz,  yağ  və  sarıkök  töküb  od 
üzərinə qoyur. Yağa düĢənəcən biĢirirlər. (Buna ―tənbəl xörəyi‖ də  deyirlər.) Tas-
kababı  əsasən çörəklə yeyilir. 
QĠYMƏ.  Əti  suda  pörtüb,  soğanla  birlikdə  döyərək  tavaya  yağ  töküb, 
döyülmüĢ əti qovururlar. Sonra da bunun üzərinə qabaqcadan döyülüb hazırlanmıĢ 
kiĢmiĢ  töküb  birlikdə  qovura-qovura  darçın,  sarıkök  və  duz  əlavə  edirlər.  Qiymə 
çox yağda biĢirilir. Qiyməni plovla yeyirlər. 
QĠYMƏ  - QATIQ. Əvvəl çoxlu soğan doğrayır, Sonra tavaya  yağ töküb 
doğranmıĢ  soğanı  qızarana  qədər  abqora  ilə  qovururlar.  Qabaqcadan  ətlə  soğanı 
döyüb fındıq boyda hazırlanmıĢ küftələri həmin qızarmıĢ soğanın üzərinə tökür, bir 


93 
 
az  da  su,  duz,  istiot,  sarıkök  və  darçın  əlavə  edirlər.  BiĢənə  az  qalmıĢ  abqora  və 
Ģəkər tozu töküb, ocaqdan götürürlər.  Qiymə - qatıqla,  plov ilə yeyilir. 
SƏBZĠ-QOVURMA.  Əti  xırda-xırda  doğrayıb,  suda  qaynadaraq  kəfini 
alıb, yarımbiĢmiĢ edirlər. Suyunu ayrıca saxlayaraq, ətin üzərinə yağ töküb bir az 
qızardırlar.  Sonra  keĢniĢi,  cəfərini,  göy  soğanı  və  turĢəngi  bıçaqla  doğrayıb  ətin 
üzərinə  səpirlər.  Qızarandan  sonra  ət  suyunu,  abqoranı,  duzu  onların  üzərinə 
birlikdə töküb ətin suyu quruyana qədər qaynadırlar. Səbzi-qovurmanı qatıqla, plov 
və çörəklə yeyirlər. 
QĠYMƏ-BADIMCAN.  Əvvəl    badımcanı  təmizləyib,  duzlayaraq  bir 
müddət  gözləyirlər  ki,  acı  qara  suyu  çıxsın.  Bu  müddətdə  əti  qaynadıb  kəfini 
alaraq,  sudan  çıxarıb  üzərinə  soğanı  xırda-xırda  doğrayıb  duz  tökürlər.  Sonra  bu 
qarıĢığı döyərək qiymə  halına gətirir, yağda qovura-qovura üzərinə  sarıkök, istiot 
və  tomat  tökürlər,  daha  sonra  badımcanın  duzlu  suyunu  yuyub,  yağda  hər  üzünü 
qızardaraq  qiyməni  içərisinə  doldurub,  tavada  yan-yana  düzürlər  ki,  bu  da  öz 
yağının buğu ilə biĢir. Qiymə-badımcan plov və  çörəklə  yeyilir,  xörəyin  yanında  
qatıq   da olmalıdır. 
QĠYMƏ-POMĠDOR, XĠYAR VƏ  ĠSTĠOT.  Bunlar  da  qiymə- badımcan 
kimi  biĢirilir,  ancaq  pomidor,   xiyar  və istiot  qabaqcadan badımcan  kimi  nə 
duza qoyulur  və nə də qızardılır. Ġçərisi boĢaldılıb təmizlənmiĢ pomidorun, xiyarın  
və istiotun   içərisinə   qabaqcadan   hazırlanmıĢ   qiyməni  dolduraraq, yan-yana 
tavaya düzüb, üzərini örtərək dəmlə biĢirirlər. Bunlar da plov və çörəklə yeyilir. 
YARPAQ  DOLMASI.  Yağlı  qoyun  ətini  doğrayıb  üzərinə  göy  soğan, 
keĢniĢ,  Ģüyüd,  sarımsaq,  nanə,  duz  və  istiot  tökərək  döyüb  qarıĢdırırlar.  Onları 
birlikdə  qoz  böyüklükdə  götürüb  pörtulmüĢ  tənək  yarpağının  içərisinə  qoyub 
bükür,  sıra  ilə  qaba  düzərək  az  su  töküb  ağzını  örtüb  aĢağı  odda  biĢirirlər.  Yeyi-
lərkən yanında qatıq da olmalıdır. 
KƏLƏM.  DOLMASI.  Qoyun  ətini  soğanla  döyərək,  üzərinə  duz,  istiot, 
sarıkök, darçın, albuxara,  düyü  və  Ģabalıd töküb  birlikdə    vəzləyərək pörtülmüĢ 
kələm  yarpağına büküb  biĢirilən qaba düzür, üzərinə sirkə-Ģirə (su, sirkə və qənd 
qarıĢığı) töküb xırda od üzərində  dəmə qoyurlar.  Kələm  dolmasını  ancaq çörəklə 
yeyirlər. 
ġABALID  QOVURMASI.  Əti  tikə-tikə  doğrayıb  qaynadaraq  sudan 
çıxarır,  bir  qaba  qoyurlar.  DoğranmıĢ    quru  soğan,  sarıkök  və  istiotla  yağda 
qovurduqdan sonra qazandan  çıxarıb  ayrı bir qaba qoyur, əvəzinə yağın içərisinə 
qaynanmıĢ  əti  töküb,  yarımqızarmıĢ  olanda  yağdan  çıxarır,  biĢirilən  qaba  sıra  ilə 
əvvəl bir sıra ət, soğan, Ģabalıd albuxara qarıĢığı tökürlər. Bu iĢ bir neçə dəfə təkrar 
olunandan  sonra  vamla  yanan  ocaqda  dəmə  qoyulur.  ġabalıd-qovurma  plov,  quru 
balıq və  göyərti  ilə yeyilir. 
KÜġVƏRƏ  (DÜġBƏRƏ).  Yağlı  qoyun  ətini  soğanla  döyüb  onu,  duz, 
istiot,  quru  nanə  ilə  qarıĢdırırlar.  Mayasız  xəmirə  yumurta  vurub,  nazik  yuxa 
açaraq 2 - 3 sm boyda dörbucaqlı Ģəklində kəsib, ortalarına ət qoyur, günc-güncə 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə