Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə21/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   17   18   19   20   21   22   23   24   ...   231

 

51

bir təəssürat yaranıb ki, çoxdan bəri gözlənilən həmin görüşün qəflətən təxirə salınmasının 



səbəbi, bizim hələ haqqında heç bir məlumata malik olmadığımız daha gözlənilməz hadisələrlə 

əlaqədardır. – Detertinq susub, narahat simaları bir-bir süzür və yenə tələsmədən, inamlı tərzdə 

sözə başlayır. 

 

Onun nitqində zorla sezilən bir kinayə duyulur. – Daha bir söhbət olmuşdur ki, fikrimcə, bu 



söhbətin də təxirə salınmış görüşlə müəyyən əlaqəsi vardır. Sizin gəlişinizdən bir az əvvəl 

Brendan Braken – ser Uinstonun katibi, müşaviri, bəzi məlumatlara görə isə həm də kamerdineri 

mənə zəng vurub onun adından şam yeməyinə dəvət etdi. Bəlkə də bu, məhz elə bir imkandır ki, 

müzakirəsini yekdilliklə mənə həvalə etdiyiniz problemlərin mühümlüyünə baş naziri 

inandırmağa müvəffəq oldum. 

 

Detertinq artıq iki yüz ildən bəri imperiya baş nazirlərinin yaşadığı əzəmətli qədimi binanın 



qarşısında maşından düşür. Pəncərə şüşələrinin çoxu qırılıb. Axşamdan xeyli keçməsinə 

baxmayaraq, fəhlələr təmir işləri görür. Giriş qapısında Detertinqi baş nazirin “Cümə”si Brendan 

Braken qarşılayır. 

 

– Son ay yarımda üçüncü dəfədir ki, şüşələri dəyişirik, – Braken əsəbi hərəkətlə dodaqlarını 



yallayaraq deyir. – Lakin hərbçilərin təkidli tələblərinə baxmayaraq, ser Uinston yerini 

dəyişməyə razılıq vermir. Güc-bəla ilə onu üzbəüz binanın lap alt qatında gecələməyə razı 

salmışıq. Mən əminəm ki, bircə dənə yaxşı bomba düşsə, bizim bu binanın kitabı bağlanar. 

 

– Bütün yaxşı bombalar bizdədir. – Detertinq təsəlliverici tərzdə sözə başlayır. – Almanlarda 



ancaq pisləridir. Böyük Britaniya baş nazirinin iqamətgahına belə bir bombanın düşməsi də 

doktor Gebbelsin Bekinhem sarayına səfəri kimi qeyri-mümkün bir şeydir. 

 

 

– Ser, qorxuram işlərimiz bundan sonra da belə getsə, həmin görüş baş tuta bilər. Buyurun bura, 



ser! 

 

Brendan, Detertinqi kiçik yemək otağında əyləşdirib, onun üçün şerri süzür və baş nazirin indi 



gələcəyini söyləyir. Qırmızı sifətində təbəssüm oynayan, həlim səsi qəribə təsir bağışlayan 

yupyumru bir centlmen görünür. Onun əynində gödək qara pencək və zolaqlı şalvar var. 

 

Şam yeməyini süfrəyə olduqca sadə görünüşlü bir qadın gətirir. 



 

Yəqin ailənin lap çoxdankı qulluqçusudur. Süfrənin soyutma ət, salat, pendir, qəhvə, şərab və 

portveyn bəzəyir. 

 

Çörçill qəhvədən imtina edib, xırdaca gümüş qutudan tənbəki iyləyir. 



 

– Günün ikinci yarısında heç vaxt siqaret çəkməyin, – deyə o, Detertinqi siqara qonaq edərək, 

xeyirxahcasına məsləhət verir. 

 

– Əgər yaxşı yatıb dincəlmək, səhər tezdən ağzınızda xoşagəlməz tam hiss etməmək 



istəyirsinizsə, yatmazdan qabaq mütləq tənbəki iyləyin, özü də yalnız gümüş qabdan. Yeri 

gəlmişkən, bu tənbəki qutusundan vaxtilə Hersoq Malboro istifadə edib. 

 

Detertinq nəzakətlə qutunu gözdən keçirir. 



 

– Bu gün şənbədir. Mən böyük məmnuniyyətlə sizi Çekersdə qəbul edərdim, lakin təhlükəsizlik 

xidməti ay bədrlənən zaman şəhərkənarı iqamətgaha getməyə icazə vermir. Siz buraya 



 

52

Barklistritdən keçib gəlmisiniz? Elə isə, yəqin Dauninq-stritin başlanğıcındakı bombalanmış 



binaları görmüsünüz. 

 

– İqamətgaha bitişik Xəzinədarlıq binasını yarıuçulmuş vəziyyətdə görəndə həmin binalar dərhal 



yadımdan çıxdı, – deyə Detertinq cavab verir. 

 

– Sığınacağın tikintisini bu günlərdə başa çatdıracaqlar. 



 

Lap yaxında – Trafalqar-stritdə olacaq. Təsəvvür edirsinizmi, Böyük Britaniya baş naziri üçün 

Londonda bomba zərbələrindən qorunmaqdan ötrü sığınacaq! Belə bir söz eşitmisiniz: 

“Konventrizasiya”! 

 

Ribbentronun kəlməsidir. Axı o, yeni elmi anlayışlar “ixtira eləməyin” ustasıdır. Koventrizasiya, 



ser, İngiltərənin xarabazara çevrilməsi deməkdir. Konventrinin yerində qalmış xarabalıqlar kimi. 

Mən həmişə bədən cəzasının əleyhinə olmuşam, lakin Ribbentronun xatirinə öz prinsiplərimə 

xəyanət etməyə hazıram. 

 

Hələlik isə dözmək lazım gəlir. Bombardmançı təyyarələrin sayına görə alman aviasiyası hazırda 



ingilis aviasiyasını iki dəfə yarım üstələyib. Yeganə təsəllimiz budur ki, gündəlik uçuşlar üçün 

onlara benzin çatışmır. 

 

– Lap tezliklə onlar lazım olan qədər benzinlə təmin olunacaqlar, – Detertinq öz fikrini bildirir. 



 

Müsahibi bərkdən asqırır. 

 

– Nə xoş xəbər! Mən bu yeniliyi olduqca ürəkaçan bir axşam xəbəri adlandırardım. 



 

– Əslində bu, lap yaxın gələcək üçün proqnozdur, ser. Bugünkü vəziyyətin, üstəgəl sabaha real 

baxışın təhlilinə əsaslanan proqnoz. 

 

Əgər dünən Qərb dünyasında üç inhisarçı bilirik – Amerika Standart- Oyl, həmçinin Britaniyaya 



məxsus İngiltərə-İran şirkəti və 67 bəndeyi-həqirinizin rəhbərlik etdiyi Royal Deç Şell hökmran 

idisə, bu gün hər şey dəyişmişdir, çünki bizim İran ərazisindəki bütün neft mədənlərimiz faktik 

olaraq almanların əlindədir. Şah cismən və ruhən Hitlerə sadiq olan bir adamdır. Bu vaxtadək 

Almaniyanın oradan nefti daşımaq imkanı yox idi. Lakin indi – almanların şığıyıcı 

bombardmançı təyyarələrinin Aralıq dənizində Böyük Britaniyanın hərbi gəmilərinə hücum edib

onları suya qərq etdikləri, hətta onun paytaxtına hücuma keçdikləri bir vaxtda isə... 

 

Çörçill onun sözünü kəsir: 



 

– Mən sizə kiçik bir sirr açacağam. Ona görə “kiçik” deyirəm ki, bu cəmi iki sutka sirr olaraq 

qalacaq. – Çörçill sevincini gizlətmədən Detertinqə baxır, – məhz iki sutkadan sonra Böyük 

Britaniyanın və Sovetlərin qoşunları iki istiqamətdən eyni vaxtda İrana daxil olacaq. Şah 1921-ci 

il müqaviləsini pozub və buna görə cəzasını alacaq. 

 

– Ruslar İranın işğalı üçün qoşunu haradan tapacaqlar? – Detertinq həqiqətən təəccüblənir. – 



Mənə məlum olduğuna görə onlar son qüvvələrini toplayıb vuruşurlar və artıq çox böyük itkilərə 

məruz qalıblar. İranın yaxşı təlim görmüş ordusu var. Xüsusilə də şimalda. Axı orada almanların 

Qafqaza soxulmaq üçün nəzərdə tutulmuş bazaları yerləşir! Mən əminəm ki, bir-iki həftədən 

sonra almanlar Moskvanı tutacaq... Ruslar var qüvvələrini paytaxtı qorumağa yönəldiblər... Çox 

güman ki, belə bir niyyətə düşməkdə onlar lovğalıq edirlər, özü də çox təhlükəli bir lovğalıq! 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə