Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə19/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   15   16   17   18   19   20   21   22   ...   231

 

46

istəmirəm, buna görə də sənin yanına gəlmişəm! – O, Bağırovun təəccüblə baxdığını görüb 



gülümsünür. – Xeyr-xeyr, şəxsən sənə borcum yoxdur! Öz borcumu nə vaxt idi vermirdim, çünki 

özümü borclu saymırdım. İndi isə hətta sevinirəm ki, belə etmişəm. Çünki bu borcu xalqım üçün 

ən çətin zamanda qaytaracağam. İndi başa düşəcəksən nədən danışıram. Mərdəkandan bir az 

aralıda mənim torpağım vardı. Sizin bütün reyestrlərdə bu torpaq qeyri-məhsuldar kimi 

göstərilir. Bir-iki gün əvvəl ora getmişdim, hamısı yerindədir – beş quyu. İyirmi il əvvəl onları 

doldurub torpaqlamışdım. 

 

Mənimlə ora gedə bilərsən? 



 

Dəniz sahili. Dizəcən çatan yamyaşıl yaz otları arasında bir dəstə adamın əhatəsində Bağırov və 

Kamil dayanıb, qazma qurğusunun işinə tamaşa edirlər. Bir az aralıda Əbiyev durub. O, dimdik, 

hərəkətsiz dayanıb, dodaqlarını bərk-bərk sıxıb, fikirli baxışlarını uzaqlara dikib. Bu görünüşü ilə 

o, ibadət edən adamı xatırladır. 

 

Torpağın altından qəfil gurultu eşidilir. Qazma qurğusunu zərbə dalğası yüngül talaşa kimi bir 



kənara vurub atır və adamların sevinc nidaları altında qatı neft fantanı göyə millənir. 

 

Neftayırma zavodlarındakı rezervuarlardan neft dolu ağır qatarlar aralanır. Sisternlər üzərində 



şüarlar gözə dəyir: “Hər şey cəbhə üçün!” “Faşist işğalçılarına ölüm!” Bakı yük limanının 

yanalma körpüləri. Burada qeyri-adi bir əməliyyat keçirilir: möhkəm, elastik yedəklə bərkidilmiş 

gəmi karvanındakı tankerlərə növbə ilə yanacaq doldurulur. Kiçik bir yedək sualtı tanker 

karvanını öz arxasınca çəkib aparır. 

 

– Görəsən, doğrudan Dərbəndəcən apara biləcək? – deyə gənc fəhlə təəccüblənir. – Birdən fırtına 



qopsa? 

 

– Hələlik yola saldığımız 38 karvanın hamısı sağ-salamat çatıb. 



 

Suyun altında onların nə fırtına vecinədir, nə isti, nə də yağış, – sualtı karvanların ixtiraçısı 

Əsgərov gülümsünür. Bu vaxtilə Əbiyevin mədənində fəhləlik etmiş adamdır. 

 

– Özün fikirləşib tapmısan, yoxsa hardasa görüb eşitmisən? 



 

– Özüm, – deyə ixtiraçı fəxrlə cavab verir. – Üçüncü səmərələşdirici təklifimdir. Üçü də qəbul 

olunub, istehsalata tətbiq edilib. 

 

– Bəs mükafatı sənə necə verirlər? Məvacib kimi, yoxsa hər karvan üçün? 



 

– Birdəfəlik də, hər karvan üçün də! – Əsgərov ağızucu cavab verib uzaqlaşır. O, növbəti 

tankerin anbarının qapağını örtməyə tələsir. 

 

– Onunçün fərqi yoxdur, – aldığı pulların hamısını tank düzəltmək üçün göndərib, – nisbətən 



yaşlı fəhlələrdən biri təqdir edib-etmədiyi bilinməyən bir tərzdə qımışır. – Hə, nə oldu? Daha 

paxıllığın tutmur ki? 

 

Cavan oğlan başını bulayır: 



 

– Hələ təzə-təzə başlayıram paxıllıq eləməyə. 

 



 

47

Bremen. Almaniyada kömürün hidrogenizasiyası zavodu. Xırdalanmış kömürü fasiləsiz axınla 



konvektorların ağzına ötürən transportyorun yanında Hitler zavod müdiriyyətinin müşayiəti ilə 

maşından düşür. 

 

Bu nəhəng zavod kiçik şəhərin ərazisinin xeyli hissəsini tutur. 



 

Dəmir yollarında ağzınadək yüklənmiş platformalardan kömür transportyorlar vasitəsilə nəhəng 

ağızlarını nərilti ilə açmış dəyirmanlara verilir. Maşın karvanı yaxınlaşır. Lap qabaqda Hitlerin 

üstüaçıq “Mersedes”i dayanır. İkinci maşından zavod direktoru cəld düşüb fürerin maşınının 

yanına qaçır, qapını açır. Orkestr çalır. 

 

Fürer lenti kəsir. 



 

Direktor işləməkdə davam edən, əyinlərində uniforma olan adamları göstərərək izahat verir: 

 

– Burada kömürün ilkin emalı aparılır. Kömür xırdalanır, toz halına salınır, sonra əsas sexlərə 



ötürülür. Orada üç mərhələdə hidrogenizasiya prosesi gedir. Fiziki əmək sərfi tələb edən bütün 

sahələrdə işləyənlər yalnız və yalnız işğal edilmiş ölkələrdən köçürülmüş şəxslərdir. 

 

– Artıq Böyük Almaniya ərazisində yaşayan işçilər, – deyə Hitlerlə yanaşı arxa oturacaqda 



əyləşən Himmler düzəliş verir: 

 

– Tamamilə düz buyurursunuz, cənab reyxsnazir! Üzr istəyirəm, mən adətim üzrə, köhnəlmiş 



terminologiyadan istifadə edirəm. 

 

Həmin işçilərin əməyindən istifadə edilməsi istehsalı xeyli ucuzlaşdırır. 



 

Əgər fürer lütfən texnoloji proseslə tanış olmaq istəyirsə... 

 

Hitler etiraz əlaməti olaraq başını bulayır: 



 

– Bu, çox vaxt aparır, – o, cib dəsmalı ilə alnını silib, gözucu dəsmala baxır, kömür tozunun qara 

ləkələri görünür. – Mən hazır məhsulu görmək istərdim. 

 

Dəmiryol qatarının açıq sarımtıl boya ilə rənglənmiş sisternlərinə yoğun şırnaqla dupduru, şəffaf 



maye axır. 

 

Hitler və onun məiyyəti maşından düşüb, bu möcüzəli mənzərəni heyranlıqla seyr edirlər. 



 

Ətrafdakı mənzərə – əsas magistrala çıxan, ətrafında gül-çiçək əkilmiş kiçik dəmir yolları, səliqə 

ilə rənglənmiş qatar mavi səma və yaşıl təpəliklər fonunda oyuncaq uşaq dəmir yolunu xatırladır. 

 

– Bu benzindir? 



 

– Bəli, mənim fürerim! – direktor Hitlerin bu açıq-aşkar ritorik sualına dərhal cavab verir. – Bu, 

yüksək oktan ədədli hidrogenizasiyalı benzindir. Hazırda Almaniyada altı belə zavod var. 

Bundan başqa, bizdən nümunə götürən müttəfiqlərimiz – İtaliya və Yaponiya da eynilə bu cür 

zavodlar tikib. 

 

Hitler direktorun əlini sıxır. 



 


 

48

– Alman xalqı adından mən sizə və sizin əməkdaşlarınıza təşəkkürümü bildirirəm. Bu gözəl 



zavodun layihəsini verən, onu inşa edən şəxslərin siyahısını sənaye nazirinə təqdim edin. – O, 

sənaye nazirinə müraciət edir: – Siz mənim avtomobilimdə gedəcəksiniz. 

 

Maşında Hitlerin üzündən təbəssüm silinir. 



 

– Bu hidro... süni benzinin dəyəri adi benzindən nə qədər yüksəkdir? 

 

– Beş dəfə, – deyə sənaye naziri cavab verir. – Ancaq bu, yeni zavodun tikintisinə çəkilmiş 



xərclər ödənildikdən sonra belədir. 

 

– Yəni belə çıxır ki, bu gün bu benzinin bir litri qızıldan bahadır? 



 

– Hitler təsdiqləyici tərzdə verdiyi bu suala cavab gözləmədən sözünə davam edir və dəyərinin 

bu qədər yüksək olmasına baxmayaraq, biz onu lazımi miqdarda istehsal edə bilmirik, eləmi: 

 

– Hidrogenizasiya edilmiş kömür bizim yanacağa olan tələbatımızın təxminən doqquz faizini 



təmin edir, – deyə nazir əzbərçi şagirdtək cavab verir. 

 

– Bu kütbeyin homoseksualistlər Brauxiçlə Qalder anlamırlar ki, hal-hazırda bizim üçün ən 



başlıcası neftdir. – Hitler qəzəblə dillənir. 

 

Himmler gözləri ilə qabaq oturacaqda əyləşən sürücüyə və nazirə işarə edir, sonra astadan 



xatırladır: 

 

– Bizim əlimizdə hələ Rumıniya nefti, potensial kimi isə İran nefti var. 



 

Nazir cəld hesablayır: 

 

– Rumıniyanın hesabına otuz faiz əlavə olunur. Yenə kəskin neft qıtlığı qalır ki, qışda bu özünü 



daha aydın büruzə verəcək. 

 

Gələcəkdə bütün ümidlər İran neftinədir. Ancaq bu, gələcək üçün nəzərdə tutulub. 



 

Himmler nifrət oxunan baxışlarını sənaye nazirinin peysərinə dikir. 

 

Bakı vağzalı. Hərbçilərlə dolu eşalonlar yola düşməyə hazırdır. 



 

Qohum-əqraba cəbhəyə yollanan əsgərlərlə vidalaşır. Vaqonlardan birinin yanında əyninə kiçik 

leytenant forması geymiş Polad daya- 62 nıb. Valideynləri, qardaşı və Sevda onu ötürməyə 

gəliblər. Əbülfəz qaranəfəs özünü yetirir. Əlində kiçik bir bağlama var: 

 

– Şprotdur! Səninçün iki qutu şprot tapmışam, – deyə o, uca səslə elan edərək, Polada sarı 



cumur, lakin yarı yolda Kamil onun qarşısını kəsir. Əbülfəz onun əlindən çıxmağa çalışır – 

burax! Növbəsiz hara soxulursan?! – Qoy bir Poladla vidalaşım, sonra səninçün də bir-iki dəqiqə 

vaxt taparam. 

 

– Müharibə başlanandan bəri ilk dəfədir ki, sənin əlinə kimsə fayda vermək imkanı düşüb, – 



Kamili asta səslə, təntənəli tərzdə onun qulağına pıçıldayır. Öhdəsindən gələrsən! 

 

– Neyləməliyəm ki? – Əbülfəz şprotu unudub, qulaqlarını şəkləyir. 



 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə