Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə22/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   18   19   20   21   22   23   24   25   ...   231

 

53

– Güman etmirəm. Hətta əminəm ki, belə deyil. Stalin çox qətiyyətli adamdır və ən mühümü də



həddən artıq xudbindir. Əgər o öz məktubunda iddia edirsə ki, qoşun yeridiləcək, deməli, bu 

niyyətini yetərincə vüqarla gerçəkləşdirməyə çalışacaq. Sovetlərin vəziyyəti həqiqətən çətindir, 

onların halı demək olar ki, ümidsizdir. Lakin bütün bunlara baxmayaraq, intuisiyam mənə 

pıçıldayır ki, orada əsas hadisələr hələ qarşıdadır, – deyə Çörçill fikirli-fikirli dillənir. 

 

– Ser, deyəsən, Hitlerin sayəsində yaranmış belə bir vəziyyətdə siz Sovetlərə qarşı rəğbətə 



bənzər bir hiss duyursunuz. 

 

Çörçill həmsöhbətinə təəccüblə baxır: 



 

Mən istəyirəm ki, onlar bir-birinin ətini didsinlər. lakin bizim üçün mühümdür ki, bunu birinci 

Sovetlər etsin. Özü də bu yolda mümkün qədər çox qan töksünlər. Rəğbət bəsləmək üçün isə 68 

mənim başqa obyektlərim var. – Çörçill buxarının üstündən qucağında körpəsi olan gənc bir 

qadın şəkli götürüb, Detertinqə uzadır. 

 

– Gəlinimlə nəvəmdir. – Bu zaman “Cümə”nin boğazını arıtlamasını eşidib, geri qanrılır. 



 

– Saat 11-ə general Qardninqi dəvət etmisiniz. O, qəbul otağında gözləyir. 

 

– Qoy gəlsin. 



 

Böyük Britaniya quru qoşunları geyimində qırx yaşlarında bir nəfər daxil olur. Çörçill gülər üzlə 

onun qarşısına yeriyib Detertinqə təqdim edir. 

 

– Çox şadam ki, bu tanışlıq mənim evimdə baş tutdu, Çörçill generalı özü ilə üzbəüz 



əyləşdirərək, onun üçün şerri süzür. Siqar qutusunu uzadır. 

 

– Təşəkkür edirəm, ser, mən çəkən deyiləm. 



 

– Allahın insana bəxş etdiyi azsaylı ləzzətlərin birindən heç adam da öz xoşu ilə imtina edərmi? 

– Çörçill gülümsünüb, Detertinqə müraciət edir. – General Qardner İranda əməliyyatlar keçirmək 

üçün nəzərdə tutulmuş üç biri qoşun birləşməsindən birinin komandanı qismində İrana yola 

düşür. 10 ordudur. Deyəsən, siz artıq səfərə hazırsınız? 

 

– Bəli, ser. Mən artıq hərbi nazirdən ən müfəssəl təlimatlar almışam. 



 

– Hərbi nazir mənim indi Sizə deyəcəklərimi yəqin ki, deməyib. 

 

10 ordunun başlıca vəzifəsi İranın işğalından daha mühümdür. 



 

Fikrimcə, generallar Mak Leyden və Smit bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gələcəklər. 

Sizin vəzifəniz gözləməkdir, yəni hərbi hazırlıq vəziyyətində olmaq və lazımi məqamda – bu 

məqamın seçilməsi isə bütövlükdə sizdən asılıdır, general – Qafqazın neft rayonlarını ələ 

keçirmək. Çox güman ki, bunun üçün əlverişli məqam çox tezliklə gələcək. Bəlkə də iki-üç 

həftədən sonra. Sovet qoşunlarının geri çəkilməsi barədə informasiyanı diqqətlə təhlil edin. 

Kəşfiyyatın əldə etdiyi bütün məlumatlar sizin sərəncamınızda olacaq. Qətiyyət və cəsarətlə 

hərəkət edin. 

 

General çaşqın halda Çörçilə baxır. Nəhayət, eşitdiklərini beynində cəld təhlil edib dillənir: 



 


 

54

– Ser, mən bu barədə yazılı əmr almaq istərdim. Sizin dedikləriniz həqiqətən hərbi nazirin 



verdiyi təlimatdan çox fərqlənir. 

 

– Yazılı şəkildə əmr Sizin nəyinizə gərəkdir?! 



 

Qardinq fikirli-fikirli boş qədəhə baxır. Sonra onu stolun üstünə qoyur. 

 

– Ruslar bizim müttəfiqlərimizdir, ser. 



 

Bundan mənim də xəbərim var, nə olsun ki? Məgər sizə bəlli deyil ki, onlar fasiləsiz geri 

çəkilirlər? Yoxsa istəyirsiniz həmin rayonlar hansısa üçüncü bir dövlətə qismət olsun? 

 

– Xeyr, müttəfiq ordunun hərbi uğursuzluğundan xaincəsinə istifadə edən adam təsiri bağışlamaq 



istəməzdim. 

 

– Sizin ordunun bütün zabitləri gələcəkdə tarixin onlara verəcəyi qiymətə görə çox narahat 



olurlar. Hamısı. Məndən başqa. Yeri gəlmişkən, sizə deməliyəm ki, tarixi qaliblər yazır. Hər 

halda, həmişə belə olub! Sizə əmr lazımdır? Nə olar, əgər fikrinizi dəyişməsəniz, vaxtı çatanda 

siz o əmri alacaqsınız. Lakin mənə çox xoş olardı ki, siz həmin vaxtadək başa düşəydiniz: 

Sovetlərə münasibətdə müttəfiqlik öhdəliklərini kor-koranə yerinə yetirmək lüzumsuz və gülünc 

ədabazlıqdır. Bu müharibədə Rusiyanın dəqiq tarixi missiyası var: o, öz varlığı bahasına sivil 

dünyanı hunların yürüşündən xilas etməlidir. O, müharibədə qələbə qazana bilməyəcək. 

 

Məhz belə olacağına heç kəsdə, o cümlədən sizdə, general, zərrəcə şübhə olmamalıdır. Lakin biz 



yol verə bilmərik ki, Qafqaz kimi zəngin bir diyar, onun tükənməz sərvətləri hansısa üçüncü bir 

dünya dövlətinə qismət olsun. Biz bunun qayğısına qabaqcadan, yəni indi qalmalıyıq. Biz böyük 

Britaniyanın gələcəyi barədə düşünməyə borcluyuq və mən sizi də öz borcunuzu yerinə 

yetirməyə çağırıram. 

 

1920-ci ildə Sovetlər ingilis əsgərlərini günah işlətmiş məktəblilər kimi Bakıdan qovmuşdular. 



Bu gün sizin əlinizə imkan düşüb ki, bu qara ləkəni Britaniya bayrağından siləsiniz! Britaniya 

bayrağı Qafqaz üzərində dalğalanmalıdır!.. Buna bənzər uğurlu şans bütün ömrü boyu bircə dəfə 

ələ düşür, general! Ondan istifadə edin, əks təqdirdə mən elə düşünəcəyəm ki, sizi seçməkdə 

yanılmışam. 

 

Üzərində “Bakı 1№li meyvə şirələri və mineral sular zavodu” yazılmış lövhə olan darvazanın 



qarşısında dayanan maşından Kamil düşür. Darvazanın önündə, eləcə də hasar boyunca 

hərbiləşdirilmiş mühafizə postları düzülüb. Təcili yardım maşınları dayanıb. Sexlərdən birində 

nəhəng hovuz yanıcı maddə ilə ağzınadək doldurulub. 

 

Kəhrəba rənginə çalan hamar səth üzərinə iki təyyarə vinti sallanır. 



 

Aralarındakı bir neçə nəfər hərbçi olan kiçik qrupdan – qəbul komissiyasından əlavə, zalda 

yanğınsöndürənlər gözə dəyir. Onlar gərgin vəziyyətdə brandspoytların və qumla dolu yeşiklərin 

yanında durub, qurğunun işə salınmasını gözləyirlər. Kamil zavod mühafizə dəstəsinin rəisinə 

müraciət edir: 

 

– Mənim sizdən böyük bir ricam var. Zəhmət olmasa, xahiş edin, qəbul komissiyasının 



üzvlərindən başqa hamı zalı tərk etsin. 

 

– Xahişiniz yerinə yetirilib: bir saat əvvəl bütün işçilər zavod ərazisindən təxliyə edilib. 



 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə