Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə31/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   27   28   29   30   31   32   33   34   ...   231

 

76

tapmaq cəhdlərimiz bir nəticə verməyib. Çox güman ki, o, indi İranda deyil. Yəqin artıq 



Almaniyadadır, yaxud da sizinlə mənim əlimiz çatmayan başqa bir yerdədir. 

 

– Tapacam onu. Müharibədə Almaniyanın qələbə çalmaq şansları gündən-günə artır. Bircə ay 



ərzində ölkənin bütün Qərb hissəsini ona təslim etmisiz. Bu, hələ başlanğıcdır. Bir-iki günə 

Leninqrad da süqut edəcək. Onlar qarşısıalınmaz bir qüvvə ilə addım-addım Moskvaya 

yaxınlaşırlar... 

 

– Bu yerdə böyük Şah Abbas Səfəvinin kəlamı yada düşür: 



 

Qanlı döyüşlərdəki parlaq qələbələrdən sonra qəlbinizi oxşayan sərməstlikdən qorxun. Çünki 

savaş meydanındakı məğlubiyyət onu acı kədərə – insan qəlbi üçün həqiqətən öldürücü sayılan 

zəhərə çevirir, – deyə Əmiraslanov nəzakətli bir təbəssümlə xatırladır. 

 

– Mənim möhtərəm dostum sözlərimi düzgün yozmadı. Bu da məni Almaniyanın qələbələri 



qədər məyus edir. Axı mən bu zəfərlərdən ona görə söz açdım ki, niyyətimdən dönməyim, daha 

möhkəm olum. Hadisələr ki, belə gedir alman qoşunları mütləq Şimaldan Qafqaza soxulacaqlar. 

Və o zaman haradasa – Allah-təalanın özünün qabaqcadan müəyyən etdiyi yerdə mən Səba ilə 

görüşəcəyəm. 

 

– Xoşbəxtlikdən, bu, qeyri-mümkündür, – Əmiraslanov gözucu saatına baxır. – Çünki o 



görüşdən beşcə dəqiqə sonra sizi güllələyərlər. 

 

– Mənə bircə dəqiqə lazımdır. Yalnız birinci dəqiqə. Yox, sizdən xahiş edən deyiləm ki, məni 



özünüzlə aparasız. Siz razılaşsanız belə, bunun heç bir mənası yoxdur. Başqa bir yol tapmışam: 

 

müttəfiqlər gələndən sonra milliyətçilər alayı Türkiyə sərhədinə qaçıb. Sabah dağlardan 



Türkiyəyə, oradan isə Almaniyaya keçəcəklər ki, sonradan Bakıya hücum edəcək qoşunlarla 

birləşsinlər. 

 

Onlarla gedəcəyəm. 



 

Əmiraslanov şübhəsini gizlətmədən Fərzaniyə baxır: 

 

– Əminsiniz ki, onlar sizi qəbul edəcəklər? Şəxsən mən əmin deyiləm. Üstəlik də onlar düşmən 



əhval-ruhiyyəli kürdlərin ərazisindən keçib getməlidirlər. Sizin yaşınızda... 

 

– Qəbul edərlər, – Fərzani tələsmədən onun sözünü kəsir. 



 

– Eşitsələr ki, vətənpərvər və onlarla həmfikir olmağım bir yana, hələ üstəlik Ankarada ya da 

İstanbulda otuz min dollar pul da verməyə hazıram, oynaya-oynaya qəbul edəcəklər. Bax, bu 

pullar mənim dağları aşmağımı da asanlaşdıracaq. 

 

Lida ilə Kamil Sahil küçəsindəki evin pillələrini qalxırlar. 



 

– Baxarsan, səni görəndə nə qədər sevinəcəklər. Neçə gündür ki, səbirsizliklə gözləyirlər, – hiss 

olunur ki, Kamilin kefi kökdür. 

 

– Doğrudan? 



 

– Bəs necə?! Sən mənim valideynlərimi hələ tanımırsan. Məndən çoxdan narazıdırlar ki, bu yaşa 

çatmışam, ancaq hələ heç kəslə ciddi görüşüm-filanım olmayıb. 



 

77

 



– Bəs qeyri-ciddi? Yəqin xatırlamalı çox şey var! – deyə Lida qəsdən incik əda ilə soruşur. 

 

– Səndən nə gizlədim: son üç ildə heç nə... İş belə gətirib! Gör, məsələ nə yerə çatıb ki, kiçik 



qardaşımı mənə misal çəkirlər. Bax, buna görə də bilirəm ki, bizi, yəni səni görəndə çox 

sevinəcəklər. 

 

Odur ki, əzizim, hər şey sadə və aydındır, elə deyil? 



 

– Hə, hə, elədir. Sadədən sadədir, – deyə Lida təsdiq edir. Bir azdan elə bu binanın qarşısında bir 

fayton dayanır. Əbülfəz faytondan sürüyə-sürüyə yekə bir çamadan düşürür. 

 

– Bəs pul? – Faytonçu arxasınca çığırır. 



 

– adama kömək eləmək heç yadınıza düşmür. Hamınızın fikrinizdəki bircə elə puldur! – 

Çamadanı səkinin üstünə qoyub, faytonun yanına qayıdır. – Nə qədər verməliyəm? Nə-ə?! – Əli 

ilə dənizdə görünən iri sərnişin gəmisinə işarə edir. – Görürsən? Bu qədər pula mən bazardan 

paroxodla gələrdim. – Ovcunda saxladığı əzik-üzük əskinası ona uzadır. Artığı da sənin olsun... 

Nə var, nə üz-gözünü turşutmusan, limon-zadam səninçün? Başa düş, bu çamadanda nə 

apardığımı sənə deyə bilmərəm. Bilsəydin, lap havayı aparardın, üstəlik sevinərdin ki, canını 

yaxşı qurtarmısan! 

 

– Sən Allah, de! Verdiyin pulu da qaytarram. Kibrit alarsan özüvə – yarım qutu düşər, – faytonçu 



yuxarıdan-aşağı Əbülfəzi səsləyir. O isə saymazyana tərzdə əlini yelləyərək, çamadanı binanın 

giriş qapısına tərəf sürüyür. – Əh, demirsən, demə! Ancaq qumbara, bomba aparırsansa, özüvə 

qismət olsun! 

 

Kənardan bu söhbətə diqqətlə qulaq asan qollarına qırmızı bağlamış üç nəfər növbətçi patrul 



Əbülfəzə yaxınlaşırlar: 

 

– Vətəndaş! Vətəndaş! Çamadanı açın! 



 

– Vaxtım yoxdur, vaxtım yoxdur, – Əbülfəz tələsik cavab verib, əlindəki çamadanla cəld bloka 

soxulmaq istəyir. – Vacib işim var, sizə görə gecikə bilmərəm. – Elə bu vaxt dəstənin böyüyünü 

tanıyır və dərhal da özündən çıxır. – Bura bax, sən mənə nə vermisən, ala bilmirsən? Gah 

vağzalda ilişirsən, qohum-qardaş yanında biabır eləyirsən, gah da gündüzün günorta çağı axtarış 

aparmaq istəyirsən! 

 

Pah, məni axtaracaq! Bəlkə atam atova borcludur, xəbərim yoxdu? 



 

Nə yapışmısan yaxamdan! Əl çək məndən, get işinlə məşğul ol. 

 

Mədənlərdə, zavodlarda adam çatışmır. Səhərdən-axşamacan küçələri veyllənməkdən 



bezməmisən? Hələ üstəlik namuslu vətəndaşlara ilişirsən? 

 

– Milisə düşmək istəmirsənsə, çamadanı aç, – deyə növbətçi gözlərini bərəldib, əmr edir. 



 

– Hə, bax! Razı qaldın? – Çamadanı asıb soruşur. 

 

– Bu nədir belə? -Növbətçi çaşqın halda qaşlarını qaldırıb, çamadanın içinə baxır. – Bizə 



məlumdur ki, siz içində gizli yük olan çamadan gətirmisiz. Özünüz faytonçuya dediniz ki, sirri 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə