Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə16/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   12   13   14   15   16   17   18   19   ...   231

 

38

Tehran. Şahənşah sarayına fasiləsiz olaraq maşın karvanları yaxınlaşır. Vəliəhdin ad günü 



münasibətilə şah ziyarət verir. Üzərinə svastikalı kiçik bayraq bərkidilmiş maşından düşən 

Almaniya səfiri Şultsun müşayiəti ilə tələsmədən pillələri qalxır. Laləzar sarayının həyətində 

əks-səda verən səs qulaqlardan çəkilməmiş, pillələrlə onları qarşılamağa enən İran hökmdarı Rza 

şah Pəhləvi görünür. Etiket üzrə nəzərdə tutulan təbrik və hörmət-ehtiram izharından sonra şah 

asta səslə alman dostlarına xəbər verir: 

 

– Səhər yeməyindən sonra mənə eyni vaxtda iki etiraz notası gətirdilər: biri ingilislərdən, biri də 



sovetlərdən. Təklif edirlər ki, yeddi gün ərzində bütün xarici qoşunları İrandan çıxaraq. Olduqca 

kobud tərzdə 1921-ci il müqaviləsini xatırladırlar. 

 

Şah çox sərbəst və hətta şən danışsa da, onun baxışlarından elə bir möhkəm inam oxunmurdu. 



Və bu, Şultsun xoşuna gəlmədi. 

 

– Əgər İran şahı mən olsaydım, belə dövlət başçılarını həyasız namələrinə cavab verməyi özümə 



layiq bilməzdim. Çünki onların aqibəti hələ bu il başa çatmamış Berlində həll ediləcək. İndiki 

halda çox incə bir demarş etmək və şah həzrətləri ilə məktublaşmağa cəsarət etmiş hər iki tərəfin 

hansı yerə layiq olduğunu əyani göstərmək lap yerinə düşərdi. 

 

– Axı bu gün sarayda bayramdır! Mən isə heç yerdə fürerin portretini görmürəm, – Şults 



heyrətini bildirir. – Lütfən, əlahəzrət, etirazınız yoxdursa... 

 

– Adolf Hitleri mən özümə qardaş hesab edirəm və ailəmin belə bir xoşbəxt günündə bu zalda 



fürerin portretinin asılmamasına görə özümü günahkar sayıram. 

 

Əvvəlcə Böyük Britaniya səfiri öz xanımı ilə birlidə təşrif gətirir. 



 

O, salona daxil olanda dərhal Hitlerin portretini görür. Konyakla dolu badəni bir kənara qoyub

arvadına nəsə deyir. 

 

Qadın ərinin qoluna girir və səfir xanımını portretin yanına aparır. 



 

Orada düz bir dəqiqə, yəni seyr edilən sənət əsərinin məziyyətlərini görmək üçün lazım 

olduğundan xeyli artıq dayandıqdan sonra İngiltərə səfiri xanımının qulağına nəsə pıçıldayır. 

Qadın gülür, sonra pıçıltı ilə ərini cavabında nəsə deyir. Təbii ki, bu sözlərin gizli mənası 

toplaşanlar üçün naməlum qalır. Sovet səfiri isə həmin gün, ümumiyyətlə heç gəlməmişdi. 

 

Qaranlığa qərq olmuş Moskva. Sirenalar uğuldayır. Motorların gurultusunun tez-tez partlayan 



bomba səsləri batırır. Stalin bağ evindədir. Damda, yağışdan qorunmaq üçün faner talvarın 

altında dayanıb, qıpqırmızı səmaya baxır. Yanında dayanmış Şerbakov Stalini sığınacağa 

düşmək üçün dilə tutmağa cəhd göstərir. “Təhlükə bitdi” siqnalı verilir. Uzaqlarda motorların 

gurultusunu eşidilməz olur, sirenalar susur. 

 

– Cəmi dörd təyyarə vurulub, – Stalin pilləkənlə enərkən narazı halda dillənir. – Məncə, bu qədər 



sıx zenitçilər dəstəsi üçün çox azdır... Bu günə hansı məsələdir? 

 

– İranda vəziyyə. Bu da Uinston Çörçilin məktubu. Qafqazın təhlükəsizliyi üçün narahatdır. 



 

– Konkret təklifi nədir? 

 

Təklif edir ki, nasist aviasiyasının hücumlarının qarşısını almaq məqsədilə Bakı rayonunda 



amerikalılarla birlikdə ingilislərin səkkiz qırıcı eskadrilyası yerləşdirilsin. Ancaq bir incə məqam 


 

39

var: o bizə təyyarələri öz ekipajları ilə birlikdə təklif edir. Üstəlik də aviabazalarda bütün xidmət 



işlərini ingilis mütəxəssisləri görməlidir. 

 

– Vəssalam? 



 

– Xeyr, yoldaş Stalin. Məlumat almışıq ki, bizim qoşunlarla birlikdə İrana yeridilən ingilis 

qoşunlarını tərkibində xüsusi desant alayı olacaq. Bizim Zaqafqaziyadakı mövqelərimizin 

zəifləyəcəyi təqdirdə bu alay dərhal Qafqaza keçərək, Bakıda yerləşdirilmiş aviasiya qoşun 

hissələri ilə birləşməlidir. Yəni Qafqazın işğalı planı göz qabağındadır. 

 

Çörçilin incə zövqü var. İşləyib hazırladığı gizli əməliyyata “Velvet” adını verib. Yaxşı addır? 



 

– Müttəfiq üçün olduqca qəribə əməliyyatdır. 

 

– Öz ölkəsinə yalnız xeyir arzulayan adamı günahlandırmaq lazım deyil. Ən başlıcası, məsələni 



aydınlaşdırmaqdır, kimi isə günahlandırmaq yox. Və elə hərəkət etmək lazımdır ki, öz ölkəni 

bəladan qoruyasan. İmkan olsa, hətta onun üçün hər işdə faydalı bir cəhət də tapasan. Beləliklə

gəlin bizim üçün ayrılmış səkkiz eskadrilyaya görə cənab Çörçilə hərarətli minnətdarlığımızı 

bildirək, ancaq ekipajlardan mütləq imtina edək! Daha sonra: bizim qoşunların İrana daxil olma 

tarixini müəyyənləşdirin və Çörçilə də xəbər verin. Əgər başqa təklifiniz yoxsa, mən sentyabrın 

16-nı məsləhət bilirəm. 

 

Əbiyev pillələri asta-asta düşüb, tənəkliyə enir. Bakı üçün adi payız havasıdır, – artıq isti olmasa 



da, hava hələ yetərincə ilıqdır. 

 

Tövlənin açıq qapısı önündə, sınıq-salxaq skamyada oturmuş Məmməd mürgüləyir. Əbiyev, 



səbəbi özünə də bəlli olmayana bir qüssə ilə qocanı süzür. Əlini onun çiyninə toxundurur. 

Məmməd gözlərini açır. Bəyi görən kimi “həmin dəqiqə” divara söykənib hörmətlə ayağa qalxır. 

 

– Atlara yem verdim. Elə oturmağımla gözümün yumulmağı bir olub, – deyə mızıldanır. 



 

– Qocalmışıq, qardaş, qocalmışıq, – Əbiyev dillənir. 

 

– Nə qədər canımda can var, bəyin sadiq nökəriyəm! – Məmmədin dişsiz ağzından sözlər fışıltı 



ilə çıxır. 

 

– Düzdür, nökərsən, – deyə Əbiyev razılaşır. Bu zaman üzündə güclə sezilən təbəssüm görünür. 



– Ancaq nökərin bu gen dünyada bircə doğma adamı yoxdursa, elə ağası da onun özü kimi 

yalqızdırsa, deməli, onlar bir balaca qardaşdırlar. Atları qoş. Şəhərə gedəcəyik. 

 

– Elə atlarımız da qocalıb, – Əbiyev gülümsünür. – Şəhərə gedək! 



 

Əvvəl sür Bibiheybətə – mənim ilk quyumun fantan vurduğu yerə! 

 

Fayton şəbəkəli buruqların sıx meşəsi ilə irəliləyir, Əbiyev təkcə özünə bəlli olan hansı 



nişanələrə görəsə Məmmədə istiqaməti göstərir. 

 

– Dayan! Budur! Onda fantan vurmasaydı, mən ömrümün sonunacan dilənçi qalardım! O gün 



bank müfəttişi gəlib qapını kəsdir-mişdi, icarə müddəti həmin axşam bitirdi... Nə isə... Bu 

uşaqlar, deyəsən, vaxtlarını boş keçirmirlər, gör nə qədər təzə tikili var! 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə