Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə26/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   22   23   24   25   26   27   28   29   ...   231

 

64

gərək o vaxtacan iki kilo soda yığaq. Daha indi sirr də olsa, demişəm sizə, bu sodadan babanız 



üçün çox vacib bir dərman düzəldirlər. Əgər istəmirsinizsə babanız vaxtından əvvəl ölsün, gərək 

var qüvvənizlə çalışasınız. Kim hamıdan çox yığsa, deməli, babasını lap çox istəyir. 

 

Kim bu qabı doldursa, babasını çox sevdiyinə görə ona yarım banka şirin süd düşür, az yığana 



isə yarım qutu yumurta paraşoku. 

 

Əbülfəz alaq otları və zirzibilin arasında adda-budda gözünə sataşan kaustik soda parçalarını 



əyilib yerdən yığa-yığa anbarların arası ilə irəliləyir. Qəflətən anbarlardan birinin yarıaçıq 

qapısına gözü sataşır. Boylanıb baxır, orada əyinlərində yağa-neftə bulaşmış kombinezon olan 

iki nəfər liman fəhləsinin hansısa kiçicik bir cihaza naqil birləşdirdiyini görür. Yanlarındaca – 

döşəmədə təzəcə qazılmış 81 bir çala var. Əbülfəz alnını qırışdırıb, onların nə iş gördüyünü 

anlamağa çalışır. Bu zaman fəhlələrdən biri cihazın açarını burur və həmin anda limanda 

qüvvətli partlayış gurlayır. Əbülfəz qorxmuş halda üzüquyulu özünü torpağın üstünə atır. Ancaq 

görünür, uşaqları xatırlayıb dərhal yerindən sıçrayır. Onların yanına qaçmaq istəyir, lakin 

qəflətən beyninə nə fikir gəlirsə, bir anlıq dayanıb, sonra üzərində dəmirbarmaqlıqlı xırdaca 

nəfəslik olan metal qapının cəftəsini vurur. Bir kənarda atılıb qalmış paslı arabanı zor-bəla ilə 

yerindən qaldırıb, qapının ağzına aparır. Sonra atalıq instinktinin təsiri altında balalarını 

axtarmağa yüyürür. Onları sağ-salamat görüb, yaxınlıqdakı anbar tikililərindən birinə yığır və 

sakitcə oturmalarını tapşırır. Vəd edir ki, sözə baxsalar, hərəsinə bir banka şirin süd verəcək. 

 

– Bu da sizə pendir-çörək. Bu saat qayıdıram. Kim başını bayıra çıxarsa, mənə deyərsiniz. Onun 



südünü də sizə verərəm. 

 

Əbülfəz ucadan fit çala-çala bağladığı qapıya tərəf qayıdır. 



 

O yaxınlaşan kimi qapının arxasında səs-səmir kəsilir. Əbülfəz yarıuçulmuş səkinin üstündə 

oturur. Tələsmədən portfelindən pendirçörək, pomidor və soğan çıxarır. Baş soğanı yumruğu ilə 

əzib, liman tərəfdən eşidilən hay-küyə əhəmiyyət vermədən yeməyə başlayır. 

 

– Ey, ay kişi! – Qapının arxasından onu səsləyirlər, – Qapını sən bağlamısan? 



 

– Ağıllı adamsan, ancaq çox axmaq sual verirsən, – deyə Əbülfəz tələsmədən yeməyini çeynəyib 

udduqdan sonra cavab verir. 

 

– Sən də ağıllı ol, bizi buradan burax. Peşman olmazsan! 



 

Mən burada təsadüfi adamam, yoldan keçənəm. Nə bilim, sizi buraxmaq olar, ya yox. Bir az 

gözləyək, işçilərdən biri gələr, məsləhət bilsə, sizi buraxar. 

 

– Onda gec olacaq! Sən gəl aç qapını, biz tələsirik. Nə dilbilməz adamsan! 



 

– Dilbilməz niyə oluram? – Əbülfəz inciyir. – Nə qədər ki, limanda camaat bir-birinə dəyib, siz 

də özünüzü ora yetirmək istəyirsiniz. 

 

Qorxursunuz kimsə bilər ki, ikiniz birlikdə harayasa əkilibsiniz. 



 

Anasının əmcəyini kəsən adam o qədərdi ki... 

 

– Bəs onda burax da... Bizim işimizin pis olmağından sənə nə fayda? Ancaq kömək eləsən



xəcalətindən çıxarıq. Atamın qəbrinə and olsun, ömrünün axırınacan tək özünə yox, bütün ailənə 

bəs edər. Tez ol! 




 

65

 



– Bilirsən, pul yaxşı şeydir! – Əbülfəz ah çəkir. – Ürəkdən təklif edəndə adam boyun qaçırmaq 

istəmir... Ver gəlsin. 

 

– Hərif özünsən, əvvəl burax, sonra pulu al. 



 

– Məsləhət sizindir, – Əbülfəz yerindən tərpənmir. 

 

Qısa məşvərətdən sonra nəfəsliyin barmaqlığı arasından bir əl uzanıb, pul bükülüsünü çölə atır. 



 

Əbülfəz iməkləyə-iməkləyə cəld pulları qapıb, dərhal sayır. 

 

– Elə bu? – deyə istehza ilə soruşur. 



 

– Üstümüzdə bundan artıq yoxdur. Buraxarsan, ondan yüzqat artıq verərik! Cəld ol, vaxt keçir! 

 

– Bu nə söhbətdir? Tələsirsənsə, bir az da tərlə, nə məni ləngit, nə də özünü. 



 

İkinci pul bükülüsü qarşısına düşəndə başını razılıqla tərpədir. 

 

İçəridən səs eşidilir: 



 

– Əzizlərimin canına and olsun, artıq bir qara qəpiyim də yoxdur! 

 

– Bundan artıq heç lazım da deyil. – Əbülfəz onu arxayınlaşdırır. 



 

– Elə bu da bəsimdir. Ömrüm boyu acgöz adamlardan zəhləm gedib. 

 

O, pulları səliqə ilə çantasına qoyub, əvvəlki yerinə qayıdır. 



 

– Hə, indi nəyi gözləyirsən? – İçəridəkilər ikisi birdən soruşur. 

 

– Hər dəqiqə qiymətlidir! Tez ol! 



 

– Düzdür, siz mənə çox pul verdiniz. Allah bilir, indi bəlkə də peşman olmusunuz. Mənsə burada 

oturub fikirləşirəm: sizi buraxım, ya yox? Kim bilir, birdən sizi buraxaram, pullara da əlvida 

deməli olaram, üstəlik həyata da. Mən sözü üzə deyən adamam. 

 

Utanmaqdan keçib, qorxuram sizdən! 



 

– Əşşi, tüpürüm pula! Nəyə istəyirsən, and içək, sənə toxunmarıq! 

 

Nə qədər ürəyin istəsə, pul də verərik. Ancaq adam ol, burax bizi. 



 

– Yox, qorxuram. Silahım olsaydı, başqa məsələ. Yoxsa ki, mən burada təkəm, siz iki nəfər. 

Özünüzün də tapançanız var... 

 

Görürsüz, əgər siz məni öldürmək fikrində olmasaydız, revolverləri verərdiniz. 



 

– Bizdə revolver-zad yoxdur, – qapının dalından qətiyyətsiz səslə dillənirlər. 

 



 

66

– Görürsüz – Əbülfəz incik-incik deyir. – Bir halda ki, yalan danışırsız, deməli, torbada pişik 



var. Kim inanar ki, belə işə silahsız gəlmisiniz?! Nə olar, bərk saxlayın. Mən gedəndən sonra 

lazımınız olar. Gəlib-eləyən olsa, birdən atışmalı olduz. 

 

– Dayan, getmə. 



 

Nəfəslikdən tapançaları tullayırlar. Əbülfəz iməkləyərək yaxınlaşıb onları götürür, maraqla 

tamaşa edir. 

 

– Daha niyə sürünürsən, – qapı dalındakılar yaltaq-yaltaq gülürlər. – Görmürsən tapançalar 



səndədir? Uzatma, aç görək! 

 

– Deyirəm, kim bilir, bəlkə yenə nəyinizsə var: revolver, avtomat, nə bilim nə. Elə pulun da 



birinci bükümündən sonra deyirdiz ki, daha yoxdur. 

 

– A kişi, aç qapını! Guya sən başa düşmürsən ki, bizi tutsalar, güllələyərlər. Sənin vicdanın var? 



 

– Yadıma yaxşı düşdü. – Əbülfəz qəfildən dillənir. – Bu limanda mənim bacım işləyir. Onun 

sağ-salamat olduğunu öyrənməsəm, sizi buraxa bilmərəm. Siz oturun, mən tez limana qaçıb 

öyrənim. 

 

– Nə yalan uydurursan? – “Əsir”lərdən biri xırıltılı səslə deyir. 



 

Orada bircə qadın da işləmir. Xüsusi qoşunda qulluq edənlərdir, vəssalam. 

 

O biri əsir söyüş yağdırır: 



 

Mən çox yaramaz görmüşəm, ancaq sənin kimisi qabağıma çıxmayıb. Pulu aldın, başa düşdük. 

Tapançalar nəyinə gərəkdir? 

 

– Özün ağıllı adamsan, amma axmaq-axmaq suallar verirsən. 



 

Bu qədər adamı qırıb-çatdınız, hələ mənə yaramaz deyirsiniz. Sizə baxanda mən toya 

getməliyəm. Təhqir üstündə ikiniz də cavab verməli olacaqsınız! – Qəzəblənmiş Əbülfəz tələsik 

addımlarla uzaqlaşır. 

 

Püskürən vulkan kraterini xatırladan limana sarı yönəlir. 



 

Sisternlər partlayır, tonlarla maye alovlanır, neft kəmərləri, liman binası, ayaq altındakı torpaq 

buxtanın suyu od tutub yanır. 

 

Fasiləsiz olaraq təcili yardım və yanğınsöndürən maşınları gəlir. 



 

Əbülfəz özünü mühasirə xəttinə yetirir. Onun qarşısını kəsirlər. 

 

– Burda ən böyük rəis kimdir? – deyə Əbülfəz çığırır. 



 

– Rədd ol burdan! – Özündən çıxan rəis onu döşündən itələyir. 

 

– Ayağıma dolaşma, yoxsa bu saat səni həbs edərəm. 



 

– Mən özüm bu saat elə ikisini həbs etmişəm, iki təxribatçını. 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə