Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə25/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   21   22   23   24   25   26   27   28   ...   231

 

61

– Yaxınlıqda heç bir yaşayış məntəqəsinin olmaması işimizi xeyli asanlaşdırdı. Bu obyektin 



bütün ərazisi çox etibarlı mühafizə 77 olunur. Bakıda işıq “maskalanmasına” gəldikdə isə, bu 

sahədə işlər hələlik qənaətbəxş deyil, yoldaş Bağırov, daha doğrusu, pisdir. 

 

Şüursuz vətəndaşlar tərəfindən maskalanma rejiminin çoxsaylı, daha dəqiq desək, kütləvi surətdə 



pozulması halları özünü göstərir. 

 

– Dəqiq müəyyən edilmiş vaxtda tam qaranlıq gərəkdir, – Bağırov qaşqabaqlı halda dillənir. – 



Yaxın bir neçə gün ərzində buna nail olmaq zəruridir. Nə təklifiniz var? 

 

– Ən etibarlı variant qaranlıq düşəndən ta səhərədək elektrik enerjisini kəsməkdir. 



 

– Bu, həqiqətən çox etibarlı üsuldur, afərin! – Bağırov vəcdlə dillənir. – Yaman yaxşı 

fikirləşmisən. Əcəbdir! Deməli, ağır iş günündən sonra evə dönən adamlar qaranlıqda 

oturmalıdır? Və sən heç bir başqa çıxış yolu görmürsən, eləmi? 

 

– Dəfələrlə radio ilə müraciət etmişik, qəzetlərdə yazmışıq, bütün müəssisələrdə izahat işi 



aparmışıq. Heç bir köməyi yoxdur, – mühafizə üçün məsul olan şəxs pörtmüş halda özünə bəraət 

qazandırır – hər gecə yüzlərcə qanunu pozma halları olur. Bunu kimin qəsdən, kiminsə təsadüfən 

etdiyini müəyyənləşdirmək qətiyyən mümkün deyil. Yeganə çıxış yolu ciddiliyi bir az da 

artırmaqdır. 

 

Əks təqdirdə layihənin uğuru təhlükə altında qalacaq. 



 

– Ciddiliyi artırmaq nə deməkdir? 

 

Yəni misal üçün, birinci dəfə cərimə, ikinci dəfə isə... məhkəməyə də vermək olar! Müharibə 



dövrünün qanunları belə tələb edir. 

 

Bağırov cavab verməyə macal tapmır. Arıq bir yabının tərkində on-on iki yaşlı bir oğlan uşağı 



yaxınlaşır. 

 

– Burada Bağırov kimdir? 



 

– Mənəm. 

 

– Sizi telefona çağırırlar. 



 

– Kim? 


 

– Ya Əmir Aslanovdur, ya da Aslan Əmirov. Başa düşmədim ciddi danışır, yoxsa zarafat edir. 

Elə bil qulağımın dibində danışır, amma deyir ki, Tehrandan zəng vururam. Guya sərhədin o 

tayından bizə zəng etmək olar! O, zarafat eləyir? 

 

– Məncə, yox. Şəxsən mən Əmiraslanovun zarafat etdiyini görməmişəm, – deyə Bağırov cavab 



verir. – Bəs o dediyin telefon haradadır? 

 

– Bizim budkada. Buradan 3 km aralıda. Odey... 



 

– Məgər sən burada işləyirsən? – Bağırov təəccüblə soruşur. 

 

– Yox. Anam işləyir. Mən isə elə-belə yaşayıram burda, həm də kömək eləyirəm anama. 




 

62

 



– Keşikçi budkasında yaşayırsan? 

 

– Hə də. Ona izah elədim ki, keşikçi evdə yoxdur, rəisləri qarşılamağa çağırıblar. Mənə də əmr 



olunub ki, evdə oturum. O isə elə dediyini deyir. 

 

– Bəs atan haradadır? 



 

– Cəbhədə, – oğlan dalğın halda cavab verib, bir anlıq fikrə gedir. Əgər Tehran məsələsində 

zarafat eləmirsə, bəlkə fanarı da doğrudan vəd edib?! Nə bilmək olar! – deyə balaca keşikçi 

fikrinə gələni dilinə gətirir. – Həmin o Əmirov... 

 

– Əmiraslanov, – deyə Bağırov düzəliş verir, – hər ehtimala qarşı onun adını yadında saxla. Hə, 



fanar barədə sənə nə dedi? 

 

– Mən budkadan çıxmaq istəməyəndə, məni dilə tutdu. Əvvəl bir az söyüb-söyləndi, sonra söz 



verdi ki, mənə elektrik fanarı bağışlayacaq. Dedi ki, əgər mənə inanmırsansa, Bağırovu tap. O ki, 

Tehranda deyil, haradasa budkanın yaxınlığındadır. Tapan kimi sənə o saat fanar da verəcək, 

üstəlik isti bublik də. Xahiş elədi çatdırım ki, on beş dəqiqədən sonra bir də zəng vuracaq. Sizcə, 

o düz deyib, zarafat eləməyib mənimlə? 

 

Bağırov başı ilə təsdiq edir. Ətrafdakıların adət etmədiyi qəribə bir təbəssümlə gülümsəyərək, 



atdan düşməyən oğlanın yanından ötüb, maşına yaxınlaşır. 

 

– Bəlkə buradan gedənəcən fanar tapa bilərik? – O, konkret heç kəsə müraciət etmədən soruşur. 



 

Əlövsət Rəhimov cibindən öz fanarını çıxarır: 

 

– Götür! – deyə Bağırov oğlana müraciət edir. – Amma bubliki borclu qalıram sənə. 



 

– Bublik nə olan şeydir? – Balaca keşikçi batareyaların güclü işığını heyranlıqla seyr edir. Bu, 

müharibə dövrü hələm-hələm ələ düşən şey deyil. – Görəsən, niyə o, isti olur? 

 

Əbülfəz səkkiz övladının hamısını yanına salıb, şəhər “tolkuçka” sına – “kubinka”ya girir. 



Xırda-xuruş satan təkgöz kişi ilə salamlaşıb, Davudu tapmasını xahiş edir. Tariyel gəlincə 

Əbülfəz təkköz qasidin girdiyi evin eyvanının altında kölgəlik tapıb, yeşiyin 79 üstündə əyləşir 

və gözünü qıyaraq, “kubinka”nın qaynar həyatına tamaşa edir. “Qasid” qayıdana qədər o, cəmi 

iki dəfə ətrafa marağını büruzə verir. Birinci dəfə onun yanından: “Tərtəmiz təmizləyir, par-par 

parıldadır! Potaş! Potaş! İstəyirsən ağları yu, istəyirsən ya evdə çim, ya dənizdə. Tərtəmiz, 

köpüksüz, canınız üçün zərərsiz!” – deyə fil kimi böyürən bir qoca keçir. Reklam etdiyi 

məhsullar qabağınca sürdüyü arabacıqdadır. “Sinka, istiot, soda, sinka, istiot, soda!” – Sabun 

var? – Əbülfəz pıçıltı ilə soruşur. 

 

– Nə sabun? Sabun nə gəzir? – deyə bayaqdan fil kimi böyürən kişi normal adam səsi ilə cavab 



verir. – Potaş al. Sabun olmayacaq. 

 

Müharibə qurtarınca sabundan gözünü çək! 



 

Bəs birdən olsa, burada onu neçəyə satardılar? 

 



 

63

– Bir milyona! İki milyona, üç milyona! On manat alıb sabunu iyləməyə vermək olar! Şəxsən 



mən özüm 50 manat verməyə razıyam, – qoca coşub, bayaqkı kimi, uca səslə çığırır. – Sən bircə 

sabunu göstər! 

 

– Tapsam, göstərərəm. İstəyirsən iylə, istəyirsən dişlə – özü də havayı. 



 

Həmsöhbətinin adamı əsəbiləşdirən ədalarına baxmayaraq, Əbülfəz apardığı kommersiya 

kəşfiyyatının nəticələrindən razı qalır. 

 

– Bilsəydin ki, səni bu gün kim gözləyirdi, indi oturub zarafat etməzdin! – Qoca təzədən adam 



səsinə keçib, məşum pıçıltı ilə xəbər verir və arabacığını sürüb uzaqlaşır. 

 

Acıdil qocanın bu düşük “nömrəsi” Əbülfəzin əhvalını korlamasa da, ancaq hər halda, izsiz də 



keçmədi. Çünki bir-iki dəqiqədən sonra səkkiz dənə taxtalı “xoruz” konfeti alanda Əbülfəz 

qiyməti saldırmaqçün adətinin ziddinə olaraq, çənə-boğaz eləməyi unutdu. Yalnız “xoruz”ları 

uşaqlara paylayandan sonra ağızucu: 

 

– Diri xoruz bundan ucuzdur. Camaatda insaf-mürvət qalmayıb! 



 

Davud özünü yetirdi. Cəld Əbülfəzi darvaza arxasına çəkib, tez-tez küçəyə boylana-boylana 

portfeli açdı. Əbülfəzə elə gəldi ki, altı tikə sabunu görəndə Davudun gözləri işıldadı. Əbülfəz 

pulları sayıb, təzədən dinməzcə əlini açdı. 

 

– Nədir, azdır? – Davud heyrətləndi. 



 

– Axmaq-axmaq suallar vermə, – sən ki, ağıllı adamsan, – deyə Əbülfəz quru tərzdə cavab verdi. 

 

Hər iki tərəf üçün qarşılıqlı faydalı mübadilə başa çatandan sonra Davud soruşdu: 



 

– Bəs sən deyirdin az qala iki çamadan gətirəcəksən? 

 

– Gətirəcəyəm. Hər şey hazırdır, ancaq çox qiymətli bir maddə var, onsuz sabun bişirmək olmaz. 



Zəhrimar yaman bahadır! Gərək onu tapaq. 

 

– Adını de, bəlkə mən tapdım?! 



 

– Bağışla, qədeş, deyə bilmərəm, – Əbülfəz yazıq-yazıq dodaqlarını büzüb cavab verdi. – Eşidib-

bilsələr ki, sirri açmışam, dərimə saman təpərlər. Sən o adamları tanımırsan. 

 

Kol-kosu, otları saralıb-solmuş çöllük. 



 

Neftdaşıma limanına çevrilmiş yük limanının ətrafı. Boş qalmış saysız-hesabsız anbarlar. Bu 

liman indi dəniz yolu ilə yanacaq göndərilməsi üçün yükboşaltma məntəqəsinə çevrilmişdir. 

 

Dolu sisternlərdən ibarət qatarlar gətirdikləri mayeni tankerlərin anbarlarına boşaltmaq üçün 



limana yaxınlaşır. Uzaqdan baxana elə gəlir ki, Əbülfəzlə onun uşaqları göbələk yığırlar. 

Əbülfəz kibrit qutusunun yarısı boyda ağ qəlpəni uşaqlara göstərir: 

 

– Görürsünüz, bu kaustik sodadır. Görsəniz ki, yaşdır, özünüz əl vurmayın, o saat məni çağırın. 



Yaş əllə ona toxunmaq olmaz, barmaqlarınızı yandırar. İndi biz bir-birimizə mane olmamaq 

üçün ayrılıq, yavaş-yavaş dəmiryoluna tərəf gedək, bax, o platformanı görürsünüz? Hamımız 

orada görüşəcəyik. Diqqətlə axtarın, orabura fikriniz yayınmasın. Bir azdan hava qaralacaq, 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə