Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə18/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   14   15   16   17   18   19   20   21   ...   231

 

43

– Bax, o binanın yanına sür. Görürsən, keşikçi dayanıb qabağında. 



 

Bağırovun kabinetində, qübbəsi uçmuş buxarıda od hələ yansa da alovun şiddəti bir az səngiyib. 

 

– Bəlkə başqa kabinetə keçək, yoldaş Bağırov, – deyə katib təklif edir. 



 

– Mən buxarının yanından tərpənmək istəmirəm, – Bağırov uçub tökülmüş tağtavana işarə edir. – 

Bütün bu həngamədən görünür ki, temperatur da çox yüksəkdir. 

 

– Hələ onu iki yüz dərəcə də artırmağa imkan var, – Kamil dərhal təklif verir. 



 

Bağırov qımışır: 

 

– Hələlik saxla. – İndi isə əyləş görək! Hansı yolla bu mayeni... 



 

Sən onu necə adlandırırsan? 

 

– Yanıcı qatışıq... 



 

– Hə, bu yanıcı qatışıqdan döyüş şəraitində necə istifadə etmək olar? Tutaq ki, tanka qarşı... 

 

– Butulkalarda. Birlitrlik də olar, yarımlitrlik də. Məncə, yarımlitrlik şüşələr yaxşıdır, onları 



uzağa tullamaq daha rahatdır. 

 

Atmazdan qabaq, bu qatışıq hopmuş fitili alışdırmaq lazımdır. 



 

– Bu cür qatışıqla neçə qabı doldurmaq olar? – Dərhal gözləri işıldayan generallardan biri 

soruşur. 

 

– Lap milyon dənəsini! Əsas butulka problemidir! – Kamil cavab verir. – Bu qatışığı qeyri-



məhdud miqdarda hazırlamaq olar. 

 

Heç bilirsən, sən nə ixtira eləmisən? – Bu suala Kamildən cavab almayan Bağırov o birilərə 



müraciət edir. – Bu yeni və bəlkə də çox qüvvətli bir silahdır! Nə ad qoyursan ona? 

 

– Yandırıcı qatışıq şüşəsi! 



 

– Heç silah adına oxşamır. Ancaq eybi yox, ad əsas məsələ deyil. Afərin! Afərin sənə! Bu silahın 

istehsalı üçün təcili zavod yaratmalıyıq. Bir aydan sonra ilk on min şüşə cəbhəyə yola 

salınmalıdır. 

 

ETİ direktoru bükülü vatman kağızını açır. Nəhayət, onun da dillənmək vaxtı yetişir. 



 

– Gənc kimyaçı Məmmədəliyevin təklif etdiyi yandırıcı maye qatışığının sənaye istehsalı üçün 

biz belə bir texnologiya işləyib hazırlamışıq: məhlulun komponentləri bizim sərəncamımızda 

olan rezervuarlara tökülüb qarışdırılır. Bu məqsədlə, hesabdan silinmiş təyyarələrin 

propellərindən istifadə etmək olar. İstehsala dərhal başlaya bilərik. Əlbəttə, əgər butulkalar olsa. 

 

Bağırov diqqətlə Kamili süzür: 



 

– Yaxşı, de görüm, bu ideya sənin beyninə haradan düşüb? 

 



 

44

Necə oldu ki, sən təkbaşına belə bir şeyi fikirləşib tapdın? 



 

– Mən hər dəfə izah edirəm ki, heç nə fikirləşib tapmamışam. 

 

Atam mənə qədim xalqların istifadə etdiyi silahlar barədə danışmışdı. 



 

Mən də həmin silahın – yanıcı qatışığın necə olduğunu müəyyənləşdirməyə çalışdım. Sən demə, 

çox asan imiş! 

 

– Çox asan məsələ olduğunu biz gördük, – nə vaxtsa buxarının yerləşdiyi yerdə hələ də yanıb 



qurtarmamış alova baxan Bağırov dillənir. – Tezliklə bunu başqaları da görəcəklər. Daha 

doğrusu hiss edəcəklər. 

 

Əbiyev faytondan düşüb, keşikçiyə yaxınlaşır. Salam verir. 



 

– Zəhmət olmasa, get Bağırova de ki, mən onu görmək istəyirəm. 

 

– Bağırovun yanına olmaz, ay yoldaş. 



 

Heç soruşmursan ki, onu görmək istəyən kimdir, nəçidir? 

 

O saat deyirsən “olmaz”. Yeri, get de ki, Əbiyev gəlib. Qorxma, sənə ziyan olmaz. 



 

– Ay yoldaş, çəkil burdan. Mənə əmr olunub ki, heç kəsi buraxmayım. 

 

Tini burulun, qeydiyyat şöbəsinə müraciət edin. 



 

– Bura bax, oğul, sənin hərəkətin məni yaman narahat eləyir: 

 

bundan sonra da özünü belə aparsan, səndən çətin ki, dövlət adamı çıxar. Ömrünün sonuna kimi 



keşikdə durmaqdan isə tez bezəcəksən. 

 

Buraxmamağa nə var ki... Qapıya pələng bağlasan, o da heç kəsi içəri buraxmaz. Sən isə savadlı 



adamsan, əvvəlcə bir öyrən gör, gələn kimdir, niyə gəlib? 

 

Binanın qarşısında bir maşın dayanır. Əmiraslanov düşüb, giriş qapısına yaxınlaşır, Əbiyevlə 



yanaşı durub, onun nə vaxt sözünə xitam verəcəyini gözləyir. Qapıdakı növbətçi onu görən kimi 

əsgəri salam verir. Əmiraslanov Əbiyevə müraciətlə: 

 

– Hər halda o öz rəisini çağırdı. Eşidirəm sizi. Nə istəyirsiniz? 



 

– İstəyirəm Bağırova xəbər versinlər ki, neft sahibkarı Əbiyev gəlib, dövlət işləri barədə 

danışmaq istəyir! Başqa heç kəsdən heç bir təmənnam yoxdur. 

 

– Bunu mən ona çatdıra bilərəm, – Əmiraslanov qocanı özündən irəli buraxaraq deyir, – ancaq 



bilmirəm, sizi qəbul edə biləcəkmi? 

 

O indi bərk məşğuldur. 



 

Qəbul otağının qapısında katibi görür, nəsə soruşur. Əbiyevə sarı dönür: 

 



 

45

– Yanında adamlar var. Bəlkə kiminləsə xəbər... – Əbiyevin sərt baxışlarını görüb susur. – 



Yaxşı! – Kabinetin qapısını açıb, içəri girir və astanadaca donub qalır. Parket yaş qumla örtülüb, 

pərdələr hisin içindədir, kabinetin sahibi və onun qonaqları hisə batmış üzlərini çertyojun üstünə 

əyib, nəyi isə qızğın müzakirə edirlər. 

 

Bağırov başını qaldırıb, şən halda Əmiraslanova baxır: 



 

– Hə, necədir səninçün? 

 

– İçəri girəndə elə bildim ki, yandırıcı bombaların söndürülməsi üzrə təlim keçirilib. Nə 



məsələdir? 

 

– Yandırıcı bombalardan qat-qat maraqlı məsələdir! Sən heç bilirsən kefim necə kökdür?! Heç 



bilirsən necə gözəl insanlarımız var? Nə xəbərlə gəlmisən? Ancaq bəd xəbər olmasın: 

 

– Sizinlə Əbiyev görüşmək istəyir: 



 

– Həmin o Əbiyev? – Bağırov təəccüblənir. – Nə istəyir görəsən? 

 

İyirmi ildir onu görməmişəm. Nə isə... Deyərsən ki, ürəyi istəyən vaxt gəlsin. 



 

– O burdadır. 

 

Əbiyev içəri girib hamıya salam verir. Bağırov onu özü ilə üzbəüz əyləşməyə dəvət edir. 



 

– Sən heç dəyişməmisən, – Əbiyev sözə başlayır. – Elə belə də olmalıdır. Mən fikir vermişəm: 

hakimiyyət, bir də iş insanı yaxşı saxlayır. Yalnız bu iki şey insanı qocalmağa qoymur. Biləndə 

ki, camaat sənin dalınca gedir... Bağışla, sənin yanında adamlar var, mən isə təklikdə danışmaq 

istərdim. 

 

Bağırov məcburən gülümsünüb, əlacsız halda əllərini yana açır. 



 

Otaqdakılar yerlərindən qalxır. 

 

– Siz də məni bağışlayın, çox vacib məsələdir, qətiyyən təxirə salmaq olmaz, – deyə Əbiyev 



onlara müraciət edir. Son sözləri söyləyərkən Kamili tanıyır: 

 

– A-a! Qonşu! Qardaşına məktub göndərəndə Əbiyevdən də salam yazarsan. 



 

Bağırov susub, Əbiyevin ona nə deyəcəyini gözləyir. 

 

– Bilirsən mənim babamla atam dünyasını necə dəyişiblər? 



 

Heç biri xəstəlikdən ölməyib. Atam qoca olsa da, hələ canı sulu idi. Günlərin birində dedi ki

daha mənim ölmək vaxtım çatıb. 

 

Bütün qohum-əqraba ilə görüşüb halallaşdı, iki gün keçməmiş yatdı, bir də yuxudan qalxmadı. 



Bizim nəsildə kişilər hamısı bu cür ölüb. Əvvəllər anlamırdım ki, bu necə olur. Ancaq indi, 

deyəsən başa düşürəm. Daha doğrusu, hiss edirəm ki, o nə təhər yaxınlaşır. 

 

Odur ki, sənin yanına gəlməyi lazım bildim. Mənim atam ömrü boyu kasıb olub. Ancaq 



ölümündən sonra heç kəs deyə bilməz ki o, kiməsə borclu qalıb. Mən də borclu qalmaq 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə