Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə30/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   26   27   28   29   30   31   32   33   ...   231

 

74

Unter zabit itələyib, bağın qapısını taybatay açır. Orada gömgöy otların üstündə süngü ilə qətlə 



yetirilmiş adamların meyitləri səliqə ilə yan-yana uzadılıb: Fərzaninin arvadı ilə oğlu, aşpaz, 

dalandar, nökər və qulluqçular. 

 

Səba bir müddət qandallardan qurtulmaqçün çırpınan Fərzaniya məşum məmnunluq hissi ilə 



baxıb, cəld çıxır. Üzərində İngiltərə bayrağı dalğalanan maşınlar yerlərindən qopub sürətilə 

sahilə doğru şütüyürlər. 

 

Qarşıdan eyni sürətlə sovet əsgərləri ilə dolu maşınlar gəlib keçir. “Müttəfiqlər” sürəti 



azaltmadan bir-birini salamlayıb aralanırlar. 

 

Pəhləvi tərəfdə Xəzərin sahili. 



 

Sovet və ingilis əsgərləri Səbanın dəstəsini axtarır. Əmiraslanovla Fərzani maşınla gəlirlər. 

Fərzani düşmür. Heç bir məna ifadə etməyən nəzərlərini harasa irəli zilləyib. Oturacağa 

yapışıbmış kimi yerindən tərpənmir. Zabitlərdən biri qaçaraq özünü yetirir və həyəcanla raport 

verir. 

 

– Yoldaş general, havadan kəşfiyyat nəticəsində, iki “Yunkers” hidrotəyyarəsi gizlədilən buxta 



aşkar edilmişdir. Lap yaxınlıqdadır, 5 kilometrlik məsafədə. Yəqin qaranlığın düşməsini 

gözləyirlər. 

 

Əmiraslanov Fərzaniyə sarı dönür. O, başını bulayır: 



 

– Orada olmaz. Havadan görünməsi mümkün olan hidrotəyyarələrə Səba heç yaxın düşməz. 

 

Əmiraslanov səbirsiz halda zabiti maşına dəvət edir. Maşın sürətlə yerindən götürülür. 



 

– Onların uça bilməməsi üçün tədbir görmüsünüz? 

 

– Xətrimə dəyirsiz, yoldaş general, – deyə zabit nizamnaməyə qətiyyən uyğun olmayan bir 



tərzdə cavab verir. – Buxtanın çıxışını möhkəm bağlamışıq. Havadan və sahildən daimi 

müşahidə aparılır. 

 

Heç quş da səkə bilməz! 



 

– Quş bir yana, təyyarənin həndəvərində adam-zad gözünüzə dəyib eləməyib ki? 

 

– Heç kəs yoxdur. Səsgücləndirici vasitəsilə bir neçə dəfə təslim olmağı təklif etmişik. 



Təyyarələrdən heç bir cavab verən olmayıb. 

 

Təyyarələrin üstünə çəkilmiş nazik tor və onun üzərinə addabudda səpilmiş “yarpaqlar” hətta ən 



yaxın məsafədən belə, ilk baxışdan sahildəki meşəliyin davamı kimi görünür. 

 

– Təyyarəçilərin dediyinə görə, aşkar edildikləri vaxt hidrotəyyarələr artıq uçuşa hazır imişlər, – 



onları qarşılayan mayor buxtanı binoklla seyr edən Əmiraslanova məlumat verir. 

 

– Nəyə əsasən belə deyirlər? 



 

– Hava haqqında radio ilə verilən məlumatda qasırğa gözlənildiyi elan edilsə də, təyyarələr bütün 

bərkidici qurğulardan açılıb. 

 



 

75

Bundan əlavə, suya oturma dərinliyi göstərir ki, onların yanacaq bakları ağzınadək doludur. 



Texniki təlimata əsasən isə, uçuşa iyirmi dəqiqə qalana qədər dolu yanacaq bakı ilə su üzündə 

dayanmaq qadağandır. Çünki bu zaman təhlükəli deformasiya riski yaranır. 

 

– İnandırıcı deyil, – Əmiraslanov fikirli-fikirli soruşur: – Fikriniz nədir? 



 

– Desant qrupu əməliyyata hazırdır. Katerlər təyyarələrə quyruq tərəfdən yaxınlaşacaq. Bu növ 

təyyarələrin həmin hissəsi nisbətən təhlükəsizdir, hətta həmin hissəyə “ölü nöqtə” deyirlər. 

 

Hücuma keçməyə icazə verirsiz? 



 

Sanki beynindən keçən xoşagəlməz fikirlərə cavab olaraq, Əmiraslanov narazı halda çiynini 

çəkir: 

 

– Görünür, başqa çıxış yolu yoxdur. Başlayın. 



 

Öz arxalarınca sulu yelpazələr açaraq, katerlər irəli cumurlar. 

 

Buxtanın girişindən – dar boğazdan keçən kimi, onlar bir-birindən aralanır və buxtanın bütün eni 



boyunca kəskin dövrə vurub, eyni vaxtda təyyarələri dövrəyə alırlar. 

 

Sahildən aydın görünür: hücum qrupunun əsgərləri təyyarələrin illimunatorlarından boylanaraq, 



içəridə heç kəsin duyuq düşmədiyini yəqin etdikdən sonra trapla yuxarı qalxırlar. Təyyarənin 

qapısı bağlı deyilmiş. 

 

– Saxlayın onları, – deyə Əmiraslanov qəflətən çığırır: – Hanı səsgücləndirici?! 



 

Elə bu anda bir-birinin ardınca iki güclü partlayış gurlayır. Az qala səmaya yüksələn iki nəhəng 

su sütunu yavaş-yavaş endikdən sonra da, dənizin ağappaq köpüklə örtülmüş səthi hələ uzun 

müddət qaynayır. 

 

Sıldırım sahilə çırpılıb geri qayıdan dalğalar sanki baş vermiş bu faciədən fəryad edir və artıq 



məzara çevrilmiş adsız buxtadan baş götürüb qaçırlar. Məruz qaldıqları amansız bəla qarşısında 

öz gücsüzlüyünü dərk edən adamlar isə nə edəcəklərini uzun müddət kəsdirə bilməyib, ta 

qaranlıq düşənədək sahildə qalırlar. 

 

Əmiraslanov Fərzani ilə vidalaşır. 



 

– Sizə bir köməyim dəyə bilsəydi, çox şad olardım, – o, son üç sutkada saçları əməlli-başlı 

ağarmış Fərzaninin halına ürəkdən acıyır. 

 

– Mənə yalnız o bir Allah kömək edə bilərdi – bir qəfil ölüm göndərsəydi. Ancaq Xuda bunu 



istəmədi. Müdrik Yaradan ölümü bir müddət məndən uzaqlaşdırmaqla, mənə ağır düşüncələrə 

dalmaq üçün vaxt, bir də məqsəd əta elədi. İndi mən bir şeyi dəqiq bilirəm: Səbanı öz əllərimlə 

qanına qəltan etməyincə, nə o dünyada, nə də bu dünyada rahatlıq tapa biləcəyəm, – deyə 

Fərzani sakit bir qətiyyətlə cavab verir. – Yəqin fikirləşirsiz, dərd mənim ruhumu elə sarsıdıb ki, 

özümə mənasız arzularla təsəlli verirəm. 

 

Əmiraslanov: 



 

– Mən başa düşmürəm sizi. Ancaq nə gizlədim, ağaye Fərzani, sizin bu arzunuz mənə çox 

dumanlı görünür, – o, Fərzaninin qəlbinə dəyməmək üçün yumşaq tərzdə sözə başlayır. – Səbanı 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə