Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə33/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   29   30   31   32   33   34   35   36   ...   231

 

81

– İkisi də cavandı. Biri lap kifir idi, ona baxanda o birisi adama oxşayırdı. Ancaq heç biri bir 



zibil deyildi. Şəxsən mən qızımı onlardan heç birinə ərə verməzdim. Heç diversant yox ey, lap 

kimyaçı olsalar da... 

 

– Sən heç öz qızını təhər-tövründən mənə oxşayan kimyaçıya da verməzsən, düz demirəm, 



Əbülfəz dayı? 

 

– İllah da kürəkən xasiyyətdən sənə oxşasa, vay mənim halıma. 



 

Yox, vermərəm, qızımın düşməni-zadı deyiləm ki... – Əbülfəz tam ciddiyyətlə cavab verir. 

 

Kamilin anası süfrə açır. Lida ona kömək etməkçün ayağa qalxır. 



 

Əbülfəz fürsətdən istifadə edib, pıçıltı ilə Kamilə deyir: “Min dəfə sənə demişəm ki, yad adam 

yanında mənə dayı demə.” – Eybi yox, indi düzəliş verərəm, – Kamil də bunu pıçıltı ilə deyib, 

sonra ucadan soruşur: – Yaxşı, sənin yerində başqası olsaydı, əvvəl-əvvəl rəhbərliyin 

təşəkküründən danışardı. Sən isə təvazökarlıq edirsən. Danışsana! 

 

– Hə, təşəkkür elədilər də, özü də necə! Ancaq mən o saat dedim ki, belə şeylərə ehtiyac yoxdur, 



mən öz borcumu yerinə yetirmişəm. Sözümə baxan kimdi, hökumət təltifinə layiq gördülər. 

 

Bu günlərdə təntənəli surətdə təqdim edəcəklər. 



 

– Bir dəqiqə dayanın, zəhmət olmasa! – Kamilin atası küçədə səsgücləndirici ilə verilən hansısa 

elanı eşitməyə çalışır. – Nəsə məlumat verirlər. Radionu aç, oğlum. 

 

Levitan “Sovinformbüro”nun məlumatını oxuyur: “Qoşunlarımız inadlı döyüşlərdən sonra 



Rostovu tərk etmişlər...” Araya sükut çökür. Ananın gözləri yaşarır. 

 

– Polad axırıncı məktubunu Rostovdan yazmışdı. 



 

– Orada yolüstü dayanmışdılar, – deyə Kamil astadan düzəliş verir. – Srağagün onun məktubunu 

mənə özün oxudun ki... Poladgilin dəstəsi Rostovun iki yüz kilometrliyindədir. 

 

Əbiyev bağ evində əyləşib alman radiosunu dinləyir. 



 

– Almaniyada bayram elan eləyiblər. Axı, onlar Rostovu “Qafqazın darvazası” adlandırırlar. 

Hitler deyib ki: Qafqaz tamam ələ keçirilən gün Bakıda Qafqaz adəti üzrə ağ atın üstündə parad 

qəbul edəcək. 

 

– Heç inanmıram, o, yəhərdə özünü saxlaya bilsin. Amma nə bilim, bəlkə mən yaşda bir qoca 



yabı tapdılar, – deyə Məmməd özözünə danışırmış kimi fikrinə gələni dilinə gətirir. – Yuxusunda 

görər ağ köhləni. At qocaldıqca rəngi tündləşir. – Əbiyevin radionu söndürməsini öz 

mülahizələrinə maraq əlaməti zənn edən Məmməd izaha başlayır. – Niyə belə deyirəm? 

Srağagün stansiyada plakat gördüm, Hitlerin də şəkli üstündə. Elə gülməlidir ki... 

 

qıçları qollarından qısadır. Siyasətdən başım çıxmasa da, atlara bələdəm. Yaxşı ayğır eləsini 



yaxına qoymaz! 

 

– Sənin gördüyün karikatura imiş, – bəy yorğun halda dillənir. 



 


 

82

– Özü də çox böyük səhvə yol verirlər ki, Hitleri gülməli, axmaq təsvir eləyirlər... Məmməd, 



mənim tüfənglərim hardadı? 

 

– Tüfənglər harada ola bilər, ay bəy? Anbardadır. Beşi də yan divardan asılıb. Keçən həftə 



hamısını təmizləyib yağlamışam. 

 

– Bir beşaçılan seç, gətir bura. 



 

– Vinçestr, Zauer? 

 

– Fərqi yoxdur! 



 

Məmməd iki tüfəng gətirir. 

 

– Lap qocalmısan, ay Məmməd, dedim birini gətir də... 



 

– Sizinçün birini gətirmişəm, bəy, – Məmməd inciyir. – Əgər bəy özü davaya hazırlaşır, ancaq 

elə zənn edirsə ki, Məmməd silahsız, əli qoynunda durub tamaşa eləyəcək... 

 

– ...onda bəy səhv edir, hə? Niyə susdun? – Bəy tüfəngi gözdən keçirə-keçirə onun sözlərini 



tamamlayır. 

 

– Bəy, siz bilən, almanlar doğrudan Bakıya gələcəklər? 



 

Əbiyev başı ilə təsdiq edir: 

 

– Gələcəklər. Artıq aydındır ki, onları saxlamaq qeyri-mümkündür. 



 

Hətta almanlar ikicə ilə bütün Avropanı udanda belə mən hələ də nəyə isə ümid edirdim... Ancaq 

indi görürəm ki, onların qabağını almaq mümkün olan şey deyil, – Əbiyev həmsöhbətini unudub 

fikrə gedir. Məmməd ehtiyatla sükutu pozur: 

 

– Əgər bütün Avropa onların öhdəsindən gələ bilmədisə, lap bəy kimi igid adam onlara qarşı 



təkbaşına neyləyə bilər? Özü də ov tüfəngiynən. Deyirəm... Axı onlar bizi öldürərlər. 

 

– Əlbəttə öldürərlər. Səninlə mənə də elə bu lazımdır da... 



 

– Əbiyev xəyalpərvərcəsinə dillənir. – Heç olmasa, çarpayı dustağı olub, qocalıq mərəzindən 

ölmərik. Güclü, amansız düşmənlə vuruşub, əsl kişi kimi alnıaçıq ölərik. O düşmən özündən 

zəiflərə olmazın bədbəxtlik gətirib... Məmməd! Əsl düşmənlə üzbəüz döyüşdə ölmək 

xoşbəxtlikdir! Yoxsa sən istəyirsən bu dünyadan yavaş-yavaş köçəsən? Gündən-günə taqətdən 

düşəsən, yaddan çıxmış şam kimi öləziyib sönəsən? 

 

– Bəy necə istəsə, elə də olacaq. Gedim, tüfəngləri yağlayım. 



 

– Məmməd belə desə də, ancaq astanadan çəkilmir. 

 

-Nə istəyirsən? 



 

– Bəy, bayaq sözüm yarımçıq qaldı. Demək istəyirəm ki, ağ atlar arasında dəlisov ayğırlar başqa 

rənglərdən çox olur. 

 



 

83

Əbiyevin səbirsizlik oxunan baxışlarını görən Məmməd tələsik fikrini yekunlaşdırır: 



 

– Bəy necə bilir, birdən işdi-şayəd paradda at Hitleri yerə çırpsa, Bakı radiosu ilə xəbər 

verərlər?.. 

 

Polad kazarma otağındadır. Təkdir. Yır-yığış eləməyindən belə görünür ki, harayasa getməyə 



hazırlaşır. Çamadanından, dolabın yeşiyindən məktubları, hansısa kağız-kuğuzları çıxarıb, 

hamısını xırda-xırda cırıb tikələyərək, stolun üstünə tökür. Tələm-tələsik hərbi paltarını geyinir, 

tapançanın darağını yoxlayır, cırdığı kağızları yığışdırıb götürür, yol boyu qabağına çıxan zibil 

qutularına hissə-hissə tullayır. Çıxışdakı növbətçiyə icazə vərəqəsini göstərib, yaxınlıqdakı 

“mülki” poçta doğru yönəlir. İçəri girib harayasa teleqram vurur. 

 

Aramla şəhərin küçələrini dolaşır. Bazar günü hava xoş olduğundan küçələr adamla doludur. 



Papanin küçəsinin tininə çatanda, zirzəmidə yerləşən “Kooperator” restoranının girişinə gözucu 

nəzər salır. Sonra sağa dönüb beşmərtəbəli binanın həyətinə girir. 

 

Restoranın xidmət otaqlarının qatı rəng çəkilmiş tənzif “xaçlar” yapışdırılan pəncərələri bu 



həyətə baxır. Polad saatına baxıb təzədən küçəyə qayıdır. Xidmət yoldaşları Semyonla Teymur 

onu səsləyəndə narazı halda üz-gözünü turşudur. 

 

– Bəs sən oturub məktub yazacaqdın? – Teymur təəccüblə soruşur. 



 

Nə bilim, yazmağım gəlmədi. Sizdən sonra bir az oturdum, sonra dedim çıxım bir gəzişim. 

Buraxılış kağızım boş yerə batsın? 

 

Bəs siz hara belə? 



 

– “Siz” yox, “biz”, – deyə Teymur cavab verir. – Semyon valideyinlərinə baş çəkmək istəyir, 

nəzakət xatirinə məni də dəvət eləyib. İndi də... 

 

– Nəzakət xatirinə niyə? Üçümüz də bizə gedəcəyik, – Semyon onun sözünü kəsir. – Heç belə 



şey olar? Düz beş gündür mənim doğma şəhərimdəyik, sizsə hələ də bizim evdə olmamısız. 

 

– Başqa vaxt gedərik. Bu gün nədənsə heç kefim yoxdur. Tək qalmaq istəyirəm. 



 

– Aha sən də şikayət edərsənmiş?! Yoxsa hamı məəttəl qalıb ki, bu necə adamdır, həmişə 

gümrah, həmişə nikbin. Görürsən də, hərdən adam heç özü də bilmədən qəm dəryasına qərq olur. 

Eybi yox, mən sənin kefini bu saat açaram. 

 

Qırsaqqız yoldaşının əlindən yaxasını necə qurtaracağını bilməyən Polad onlarla bir iki addım 



atır. Qəflətən Teymur onu dümsükləyir: 

 

– Ora bax! – Şit geyimli bir neçə qız kinoteatrın qarşısında dayanıb, reklam stendlərinə tamaşa 



edirlər. – Uşaqlar, gəlin kinoya gedək! 

 

– Get, get, yoxsa biletlər qurtarar. Qızla tanış olmaq üçün kinodan yaxşı yer ola bilməz, – deyə 



Polad sevinir ki, indicə canını qurtaracaq. 

 

– Sonra vaxt olanda məni də tanış eləyərsən. 



 

Semyon imtina edir: 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə