Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə27/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   23   24   25   26   27   28   29   30   ...   231

 

67

 



Bunu rədd eləyin burdan, – deyə zabit əmr edir və dərhal da səsini kəsir: Əbülfəzin əlindəki 

tapançalar gözünə sataşır. Zabitin əlini qobura atdığını görən Əbülfəz tələsik raport verir: 

 

– Təxribatçıların əlindən aldığım silahdır! 



 

Bir qrup hərbçinin müşayiətilə Əbülfəz əsirləri saxladığı anbara yaxınlaşır. 

 

– Hələlik onları burada saxlayıram! Limana necə partlatdıqlarını öz gözümlə görmüşəm. Anbarı 



mühasirəyə almaq lazımdır. Çünki divarın dibində təzə qazılmış çala var, onlar lağım ata bilər, – 

Əbülfəz özündən razı halda göstəriş verir. – Şübhəm var ki, silahlıdırlar. 

 

Yoldaş mayor, mən buradan uzaqlaşa bilmərəm. Əgər mümkünsə, qoy bir adam gedib o 



anbardan mənim uşaqlarımı gətirsin! 

 

Əbülfəzlə zabit uşaqları minik maşınına oturdurlar. O, içində pul olan portfeli uşaqların 



böyüyünə verib deyir: 

 

– Mənim çarpayımın altına qoyarsan. Anana de, ki, iki casus tutmuşam, bir az gec gələcəyəm. 



 

Zabit sürücüyə tapşırır: 

 

– Uşaqları anasına təhvil verin. 



 

– Baş üstə, yoldaş mayor! 

 

Maşın gözdən itdikdən sonra Əbülfəz sözə başlayır: 



 

– Məni pulla ələ almaq istəyirdilər, lap təbdən çıxdım. Dalımca topa-topa pul tullayırdılar. Yəqin 

harasa buralarda düşüb qalıb. 

 

Məncə, əmr vermək lazımdır ki, pulları axtarıb tapsınlar, yoxsa götürən olar. Sonra kim boynuna 



alacaq. 

 

– Yox bir! Deyirsən işimizi-gücümüzü atıb pul axtaraq? – Zabit qaşqabaqlı halda cavab verir. 



 

Sevincək olmuş Əbülfəz dərhal onunla razılaşır: 

 

– Düz deyirsiniz, pul əl çirkidir! 



 

Əmiraslanov Bağırovla söhbətini yekunlaşdırır. 

 

– Hələ bir-iki gün ləngiyəcəyəm. Şultsu pəhləvidə yoxlamağa cüzi də olsa ümid var. Yoldaş 



Bağırov, məncə o nə qədər ki, İranı tərk etməyib, bu imkandan istifadə etmək borcumuzdur. 

 

– İstifadə elə, özün də fikirləş, gör o sənin əlindən qaçsa, Bakıda onun adamlarını 



zərərsizləşdirmək üçün nə tədbir görəcəksən. 

 

Günün günorta çağı şəhərdə onlarca başkəsən quldur dolaşır, biz isə heç onların nə məqsədlə 



gəldiklərini də bilmirik. Eşidirsən məni? 

 

– Bəli, yoldaş Bağırov, çox xoşagəlməz vəziyyətdir. 




 

68

 



– Hər şeydən əvvəl gülüncdür, – Bağırov onun sözünü kəsir. – İki gündən sonra gələrsən, bu 

məsələləri də özün aydınlaşdırarsan! 

 

Bağırov, Rəhimov və daha bir neçə nəfər adam şər qarışanda maşına əyləşib “maket”dən 



uzaqlaşırlar. Maşın təpəyə qalxır. Bundan sonra idarəetmə pultunun yanında durmuş operator 

düyməni burur. İşıqlar yanır. 

 

– Gecə vaxtı ən təcrübəli təyyarəçi də elə bilər ki, aşağıda Bakının işıqlarıdır, – Əlövsət Rəhimov 



gecənin qoynunda işıqları sayrışan “şəhər”in mənzərəsini seyr edərək deyir: 

 

– Əla düzəldiblər! Guya bura dəniz sahili, bura isə dağlıq hissədir. 



 

Lap bakılıların özlərini də çaşdırmaq olar. 

 

– Ümid edək ki, sən deyəndi, – Bağırov uzaqdan qıpqırmızı şəfəqin səmanı bürüdüyü səmtə işarə 



edib soruşur və özü də cavab verir: – Bəs o nədir? 

 

– Ya neftayrıma zavodudur, ya da liman, – Bağırov cəld maşına əyləşir. – Şəhərə sür. İldırım 



sürətilə! 

 

Fərzani kabinetində oğlu ilə söhbət edir. Atasından fərqli olaraq, oğlunun əhval-ruhiyyəsi çox 



yaxşıdır. 

 

– Sənə qəribə görünmür ki, Səbadan nə vaxtdır səs-soraq çıxmır? 



 

– deyə Fərzani fikirlərini onunla bölüşür. – Heç belə olmamışdı. 

 

– Onu dünən Tehranda görüblər. Bu gün isə, mən əminəm ki, artıq Berlindədir. 



 

– Əmiraslanov deyir ki, o, Pəhləvidədir. 

 

– Əgər Əmiraslanov bunu dəqiq bilirsə, özü niyə Tehranda əyləşib? Yoxsa şah üçün yas 



saxlayır? 

 

– Daha əyləşməyib. Aerodromdan zəng vurmuşdu. – Fərzani saatına baxır, – yəqin yarım 



saatdan sonra Pəhləvidə olacaq. Yaxşı olardı ki, sakit yer tapıb bir müddət qalaydıq. 

 

– İndi dünyanın ən sakit guşəsi İrandır. Sən nahaq əsəbiləşirsən, ata. Almanlar getdi, lap yaxşı. 



Şükür Allaha. Vaxtında getdilər. 

 

Ruslar gəldi? Ruslarla bizim ailənin münasibətləri yaxşıdır. İngilislərlə də dost olarıq. Axı sən 



neçə il ingilis dilini öyrənməyə məni əbəs yerə məcbur etməmisən ki... – oğlu çox arxayın bir 

təbəssümlə gülümsünür. – Görərsən, mənim ingilis dili təhsilimə sərf etdiyin pullar sənə hələ çox 

gəlir gətirəcək. 

 

Tevfiq maşın səsi eşidib pəncərəyə yaxınlaşır. Görür ki, evin qarşısında ingilis əsgərləri ilə dolu 



iki “cip” dayandı. Atasına deyir: 

 

– İngilislərdir! Adını çək, qulağını bur. 



 

Bu xəbəri eşidən Fərzani stulu qapıb, Hitlerin divara vurulmuş portretinin yanına cumur. 




 

69

 



– Kömək elə mənə! Zəhrimar yaman ağırdır! 

 

Oğlu pəncərədən uzaqlaşır və fikir vermir ki, ikinci “cip”-dən cəld yerə atılan əsgərlərin ardınca 



Səba da maşından düşür. 

 

Həmin vaxt Fərzani kabineti gözdən keçirib, radioqəbuledicini qurur. Hansı dalğanısa tutmağa 



əbəs yerə cəhd göstərir, bir şey çıxmadığını görüb, oğlundan xahiş edir: 

 

– Onlar yuxarı çıxanadək ingilis verilişi tuta bilsən, yaxşı olardı. 



 

Qoy gələn kimi görsünlər ki, biz kimik, kimin tərəfindəyik. 

 

Oğlu istehzalı təbəssümünü gizlədərək, düyməni burur. Və demək olar ki, dərhal da “Bi-bi-si”ni 



tutur. Radiosiqnallara nəsə bir inadlı taqqıltı qarışır. Aşağıda kiminsə həyət darvazasını bərkbərk 

döydüyünü Fərzani o saat anlaya bilmir. Amma başa düşən kimi cəld dəhlizə qaçır, aşağıdan 

qapıçını səsləyib əmr edir: 

 

– Tez elə, darvazanı aç, əziz qonaqları salamla! – Bir neçə saniyədən sonra isə Fərzaninin 



üzünün ifadəsi dəyişir: o, pilləkəndə Səbanı görür. 

 

– Düşmənin iyrənc geyimi altında dostun gizləndiyini yalnız mənim bəsirətli rəfiqəm ağaye 



Fərzani duya bilər. – deyə Səba gülümsəyir. 

 

Fərzani özünü birtəhər ələ alıb, eyni tərzdə cavab verir: 



 

– Tanımaq üçün ən qısa yol ürəkdən-ürəyə uzanan yoldur. Mən səni pəncərədən görəndə 

duyduğum sevinc son hadisələrin nisgilini qəlbimdən silib atdı. 

 

Səba kabinetə girir, Tevfiqlə səmimi görüşür. 



 

– Bunun səsini kəs, – Fərzani iyrənirmiş kimi əli ilə radioqəbulediciyə işarə edir. Sonra Səbaya 

sarı dönür: – İki gündür evdən çıxmıram, sənin zəngini gözləyirəm. 

 

– Mən buna əmin idim. Elə o səbəbdən də, gördüyün kimi, xəbərdarlıqsız gəlmişəm, – deyə Səba 



cavab verir. Tərəddüdlə Tevfiqə baxır. – Bağışla, oğlum, mən yol üstdəyəm, atanla firmanın 

işləri barədə söhbətim var. 

 

Tevfiq dərhal başı ilə razılığını bildirib, qapıya sarı yönəlir. 



 

Fərzani oğluna: 

 

– Mətbəxdə tapşır, qonaqlara yemək versinlər, – deyir. – Bizim üçünsə qonaq otağında süfrə 



açsınlar, sualedici nəzərlərlə Səbaya baxır; o, başı ilə razılığını bildirir. 

 

– Ancaq qoy süfrəni burada açsınlar, – deyə Səba düzəliş verir. 



 

– Bura sizinçün narahat olar, – Fərzani Səbanın arkyana qapıya doğru çəkir. – Qonaq otağına 

gedək, orada bizə heç kəs mane olmaz. 

 

– Niyə ki? – Səba çiynini çəkir. – Vaxtımız azdır. Sonrası da, sizin kabinetiniz mənim çox 



xoşuma gəlir. Hər şey əlinin altındadır: 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə