Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə23/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   19   20   21   22   23   24   25   26   ...   231

 

55

– Hamı çıxsın, – deyə Kamil təkrar edir, – o cümlədən yanğınsöndürənlər də. Mən əminəm ki, 



hər şey normal keçəcək. Lakin işdi-şayəd, bu maye alışsa, onu söndürmək qeyri-mümkündür. 

 

– Mən də sizdən üzr istəyirəm, ancaq məhz belə bir vəziyyətdə nə mən, nə də mənim adamlarım 



öz postların tərk edə bilər. 

 

Kranlar asta-asta vintləri mayenin içərisinə endirir, iyirmi beş santimetr dərinliyə çatdıqda 



kranların hərəkəti dayanır. 

 

– Başlayın, – Kamil komanda verir, lakin propellər hərəkətsizdir. 



 

– Nə olub? 

 

– Bəlkə elektrik açarını özünüz işə salasınız, – deyə həyəcandan tərləmiş alçaqboy kök kişi – 



zavodun direktoru Kamilə müraciət edir. O, motoru işə salmağa cəsarət etmir. – Nə gizlədim, 

limonadla işləməyə daha çox alışmışam. 

 

Kamil təbəssümünü çətinliklə boğaraq, güc pultuna yaxınlaşır və açarı burur. Vintlər dərhal işə 



düşür, asta-asta hərlənərək, mayeni qarışdırmağa başlayır. Hovuzdan maye borularla 

qablaşdırma sexinin yarımavtomat xəttinə daxil olur. Orada üzərində hələ də “meyvə şirəsi” 

etiketləri qalan şüşələrə doldurulur. 

 

Komissiya üzvləri qəbul aktını imzalayır. Hamının üzündən sevinc yağır. 



 

Kamilin işlədiyi ETİ-nin direktoru ona yaxınlaşır: 

 

– Mən öz vədimi yerinə yetirdim. Sənin üçün çox ağıllı bir köməkçi tapmışam. Kimyaçı, özü də 



Kiyev universitetinin diplomu ilə. 

 

– Bizim ETİ-dəndir? – Kamil təəccüblə soruşur. Nəsə Kiyev diplomu olan heç kəsi yadıma sala 



bilmirəm. 

 

– Boş yerə özünü yorma. O qız qaçqındır. 



 

– Qız! – Kamil məyus olur. – Kişi daha yaxşı olardı. 

 

– İndi kişilər qıtdır. Və mən bilən, getdikcə daha da qıtlaşacaqlar. 



 

Mən adam tapmaqda mahirəm. İnan mənə, bu qız əsl sənə lazım olan adamdır. Çağırım? 

Maşında gözləyir. 

 

Direktor ucaboy, gənc bir qadınla qayıdır. 



 

– Tanış olun, – deyir. – Bu, Kamil Məmmədəliyevdir, “İşartı” layihəsinin rəhbəri. Bu isə 

kimyaçı mühəndis Lidiya Mişinadır. 

 

Kamil gənc qadının əlini sıxır. Ona elə gəlir ki, bu qadını haradasa görüb. Yadına salmağa 



çalışsa da, bir şey çıxmır. Çünki onun heç ağlına da gəlməz ki, qarşısındakı bu gözəgəlimli 

qadını, əynində sadə yay donu olan “Kiyev qaçqını”nı o, ilk dəfə öz bağ evinin pəncərəsindən – 

dan yeri təzəcə sökülərkən Şultsun kəşfiyyatçılarından ibarət təxribat qrupu sahilə çıxarılanda 

görüb. 


 


 

56

– Universiteti nə vaxt bitirmisiniz? 



 

– İki il əvvəl. Elə o vaxtdan da turşular laboratoriyasında kiçik elmi işçi işləmişəm. 

 

– Nə olar, mən etiraz etmirəm. Ancaq sizə qabaqcadan xəbərdarlıq etməliyəm ki, burada iş çətin 



olmasa da, çox təhlükəlidir. 

 

Əgər bu sizi qane edirsə, sabahdan işə başlaya bilirsiniz. 



 

– Sabahdan çətin ki, baş tutar, – deyə direktor gülümsünür. 

 

– İndiki şəraitdə buraya işə təzə adam götürmək o qədər də asan məsələ deyil. Fikrimcə, 



sənədlərin yoxlanılması iki həftə çəkər. 

 

Bunu bizim kadrlar şöbəsinin iş təcrübəsinə əsasən deyirəm. Yaxşısı budur üçümüz birlikdə 



gedək 1-ci hissəyə. 

 

Konveyer zalından çıxmazdan əvvəl Lida içərisində yanıcı qatışıq olan şüşələrdən birini əlinə 



götürüb çıxışa sarı yönəlir. 

 

– Onu neynirsiniz? – deyə Kamil təəccüblə soruşur. – Axı sizi çıxışda onsuz da saxlayacaqlar. 



Bu şüşədə yandırıcı maye var... 

 

– Boş şüşə necə, götürə bilərəm? 



 

Kamil dinməz-söyləməz çiynini çəkir. Direktor da qıza təəccüblə baxır. 

 

Kabinetin olan-qalan müxəlləfatı iki seyfdən, yazı stolundan və bir də “Boşboğaz adam casus 



üçün tapıntıdır” plakatından ibarətdir. 

 

Birinci hissənin rəisi Lidanın sənədlərini diqqətlə gözdən keçirir. 



 

Möhür və imzaları işığa tutub baxır. Dodaqlarını tərpədərək, uzun müddət bütün yazıları 

ürəyində oxuyur. 

 

– Pasport, iş yerindən arayış, xasiyyətnamə, komsomol bileti, Kiyevin Stalinsk rayonu təxliyə 



komitəsinin arayışı, – o, qızın sənədlərinin reyestrini tərtib edə-edə ucadan sadalayır. – Bakıda 

harada yaşayırsınız? – Yazır. – Deməli belə. On gündən sonra gəlin. Özünüz başa düşürsünüz

bizim zavod hərbi obyektdir, özü də, təbii ki, məxfi obyektdir. Odur ki, mən sizin sənədlərinizi 

yoxlamaq üçün xüsusi instansiyalara göndərməliyəm. 

 

– Bəs bir az tez olmazmı? – deyə direktor soruşur. – Hal-hazırda biz 2№-li alkokolsuz içkilər 



pivə və meyvə şirələri zavodunda yeni istehsalat işə salırıq. Təcili surətdə mütəxəssislər 

lazımdır. 

 

Birinci hissənin rəisi cavab verməyə macal tapmır. Çünki bu vaxt Lida yarımlitrlik boş şüşəni 



onun qarşısında stolun üstünə qoyur. 

 

– Bu nədir? – Rəis qaşqabaqlı halda Lidaya baxır. 



 


 

57

Şüşədir. Konveyer sexindən götürmüşəm. Üstündəki yazıya baxın: “1№li Bakı meyvə şirələri 



zavodu”. Deməli, hər gün üzərində bu zavodun etiketləri olan beş min şüşə cəbhəyə 

göndəriləcək. 

 

Yandırıcı qatışığın Sovet İttifaqının hansı guşəsində istehsal edildiyini öyrənmək üçün faşist 



kəşfiyyatı çox şeyindən keçər. Bax, şəxsən sizin diqqətsizliyiniz sayəsində isə bunu heç bir 

çətinlik çəkmədən öyrənə bilərlər. Əminəm ki, bunu qəsdən etməmisiniz! 

 

Bənizi kətan kimi ağarmış rəis bir neçə saniyə donub qalmış halda şüşəyə baxır. Sonra dırnağı ilə 



etiketi qoparmağa çalışır. 

 

– Əlbəttə, qəsdən etməmişəm! Bu nə sözdür! – rəis həyəcanla dillənir. Sonra tələsə-tələsə əlavə 



edir. – Elə günü bu gün şüşələrin qəbuluna ən ciddi nəzarəti təmin edəcəyəm. Hər bir şüşənin 

üstündəki kağızları yuyub təmizləməlidirlər! Bundan başqa şəxsən özüm nəzarət edəcəyəm ki

konveyerə müntəzəm olaraq digər şəhərlərdəki ünvanlar göstərilən kağız yapışdırılmış şüşələr 

verilsin. 

 

SSRİ-nin bütün guşələrindən etiketlər görəndə onlar bu məsələdə başlarını tamam itirəcəklər. 



Sizə isə yoldaş Mişina, afərin! 

 

Düşmənlə mübarizədə sayıqlıq çox mühüm silahdır! Təəssüf ki, bunu heç də hamı başa düşmür. 



Sayıqlıq və ayıqlıq. Ayıqlıq və sayıqlıq! Çünki düşmənin hər yerdə gözləri və qulaqları var. Siz 

heç təsəvvür edə bilməzsiniz onun gözləri, qulaqları necə itidir! 

 

– Deməli, mən on gündən sonra gəlim? – Lida I hissə rəisinin sözünü kəsib soruşur. – Dəqiq, 



ayın neçəsində? 

 

– Əbəs yerə vaxtı uzatmaq nəyə lazım? – Sənədlərinizin hamısı qaydasındadır. Layihə rəisi 



razılığını verib, elə bu gündən işə 7 3başlayın. – Rəis onları qapıyadək ötürür. – Ancaq yoldaşlar, 

sizin hamınızdan rica edirəm, şüşələr məsələsindəki anlaşılmazlıq barədə heç kəsə bir kəlmə də 

söz deməyin. Başlayacaqlar küncdəbucaqda xosunlaşmağa. Ölkə üçün indiki ağır şəraitdə isə 

lüzumsuz söz-söhbət işə yalnız ziyan vura bilər. Sözümüz sözdür?! – Son sözləri rəis əvvəlki 

nəsihətcil, ağayana əda ilə söyləyir. 

 

Tehran. Küçələrdə atışma səsləri kəsilir. İran ordusunun əsgərləri Almaniya səfirinin maşınını bir 



neçə dəfə saxlayıb, sənədləri yoxlayırlar. Şəhər kənarındakı kiçik aerodromda səfirin “Mersedes” 

i və onu müşayiət edən maşınlar sürətlərini azaltmadan uçuş meydançasına – zəif işıqlandırılan 

yeganə uçuş zolağına çatıb, artıq motorları işə salınmış bombardmançı təyyarənin yanında 

dayanırlar. 

 

– Sabah şah taxt-tacdan imtina edəcək, – deyə səfir dillənir. 



 

– İranda oyunu uduzduq, ancaq Allah bilir ki, Bunda mənim günahım yoxdur. 

 

– Berlində uğurla yerə enmənizi arzulayıram, – deyə Şults təyyarənin pilləkəni yanında səfirin 



əlini sıxır. – Hər şey başqa cür ola bilərdi, əgər... – o, səfirin narahat halda mühafizə dəstəsi 

zabitinə tərəf boylandığını görüb susur. – Mən bir-iki gün Pəhləvidə ləngiyəcəyəm. 

 

Orada işlərimi görüb qurtarmalıyam, həm də bəzi “borclarım” var, onları qaytarmalıyam. 



 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə