Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə24/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   20   21   22   23   24   25   26   27   ...   231

 

58

Şults hərbi-dəniz bazasındakı zabit kafesində, bomboş bar piştaxtası qarşısındakı hündür kətildə 



– vaxtilə Fərzaninin oturduğu yerdə əyləşib. Reproduktordan təxliyə komandaları eşidilir, 

qulluqçular adbaad çağırırlar. 

 

– Bu bütün günü işləyir? – o, reproduktora işarə ilə soruşur. 



 

Gecə-gündüz, – deyə barmen təsdiqləyir. 

 

Şults telefon dəstəyini qaldırır: 



 

– Danışan Şultsdur. 2-ci şöbədən kapitan Krankeni göndərin. 

 

Sonra barmenə müraciətlə: 



 

– Bir stəkan konyak süz, – deyir. 

 

– Üzr istəyirəm, cənab polkovnik, hər şeyi yığıb qablaşdırmışıq. 



 

Şərab təklif edə bilərəm, indicə bir qutu şampan gətiriblər. 

 

Şults şampandan qurtum-qurtum alaraq, nə barədəsə ciddi düşünür. Fərzani ilə birlikdə bazaya 



gəldiyi günün bütün anlarını bircə-bircə gözü önündə canlandırır. “Yuxulamış” Fərzaninin üzü- 

74 nün ifadəsi, bardakı içkilərin çeşidi barədə deyilənlər – bütün bunlar Səbanın-Şultsun gözü 

qarşısında kino lenti kimi keçir. 

 

Rabitə zabiti iti addımlarla kafeyə girir. 



 

– Hayl Hitler! 

 

Şults döş cibindən bloknotunu çıxarır, nə isə yazıb, vərəqi cıraraq zabitə uzadır: 



 

– Bu telefonla bütün danışıqları izləyin. 

 

Kapitan qeyri-ixtiyari əlini uzadıb, vərəqi alır, ancaq üzündə heyrət ifadəsi görünür. 



 

– Mənim şöbəm üç saatdan sonra təxliyə olunmaq barədə əmr almışdır, – cəld saatına baxıb 

düzəliş verir: – İki saat qırx beş dəqiqədən sonra. 

 

– Əmr ləğv olunur. Siz və sizin adamlar ləngiməli olacaqsınız. 



 

Biz hamımız iki gündən sonra birlikdə uçacağıq. 

 

Tehran. Əmiraslanovun maşını İran kəşfiyyat idarəsinin binasına yaxınlaşır. Əmiraslanov 



kabinetlərdən birinə daxil olur. 

 

– Siz İran Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini tutursunuz. 



 

Özünüz də ciddi-cəhdlə inandırmağa çalışırsınız ki, Şults “Mersedes- Benz”in Tehran filialına 

başçılıq edirmiş və başqa heç nə ilə məşğul olmurmuş? Mən də sizə inanmalıyam, eləmi? – 

əynində sovet forması olan cavan müstəntiq soruşur. 

 



 

59

– Sizin inanıb-inanmamağınız məni az maraqlandırır. Mən sizin bir neçə sualınıza yalnız və 



yalnız nəzakət xatirinə cavab verməyə razı oldum. Mən əsir deyiləm, siz də istintaq aparmırsınız. 

Sizin qoşunlar buraya müqaviləyə uyğun olaraq gəliblər və müvəqqəti qalacaqlar. Xahiş edirəm, 

bunu unutmayasınız. Bu gün səhər əlahəzrət Rza şah Pəhləvi İran taxtına çıxıb. Allah onun 

köməyində dursun. Mən də ən yüksək rütbəli zabit kimi yalnız onun qarşısında hesabat 

verməliyəm, – iranlı bu sözləri xüsusi təkəbbürlə söyləyir. 

 

Əmiraslanov söhbətə müdaxilə edir: 



 

– Əlahəzrət İran şahı hələ çox gənc və təcrübəsizdir. Taxta çıxdığı ilk gündən onu çirkin işlərə 

qatmağa dəyərmi? 

 

O, hələ də qapının qabağında durub. İranlı geri çevrilib, əynində mülki geyim olan bu naməlum 



şəxsə sınayıcı nəzərlərlə baxır. 

 

Əmiraslanov stola yaxınlaşır: 



 

– İndi siz mənimlə razılaşacaqsınız ki, onu bu işlərə qatmağa dəyməz. 

 

O, iranlının qarşısına bir şəkil qoyur: 



 

– Bu şəxs – Britaniya səfirliyinin birinci müşaviri Aleksander Uolter, rəsmi məlumata görə iki il 

əvvəl dənizdə çimərkən suda batmışdır. Ancaq məlum olur ki, batmayıbmış. Budur, baxın: onu – 

Aleksandr Uolteri çılpaq, işgəncələrə məruz qalmış halda qollarını burub, tavandan asmışlar. Bəs 

aşağıda dayanan kimdir?.. Bağışlayın, mən unutdum ki, siz yalnız İran şahının suallarına cavab 

verirsiniz. 

 

Buna görə də suala özüm cavab verəcəyəm. Bu sizsiniz. Yad ölkə səfirliyinin müşavirini ən ağır 



işgəncələr verməklə dindirirsiniz. 

 

Yəqin artıq başa düşdünüz ki, şəkil Şultsun əmri ilə çəkilmişdir. 



 

İranlı qaşqabaqlı halda başı ilə təsdiq edir. 

 

– Peşəkarla işləmək olduqca xoşdur: hər şeyi dərhal başa düşür, – deyə Əmiraslanov təqdiredici 



tərzdə dillənir. – Odur ki, sizə bir təklifim, daha doğrusu, məsləhətim var. Sizə məsləhət 

görürəm, mənim suallarıma cavab verərkən özünüzdən asılı olan hər şeyi edin ki, sizə etibar 

eləyim, daha yaxşı olar ki, özünüzə qarşı rəğbət oyadasınız. Əgər məndə belə qənaət hasil olsa 

ki, lazım olan bütün məsələləri vicdanla və düzgün danışmamısınız, dindirmədən dərhal sonra 

əmr edəcəyəm sizi həbs etsinlər və siz bu həftə beynəlxalq tribunal qarşısında cavab 

verəcəksiniz. Bəlkə də məhkəmədə siz hakimləri inandıra biləcəksiniz ki, cinayətləri keçmiş 

şahın əmri ilə törətmisiniz. Belə olsa, bir neçə illik katorqa cəzası ilə yaxanızı qurtararsınız. 

 

– Şirnikdirici təklifdir, – iranlı istehza ilə qımışır. – Bəs əgər cavab verməkdən imtina etsəm 



necə? 

 

– Pəncərəyə yaxınlaşın. Yaxınlaşın, yaxınlaşın... Küçədə nə görürsünüz? 



 

– Əsgərləri. 

 

– Hansı əsgərləri? 



 


 

60

– Sovet, ingilis. 



 

– Hə, deməli belə, əgər siz məndə rəğbət oyatmasanız, mən ikinci, yenə də qanuni yolu 

seçəcəyəm. Özü də bunu, təkrar edirəm, dərhal həyata keçirəcəyəm. Bu şəkli də, o biriləri də 

rastıma çıxan ilk ingilis patruluna verib xahiş edəcəyəm ki, sizi buradan üç məhəllə aralıda 

yerləşən Britaniya səfirliyinə aparsınlar. Sizcə, sonra nə olacaq? Yəqin elə bilirsiniz ki, sizi 

güllələyəcəklər? 

 

Çətin. Çox güman ki, sizi asarlar. Və məncə, bu, çox ədalətli olar. 



 

Beləliklə, birinci sualımız: Şults haradadır? 

 

– Pəhləvidə. – İranlı əlüstü cavab verir. 



 

– Pəhləvidə deyil, mənə deyiblər ki, o, Tehranda gizlənir. Məni inandırın ki, Pəhləvidədir. 

 

– Dünən gecə o, Almaniya səfiri ilə bir yerdə Tehrandan alman hərbi aerodromuna getdi. Hətta 



ən inanılmış adamlara da xəbər verilmişdi ki, Şults Berlinə uçur. Səfirin təyyarəsi havaya 

qalxdıqdan doqquz dəqiqə sonra Şults təyyarə ilə Pəhləviyə uçmuşdur. Bu gün səhər hələ orada 

idi. Şübhə etməyə bilərsiniz. 

 

Bakı yaxınlığında kimsəsiz dəniz sahili. Kiçik Duvannı buxtası. 



 

Onun cizgiləri də Bakı buxtasını xatırladır. Bura da alçaq təpəliklərlə dövrələnib. Ətrafda 

insanların olduğunu göstərən yeganə əlamət yığma evciklər və hərbçilərin çadırlarıdır. Rabitəçi 

əsgərlərlə elektriklər göz işlədikcə uzanan bu sahildə qızğın iş görür, planla tutuşduraraq, 

torpağın üstü ilə kabellər çəkirlər. Həmin kabellərdən müəyyən məsafələrdə naqillər ayrılır. 

Onların üzərinə lampalar bərkidilib. Bütün maili sahil və ona bitişik təpələrin yamacları artıq 

hörümçək toru kimi naqillərlə örtülüb. Axşamüstü mühafizəçilərin müşayiəti ilə Bağırovun 

maşını yaxınlaşır. 

 

Bir polkovnik işləyənlərdən ayrılıb Bağırova raport verir: 



 

– Bütün işləri başa çatdırmışıq. Qaranlıq düşən kimi işə sala bilərik! 

 

– İşi müəyyən edilmiş vaxtda başa çatdırmağınız öz-özlüyündə çox yaxşıdır. Buna görə sağ olun. 



Mənzərə yetərincə inandırıcı təsir bağışlayır, – o, saatına baxır. – Təxminən qırx dəqiqədən sonra 

hava qaralmağa başlayacaq. Baxaq, görək bütün bunlar gecə nə cür görünəcək. Bəs layihə 

müəllifi nə fikirdədir? – Bağırov özü ilə bir maşında gəlmiş Əlövsət Rəhimova müraciət edir. 

 

– Deyəsən, bütün işlər plana müvafiq qaydada görülüb, yoldaş Bağırov, – deyə Rəhimov sözə 



başlayır. – Buna görə də ümid edə bilərik ki, istədiyimiz effekti əldə edəcəyik. İndi tədbirin 

uğuru bizim onu sirr kimi saxlayıb-saxlaya bilməyəcəyimizdən asılıdır. 

 

 

Bu, birincisi. İkincisi isə, bundan heç də az əhəmiyyətli olmayan cəhət Bakıda işıq 



“maskalanmasını” tam təmin etməkdir. 

 

Bağırov onları qarşılayanlardan birinə – yəqin ki, obyektin mühafizəsi üçün məsul olan şəxsə 



sarı dönür. O, izahat verir. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə