Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə32/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   28   29   30   31   32   33   34   35   ...   231

 

78

açmağa ixtiyarım yoxdur. Ancaq bizə – o, “bizə” sözünü xüsusi vurğu ilə tələffüz edir. – Bunun 



nə olduğunu deməlisiniz. İstəyirsiz, çəkilək bir qırağa, təklikdə deyin. 

 

– Siz ki, faytonçu deyilsiz, sizə deyərəm. Bu, kaustik sodadır, qətiyyən gizli bir şey deyil, əksinə 



faydalıdır. Müharibə başlayandan sonra ondan “ifşaedici” deyilən preparat buraxmağa 

başlayıblar. 

 

Sənəd-mənəd yoxlamağa ehtiyac qalmır, üçcə dəqiqənin içində namuslu adamı alverçidən, 



sabotajçıdan çox asanlıqla ayırmaq olur. 

 

Bu sözləri eşidəndə Əbülfəzlə patrulları dövrəyə almış işsizgücsüz küçə avaraları arasından iki 



nəfər ayrılıb, arxaya belə baxmadan tələsik əkilir. 

 

– Əmi, məni yoxla da, nolar, – deyə bir oğlan uşağı xahiş edir. 



 

– Preparat yalnız böyüklərə təsir edir, – Əbülfəz əda ilə cavab verir. – Namuslu adamlar üçün 

ziyansızdır, başqaları üçünsə, – bunu deyib, Əbülfəz patrulların böyüyünə mənalı bir nəzər salır, 

– bir az ziyanı var. Bax, məsələn, sən razı olarsan ki, səni yoxlayaq? Hə, bu meydan bu şeytan. 

 

– Məni yoxlamaq nəyə lazımdır? 



 

– Özün bilərsən. Könüllüdür. Əgər birisi nədənsə çəkinirsə, biz ona güzəşt edib yoxlamırıq, – 

Əbülfəz o biri patrullara göz vurur. 

 

– Gopa basma. Di tez ol, yoxla görək, – deyə patrulların böyüyü təkəbbürlə razılıq verir. Sonra 



da çamadanını götür, gedək şöbəyə. 

 

– Bu saat, o mənim əlimdə su içmək kimi bir şeydir! – Əbülfəz onu arxayınlaşdırır. – Cib 



dəsmalın var? 

 

Dəsmalı alıb bir oğlan uşağına verir: 



 

– Oğlum, qaç o dükanda dəsmalı islat. 

 

Sonra çamadanı açır, diqqətlə axtarıb, bir soda qəlpəsi tapır və onun hərəkətlərini narahatlıqla 



izləyən patrula yaxınlaşır. 

 

– Burda qorxulu bir şey yoxdur, – o, daha çox toplaşanlara müraciət edir. – İndi mən bu yoldaşın 



yaş alnında bir neçə xətt çəkəcəm. Əgər o, namuslu adamdırsa, alnı tərtəmiz qalacaq. Yox, 98 

əgər əksinədirsə, onda alnında üç hərf görünəcək: a, s, f. Yəni alverçi, sabotajçı, fərari. Hə, 

deməli, nə görünəcək? 

 

– Hərflər, – patrul itaətlə cavab verir. – Ancaq özünü incitmə, hərf-zad görünən deyil. Gopdur bu 



söhbətlərivün hamısı. 

 

Əbülfəzin qohumları eyvandan bu həngaməyə tamaşa edirlər. 



 

– Görəsən, Əbülfəz bu camaatı niyə başına yığıb? – deyə Kamilin atası heyrətlə soruşur. 

 

– Deyəsən, bu fırıldaq kiminsə alnına kaustik soda sürtür, – Kamil sakitcə cavab verir. 



 

– Sən tanıyırsan onu? – Lida soruşur. 




 

79

 



– Əlbəttə, dayımdır. – Kamil iyrənirmiş kimi üz-gözünü turşudur. 

 

– Nə qədər ki, kişinin dərisini yandırmayıb, gedim alım əlindən. 



 

– Baxın, yoldaşlar, cəmi iki dəqiqə keçib, ancaq hərflər artıq görünür. – Bir dəqiqə yarım qalıb. 

Diqqətlə baxın, görün indi nə olacaq, – Əbülfəz işini bərk tutub, – asta-asta camaatın arasında 

özünə yer eləyir, sonra da çamadanı qoltuğuna sıxıb, diqqəti cəlb etmədən bloka sivişib girir. 

 

Qaça-qaça pillələri enən Kamil Əbülfəzlə toqquşur. Onu itələyib çölə yüyürür. 



 

– Salam verərlər, kimyaçı yoldaş! – Əbülfəz hirslə onun ardınca çığırır. 

 

– Tez qaçın, üzünüzü yuyun. – Patrulun alnında Əbülfəzin yazdığı hərflər getdikcə daha da 



qızarır. – Alnınız yana bilər. Cəld olun! 

 

– Onu milisə aparmaq lazımdı, qoy əşyayi-dəlili də orada silib təmizləsin, – baxışlarını 



qaldırmağa cəsarət etməyən patrula, ittihamedici nəzərlərlə baxan kiçik patrul əmr edir. – 

Vətəndaş, məhbusun yanından çəkilin! 

 

– Uzaqdan eşidirdim söhbətinizi. Heç bir “ifşaedici”-zad yoxdur. Kaustik sodadır. Güclü 



qələvidir. Görürsüz, dərisini necə aşındırıb? Mən özüm kimyaçıyam, inanın, vallah, düz deyirəm. 

 

– Deməli, deyirsiz boş sözdür, hə?! – Patrul istehza ilə onun sözünü kəsir. – “İfşaedici” ilə 



yoxlayan kimi boynuna aldı ki, qənd alveri edir. Arvadı uşaq bağçasında yeməkxana müdiridir, 

o, bağçadan daşıyıb gətirir, bu da Kubinkada xırıd eləyir. 

 

İndi rəhbərliyi əlinə almış patrulun əvvəlki “böyüyü” gözlərini bərəldib, alnını qırışdırıb, nə 



barədəsə möhkəm fikrə getmişdi. 

 

Handan-hana soruşur: 



 

– Demək, deyirsiz ki, bu xüsusi yoxlama preparatı deyil? Kimyəvi, maddədir? 

 

Ətrafdakılar nəfəslərini belə dərmədən Kamilin cavabını gözləyirlər. 



 

Kamil təsdiq edir: 

 

– Elədir. Potaşa oxşayan maddədir. 



 

– Bəs hərflər? Bəs alnımdakı hərflər haradan peyda oldu?! 

 

– deyə alverçi-patrul hiyləgərcəsinə soruşur. – Vitrində görürəm də... ASD – üç hərfdir. 



Camaatın qabağında məni axmaq yerinə qoymayın. Onsuz da qanım gedib. Yox bir, potaşdan 

mən heç boşboş çərənləyirdim? 

 

Kamil üzünə zillənmiş baxışlarda açıq-aşkar bir inamsızlıq, bir rişxənd oxuyur. 



 

– Səhiyyə Nazirliyindən o yoldaş dedi ki, bu kau..., nə isə – sodanı lap təzə hazırlayıblar. Bir 

halda ki, kimyaçısız, yəqin bu günlərdə sizə də xəbəri gəlib çatar, – patrul əvvəlcə onu 

arxayınlaşdırıb, sonra da sabiq “rəhbərinə” sarı dönür. – Düş qabağıma! 

 



 

80

Kamil heç nə deməyib, çiynini çəkərək evə qayıdır. Qapıdan elə bir məqamda girir ki, Əbülfəz 



huş-guşla təxribatçıları tutması əhvalatını nəql edir. 

 

– Təsəvvür edirsiz? Təxribatçılar iki nəfərdi, özləri də silahlı, mənsə tək... 



 

– Bəxtləri gətirib ki, səndən də ikisi olmayıb. Elə hamımızın bəxti gətirib ki, mənim Əbülfəz 

dayımdan bütün dünyada bircə nüsxədir. 

 

Kamil bu sözləri qaşqabaqlı halda astanadan deyir. 



 

Əbülfəz özündən çıxır: 

 

– Nə demək istəyirsən? – Axı, nəyə görə hamınızın bəxti gətirib ki, məndən bircə dənədir? 



 

Anasının tənəli baxışlarını hiss edən Kamil dumanlı şəkildə izahat verir: 

 

– Ona görə bəxtimiz gətirib ki, sən çox nadir bir məxluqsan. 



 

Təxribatçıları da kaustik sodaynan tutursan? 

 

– E-eh... harada qaldım? – Əbülfəz çaşır. – Görürəm, sizə maraqlı deyil. Gəlin başqa şeydən 



danışaq. 

 

– Yox, yox, çox maraqlıdır, – deyə Lida dillənir. – Hə, deməli, onlar ikisi də silahlıdır, siz isə 



əliyalın... 

 

– Hə, onların ikisinində tapançası vardı. Mənim əlimdə isə... 



 

təkcə dəftər-kitab... 

 

– Bağışla, əvvəlini eşitmədim. Təxribatçıları harada görmüsən? 



 

Kitabxanada? 

 

Əbülfəz yersiz zarafatı qulaqardına vurub sözünə davam etdi: 



 

– Yük limanının yanında gördüm. Gözümün qabağında limanı partlatdılar. Baxıram tapançalara, 

sayıram görüm neçə güllə atacaqlar? 

 

Mən borcumu yerinə yetirməliyəm? Mütləq yetirməliyəm! 



 

Nəyin bahasına olursa-olsun! Nə gizlədim, birdən-birə cəsarət eləyib, hücuma keçə bilmədim

ancaq sonra ailəmizin şərəfini xatırlayıb, onların üstünə atıldım! Elə bil yuxuda vuruşurdum, bir 

də o vaxt ayıldım ki, tapançalar bir yandadır, təxribatçılar o biri yanda! Yəni ki, tapançalar 

əlimdədir, sahibləri də qabağımda. 

 

– Bəs kitabları neylədin? Onlara verdin saxlasınlar? 



 

– Görünüşləri necə idi? – Lida bu sualı verməklə Əbülfəzin diqqətini Kamildən yayındırır. 

 

Əbülfəz bir az fikirləşib cavab verir: 



 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə